Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5494/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ekspert rəyinin mötəbərliyinin əsaslandırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4499/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş ka ssasiya şikayətinə dair işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkməməsinə müraciət edərək, 12 yanvar 2010-cu il tarixli xxx saylı kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" АSC-nin xeyrinə 6179 ABŞ dolları əsas, 60.369,32 ABŞ dolları faiz, 27.601,93 ABŞ dolları artırılmış faiz borcu (cərimə), cəmi 94.150,55 ABŞ dolları, 22 yanvar 2010-cu il tarixli xxx nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 12.675,30 ABŞ dolları əsas, 55.033,85 ABŞ dolları faiz, 23.952,50 ABŞ dolları artırılmış faiz borcu (cərimə), cəmi 91.661,65 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması, K-249/NRM saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh2 məxsus xxx torpaq sahəsinin üzərində yerləşən xxx saylı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus xxx saylı bağ sahəsinə və Cavabdeh4 məxsus xxx saylı bağ evinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipotekaya qoyulmuş əmlaklara tutma yönəldildikdə və onlar satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 əmlakları ən geci bir ay ərzində tərk etmələri, əmlakların boşaldılması, əmlaklara dair istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaç ının nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, 12 fevral 2010cu il tarixli xxx saylı kredit müqaviləsi üzrə Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASCnin xeyrinə 6179 ABŞ dolları əsas, 60.369,32 ABŞ dolları faiz, 27.601,93 ABŞ dolları artırılmış faiz borcu (cərimə), cəmi 94.150,55 ABŞ dolları, 22 yanvar 2010-cu il tarixli xxx saylı kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 12.675,30 ABŞ dolları əsas, 55.033,85 ABŞ dolları faiz, 23.952,50 ABŞ dolları artırılmış faiz borcu cərimə), cəmi 91.661,65 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması, xxx saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 məxsus xxx saylı fərdi yaşayış evinə, xxx saylı kredit müqaviləsi üzrə Cavabdeh3 məxsus xxx saylı bağ sahəsinə və Cavabdeh4 mə xsus xxx saylı bağ evinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş əmlaklara tutma yönəldildikdə və onlar satıldıqda Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 əmlakları ən geci bir ay ərzində tərk etmələri, əmlakların boşaldılması, əmlaklara dair istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İşin mübahisə edilməyən hallarından görünür ki, ləğv prosesində olan X Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2010-cu il tarixli kredit müqaviləsi üzrə 24 aу müddətinə, illik 26 faizlə 100000 ABŞ dolları, 12 fevral 2010-cu il tarix li kredit müqaviləsi üzrə 24 ay müddətinə, illik 26 faizlə 120000 ABŞ dolları məbləğində kredit verilmişdir. 12 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün X Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 12 fevral 2010-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 məxsus xxx saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilərək dövlət reyestrində 13.02.2010-cu il tarixdə müvafiq qeydiyyat aparılmışdır. X Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 və Cavabdeh4 ilə bağladığı 05 mart 2014 cü il tarixli ipoteka müqaviləsi və müqavilənin 1 nömrəli əlavə razılığına əsasən 22.01.2010-cu il tarixli və 12 fevral 2010-cu il tarixli kredit müqavilələri üzrə öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh3 məxsus xxx saylı bağ sahəsi və Cavabdeh4 məxsus xxx saylı bağ evi iddiaçı ləğv prosesində olan X Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilərək dövlət reyestrində 19.03.2014-cü il tarixdə müvafiq qeydiyyat aparılmışdır. 4. 05.05.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 12.02.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 172096 ABŞ dolları ödəniş etmiş, 113821 ABŞ dolları əsas borcdan, 58723 ABŞ dolları faiz borcuna silinmişdir. 05.05.2015-ci il tarixinə Cavabdeh1 6179 ABŞ dolları əsas borcu, 60369.32 ABŞ dolları faiz borcu, 27601.93 ABŞ dolları artırılmış faiz borcu olmaqla cəmi 94150.25 ABŞ dolları borcu vardır. 5. 23.06.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22.01.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 110764.42 ABŞ dolları ödəniş etmiş, 87324.70 ABŞ dol ları əsas borcdan, 23439.72 ABŞ dolları faiz borcuna silinmişdir. 23.06.2017-ci il tarixinə Cavabdeh1 12675.30 ABŞ dolları əsas borcu, 55033.85 ABŞ dolları faiz borcu, 23952.50 ABŞ dolları artırılmış faiz borcu olmaqla cəmi 91661.65 ABŞ dolları borcu vardır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2019-cu il tarixli ekspert rəyi ilə 12.02.2010-cu il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışında göstərilən tarixə yəni, 05.05.2015-ci il tarixə Cavabdeh1 əsas borc üzrə 6179 ABŞ dolları, faiz borcu üzrə 60369.32 ABŞ dolları borcu müəyyən edilir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2019-cu il tarixli ekspert rəyi ilə 22 yanvar 2010-cu il tarixli və 12 fevral 2010-cu il tarixli kredit müqavilələrinin b itmə tarixlərinə və həmin tarixlərdən sonrakı edilən ödənişlər nəzərə alınmaqla Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə olan borcu 22.01.2010-cu il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi 23.01.2012-ci ilə əsas borc üzrə 49693 ABŞ dolları, faiz borcu üzrə 41689.87 ABŞ dolları, 13.11.2017-ci il tarixinə əsas borc üzrə 12675.3 ABŞ dolları, faiz borcu üzrə 58658.17 ABŞ dolları, 12.02.2010-cu il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi 13.02.2012-ci ilə əsas borc üzrə 118015.68 ABŞ dolları, faiz borcu üzrə 47334.03 ABŞ dolları, 05.05.2015-ci il tarixinə əsas borc üzrə 6179 ABŞ dolları, faiz borcu üzrə 60369.32 ABŞ dolları borcu olduğu müəyyən edilir.
8. İddiaçının nümayəndəsi bildirir ki, 12.02.2010-cu il tarixli Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavab deh1 24 ay müddətinə, illik 26 faizlə 120000 ABŞ dolları məbləğində kredit verilmiş, 22.01.2010-cu il tarixli Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 24 ay müddətinə, illik 26 faizlə 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. 12.02.2010-cu il tarixli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün "xxxx" ASC ilə ipoteka qoyanlar arasında bağlanmış 12 fevral 2010-cu il tarixli ipoteka müqaviləsinin şərtlərinə görə "xxxx" ASC-yə Cavabdeh2 məxsus xxx saylı fərdi yaşayış evinə ipoteka hüququ verilmiş və bununla əlaqədar olaraq 13.02.2010-cu il tarixdə RX seriyalı ******* nömrəli çıxarış ilə ipotekanının qeydiyyatı aparılmışdır. 05 mart 2014-cü il tarixli ipoteka müqaviləsinin şərtlərinə görə "xxxx" ASC-yə Cavabdeh3 məxsus xxx saylı bağ sahəsinə ipoteka h üququ verilmiş və bununla əlaqədar olaraq 19.03.2014-cü il tarixdə RX seriyalı ********** nömrəli çıxarış ilə ipotekanının qeydiyyatı aparılmış, Cavabdeh4 məxsus Bakı şəhəri, Sabunçu rayonu. Ləhiş bağ sahəsi, 0,12 ha torpaq sahəsinin üzərində yerləşən 2419a saylı bağ evinə ipoteka hüququ verilmiş və bununla əlaqədar olaraq 19.03.2014-cü il tarixdə RX seriyalı ******* nömrəli çıxarış ilə ipotekanının qeydiyyatı aparılmışdır. Cavabdeh1 12.02.2010-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 05.05.2015-ci il tarixə olan borcu 6179 ABŞ dolları əsas, 60369,32 ABŞ dolları faiz, 27601,93 ABŞ dolları artırılmış faiz borcu (cərimə), cəmi borc 94150,55 ABŞ dolları, 22.01.2010-cu il tarixli kredit müqaviləsi üzrə X ASC-yə 23 iyun 2017-ci il tarixə olan borcu 12675,30 ABŞ dolları əsas, 55033,8 5 ABŞ dolları faiz, 23952,50 ABŞ dolları artırılmış faiz borcu (cərimə), cəmi borc 91661,65 ABŞ dolları məbləğində təşkil edir. Bu günədək Cavabdeh1 tərəfindən Kredit Müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən "xxxx" ASC-yə İpoteka Müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir.
9. Cavabdeh1 bildirir ki, 2010-cu ildə iki il müddətinə kredit müqavilələri üzrə götürdüyü məbləğin təminatı olaraq 2014-cü ildə ipoteka müqavilələri bağlamış, kreditin cox hissəsini ödəməsinə baxmayaraq, iddia tələbində öz əksini tapmamışdır.
10. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Z.Hacıyev) 22 oktyabr 2020ci il tarixli, 2(008)- 111/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh1 22 yanvar 2010-cu il tarixli xxx saylı kredit müqaviləsi üzrə 12.675,30 ABŞ dolları əsas borc, 55.033,85 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 69709,15 ABŞ dolları, 12 fevral 2010-cu il tarixli xxx saylı kredit müqaviləsi üzrə 6179 ABŞ dolları əsas borc, 60.369,32 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 68548,32 ABŞ dolları, ümu milikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə 38257,47 (yüz otuz səkkiz min iki yüz əlli yeddi dollar qırx yeddi sent) ABŞ dolları məbləğində borc və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın xxx saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus xxx saylı bağ sahəsinə və Cavabdeh4 məxsus xxx saylı bağ evinə yönəldilməsi, Cavabdeh3 məxsus xxx saylı bağ sahəsinin 31.250 (səksən min) manat ilkin satış qiyməti ilə, Cavabdeh4 məxsus xxx saylı bağ evinin 16800 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına borc və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət e tmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh3 və Cavabdeh4 nəxsus əmlaka tutma yönəldildikdə və onlar satıldıqda Cavabdeh3 və Cavabdeh4 ən geci bir ay ərzində həmin əmlakları boşaldmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 345 (üç yüz qırx beş) manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013 **********0003 944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTREOOOOO0OOOOOOO2O885O1) hesabına keçirilməsi, iddia tələbinin qalan his sədə rədd edilməsi qət olunmuşdur.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 12 fevral 2010-cu il tarixli xxx saylı kredit müqaviləsi üzrə 6179 ABŞ dolları əsas, 60.369,32 ABŞ dolları faiz, 22 yanvar 2010-cu il tarixli Kxxx saylı kredit müqaviləsi üzrə 12.675,30 ABŞ dolları əsas, 55.033,85 ABŞ dolları faiz borcu tutulmalıdır.
13. Dəbbə pulu ilə bağlı məhkəmənin qənaətinə görə, hər iki razılaşma üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun hesab edilə bilməz.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır.
15. Qanunun tələbini nəzərə alaraq, 22 yanvar 2010-cu il tarixli və 12 fevral 2010-cu il tarixli kredit müqavilələri üzrə tətbiq olunmuş cərimənin azaldılaraq hər bir kredit üzrə 2000 ABŞ dolları, cəmi 4000 ABŞ dolları həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilir.
16. Bundan başqa kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçının (Bank) xeyrinə ipoteka ilə yüklü edilmiş Bxxx saylı fərdi yaşayış evi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi həmin ipoteka predmeti Cavabdeh2 mülkiyyəti kimi ipoteka ilə yük lü edilmiş və tutmanın ona məxsus ipoteka predmetinə yönəldilməsi barədə 19/9393 saylı 10.08.2017-ci il tarxli Bankın bildirişi Dövlət Resyestrində qeydiyyata alınmışdır. İlkin iddia ərizəsində Cavabdeh2 Hacıağa oğlunun adı cavabdehlər sırasında olsa da, məhkəmə tərəfindən iddiaçının Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciətindən daha əvvəl Cavabdeh2 öldüyü müəyyən edildikdə, iddiaçı iddia tələbinə dəqiqləşdirilmə ərizəsi vermiş, sonuncunun adı çıxarılaraq sözügüdən əmlakın digər Cavabdeh1 məxsus olduğu qeyd edilərək tutmanın Cavabdeh1 məxsus mübahisəli əmlaka yönəldilməsi xahiş olunmuşdur. Lakin, ipoteka predmeti olan xxx saylı fərdi yaşayış evinin Cavabdeh1 məxsus olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbinə dəqiqləşdirilmə ərizəsinin ver ilməsi zərurəti kredit müqavilələri üzrə ipotekada olan əmlakların hansı müqaviləyə aid olmasının tam aydın olmadığı ilə əsaslandırılmışdır.
17. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iş materiallarında mövcüd olan sübutlarla Cavabdeh1 məxsus xxx saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi tələbi təmin edilə bilməz.
18. Məhkəmə vurğulamışdır ki, əsas öhdəliyin təminatı olaraq ipoteka ilə öz əmlakını yüklü etmiş şəxs öldükdə, kreditor qanunvericiliklə müəyyən edilmiş qaydada (qanuni və ya faktiki qəbul etmiş vəsələr) ölən şəxsin hüquqi varisinə (lər) qarşı tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.
19. Bu zaman sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hü quq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir.
20. Digər ipoteka predmetlərinə gəldikdə məhkəmə qeyd etmişdir ki, 22 yanvar 2010-cu il tarixli və 12 fevral 2010-cu il tarixli kredit müqavilələri üzrə əsas öhdəliyin təminatı olaraq 2014-cü ildə ipoteka ilə yüklü edilərkən hər hansı qanun pozuntusuna yol verilməmiş, həmin vaxt müqavilə müddəti bitsə də, əsas öhdəlik mövcud olmuşdur. İpoteka predmetləri əsas öhdəliyin icrasının təmin edilməsi məqsədini daşıdığından iddia tələbinə uyğun olaraq xxx saylı kredit müqaviləsi üzrə tutma yönəldilməlidir. İlkin satış qiyməti müstəqil qiymətləndirici rəyləri əsas götürülməklə Cavabdeh3 məxsus xxx saylı bağ sahəsinin 31.250 manata, Cavabdeh4 məxsus xxx saylı bağ evinin 16800 manata açıq hərrac vasitəsi ilə satışa çıxarılması məqsədəmüvafiq hesab edilir.
21. Eyni zamanda, məhkəmə, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3.1. maddəsinin tələbinə uyğun olaraq hesab etmişdir ki, qeyd olunan borcun yönəldiləcəyi ipoteka predmeti olan xxx saylı bağ sahəsi və xxx saylı bağ evi satıldıqdan sonra bir ay ərzində boşaldılmalıdır.
22. Belə ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
23. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehlərin ipoteka ilə yüklü edilmiş əmlaklara olan istifadə hüquqlarının itirilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı kimi bank cavabdehlərə qarşı evlərə olan istifadə hüquqlarının itirilməsi predmetli iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək aid ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununda bankın cavabdehlərə qarşı evə olan istifadə hüquqlarının itirilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Belə ki, həmin hüquqla r ipoteka predmetinə tutma yönəldilərək ev özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur.
24. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 385.1, 425.1, 443.1, 448.1, 448.2, 449.4, 462.1, 467, 739.1, 739.2-ci, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.3, 39.3.3, 59.3.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4499/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova-sədrlik edən və məruzəçi, E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabu nçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(008)-111/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
27. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh şikayətində mübahisələndirilən qətnamə ilə qət olunmuş borcun şişirdildiyini bildirsə də, bunu əsaslandıran tutarlı dəlillər təqdim etməmişdir. Halbuki, qeyd olunan müqavilələr üzrə Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-yə əsas və faiz borcunun olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 33451 saylı, 20.05.2019-cu il tarixli və 23926 saylı 20 dekabr 2019cu il tarixli ekspert rəyləri ilə təsdiq edilmişdir.
28. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdı r, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
31. Belə ki, banka 6179 və 12675.3 ABŞ dolları borcu olduğu halda həmin borca münasibətdə 94150.55 və 91561.65 ABŞ dolları faiz hesablanmışdır. Göründüyü kimi əsas borca münasibətdə hesablanmış faiz əsassız olaraq şişirdilmiş məbləğdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Cavabdeh1 vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə i clasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
35. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
36. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlan ılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
39. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
40. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. (maddə 76.1)
41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (maddə 76.2)
42. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (madd ə 77.1)
43. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
44. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. (maddə 102.2)
45. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1)
46. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
47. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəm iyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
49. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası i zahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır
51. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (46)
52. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20.05.2019-cu il tarixli və 20 dekabr 2019-cu il tarixli ekspert rəyləri ilə əsaslandırmışdır.
53. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəylərini mötəbər sübut kimi qəbul etsə də həmin rəylərin mötəbərliyini əsaslandırmamışdır.
54. Be lə ki, iş üzrə keçirilmiş ekspertizanın nəticəsinə dair 20.05.2019-cu il tarixli eksper rəyi ilə Cavabdeh1 12.02.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 172096 ABŞ dolları ödəniş etdiyi, edilmiş ödənişdən 113821 ABŞ dolları əsas borcdan, 58723 ABŞ dolları faiz borcundan silindiyi və nəticədə 12.02.2010-cu il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışında göstərilən tarixə yəni, 05.05.2015-ci il tarixə Cavabdeh1 əsas borc üzrə 6179 ABŞ dolları, faiz borcu üzrə 60369.32 ABŞ dolları borcu olduğu müəyyən edilsə də rəy yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışı ilə əsaslandırılmış, borcun müəyyənləşdirilməsi üçün tədqiqat aparılmamış və hesablanmış 60369.32 ABŞ dolları məbləğində faiz borcunun hansı qayda hesablandığı göstərilməmişdir.
55. Bundan başqa 12.02.2010-cu il tarixli kr edit müqaviləsi üzrə ödənilmiş 172096 ABŞ dollarının hansı tarixlərdə və hansı nisbətdə ödənilməsinin müəyyənləşdirilməsi qalıq borcuna münasibətdə faizlərin düzgün hesablanması üçün mühüm əhəmiyyətə malik olsa da 20.05.2019-cu il tarixli rəydə ekspert tərəfindən bu hallar üzrə tədqiqat aparılmamışdır.
56. İş üzrə keçirilmiş ikinci ekspertizanın nəticəsinə dair 20 dekabr 2019-cu il tarixli ekspert rəyi ilə bağlı isə qeyd edilməlidir ki, 22 yanvar 2010-cu il tarixli və 12 fevral 2010cu il tarixli kredit müqavilələrinin bitmə tarixlərinə və həmin tarixlərdən sonrakı edilən ödənişlər nəzərə alınmaqla Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə olan borcu 22.01.2010-cu il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi 23.01.2012-ci ilə əsas borc üzrə 49693 ABŞ dolları, faiz borcu üzrə 41689.8 7 ABŞ dolları, 13.11.2017-ci il tarixinə əsas borc üzrə 12675.3 ABŞ dolları, faiz borcu üzrə 58658.17 ABŞ dolları, 12.02.2010-cu il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi 13.02.2012-ci ilə əsas borc üzrə 118015.68 ABŞ dolları, faiz borcu üzrə 47334.03 ABŞ dolları, 05.05.2015-ci il tarixinə əsas borc üzrə 6179 ABŞ dolları, faiz borcu üzrə 60369.32 ABŞ dolları borcu olduğu müəyyən edilsə də ekspert nəzərə almamışdır ki, müqavilə müddəti btdikdən sonrakı dövr üçün müqavilə faizi deyil, bank uçot faizi tutulmalıdır.
57. Qeyd edilməlidir ki, 22.01.2010-cu il tarixli ekspert rəyi ilə də kredit müqavilələri üzrə edilmiş ödənişlərin hansı tarixlərdə və hansı nisbətdə ödənilməsi müəyyənləşdirilməmiş, ekspert tərəfindən bu hallar üzrə tədqiqat aparılmamış, ümumiyətlə ekspet rə yi faiz borcunun tutulması hissəsində əsalandırılmamışdır.
58. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyləri kifayət qədər əsaslandırılmadığından mübahisə predmeti olan kredit müqavilələri üzrə borcun düzgün müəyyən edilməsi üçün təkrar məhkəmə ekspertizasının keçirilməsinə zərurət yaranmışdır.
59. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan kredit müqavilələri üzrə borcun düzgün müəyyən edilməsi üçün təkrar məhkəmə ekspertizası keçirməli və həmin ekspertizanın nəticəsini iş üzrə digər sübutlarla yanaşı qiymətləndirərək müfaviq məhkəmə aktı qəbul etməlidir.
60. Bununla yanaşı qeyd edilməlidir ki, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi ekspert qarşısında suallar qoyarkən müqavilənin m üddətinin bitdiyi tarixdən sonrakı dövr üçün faiz borcun hesablanmasının müqavilə faizi əsasında deyil bank uçot faizi əsasında aparıldığını nəzərə almalıdır.
61. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
62. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
63. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kolleg iyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4499/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.