Məhkəmə qərarları › İş №2(102)-5494/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5494/2022

28.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5494/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Əmanətlərin Sığortalanması Fonduna qarşı; müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5494/22 (Açar sözlər: ipoteka yüklülüyünə xitam verilməsi, pul tələbi) Bakı şəhəri, 28 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğludan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4927/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsindən ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ləğv prosesində olan Cavabdeh1 ASC ilə X6 arasında bağlanmış xx/xx/2013-cü il tarixli, 1250/18AZN saylı kredit müqaviləsinə əsasən borcalana 30 ay müddətinə illik faiz dərəcəsi 24% olmaqla 50000 manat məbləğində kredit verilmişdir.

2. Cavabdeh1 ASC ilə X6 və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İP11250/18-AZN saylı ipoteka müqaviləsi ilə İddiaçı özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 74 nömrəli evin, 4 sa ylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi və ipoteka qeydinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cii il tarixli İPİ -1250/18 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 74, mənzil 4 üzərində girova (ipotekaya) xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə ipoteka qeydinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC ilə X6 arasında bağlanmış kredit mü qaviləsinə əsasən X4 30 ay müddətinə 50000 manat kredit verilmişdir. Həmin öhdəliyin təminatı üsulu kimi eyni tarixli ipoteka müqaviləsi ilə İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 74, mənzil 4 ipoteka ilə yüklü edilmişdir. İddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışına əsasən X2 heç bir kredit borcu qalmamışdır. Bununla bağlı cavabdehlərə əmlakın girovdan azad olunması barədə müraciət edilməsinə baxmayaraq 23.07.202 l-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, bank əməliyyat sistemində X2 6530.69 manat faiz, 5869.21 manat cərimə borcu olmaqla 12399.90 manat borc öhdəliyi mövcuddur. İlk olaraq ərizəyə əlavə edilmiş hesabdan çıxarışına borclu X2 ümumiyyətlə qalıq borcu mövcud deyildir. Eyni zamanda cavabdehin məktubundan da görünür ki, kredit müqaviləsi üzrə borclunun əsas məbləğ (əsas öhdəlik) üzrə heç bir borcu qalmamışdır. Həmçinin müqavilədən göründüyü kimi kredit müqaviləsi üzrə son bitmə tarixi xx.xx.2016-cı ildir. Göründüyü kimi cavabdeh qarşısında əsas məbləğlə bağlı hər hansı öhdəlik mövcud deyildir. Cavabdeh öz məktubuda yalnız faiz və dəbbə borcunun olmasını qeyd edibvə həmin məbləğlər əsas məbləğə münasibətdə əlavə (aksessor) xarakter daşıyır ki, əsas məbləğ artıq tamamilə ödənilmişdir. Belə olan halda qanunun tələbinə görə öhdəliyin icra edilməsi barədə tələb istisna olunur.

5. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8889 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə iddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 28 noyabr 2013-cü il tarixli, İP1-1250/18 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə xx.xx.2021-ci il tarixədək (maliyyə arayışının tarixinə) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka 5.183,44 manat (75117,63-50000,00-19934,44=5183,44) artıq ödənişin olması müəyyən edilmişdir.

6. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia qaldıraraq, öhdəlikdən artıq ödənilmiş 5183,44 (beş min yüz səksən üç manat qırx dörd qəpik) manat məbləğində pulun cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada tutularaq, X4 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova) 2(005)368 /2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2013-cü il tarixli İPİ -1250/18 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 74, mənzil 4 üzərində girova (ipotekaya) xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə ipoteka qeydinin silinməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin idiasının təmin olunması, Dəmirbank ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəlikdən artıq ödənilmiş 5183,44 (beş min yüz səksən üç manat qırx dörd qəpik) manat məbləğində pulun cavabdeh Ləğv prosesində olan "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada tutulara q X4 ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2013-cü il tarixli, İP11250/18-AZN saylı ipoteka müqavilənin əsası olan 28 noyabr 2013-cü il tarixli, İP11250/18 saylı kredit müqaviləsi üzrə borc öhdəliyi tam həcmdə yerinə yetirilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, mühasibatlıq ekspertizasının rəyinə əsasən, "xxxx" ASC-yə üçüncü şəxs tərəfindən xx/xx/2013-cü il tarixli, 1250/18AZN saylı kredit müqaviləsi üzrə 5183,44 (beş min yüz səksən üç manat qırx dörd qəpik) manat məbləğində pulun artıq ödənilməsi müəyyən edilmişdir. Əsas öhdəlik icra edildikdə ipoteka müqaviləsi üzrə öhdəliyə də xitam verilməlidir. Hazırkı işin araşdırılmış və sübuta yetirilmiş halları ilə müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli, İP1-1250/18-AZN saylı ipoteka müqavilənin ə sası olan 28 noyabr 2013-cü il tarixli, İP1-1250/18 saylı kredit müqaviləsi üzrə borc öhdəliyi tam həcmdə yerinə yetirilmişdir. Belə olan halda, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməli və ipoteka qeydinin silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməli, xx.xx.2013-cü il tarixli İPİ -1250/18 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 74, mənzil 4 üzərində girova (ipotekaya) xitam verilməli və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə ipoteka qeydi silinməlidir. 10. "xxxx" ASC-yə X6 tərəfindən xx/xx/2013-cü il tarixli, 1250/18AZN saylı kredit müqaviləsi üzrə 5183,44 (beş min yüz səksən üç manat qır x dörd qəpik) manat məbləğində pulun artıq ödənilməsi müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh həmin ödəniş hesabına 5183,44 manat məbləğdə əsassız olaraq varlanmışdır və Mülki Məcəllənin 1092.1-ci maddəsi tələb edir ki, əsassız varlanmış cavabdeh əldə etdiyi 5183,44 manatı ona qaytarmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1,386.1,390.5,421.1,439.4, 527.1,528,1091.1, 1091.2-cü maddələrinə, X8 10.1, 48.1.2-ci,Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 119.1,və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barə də qətnamə çıxarılmasını xahiş edilmişdir.

13. Apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının borcunu müəyyən edən zaman ekspert rəyinə istinad etmiş, lakin ekspertin düzgün hesablama aparmadığını nəzərə almamışdır. Belə ki, təqdim etdikləri hesabdan çıxarışdan da göründüyü kimi borclu ödəniş cədvəlinin şərtlərini pozmuş, aylıq ödəniş məbləğini vaxtında və tam həcmdə ödəmədiyindən faizlər və cərimə yaranmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki, X2 xx.xx.2021-ci il tarixə 6.530,69 (altı min beş yüz otuz manat, 69 qəpik) manat faiz borcu, 5.869.21 (beş min səkkiz yüz altmış doqquz manat, 21 qəpik) manat cərimə borcu qalmışdır. L akin ekspertin kobud səhvə yol verdiyi, düzgün hesablama aparmadığını və nəticədə əsassız rəy tərtib etdiyini müəyyən etmək olar. Belə ki, ekspert rəyinin təqdqiqat hissəsində ekspert tərəfindən tərtib olunmuş cədvəldə borcalan tərəfindən ödənilən məbləğlər tarix ardıcıllığı ilə əks olunmuşdur. Ekspertin rəyindən məlum olur ki, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdəki əsas borcdan silinməni ekspert ümumilikdə 14.993 manat hesablamış, lakin təqdim etdikləri hesabdan çıxarışdan isə həmin tarixlərdə əsas borcdan silinmələrin 7.854 manat məbləğində olduğu müəyyən edilir. Ekspert öz rəyində həmçinin digər tarixlərdə də kiçik fərqlər yaradan müxtəlif hesab səhvləri etmişdir. Ekspertin düzgün hesablamalar aparmayaraq öz rəyində bu kimi səhvlərə yol verməsi nəticəsində ödənişlər arasında böyük məbləğdə fərq yaranmışdır ki, bu da iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Banka qarşı “artıq ödənilmiş 5.183,44 manat məbləğində pulun qaytarılması”na dair əsassız tələbin yaranmasına səbəb olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən ipotekaya əsas öhdəliyə xitam verildikdə xitam verilir. Hazırda qətnamədə hakim əsassız ekspert rəyini mötəbər sübut növü qiymətləndirərək səhv nəticəyə gəlməklə əsassız qətnamə qəbul etmişdir. Belə ki, hazırda borcalan X2 bank qarşısında ümumilikdə 12.399,90 manat məbləğində borc öhdəliyi mövcuddur.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) 2(103)-4927/22 nömrəli iş üzrə 19 iyul 20 22-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş iş üzrə düzgün nəticəyə gəlmişdir. işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1,386.1,390.5,421.1,439.4, 527.1,528,1091.1, 1091.2-cü maddələrinə, X8 10.1, 48.1.2-ci,Mülki Prosessual Məcəllə sinin 14.2, 77.1 119.1,və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin cavabdeh tərəfindən mübahisələndirilən hissəsi ləğv edilərək həmin hissədə iddianın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin predmetini təşkil edən məsələ üzrə müqavilə münasibətləri ləğv prosesində olan Cavabdeh1 ASC ilə üçüncü şəxs arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin bağlanması ilə yaranmışdır. Məhkəmənin yekun qərarına əsasən həmin müqavilə üzrə öhdəlikdən artıq ödənilmiş 5183,44 manat pulun Cavabdeh ləğv prosesində olan "xxxx" ASC ilə yanaşı həm də Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada tutularaq üçüncü şəxsə ödənilməsi qət edilmişdir. Halbuki Əmanətlərin Sığortalanması Fondu qeyd olunan hüquq münasibətlərində nə tərəf olmamışdır, nə də iş üzrə Cavabdeh1 ASC-nin öhdəlikləri Fonda keçməmişdir. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olmaqla bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri Fonda (ləğvediciyə) keçir. Beləliklə, banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Göründüyü kimi, Fond (ləğvedici) bankın nümayəndəsi olaraq onun adından çıxış edir, banka qarşı tələblər onun nümayəndəsi olan ləğvediciyə (Fonda) təqdim edilir, həmi n tələblərin Qanuna uyğun qaydada bankın aktivləri hesabına həyata keçirilməsi Fond tərəfindən təmin edilir.Məhkəmə sübutları tədqiq edərkən nəzərə almamışdır ki, banka qarşı iddia tələbinin hər hansı formada Fondun vəsaiti hesabına həyata keçirilməsi qanuna uyğun deyildir. Məhkəmə bu barədə subyektivliyə yol vermiş, öz subyektiv mülahizələri əsasında qanunsuz və əsassız yekun məhkəmə aktı qəbul etmişdir.

19. Cavabdeh LPO Cavabdeh1 ASC (vəkil X9) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçünçü şəxs bank qarşından öhdəlik götürərək, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini icra etməmişdir. Nəti cədə iş materiallarına əlavə edilmiş maliyyə arayışından da qeyd edilmişdir ki, üçünçü şəxsin Bank qarşısında xx.xx.2021-ci il tarixə 6530,69 manat faiz borcu, 5869.21 manat cərimə borcu olmaqla, ümumilikdə 12.399.90 manat məbləğində pul borcu yaranmşdır. Hər iki məhkəmə instansiyası iddiaçının borcunu müəyyən edən zaman ekspert rəyinə istinad etmiş, lakin ekspertin düzgün hesablama aparmadığını nəzərə almamışdır. Tərəfimizdən həm birinci instansiya, həm də apellyasiya instansiyası zamanı təkrar mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətlə məhkəməvə müraciət olunsa da hər iki məhkəmə instansiyası təkrar ekspertiza imtina etsələr də,vəsatətdən imtina barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. Ekspert rəyinə nəzər saldıqda isə ekspert kobud səhvə yol verdiyini, düzgün hes ablama aparmadığını və nəticədə əsassız rəy tərtib etdiyini müəyyən etmək olar. xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdəki əsas borcdan silinməni ekspert ümumilikdə 14,993 manat hesablamış, lakin təqdim etdiyimiz hesabdan çıxarışdan isə həmin tarixlərdə əsas borcdan silinmələrin 7854 manat məbləğində olduğu müəyyən edilir. Bundan əalvə, üçüncü şəxsin iddiası ləğv prosesində olan bankdan pulun tutulması ilə bağlıdır. Belə iddiaya isə mülki icraatda baxıla bilməz. Bu iflas proseduru çərçivəsində baxılmalı olan tələbdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Üçünçü şəxs (vəkil X7) kassasiya şikayətinə qarşı etiraz göndərərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)4927/2022-ci il nömrəli 19 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasın ı xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

23. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

24. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin..

26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu:

27. Maddə 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

28. Maddə 48.1.2. Əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Banklar haqqında Azərbaycan Respublikasının Qanunu:

29. Maddə 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

33. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məh kəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kollegiya bildirir ki, sübutları ar aşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə, İddiaçı tələbinin həllinə dair yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin iddianın həllinə dair gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. Belə ki, İddiaçı ləğv prosesində olan banka qarşı pul tələbi deyil, həmin bankın hüquq qabiliyyəti ilə bağlı olan iddia qaldıraraq, girova (ipotekaya) xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsini tələb etmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələr ekspertiza rəyinə əsasən müəyyən etmişlər ki, sözügedən ipoteka hüququnun bağlı olduğu əsas öhdəlik, yəni Eldar Ha cıyevin xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyi üzrə borc mövcud deyil, əksinə artıq ödəniş edilmişdir. Bu hal isə öhdəliyə lazımınca icra nəticəsində xitam verilməsinə dəlalət edir. Əsas öhdəliyə xitam verildikdə isə ipotekaya da xitam verilir.

40. Belə olan halda, ipoteka xitam verilməklə əşyanın ipoteka yüklülüyündən azad edilməsi barədə qənaət yuxarıda göstərilən maddi hüquq normalarına uyğundur (§ 24, 28).

41. Ona görə də İddiaçı iddiasına aid hissədə kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Bununla belə Kollegiya aşağıdakılara əsasən hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Eldar Hacıyevin iddiası üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyinə görə qətnamə həmin hissədə ləğv edilmək lə yeni qərar çıxarılmalıdır.

43. Həmin iddianın Əmanətlərin Sığortalanması Fonduna aid hissəsi ilə bağlı qeyd olunur ki, adı çəkilən təşkilatın E.Hacıyev qarşısında müqavilədən və ya qanundan irəli gələn öhdəliyi yaranmamışdır. Fond ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olmaqla, onun nümayəndəsi kimi çıxış edir. Odur ki, Eldar Hacıyev kredit müqaviləsindəki öhdəlikdən artıq həcmdə ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbini Fonda qarşı deyil, ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı irəli sürə bilər. Başqa sözlə, Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs Eldar Hacıyevin iddiasına cavab verməli olan şəxs deyil. Ona görə də həmin iddia adı çəkilən Fonda aid hissədə rədd edilməlidir.

44. Eldar Hacıyevin ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiasına isə mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Çünki, artıq ödənilmiş pulun qaytarılmasına dair iddia kreditor tələbidir. Cavabdeh1 ASC-nin ləğv prosesində olması və iflas proseduruna başlanılması isə mübahisəsizdir. Ləğv prosesində olan banka qarşı pul tələbinə isə mülki mühakimə icraatında baxılması mümkün deyil.

45. Ona görə ki, Banklar haqqında Qanunun 72-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur, banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosedu ru çərçivəsində irəli sürülür.

46. Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur.

47. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

48. Göstərilənlərə əsasən, iş üzrə icraata üçüncü şəxs Eldar Hacıyevin Cavabdeh1 ASC-yə qarşı iddiasına aid hissədə xitam verilməli, iddiaçıya izah olunmalıdır ki, ləğv prosesində olan banka qarşı pul tələbini iflas proseduru çərçivəsində irəli sürmək hüququ vardır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti tam, ləğv prose sində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4927/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsi qismən-müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiasına aid hissədə ləğv edilsin və yeni qərar qəbul edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə icraata müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə aid hissədə xitam verilsin. E.M.Hacıyevə izah olunsun ki, ləğv prosesində olan banka qarşı pul tələbini iflas proseduru çərçivəsində irəli sürmək hüququ vardır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar