Məhkəmə qərarları › İş №2(102)-5495/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5495/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5495/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin yerinə yetirilməsi 21.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2(103)3872/2022 saylı qətnaməsindən Cavabdeh MMC-nin verdiyi kassasiya şikayəti üzrə işə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bund an sonra iddiaçı) ilə "xxxx" MMC (bundan sonra cavabdeh) arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən, sonuncu hazırki müqavilə üzrə ünvan 1 evin 3 otaqlı, yaşayış sahəsi 46 kv.metr (faktiki olaraq 5 otaqlı, 123 kv.metr) olan 29 saylı mənzili cavabdehin mülkiyyətinə verməyi, sonuncu isə mənzilin əvəzində iddiaçıya Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə inşa etdiyi binanın axırıncı blokunun son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 kv.metr olan 102 saylı mənzili, ümumi sahəsi 63,9 kv.metr olan 101 saylı mənzili və 1-ci binada (mənfi birinci mərtəbəsində) ümumi sahəsi 17 kv.metr olan qarajı iddiaçının mülkiyyətinə keçirməyi, eyni zamanda əlavə olaraq 393.240 manat pulu sonuncuya ödəməyi öhdəsinə götürüb. Müqavilənin 2. 1, 2.2-ci bəndlərinə əsasən iddiaçının cavabdehin mülkiyyətinə verdiyi daşınmaz əmlakın qiyməti 567.280 manat təşkil edir. Cavabdehin iddiaçı üçün tikəcəyi 122,4 və 63,9 kv.metr olan mənzillərin və qarajın dəyəri 174.040 manat təşkil edir. Cavabdeh iddiaçıdan aldığı mənzilə görə əlavə olaraq sonuncuya 393.240 manat ödəməyi öhdəsinə götürüb. Müqavilənin 7.2-ci bəndinə görə, cavabdeh mənzilləri vaxtında təhvil vermədiyi halda, iddiaçı gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürüb. 10 mart 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçı özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu Ə.Əlizadə küçəsi 30 saylı evin 29 saylı mənzilini cavabdehə satıb. Həmin alqı-satqı müqaviləsini iddiaçının adından onun etibarnam ə üzrə təmsilçisi X11 imzalayıb. Tərəflər arasında imzalanmış 03 dekabr 2020-ci il tarixli iki müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Tələt Şıxəliyev və Əliəşrəf Əlizadə küçələrinin kəsişməsində inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 122,4 kvömetr olan, 3 otaqlı, 102 saylı mənzil və ümumi sahəsi 63,9 kv.metr olan, 1 otaqlı, 101 saylı mənzil ünvan 1 evin, 29 saylı sökülən mənzil ilə əvəz edilib. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.N.Novruzov) Cavabdeh MMC-nin X9 və digərlərinə qarşı “X1 hər ay 600 manat kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşay ış binasında ümumilikdə 170 kv.metr tam təmirli mənzillə təmin edilmək şərtilə ailə üzvləri X3, X5, X4 ilə birlikdə ünvan 1 evin 30 saylı mənzili boşaldılaraq mənzildən çıxarılması və İddiaçı hər ay 500 manat kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumilikdə 150 kv.metr tam təmirli mənzillə təmin edilmək şərtilə həmin evdə qeydiyyatda olan X11 və digər ailə üzvləri ilə birlikdə ünvan 1 evin 29 saylı mənzilinin boşaldılaraq mənzildən çıxarılmaları” barədə iddiası təmin edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə X11, X2 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri, Nər imanov Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarına əsasən Cavabdeh MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilərək, kassasiya instansiyasında icraata xitam verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 49.240 manat borc, 41.964 manat dəbbə pulu, 3.815 manat faiz olmaqla, ümumilikdə 95.019 manat pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi, Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən Çbinanın 1-ci mərtəbəsində 17 kv.metr olan qarajın mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədlərin səlahiyyətli dövlət orqanına verməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqının, ümumilikdə 18.000 manat pul vəsaitinin ödənilməsinin cavabdehin üzərinə qoyulması, Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 kv.metr olan 102 saylı mənzil və ümumi sahəsi 63,9 kv.metr olan 101 saylı mənzillərdə qonşu ilə divarların yuxarı hissəsində arakəsmələrin kərpic ilə tikilməsi, tavanın qurulması və izolyasiya qatının tamamlanması işlərinin bir ay ərzində yekunlaşmas ını və ya bir ay ərzində Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 kv.metr olan 102 saylı mənzil və ümumi sahəsi 63,9 kv.metr olan 101 saylı mənzillərdə qonşu ilə divarların yuxarı hissəsində arakəsmələrin kərpic ilə tavana qədər tikilməsi, tavanın qurulması və izolyasiya qatının tamamlanması işlərinin bir ay ərzində yekunlaşmadığı təqdirdə 15.000 manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, o, cavabdehlə 22 yanvar 2020-ci il tarixdə müqavilə bağlayaraq ona məxsus olan ünvan 1 evin 3 otaqlı, 29 saylı mənzilini cavabdehə, cavabdeh isə həmin mənzilin əvəzində Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev və Qarabağ küç ələrinin kəsişdiyi yerdə inşa etdiyi binanın 1-ci blokunun son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 kv.metr olan 102 saylı mənzili, ümumi sahəsi 63,9 kv.metr olan 101 saylı mənzili və 1-ci binada (mənfi birinci mərtəbəsində) olan ümumi sahəsi 17 kv.metr olan qarajı satıcının mülkiyyətinə keçirməyi, eyni zamanda əlavə olaraq satıcıya 366.840 manat pulu ona ödəməyi öhdəsinə götürüb. Bundan sonra, onunla cavabdeh arasında notarial qaydada təsdiq edilməklə alqı-satqı müqaviləsi imzalanıb. Həmin müqavilənin 5-ci bəndinə və 22 yanvar 2020-ci il tarixli müqavilənin 5.2-ci bəndinə görə cavabdeh 276.000 manat pulu iddiaçının hesabına notariusun depozit bank hesabına ödəyib və qalan 117.240 manat məbləği isə 06 sentyabr 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürüb. Lakin, aradan keçən bu müd dət ərzində dəfələrlə şifahi və yazılı formada cavabdehə müraciət etsə də, heç bir müsbət nəticə əldə edilməyib. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, cavabdeh mənzilləri vaxtında təhvil vermədiyi halda, iddiaçıya gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqı kimi ödəməlidir, indiyə qədər hələ də evin təhvil verilməməsinə görə, hər ay kirayə pulu ödəmək məcburiyyətində qalır. Bundan başqa, cavabdeh həmin müqavilənin 1.2 və 4.3-cü bəndlərinə əsasən Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binada olan 17 kv.metr olan qaraj təhvil verməli idi. Lakin, bu günə qədər adı çəkilən qaraj ona nə mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış, nə də qaraj təhvil verilməyib. Cavabdehin müqavilə üzrə yerinə yetirmədiyi digər bir öhdəlik isə müqavilənin 1.2 və 3.2-c i bəndlərində nəzərdə tutulan Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 kv.metr olan 102 saylı mənzili və ümumi sahəsi 63,9 kv.metr olan 101 saylı mənzilləri ağaşıdakı qaydada təhvil verməli idi: Binanın və mənzilləri ümumi tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq başa çatdırmaq; binada xarici tərtibat və daxili arakəsmələr işlərini görmək; mənzillərdə pəncərələr quraşdırmaq; mənzilə su, elektrik, qaz, telefon və kanalizasiya xətlərinin çəkilməsini və sayğacların quraşdırılmasını təmin etmək; otaqlar arasında arakəsmələri satıcının verdiyi eskizə görə hörmək və suvaqlama işlərini görmək; mansardda olan mənzillərin çöl divarlarını çöl tərəfdən başlayaraq dəmir lövhə, taxta, də mir qutu profil, izolyasiya materialı və kərpiclə hörüb suvamaq; satıcının öz mənzilindən köçürülməsi zamanı ev əşyalarının daşınması, mebellərin sökülməsi və bununla bağlı bütün xərcləri ödəmək. Satıcı müqavilənin 1.2-ci bəndində göstərilən mənzillərində (mansardda) təmir apararkən, təmir üçün tələb olunan materialların mənzilə qaldırıcı qurğu ilə qaldırılmasını ödənişsiz olaraq yerinə yetirmək, kombi sisteminin qurulması üçün məkanı təyin etmək. Ancaq bu müddət ərzində cavabdeh mansardda qonşu ilə divarların yuxarı hissəsində arakəsmələri tikməmiş, tavanın qurulması və izolyasiya qatının tamamlanması işlərini yekunlaşdırmamışdır. İddiaçı ilə cavabdeh arasında olan 22 yanvar 2020-ci il tarixli müqavilənin 7.1-ci bəndinə görə, tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinpozulması na, vəzifələrin yerinə yetirilməməsinə və öhdəlikləriniyerinəyetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərinpozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludurlar. Həmin müqavilənin 7.2-ci bəndinə görə, cavabdeh (Alıcıicraçı) mənzilləri vaxtında təhvil vermədiyi halda, alıcı-icraçı satıcıya (iddiaçıya) gecişdirilmiş hər ay üçün 900 manat kirayə haqqı kimi ödəməlidir. Eyni zamanda, həmin müqavilənin 7.3-cü bəndində qeyd edilir ki, Alıcı-icraçı öhdəsinə götürdüyü ödəməni gecikdirdiyi halda, satıcı tərəfindən ödənilməmiş məbləğin hər ayı üçün 5 faiz məbləğində cərimə ödəməlidir. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia təmin edilərək, cavabdehdən 49.240 manat pulun iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın 1-ci mərtəbəsində 17 kv.metr olan qarajın mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədlərin səlahiyyətli dövlət orqanına verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqının, ümumilikdə 18.000 manat pulun ödənilməsinin cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsində (mansardda) ümumi sahəsi 122.4 kv.metr olan 102 saylı mənzil və ümumi sahəsi 63,9 kv.metr olan 101 saylı mənzildə ümumi tikintiquraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq başa çatdırılması, həmin m ənzillərdə xarici tərtibat və daxili arakəsmə işləri görülməsi, həmin mənzillərin otaqları arasında arakəsmələrin iddiaçının verdiyi eskizə görə hörülməklə, suvaq işlərinin görülməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli, 028 saylı müqaviləyə əsasən iddiaçı hazırki müqavilə üzrə ünvan 1 evin 29 saylı ünvanda olan 3 otaqdan ibarət yaşayış sahəsi 46 kv.metr (faktiki olaraq 123 kv.metr və 5 otaqdan ibarət olan) olan mənzili cavabdehin mülkiyyətinə verməyi, sonuncu isə aldığı mənzilin əvəzində iddiaçıya Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə inşa etdiyi binanın axırıncı blokunun son mərtəbəsində (mansardda) ü mumi sahəsi 122.4 kv.metr olan 102 saylı mənzili, ümumi sahəsi 63.9 kv.metr olan 101 saylı mənzili və birinci binanın 1-ci (mənfi birinci mərtəbəsində) olan ümumi sahəsi 17 kv.metr olan qarajı iddiaçının mülkiyyətinə keçirməyi, eyni zamanda əlavə olaraq satıcıya 393.240 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürüb. Müqavilənin 2.1.2-ci bəndinə əsasın aylıq 300 manat kirayə almaq hüququ vardır. 2.2.4-cü bəndinə əsasən 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək cavabdehin vəzifəsi müəyyən edilib. Bakı şəhəri, 27 saylı notariat ofisinin xüsusi notariusu E.H.Qurbanov tərəfindən təsdiq edilmiş 10 mart 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 30 s aylı evin, 29 saylı mənzilini cavabdehə satıb. Lakin müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirilməyib. İddiaçı hazırda cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsini tələb edir. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin cavabdehdən 49.240 manat borcun, 41964 manat dəbbə pulunun, 3815 manat faiz borcunun, ümumilikdə 95.019 manat pulun iddiaçının xeyrinə ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə (əsas borc hissəsində) qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfin məhkəmədə verdiyi izahatdan məlum olmuşdur ki, cavabdehin həqiqətən iddiaçıya 49.240 manat borcu vardır. Məhkəmə iddia tələbinin “faiz və dəbbə borcunun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məh kəməyə təqdim edə bilməyib. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın 1-ci mərtəbəsində 17 kv.metr olan qarajın mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədlərin səlahiyyətli dövlət orqanına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqının, ümumilikdə 18.000 manat pulun ödənilməsinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli müqavilənin 7.2-ci bəndinə əsasən, cavabdeh mənzilləri vaxtında təhvil vermədiyi halda, o gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqı kimi satıcıya ödəməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli müqavilənin 3.2-ci bəndinin yarımbəndləri nəzərə alınmaqla, cavabdeh tərəfindən Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsinin (mansardda) ümumi sahəsi 122.4 kv.metr olan 102 saylı mənzil və ümumi sahəsi 63,9 kv.metr olan 101 saylı mənzildə ümumi tikinti quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq başa çatdırılmalı, həmin mənzillərdə xarici tərtibat və daxili arakəsmələr işləri görülməli, həmin mənzillərin otaqları arasında arakəsmələr iddiaçının verdiyi eskizə görə hörməklə, suvaq işlə ri görülməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 442, 752.1-ci maddələrinin və Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiye v sədrlik edən, məruzəçi, N.Ş.Cəfərov vəX.Ə.Sarıyev) apellyasiya şikayətəri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, cavabdeh iddiaçının təhvil verdiyi mənzilin əvəzində ona dəyərinin ödənilməsi ilə yanaşı, yeni tikiləcək binada 2 mənzil və 1 qaraj sahəsinin verilməsi barədə ilkin olaraq 22 yanvar 2020-ci il tarixli müqavilə bağlandıqdan sonra həmin müqavilənin dəyişdirilərək, tərəflər arasında yalnız mənzilin dəyərinin ödənilməsi barədə razılıq əldə edilməsi və bunu notarial qaydada bağlanmış 10 mart 2020-ci il tarixli alğı-satqı müqaviləsinin təsdiq etməsi barədə dəlilini əsassız sayıb. Belə ki, tərəflər arasında bağlanmış 10 mart 2020-ci il tarixli müqavilədən sonra iddiaçının mülkiyyətində olmuş mənzilin əvəzində yeni tikiləcək binada 2 mənzil sahəsinin verilməsinə dair 03 dekabr 2020-ci il tarixdə müqavilələrin bağlanması cavabdehin həmin dəlilini təkzib edir. Cavabdehin sonuncu müqavilələrin borcun qalıq məbləğinin ödənilməsinin qarantı kimi bağlanması barədə dəlili də şəxsi mülahizələr olmaqla heç bir sübutla təsdiq olunmur. Əksinə 10 mart 2020-ci il və 03 dekabr 2020-ci il tarixli müqavilələr tərəflər arasında ilkin olaraq təsdiq edilmiş 22 yanvar 2020-ci il tarixli müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərin icrasına uyğun olaraq bağlanıb. Bundan əlavə, cavabdehin tərəflər arasında notarial qaydada bağlanmış müqavilədən əlavə qanunla və ya tər əflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilmədən bağlanılmış əqdin etibarsız olması barədə dəlili də əsaslı sayıla bilməz. Belə ki, mülki qanunvericiliyə əsasən podrat münasibətlərinə dair müqavilələrin notarial qaydada təsdiq edilməsi tələb olunmur. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 442, 752.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, tərəflər arasında notarial qaydada bağlanmış müqavilədən başqa qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Məhkəmə nəzərə almamışdır ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilib. Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Buna görə tərəflər arasında müqavilə məhz notarial qaydada təsdiq edilməklə hər birinin öhdəliyinin yaranmasına dəlalət edir. Məhkəmə bu xüsusatı nəzərə almayıb. Mülki qanunvericiliyə əsasən qanunvericilik daşınmaz əmlakla bağlı münasibətlərin tənzimlənməsi, daşınmaz əmlaka dair hüquqların verilməsi, konkret halda, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin yalnız notarial qaydada təsdiqlənməsini tələb edir. Hazırkı işdə iddiaçı onun mülkiyyətində olan mənzilin cavabdehə satılmasından irəli gələn münasibətlərə dair iddia qaldırılıb. Bu halda yalnız notarial qaydada tərəflər arasında bağlanmış müqaviləyə istinad oluna bilər ki, aralarında notarial qaydada bağlanmış müqavilə şərtinə əsasən iddiaçının mənzilinin cavabdeh tərəfindən nəqd pul ödənilməklə satın alınması istinad olunan müqavilə ilə işin müəyyən olunan mübahisəsiz halıdır. İddiaçının istinad etdiyi, yuxarıda bağlanma şəraiti barədə məlumat verilən digər– notarial qaydada təsdiq olunmamış müqavilələr isə tərəflər arasında kı, real münasibətləri əks etdirməməklə hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Hesab edirlər ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi tərəflər arasında 12 mart 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsindən irəli gələn öhdəliklər üzrə hazırkı mübahisəyə baxmaq və məhz bu prizmadan işi araşdırmaq əvəzinə bunun əksi olan və tərəflər arasında artıq hüquqi qüvvəsini itirmiş (artıq notarial qaydada müqavilə bağlandığından) müqavilələrin tələbləri baxımından işə baxmış və bununla da ciddi maddi hüquq p ozuntusuna yol verib. Məhkəmənin qətnaməsində hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməyib və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmayıb. Mülki iş materiallarından görünür ki, tətbiq edilən maddi hüquq normaları ilə işin faktiki halları uyğun deyil. Tərəflər arasında bağlanan müqavilələrlə tərəflərin iradə ifadəsi fərqlidir. Yəni, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanandan sonra digər müqavilələr artıq öz əhəmiyyətini itirib. Əslində hər iki tərəfin iradə ifadəsini 12 mart 2020-ci il ildə notariat ofisində bağlanan müqavilə əks etdirir. 03 dekabr 2020-ci il tarixli müqavilə isə 12 mart 2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan məbləğin təminatı olaraq bağlanıb. Lakin, məhkəmə 03 dekabr 2020-ci il və 12 mart 2020-ci il tarixli müqavilələrə ayrı-ayrı müqavilə kimi qiymət verib. Halbuki, 03 dekabr 2020-ci il tarixli müqavilə 12 mart 2020-ci il tarixli müqavilə üzrə qalıq məbləğin təminatı kimi bağlanmaqla onun tərkib hissəsi kimi qiymətləndirilməli idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6. 2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 178.8-ci maddəsinə görə, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144 -1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtl ərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddə si). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırmas ı kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya də yişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının təhvil verdiyi mənzilin əvəzində ona dəyərinin ödənilməsi ilə yanaşı, yeni tikiləcək binada 2 mənzil və 1 qaraj sahəsinin verilməsi barədə ilkin olaraq 22 yanvar 2020-ci il tarixli müqavilə bağlandıqdan sonra həmin müqavilənin dəyişdirilərək, tərəflər arasında yalnız mənzilin dəyərinin ödənilməsi barədə razılıq əld ə edilməsi və bunu notarial qaydada bağlanmış 10 mart 2020-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq etməsi barədə dəlilini əsassız sayıb. Çünki, tərəflər arasında bağlanmış 10 mart 2020-ci il tarixli müqavilədən sonra iddiaçının mülkiyyətində olmuş mənzilin əvəzində yeni tikiləcək binada 2 mənzil sahəsinin verilməsinə dair 03 dekabr 2020-ci il tarixdə müqavilələrin bağlanması cavabdehin həmin dəlilini təkzib edir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, cavabdehin sonuncu müqavilələrin borcun qalıq məbləğinin ödənilməsinin qarantı kimi bağlanması barədə dəlili də şəxsi mülahizələr olmaqla heç bir sübutla təsdiq olunmur. Əksinə, 10 mart 2020-ci il və 03 dekabr 2020-ci il tarixli müqavilələr tərəflər arasında ilkin olaraq təsdiq edilmiş 22 yanvar 2020-ci il tarixli müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərin icrasına uyğun olaraq bağlanıb. Bundan əlavə, cavabdehin tərəflər arasında notarial qaydada bağlanmış müqavilədən əlavə qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilmədən bağlanılmış əqdin etibarsız olması barədə dəlili də əsaslı sayıla bilməz. Belə ki, mülki qanunvericiliyə əsasən podrat münasibətlərinə dair müqavilələrin notarial qaydada təsdiq edilməsi tələb olunmur. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı mah iyyəti üzrə düzgün nəticəyə gəlib. Mülki Məcəllənin 5.3-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;; 178.8-ci maddəsinə görə, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (sat ıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdehin ka ssasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət vermədiyini, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianı n əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2(103)-3872/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar