Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5492/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Lənkəran rayon İcra şöbəsi və "xxxx" KB ASC cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103) -3310/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 25 dekabr 2012-ci il tarixdə İddiaçı (bundan sonra iddiaçı) ilə "xxxx" KB ASC arasında bağlanmış 25 KL/12 saylı sonrakı kredit müqaviləsinə əsasən, mülkiyyətində olan Lənkəran şəhəri,ünvan fərdi yaşayış evini 25 dekabr 2012-ci il tarixli, 25 KL/12 saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir.
2. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ipoteka predmeti olan Lənkəran şəhəri,ünvan fərdi yaşayış evinə tutma yönəldilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-348/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-12/2019 saylı 23 aprel 2019-cu il tarixli qətnaməsi qismən - “cavabdehdən faiz borcunun tutulması” hissəsində dəyişdirilmiş, ilk iddia üzrə cavabdeh İddiaçı tutulmalı olan faiz borcunun məbləği 25KL/12-2 saylı, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 8617,97 ABŞ dolları, 9mpsLKN/14 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 60,36 manat məbləğində müəyyən edilmiş və həmin faiz məbləğlərin in qətnamənin icra olunduğu gün Azərbaycan manatına olan məzənnə ilə tutulması qət edilmişdir.
3. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərracın keçirilməsi xx.xx.2021-ci il tarixli məktubla Bakı Hərrac Mərkəzi MMC-yə sifariş verilmişdir.
4. Hərrac təşkilatçısı tərəfindən 1-ci hərrac ilkin satış qiyməti 185400 manat olmaqla xx.xx.2021-ci il tarixə təyin olunmuş, lakin hərrac baş tutmamışdır. Təkrar hərrac ilkin satış qiyməti 157590 manat müəyyən edilməklə xx.xx.2021-ci il tarixdə keçirilmişdir. Hərracların keçirilməsi barədə tərəflərə bildirişlər göndərilmiş, “Market reklam və elanlar” və “Nedelya” qəzetlərində elanlar dərc olunmuşdur.
5. Təkrar hərrac da baş tutmadığına görə Bakı Hərrac Mərkəzi MMC və "xxxx" KB ASC aras ında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ipoteka predmeti olan əmlak ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən təkrar hərracda olan qiymətdən 25 faiz aşağı qiymətə - 118192,5 manata əldə edilmiş, bu barədə 293/21 nömrəli protokol imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin hərracın nəticələri haqqında 293/21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hərracın keçirilməsinə görə cavabdeh olan hərrac təşkilatı və üçüncü şəxs qismində qeyd etdiyi Lənk əran rayon İcra və Probasiya şöbəsi üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsi hərracın keçirilməsi ilə bağlı ixtisaslaşdırılmış təşkilata sifariş verərkən bu barədə iddiaçıya rəsmi məlumat verilməmiş, habelə iddiaçı ilə ipoteka saxlayanın qarşılıqlı razılığının olub-olmamasına əhəmiyyət verilmədən hərracın keçirilməsi ilə bağlı sifariş verilmişdir. Ona görə də hesab edir ki, bu barədə sifariş verilərkən “İpoteka haqqında” qanunun 41.2-ci maddəsinin tələbləri pozulmuşdur. Hərracın keçirilməsi ərəfəsində kütləvi informasiya vasitələrində heç bir elan dərc edilməmiş, iddiaçıya bildiriş göndərilməmişdir. Həmçinin onun mülkiyyətində olan ev və həyətyanı torpaq sahəsi demək olar ki, Lənkəran şəhərinin mərkəzinə yaxın, Bakı-Astara şosesinin yaxınlığınd a yerləşir. Həmin ərazidə yerləşən torpaq sahəsinin sotu isə 4000-5000 manat civarındadır. Bundan başqa, mülkiyyətində olan, yəni ipoteka qoyduğu əmlakın qiyməti ekspertlər tərəfindən 185400 manat qiymətləndirilmişdir. Hərracda da ilkin olaraq həmin qiymət qoyulmuşdur. Lakin guya hərrac baş tutmadığından ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 118192,50 manat müəyyən edilmişdir. Hesab edir ki, qoyulmuş qiymət həmin ipoteka predmetinin faktiki dəyərini ifadə etmir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirmiş və hərrac təşkilat ı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilmiş, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.
10. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Qanunun 41.2, 42.1-ci, “İcra haqqında” Qanunun 62.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1, 416.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianı təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3310/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şeyda M əhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: 13.1. "xxxx" MMC tərəfindən müvafiq olaraq xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ilkin satış qiyməti 185400 manat və xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ilkin satış qiyməti 157590 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıqbildirişlər İddiaçı, Lənkəran rayon İcra Şöbəsi və "xxxx" KB ASC-yə göndərilmişdir. İddiaçı adına Lənkəran rayon, ünvan evə göndərilmiş bildiriş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə imza edilməklə əldə edilmişdir. xx.xx.2021-ci il, xx.xx.2021-ci tarixli “Market reklam və elanlar” qəzetinin və “Nedelya” qəzetinin 16-22 iyul 2021-ci il tarixli sayında Lənkəran şəhəri, ünvan ev üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur. 13.2. Hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, təşkil edilmiş və keçirilmiş açıq hərrac barədə məlumatı olmamasına, ona hər hansı bir rəsmi məlumat daxil olmamasına, eləcə də hərracın keçirilməsi ərəfəsində kütləvi informasiya vasitələrində heç bir elanın dərc edilməməsinə istinad etmişdir. 13.3. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır və hərracın keçirilməsi barədə bildirişlər də məhz həmin ünvana göndərilərək imz a edilməklə əldə edilmişdir. Eləcə də kütləvi informasiya vasitələrində elanlar dərc edilmiş, mənzilin satış qiyməti birinci dəfə 185400 manat, ikinci dəfə isə 157590 manat müəyyən edilmişdir. 13.4. Kollegiya, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan t əklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. 13.5. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur, belə ki, hərr ac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Həmçinin qeyd edilməlidir ki, mənzilin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş qətnamə ilə 185400 manat müəyyən edilmiş, mənzil həmin qiymətlə hərraca çıxarılmış, lakin keçirilən iki hərrac baş tutmadığından ipotekasaxlayan "xxxx" KB ASC mənzili 118192,5 manata almışdır. 13.6. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki d övriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. 13.7. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş hazırlıq, eləcə də məhkəmə baxışı iclaslarından məlumatlı olsa da məhkəmə iclaslarında iştirak etməmişdir. Bu əsasdan məhkəmə kollegiyası məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir.
14. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Qanununun 41.2, 42.1, 43.3, 43.4, 43.5, 43.6 və 43.7-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 415.2, 416.1, 416.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran rayon İcra və Probasiya şöbəsi hərracın keçirilməsi ilə bağlı ixtisaslaşdırılmış təşkilata sifariş verərkən bu barədə iddiaçıya rəsmi məlumat verməmiş, iddiaçı ilə ipoteka saxlayan arasında qarşılıqlı razılığın olubolmamasını araşdırmadan bu addımı atmış, o cümlədən hərracın keçirilməsi ərəfəsində kütləvi informasiya vasitələrində heç bir elan dərc edilməmiş, iddiaçıya bildiriş göndərilməm iş, proses zamanı çəkişmə prinsipinə əməl edilməmiş, iddiaçı sübutları təqdim etməkdən məhrum edilmişdir.
17. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 415.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3, 14.2, 88, 217.1, 217.3, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
19. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasə n seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
20. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirili r. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
21. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
22. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan t ərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
23. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
24. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
25. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
26. Maddə
44. Hərracın etibarsız sayılması bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərd ə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların təl əblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
28. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
29. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etib arsız sayıla bilər.
30. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-5-ci paraqraflarında qeyd olunmuşdur. İddiaçı hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir və dəlili ondan ibarətdir ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir. İddiaçının istinad etdiyi bu qayda “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə Mülki Məcəllənin 416.1-ci maddəsində nəzərdə tutulmuşdur.
41. İşə baxmış məhkəmələr də işin hallarını həmin maddi hüquq normaları əsasında yoxlamış, iddianın təmin olunması üçün “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şər tləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir. Məhkəmələr müəyyən etmişdir ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Həmçinin ipotekanın ilkin satış qiyməti qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş, mənzil həmin qiymətlə hərraca çıxarılmış, lakin təkrar hərrac baş tutmadığından ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə, yəni 118.192 manata əldə etmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar” 30 dekabr 2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
43. İddiaçının məhkəmə iclasları barədə məlumatının olmaması barədə dəlili isə hərracın nəticələrinin etibarsız sayılması üçün Mülki Məcəllənin 416-cı maddəsində və “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara aid deyildir.
44. Məhkəmə kollegiyası apellyasiya instan siyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3310/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.