Məhkəmə qərarları › İş №2(102)-5499/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5499/2019

26.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5499/2019 26.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh1 vəkili Vəkil iştiakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 oktyabr 2018ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini 12.09.2014-cü il tarixli “Kredit müqaviləsi” əsasında yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 21.635,64 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 4.039,22 manat, borcun ödənilməsinin geçikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 10,19 manat, “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 10 manat, xidmət haqqının əvəzinin – 20 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 tutulmasını, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsini, mənzilin ilkin satış qiymətinin 147.000 manat müəyyən edilməklə açıq hərracdan satışa çıxarılmasını, mənzilin satışından artıq qala biləcək məbləğin Cavabdeh1 qaytarılmasını, mənzil satıldıqdan sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini, mənzil satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsini, qalan hissədə iddianın təmin edilməməsini, məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri qismində 290 manat məbləğində pulun Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.(hakim X.Məhərrəmova). Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(103)-2607/2019 saylı qətnaməsi ilə (hakimlər M.Məmmədov sədrlik edən, məruzəçi X.Sarıyev və E.Şamayev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tər əfindən qəbul edilmiş 15 oktyabr 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: Bank, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 arasında 12.09.2014-cü il tarixdə bağlanmış ******** №-li “Kredit müqaviləsi” əsasında yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 21.635,64 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 4.596,64 manat, borcun ödənilməsinin geçikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 10,19 manat, “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 10 manat, xidmət haqqının əvəzinin – 20 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən 127 nömrəli evin 35 nömrəli mənzilinə (bundan sonra – mübahisəli mənzil) yönəldilməsi, mənzilin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilə biləcək vəsait hesabına Cavabdeh1 Banka olan borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normalarının pozuluğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının 22 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası, Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 fevral 2019-cu il tarixli qətn aməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara isti nad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Bankın “xxxx” filialı ilə Cavabdeh1 bağlanmış 12.09.2014-cü il tarixli “Kredit müqaviləsindən”, 12.09.2014-cü il tarixli “Kassa məxaric orderindən” və işdə olan digər sənədlərdən görünür ki, qeyd edilən müqaviləyə əsasən Cavabdeh1 kreditdən istifadəyə görə illik 25 faiz dərəcəsi ilə, 36 ay müddətinə 30.000 manat məbləğində krediti Bankdan götürmüşdür. Cavabdeh1 ilə Bank arasında bağlanmış 13.01.2016-cı il tarixl i “Kredit müqaviləsinə 1 saylı Əlavədən” görünür ki, cavabdehin 12.09.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə 22.735,15 manat məbləğində qalıq borcunun illik 25 faiz dərəcəsi ilə, 56 ay müddətinə (12.09.2020-ci il tarixə kimi) ödənilməsi müəyyən edilmişdir. Bank tərəfindən təqdim edilmiş 19.09.2017-ci il tarixli “Maliyyə arayışından” görünür ki, Cavabdeh1 12.09.2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə Banka olan əsas borcu 21.635,64 manat və faiz borcu isə 4.596,64 manat təşkil edir. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10.09.2018-ci il tarixli, 16154 nömrəli rəyindən görünür ki, Cavabdeh1 “Kredit müqaviləsinin” müddətinin bitd iyi (12.09.2017-ci il) tarixə əsas kredit borcu qismində 21.897,73 manat, faiz borcu qismində 4.039,22 manat; “Maliyyə arayışının” verildiyi (19.09.2017-ci il) tarixə isə əsas kredit borcu qismində 21.897,73 manat, faiz borcu qismində 4.145,67 manat borcu yaranmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış 12.09.2014-cü il tarixli “İpoteka müqaviləsindən” görünür ki, mübahisəli mənzil 110.000 manat məbləğində qiymətləndirilməklə, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli mənzilin 12.09.2014-cü il tarixli “Kredit müqaviləsinə” görə Bankın xeyrinə yüklü edilməsi 16.09.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “xxxx” MMC tərəfindən verilmiş 28.12.2017-ci il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis rəyindən görünür ki, mübahisəli mənzilin 25.12.2017-ci il tarixə orta bazar dəyəri - 147.000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında yaranmış öhdəliyini tam həcmdə icra etdiyini nəinki sübuta yetirə bilmir, o, ümumiyyətlə, bu halı mübahisələndirmir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, Bank müqavilə üzrə yaranan əsas və faiz borcunu yüksək həddə hesablamışdır. Digər tərəfdən bu borcun ödənilməməsi ondan asılı olmayan səbəblərdən baş verdiyinə görə, Mülki Məcəllənin 448.4-cü maddəsini əsas götürülməklə, həmin borc, ümumiyyətlə, Cavabdeh1 tutulmamalıdır. Rayon Məhkəməsi tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” bitmə tarixinə cavabdehin Banka olan borcunun düzgün məbləğinin hesablanması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 10.09.2018-ci il tarixli rəyini almışdır. Yuxarıda göstərildiyi kimi həmin rəyə görə, müqavilənin bitmə tarixinə cavabdehin əsas borcu 21.897,73 manat, faiz borcu isə 4.039,22 manat təşkil etmişd ir. Müəyyən edilən bu məbləğlərin şişirdildiyini sübuta yetirmə öhdəliyi isə onu iddia edən tərəfin, yəni Cavabdeh1 üzərinə düşsə də, o istinad etdiyi bu halı təsdiq edə biləcək və ekspert rəyinin əsaslılığını şübhə altına ala biləcək sübutları, ən azından özü tərəfindən aparılmış adi riyazi hesablamanı belə məhkəmələrə təqdim etməmişdir. Borclu müqavilə bağlayarkən devalvasiyanın baş verməsi halında, onun nəticələrini istisna edə və ya aradan qaldıra bilməyəcəyini iddiaçı Banka bildirsin və müqaviləyə bu barədə şərtin daxil edilməsini tələb etsin. Lakin tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərini nəzərdən keçirən Məhkəmə bildirir ki, həmin müqavilədə devalvasiyaya görə borclunun öhdəlikdən azad edilməsi və ya məsuliyyətinin yüngülləşdirilməsi, yaxud hər hansı bir güzəşti n tətbiq olunması barədə bənd nəzərdə tutulmamışdır. Bu səbəbdən, baş vermiş devalvasiyanın hazırki halda cavabdehin xeyrinə nəzərə alınması üçün əsaslar yoxdur. Borclu müqavilə üzrə öhdəliklərinin icrasından azad edə bilməz. Apellyasiya şikayətinin dəlilləri müvafiq hissədə əsassızdır. Beləliklə, Cavabdeh1 iddiaçı Bank qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəlikləri var və o, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. Cavabdeh1 Bank qarşısında icra edilməmiş öhdəliklərinin mövcud olması müəyyən edildiyindən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəflər arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas borcun əvəzi olaraq 21.897,73 manat, faiz borcunun əvəzi olaraq isə 4.039,22 manat məbləğində pulun Cavabdeh1 tutularaq Banka ödənilməsi barədə düz gün nəticəyə gəlmişdir. Rayon Məhkəməsi tutmanı ipoteka predmetinə yönəltməkdə və mənzilin açıq hərracda satılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh1 apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” 05.06.2002-ci il tarixli Qərarına istinad edərək, tutmanın onun mülkiyyətində olan yeganə yaşayış yerinə - mübahisəli mənzilə yönəldilməsinə etiraz edir. Cavabdeh1 qeyd edir ki, müvafiq Qərarda kredit borcuna görə tutma heç bir halda yeganə yaşayış yerinə yönəldilə bilməməsi nəzərə tutulmuşdur. Apellyasiya şikayətinin bəhs olunan dəlili ilə bağlı qeyd edilməlidir ki, Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli Qərarın da fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı təsbit edilmişdir. Həmin Siyahının 1-ci bəndinə görə, bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Bununla yanaşı, Siyahının qeyd hissəsində göstərilir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əml akın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Göründüyü kimi, Cavabdeh1 istinad etdiyi Siyahının qeyd hissəsini nəzərə almamışdır. Beləliklə Bankın tələbinin ipoteka predmeti olan mənzilə yönəldilməsini istisna edən hər hansı bir hal mövcud deyil. Bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassız, Rayon Məhkəməsinin mövqeyi isə əsaslıdır. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd edilməlidir ki, Cavabdeh1 qətnamənin həmin hissəsi ilə də razılaşmır. O, mənzilin bazar dəyərinin 147.000 manatdan daha yüksək olduğunu iddia edir. Apellyasiya şikayətinin bu dəlili formal mülahizə xarakteri daşıyır. “xxxx” MMC-nin 28.12.2017-ci il tarixli mütəxəssis rəyi ilə mübahisəli mənzilin orta bazar dəyərinin 147.000 manat təşkil etməsi müəyyən edilmişdir. Rayon məhkə məsi də həmin rəyə əsasən, mənzilin ilkin satış qiymətini 147.000 manat məbləğində müəyyən etmişdir. Bu qiymətlə razılaşmayan Cavabdeh1 heç bir sübut gətirmədən, məsələn hər hansı digər bir qiymətləndirmə rəyinə istinad etmədən mənzilin ilkin satış qiymətinin daha yüksək olması barədə mövqeyi isə düzgün hesab edilə bilməz. Mənzilin ilkin satış qiymətini 147.000 manat məbləğində müəyyən edən Rayon Məhkəməsi ədalətli mövqe nümayiş etdirmişdir. Rayon Məhkəməsi mənzilin satıldığı halda cavabdehin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzil satıldıqdan sonra 1 ay ərzində onun mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsini qət etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, Rayon Məhkəməsi mübahisələndirilən hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyil. Apellyasiya instansiyasının məhkəmə kollegiyası mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə g örə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytar ılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipo teka predmetinə tutmanı yönəltməyə başlaya bilər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzr ə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti t əmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 22 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar