Məhkəmə qərarları › İş №2(102)-5497/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5497/2022

14.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5497/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinin zəbtdən azad edilməsi, bağ sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağ sahəsinin zəbt edilmiş hissəsinin cavabdehlərin qanunsuz zəbtindən azad edilməsi, onların həmin torpaq sahəsindən çıxarılması və zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyə tinə qaytarılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3938/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Kazakova (nikahdan sonra Zamanova) Lyudmila Vladimirovna və X4 xx.xx.1998-ci il tarixdə nikah rəsmi qeydə alınmaqla ailə qurmuşlur (Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş 302349 №-li nikah haqqında şəhadətnamə).

2. X4 xx.xx.2011-ci il tarixdə ölmüşdür (5 saylı notariat ofisinin notariusu təərfindən verilmiş məktub).

3. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi və X4 arasında mübahisə li sahənin 10 il müddətinə istifadəyə verilməsi haqqında 7834 №-li xx.xx.2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən istifadəçi (X4) tərəfindən öhdəliklərin yerinə yetirildiyi təqdirdə müqavilənin yeni müddətə artırılması nəzərdə tutulmuşdur.

4. Müqavilənin 6-cı bəndində istifadəçinin öhədlikləri əks olunmuşdur – bağdan təyinatı üzrə istifadə etmək, hər il öz xərci və vəsaiti hesabına aqrotexniki işləri görmək və sair.

5. Müqavilənin 16-cı bəndində müqavilənin müddəti 10 iyun 2001-ci il tarixdən 10 iyun 2011-ci il tarixədək müəyyən edilmişidr (qeyd edildiyi kimi müqavilə 10 il müddətinə xx.xx.2007-ci il tarixdə bağlanmışdır).

6. Müqavilə DƏDRX-nin arxivində saxlanılmışdır, lakin müqavilədə X2 və İstismarı Birliyinin möhürü olmamışdır.

7. Bakı şəhəri, 5 saylı n otariat ofisinin notariusu İ.A.Məmmədov tərəfindən xx.xx.2019-cu il tarixdə DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə müraciət olunaraq, X3 ölümü ilə bağlı onun arvadı İddiaçı müraciəti əsasında vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən olunması barədə məlumat verilmiş və mübahisəli torpaq sahəsinə çıxarışın verilməsi xahiş olunmuşdur.

8. İddiaçı bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə müraciət etmiş, xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən sözügedən bağ sahəsi sənədlə 1200 kv metr olsa da, faktiki olaraq göstərilən sahə 274 kv metr və 1345 kv metr olmaqla ayrı-ayrı şəxslər tərəfindən istifadə olunur.

9. Cavabdehlər ər-arvaddır ( Bərdə rayon VVAQ şöbəsi tərəfin dən verilmiş 399777 №li nikahın bağlanması haqqında şəhadətnamə).

10. Maştağa Bələdiyyəsi tərəfindən Cavabdeh1 0,12 ha satılmışdır (Bələdiyyənin xx.xx.2006-cı il tarixli qərarı, torpaqların alqı-satqısına dair Akt). Cavabdeh1 həmin torpaq sahəsinə dair vergi ödəyicisi kimi Maştağa Bələdiyyəsi tərəfindən uçota alınmışdır (5796 №-li xx.xx.2019-cu il tarixli şəhadətnamə).

11. Cavabdehlər tərəfindən həmin ərazidə ev inşa edilmişdir, Cavabdeh1 “Azərişıq”da abonent kimi qeydiyyata alınmışdır.

12. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6069 №-li ekspert rəyinə əsasən mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətindədir, bağların bölgüsüsünə dair sxematik xəritədə qeyd olunan bağların nömrələnmə ardıcıllığına əsasən iddia edilən ərazinin 46 3 nömrəli bağ sahəsinin yerləşmə mövqeyinə uyğun olması müəyyən edilmişdir (DƏDRX tərəfindən verilmiş cavaba əsasən). Ekspert rəyi Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsi tərəfindən hazırlanmış mütəxəssis rəyi əsasında verilmişdir.

13. Hazırda iddiaçı mübahisəli sahənin cavabdehlərin qanunsuz sahibliyindən azad olunmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 463 №-li bağ sahəsinin zəbt edilmiş hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən azad edilməsi, onların həmin torpaq sahəsindən çıxarılması və zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli, 7834 №-li müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 hektarlıq 463 №-li bağ sahəsi (sonradan – mübahisəli sahə) mərhum yoldaşı X3 istifadəsinə verilmişdir. X4 xx.xx.2011-ci il tarixdə öldükdən sonra Bakı şəhəri, 5 saylı notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Mübahisəli sahənin özəlləşdirilməsi ilə əlaqədar DƏDRX-yə müraciət edilmiş, lakin oradan gələn cavab məktubundan aydın olmuşdur ki, mübahisəli sahə müxtəlif şəxslər tərəfindən zəbt edilmişdir. Şikayətlə əsasən Polis orqanınd a aparılmış araşdırma nəticəsində bağ sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi müəyyən olunmuşdur.

16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2022 saylı işi üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia rədd edilmişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli torpağa olan hüququnu təsdiq edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş müqavilə özü-özlüyündə ziddiyyətli müqavilədir. Müqavilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin möhürü ilə təsdiq edilməmişdir.

18. Belə ki, müqavilə xx.xx.2007-ci il tarixdə 10 il müddətinə (xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək) bağlanmışdır. Lakin, müqavilənin 16-cı bəndində müqavilənin müddəti 10 iyun 2001-ci il tarixdən 10 iyun 2011-ci il tarixə dək müəyyən edilmişdir. Göründüyü kimi, müqavilənin bəndləri biri birinə uyğun gəlmir.

19. Müqavilənin 2-ci bəndinə əsasən istifadəçi (X4) tərəfindən öhədliklərin yerinə yetirildiyi təqdirdə müqavilənin yeni müddətə artırılması nəzərdə tutulmuşdur. Lakin, araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilə əsasında yalnız 2019-cu ildə torpağı özəlləşdirmək niyyətinə düşməsi görünür. Yəni, X4 tərəfindən müqavilədə onun üzərinə götürülən öhdəliklərin 10 il ərzində yerinə yetirilmədiyi görünür. Bu əsasla da məhkəmə haqlı olaraq hesab etmişdir ki, müqavilə yeni müddətə uzadılmamışdır.

20. Ekspert rəyinə dair məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair koordinatlar verilməmişdir.

21. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinə hüququnu təsdiq edə bilmədiyindən belə bir iddia qaldırmağa onun subyektiv hüququ olmamışdır.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2 və 165.1-ci, Torpaq Məcəlləsinin 65.1, 67.1 və 68-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 103.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsini və məhkəmə xərclərinin cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin müqavilə ilə bağlı hər hansı şübhəsi var idisə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verib, sənədlərin təsdiq edilmiş surətini tələb edə bilərdi. Digər tərəfdən də, tərəflərindən məhkəməyə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 19 mart 2019cu il tarixli, **********50 nömrəli məktubu təqdim edilmişdir. Qoşma olaraq təqdim edilmiş müqavilə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin “Arxivdə saxlanılan nüsxə ilə eynidir” adlı göy rəngli ştampı ilə təsdiq edilərək, 15 mart 2019-cu ildə imzalanmışdır. Həmin sənəd həmçinin notarial qaydada təsdiqlənərək, məhkəməyə təqdim edilmişdir. Müqavilənin 2-ci səhifəsində müqavilə tarixinin “iyun” yazısına oxşaması texniki səhv ola bilər. Bunun üçün vətəndaş məsuliyyət daşımır və bu fakt onun hüquqlarının kobud və tam şəkildə pozulması üçün əsas ola bilməzdi. Məhkəmə qeyd edir ki, m üqavilənin 2-ci bəndinə əsasən istifadəçi (X4) tərəfindən öhədliklərin yerinə yetirildiyi təqdirdə müqavilənin yeni müddətə artırılması nəzərdə tutulmuşdur. Lakin, araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilə əsasında yalnız 2019-cu ildə torpağı öhəlləşdirmək niyyətinə düşməsi görünür. Yəni, X4 tərəfindən müqavilədə onun üzərinə götürülən öhdəliklərin 10 il ərzində yerinə yetirilmədiyi görünür. Bu əsasdan məhkəmə hesab edir ki, müqavilə yeni müddətə uzadılmamışdır.” Məhkəmənin bu əsassız mövqeyi ilə də, razı deyil. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə “Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra H akimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Göründüyü kimi, yuxarıda qeyd edilən sərəncamın qəbulundan sonra, müqavilə müddətinin uzadılması ilə bağlı müraciət və.s nəzərdə tutulmamışdır. Məhkəmə isə əsassız və qanu nsuz qətnaməsində, müqavilənin 2017-ci ildən sonra uzadılmadığını qeyd etmişdir. Onu da, qeyd edir ki, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş vəkil sorğusuna cavab olaraq, həmin idarə 26 oktyabr 2020-ci il tarixdə **********00 nömrəli cavab məktubu və qoşması olaraq, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən bağ sahələrinin bölgüsünə dair sxematik xəritənin surəti göndərilmişdir. Həmin məktub və sxematik xəritə də, məhkəməyə təqdim edilmişdir və iş materiallarındadır. Həmçinin İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin, eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6069 №-li ekspert rəyinə əs asən mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətindədir, bağların bölgüsüsünə dair sxematik xəritədə qeyd olunan bağların nömrələnmə ardıcıllığına əsasən iddia edilən ərazinin 463 nömrəli bağ sahəsinin yerləşmə mövqeyinə uyğun olması müəyyən edilmişdir. Məhkəmə isə qanunun tələbini kobud şəkildə pozaraq, ekspert rəyini nəzərə almamış, qanunun müddəalarını düzgün təfsir etməmişdir. Halbuki, bu kateqoriya işlərdə ekspert rəyi mühüm sübut növüdür, həmin rəy DƏDRX-nin məlumatları əsasında tərtib edilmişdir. ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş imtina bildirişində də əsas olaraq bağ sahəsinin ayrıayrı şəxslər tərəfindən özbaşına zəbt olunması qeyd edilmişdir. Yəni məhkəmənin qeyd etdiyi əsaslar mövcud olsaydı, idarə imtina bildirişində sözügedən müqaviləni n düzgün olmamasını, müddətin keçməsini, torpağın düzgün yerləşməməsini və s. qeyd edərdi. Göründüyü kimi, imtina bildirişində əsas olaraq, yalnız zəbt olunma qeyd edilmişdir. Eyni zamanda məhkəmə iş üzrə xərcləri də düzgün tutmamışdır. Əvvəla cavabdeh tərəf iddianı qəbul etmədiyindən, məhkəmə torpağın təyinatını müəyyən etmək üçün ekspertizalar təyin etmişdir. Ekspert rəyləri ilə də, iddianın əsaslı olması öz təsdiqini tapmışdır. Belə olan halda nə üçün həmin xərclərin yarısı iddiaçı tərəfdən tutulmalı idi? Digər tərəfdən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 311 manat pul tərəfimizdən müvafiq hesaba ödənilmişdir. Belə ki, həmin məbləğ ödənilməsəydi mütəxəssis rəyi verilmir. Hesab edir ki, ekspertiza xərci olan 50 manat məbləğ cavabdehlərdən tutulub ekspertiza mərkəzinin müvafiq he sabına, tərəflərindən ödənilmiş 311 manat isə, cavabdehlərdən alınaraq iddiaçı tərəfə ödənilməlidir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3938/2022 nömrəli iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı torpaq sahəsinə hüququnun olmasına dair mötəbər sübu tlar təqdim edə bilməmişdir, onun hazırkı tələblə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Torpaq sahəsi Maştağa bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli qərar və aqlı-satqı aktına əsasən Cavabdeh1 satlımış, sonuncu həmin sahədə ev tikib ailə üzvləri ilə bilikdə yaşamqdadır.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2 və 165.1-ci, Torpaq Məcəlləsinin 65.1, 67.1 və 68-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində apellyasiya şikayətinin dəlilləri qey d edilməklə bərabər əlavə olaraq göstərilmişdir ki, apellyasiya məhkəməsi ekspert rəyinə düzgün hüquqi qiymət verməmiş, rəydə göstərilənlərə nəzərə almamaqla səhv etmiş, bağ sahəsinin icarəsi barədə müqavilənin və sahənin sxematik plan cizgisinin şübhə altına alınmasına əsaslar olmamış, DƏDRX tərəfindən həmin sənədlərin mötəbərliliyini mübahisələndirilmədiyini nəzərə almamışdır. Məhkəmə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə və “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən bağ sahəsinin onun mülkiyyəti sayılmasını da diqqətdən qaçırmışdır. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 24, 25 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci, Mülki Prosessual Məcəllənin 6, 9, 14, 77, 88 və 103-cü maddələri ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh1 nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayətinə etiraz verilmiş, etirazda kassasiya şikayətin dəlillərinin əsassız olması göstərilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

31. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

32. Maddə 165.1. Pozuntuların davam edəcəyindən ehtiya t olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

33. Maddə 65.1. Trpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Odur ki, məhkəmə hesab edir ki, torpağın koordinatları mövcud olmadıqda onun dəqiq yerləşməsini də müəyyən etmək mümkün deyil. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair koordinatlar verilməmişdir.

34. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyət ində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

35. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materallarını k assasiya şikayəti dəlillərinə əsasən araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırıl mış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiyümətiləndirmə ilə razılaşır. İşdən görünür ki, iddiaçının 2006-cı ildən etibarən hazırda iddia etdiyi bağ sahəsinə müqavilənin şərtlərinə əməl edərək sahiblik və istifadə etməsi, həmin sahənin başqalarının sahbliyində və istifadəsində olmasına etiraz etməsi müəyyən edilmir. Cavabdeh bağ sahəsinə özbaşına deyil, Maştağa bələdiyyəsinin 19 sentyabr 2006-cı il tarixli qərarına əsasən, alqı-satqı yolu ilə, bələdiyyənin hesabına 1360 manat ödəməklə yiyələnmiş, göstərilən tarixdi n həmin sahədə ev tikməklə ailə üzvləri ilə birlikdə yaşayır. Bü müddətdə torpaq sahəsi ilə əlaqədar ona etiraz bildirən olmamış, həmçinin iddiaçının xx.xx.2011-ci il tarixdə vəfat edən əri, icarəçi də etiraz etməmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3938/2022 nömrəli mülki iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar