Məhkəmə qərarları › İş №2(102)-5499/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5499/2021

05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5499/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5499/21 (Açar sözlər: maddi ziyan və mənəvi ziyan) Bakı şəhəri, 05 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3597/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Bakı şəhər X ətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “binanın dam örtüyünün təmir edilməsinin həvalə edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, E saylı binanın dam örtüyünün təmir edilməsinin cavabdehə həvalə edilməsi, ona vurulmuş 3500 manat maddi zərərin, 3000 manat mənəvi zərərin və dövlət rüsumu qismində ödədiyi 30 manatın əvəzinin, ümumilikdə 6530 manatın cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək, cav abdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək, E saylı binanın dam örtüyünün təmir edilməsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, ona vurulmuş 3500 manat maddi zərərin, 3000 manat mənəvi zərərin və dövlət rüsumu qismində ödədiyi 30 manatın əvəzinin, ümumilikdə 6530 manatın cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Esaylı ev cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin balansındadır. Qeyd olunan binanın ümumi sahəsi 84,71 kv.metr olan 3 otaqlı, 19 saylı mənzili şəxsi mülkiyyət hüququ üzrə ona məxsusd ur. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 2013-cü il tarixdə yaşadıqları binanın üstündə mansar inşa etdirmişdir. 23.06.2016-cı il tarixdə, saat 05:23 radələrində yeni inşa edilən mansardan təxminən 100 kq çəkidə “ağlay” üzlük daşları mənzilin eyvanındakı “BK-2400” markalı kondisionerin, künc divanın, dəmir məhəccərin və yerə döşənmiş metlaxın üzərinə düşərək həmin əmlakları tam yararsız hala salmışdır. “Ağlay” üzlük daşlarının qopub düşməsi nəticəsində mansardla binanın damının arasında əmələ gəlmiş açıq sahədən mənzilinin işərisinə tavan vasitəsi ilə yağış suları axaraq yanaşı yerləşən hər iki otaqlarının tam təmirli tavanlarını zay etmiş, elektrik xəttini korlamış, oboylarını qopartmış, tavanda, divarlarda sarı ləkələr, çatlar, kiflər əmələ gəlmiş, döşəmənin paketləri qopmuş və ya qa barmış, ümumi blokun tavanın suvağını zay etmiş, beləliklə iddiaçıya 3500 manat məbləğində maddi zərər dəymişdir. E saylı evin dam örtüyünün təmir edilməsi barədə 2016-cı il tarixdən hazıradək müntəzəm olaraq Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncunun əməkdaşları yalnız “ağlay” üzlük daşlarını balkonundan daşıyıb aparmaqla kifayətlənmiş, binanın dam örtüyünü təmir etməmişdir. Hansı ki, sözügedən binanın Xətai rayon İcra Hakimiyyətinin balansında olması ilə əlaqədər olaraq cavabdehin hesabına hər il hər bir sakin mənzillərinin kv.metrindən asılı olaraq müəyyən məbləğdə mənzil kommunal xidmət haqqı ödəyir. İddiaçı da 3 otaqlı mənzilinin 84,71 kvadrat olması ilə əlaqədər olaraq hər il 27 manat məbləğində kommunal xidmətlər haqqı ödəyir. Bu baxımdan sözügedən binanın dam örtüyünün təmir edilməsi cavabdehin vəzifəsidir. E saylı evin dam örtüyünün təmir edilməsi barədə sonuncu dəfə 08.11.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət etmiş, Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının iddiaçıya ünvanlandığı 21.12.2018-ci il tarixli, S-195 №-li məktubunda qeyd edilmişdir ki, E saylı binanın fəsad hissəsində üzlük daşlar bərpa olunmuş, aynabənd tikinti tullantılarından təmizlənmişdir. Mənzildə axıntı ilə əlaqədər binanın dam örtüyünün cari təmir olunması nəzərdə tutulmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh2 həmin cavabı həqiqəti əks etdirmir. Belə ki, binanın fəsad hissəsində üzlük daşlar bərpa olunsa da, keyfiyyətli bərpa olunmamış, su axını yerləri açıq qalmışdır. 23.06.2016-cı il tarixdə, saat 05:23 radələrində ye ni inşa edilən mansarda təxminən 100 kq çəkidə “ağlay” üzlük daşların mənzilin eyvanına düşməsi ilə əlaqədər olaraq yüksək səs-küy qoparması nəticəsində iddiaçı özünü, qızı X1 və nəvəsi X2 böyük sarsıntılar keçirmiş, təxminən bir həftə şok vəziyyətində qalmışlar. “Ağlay” üzlük daşlarının eyvanlarına düşməsi elə səs qoparmışdır ki, müharibənin Bakı şəhərində də aparıldığını və düşmən mərmisinin mənzillərinə düşməsini güman etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 mart 2020-ci il tarixli 2(011)-567/2020 nömrəli iclas protokolu ilə iddiaçının vəsatəti təmin edilərək, "xxxx" MMC cavabdeh qismində cəlb olunmuşdur. Birinci instansiya məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(011)-567/2020 nömrəli qərardadı ilə (hakim Lalə Rəhimli) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Eskeprtiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 27.07.2020-ci il 10/1044 nömrəli ekspert rəyinə əsasən, ünvan 4 binanın dam örtüyündən həmin binada yerləşən İddiaçı məxsus 19 saylı mənzilə su axdığı müəyyən edilir. Hal hazırda su axmasının mümkünlüyü ehtimal olunur. Həmin mənzilə su sızması nəticəsində zərərin dəydiyi müəyyən edilir. ünvan 4 binada yerləşən 19 saylı mənzilə, su axması binanın fəsadının, damının mansardın təmir-tikinti işlərinin keyfiyyətsiz aparılması səbəbindən ola bilər. ünvan 4 binada yerləşən 19 saylı mənzilə su axmanın aradan qaldırılması üçün həmin binanın dam örtüyündə yenidən təmir bərpa işləri aparılmalıdır. ünvan 4 binada yerləşən 19 saylı mənzilə su axıdılması nəti cəsində mənzilin qonaq və yataq otaqlarının divarları üzərinə vurulmuş divar kağızına, tavanına vurulmuş alçipan, boya qatı və döşəməyə vurulmuş parket materialına ziyanın dəydiyi və həmin ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 3405 manat məbləğində müəyyən olunmuşdur.. Birinci instansiya məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(011)-567/2020 nömrəli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia tələbi qismən təmin edilərək, E saylı binanın dam örtüyünün təmir edilməsi "xxxx" MMC-nə həvalə edilməsi, 3405 manat məbləğində vurulmuş maddi ziyana görə pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, eksp ertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən 4 girişli 50 mənzilli yaşayış binasının üstündə damının mansardın inşa edilməsi və keyfiyyətsiz aparılmış təmir-tikinti işlər nəticəsində iddiaçının yaşadığı həmin binanın 19 saylı mənzilinə ziyan dəymişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza nəticəsində müəyyən edilmişdir ki, ünvan 4 binada yerləşən 19 saylı mənzilə, su axması binanın fəsadının, damının mansardın təmir-tikinti işlərinin keyfiyyətsiz aparılması səbəbindən ola bil ər. Həmçinin iş materialları ilə müəyyən olunur ki, sözügedən ünvanda binanın dam örtüyünün və fasadının təmir edilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə həvalə edilmişdir. Məhkəmə hesab edir ki, dam binanın hissəsi olaraq hər bir sakinin ümumi mülkiyyəti sayıldığına görə, iddaçı İddiaçı dam örtüyünün təmir edilməsini tələb etmək subyektiv hüququ vardır. Məhkəmə verilmiş ekpert rəyi ilə razılaşır və hesab edir ki, ünvan 4 ünvanda yerləşən 4 girişli, 50 mənzilli binada aparılmış təmir-tikinti işlərinin yenidən aparılması vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilməli və daha əvvəl cavabdeh tərəfindən aparılmış təmir-tikinti işlərinin keyfiyyətsiz olması səbəbindən iddiaçının mənzilinə dəymiş maddi zərər ekspert rəyində müəyyən olunan həcmdə cavabdeh dən tutularaq iddiaçıya ödənilməli və iddia qeyd edilən hissədə qismən təmin olunmalıdr. Məhkəmə iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır. Belə ki, şəxsin mənəvi cəhətdən ziyana uğraması halı bir neçə əsasla şərtləndirilmişdir. Həmin şərtlərdən (onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s) isə heç biri və ya iddiaçı tərəfindən onun digər qaydada mənəvi zərərə uğramasını sübut edən hər hansı hal məhkəmə iclasında araşdırılan sübutlarla, tərəf lərin verdikləri izahatlarla və mülki işin materialları ilə öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3, 107, 119.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03.11.2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh "xxxx" MMC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən iddanın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 2(103)-3597/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-567/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, E saylı binanın dam örtüyünün təmir edilməsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyə tinə həvalə edilməsi, 3405 manat məbləğində vurulmuş maddi ziyana görə pul vəsaitinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən alınaraq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 966 saylı 20.12.2019-cu il tarixli məktublarından görünür ki, mənzildə axıntı ilə əlaqədar binanın dam örtüyünün cari təmir olunması nəzərdə tutulmuşdur. Bakı şəhəri Xətai RİH Başçısının Aparatı tərəfindən verilmiş 1944 nömrəli 31.01.2020-ci il tarixli məktubunda isə sözügedən yaşayış binası Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır. Həmin Birliyin 17.12.2019-c u il tarixli, 183 saylı məlumatına əsasən, binanın dam örtüyü, fasadı və eyvanları Xətai Rayon İcra Hakimiyyətinin sifarişi ilə 2013-cü ildə "xxxx" MMC tərəfindən təmir olunmuşdur. Kollegiya qeyd edir ki, məktubda sözügedən binanın "xxxx" MMC tərəfindən təmir edilməsi bildirilsə də, iş materiallarında işlərin həqiqətən də "xxxx" MMC tərəfindən görülməsini təsdiq edən hər hansı müqavilə, həmin işlərin təhvil-təslim edilməsini təsdiq edən aktlar və hesabat sənədləri (forma 1,2,3) və bu işlərə görə ödənişlər olunmasını təsdiqləyən hər hansı bir sənəd mövcud deyildir. Belə sənədlərin olmadığı təqdirdə, tikintinin cavabdeh şirkət tərəfindən aparılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr əsassız və qanunsuzdur. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, Bakı şə həri Xətai Rayon İcra Hakimiyyəti cavabdeh qismində cəlb edilmiş və kollegiya iclasında iştirakı təmin olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi R izahatında bildirmişdir ki, bir neçə il əvvəl "xxxx" firması ilə Rayon Təsərrüfat Birliyi arasında razılaşma olmuşdur, lakin hazırda onlarda belə bir razılaşmanın olmasına dair hər hansı rəsmi sənəd mövcud olmadığından dediklərini təsdiq edəcək hər hansı bir dəlili məhkəməyə tədim edə bilmir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin sübut qismində istinad etdiyi məktublar iş üzrə cavabdeh qismində cəlb edilmiş Xətai RİH-nin ziddiyyətli məktublarına əsaslanır. Belə ki, iddiaçının müraciətinə cavab olaraq Xətai RİH Başçısının Aparatı tərəfindən ünvanlanmış S195 nömrəli 21 dekabr 2018-ci il tarixli məktubda bildirilmişdir ki, binanın fasad hissəsində üzlük daşlar bərpa olunmuş, aynabənd tikinti tullantılarından təmizlənmişdir. Mənzildə axıntı ilə əlaqədar binanın dam örtüyünün cari təmir olunması nəzərdə tutulmuşdur. Həmin məktubda, yəni 2018-ci ildə binada "xxxx" MMC tərəfindən hər hansı işlərin aparıldığı, sonuncuya dəymiş zərəri aradan qaldırmaq və ya hansısa təmir-tikinti işləri görməli olması barədə heç bir məlumat verilməmişdir. Həmin məktub verilərkən tərəflər arasında heç bir məhkəmə mübahisəsi olmamışdır. İş materiallarından müəyyən olunur ki, 2016-cı ildə Xətai RİH tərəfindən binanın fasad hissəsindən qopub düşmüş üzlük daşları bərpa olunmuş, iddiaçıya məxsus aynabənd tikinti tullantılarından təmizlənmişdir. İddia ərizəsində də göstərilmişdir ki, Xətai RİH tərəfindən binanı n fasad hissəsində üzlük daşlar bərpa olunsa da, keyfiyyətli bərpa olunmamış, su axını yerləri açıq qalmışdır ki, mansardla binanın damının arasında əmələ gəlmiş açıq sahədən mənzilinin içərisinə tavan vasitəsi ilə yağış suları axaraq yanaşı yerləşən hər iki otaqlarının tam təmirli tavanlarını zay etmiş, elektrik xəttini korlamış, divar kağızlarını qopartmış, tavanda, divarlarda sarı ləkələr, çatlar, kiflər əmələ gəlmiş, döşəmənin paketləri qopmuş və ya qabarmış, ümumi blokun tavanının suvağını zay etmiş, beləliklə iddiaçıya maddi zərər dəymişdir. Göründüyü kimi, iddiaçıya dəymiş ziyan 2016-cı il tarixdə "xxxx" MMC tərəfindən deyil, Xətai RİH tərəfindən görülmüş keyfiyyətsiz işlərlə bağlı olmuşdur. Ona görə də ekspert rəyi ilə müəyyən edilmiş zərər məbləği ondan iddiaçının xeyrinə tutulm alıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin Xətai rayon İcra Hakimiyyətindən yuxarıda qeyd edilən iddia tələbi ilə əlaqədar hər hansı sənədi və sübutu tələb etməsi qanuna ziddir. Belə ki, məhkəmədə həmin mənzilin Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına dair kifayət qədər sübut var. Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi müstəqi l bir qurum olmaqla Bakı şəhəri İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin tabeçiliyindədir. Məhkəmə bu faktları müəyyən etdiyi halda nə səbəbə Xətai rayon Kommunal Təsərrüfatı Birliyinin və yaxud Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Departamentinin cavabdeh qismində işə cəlb etmir, mübahisənin predmetinə heç bir aidiyyəti olmayan Xətai rayon İcra Hakimiyyətini cavabdeh qismində cəlb edir. Hesab edir ki, məhkəmə qətnamə qəbul edən zaman maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul olunmuşdur ki, bu da MPM-nin 386-cı və 418-ci maddələrinin tələbinə görə məhkəmə aktlarının ləğv edilməsi üçün əsasdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin vəkili Vəkil2 və digər cavabdeh "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna ma lik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş ş əxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə ta m mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətində törədilmiş mülki hüquq pozuntusuna görə onun məsuliyyət daşımalı olmadığına istinad e tsə də, kasasiya yoxlaması nəticəsinə müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 966 saylı 20.12.2019-cu il tarixli məktubundan görünür ki, mənzildə axıntı ilə əlaqədar binanın dam örtüyünün cari təmir olunması nəzərdə tutulmuşdur. Bakı şəhəri Xətai RİH Başçısının Aparatı tərəfindən verilmiş 1944 nömrəli 31.01.2020-ci il tarixli məktubunda isə sözügedən yaşayış binası Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır. Həmin Birliyin 17.12.2019-cu il tarixli, 183 saylı məlumatına əsasən, binanın dam örtüyü, fasadı və eyvanları Xətai Rayon İcra Hakimiyyətinin sifarişi ilə 2013-cü ildə "xxxx" MMC tərəfindən təmir olunmuşdur. Buradan da aydın olur ki, dəymiş zərər məbləği kassatorun sifarişi əsasında həyata keçirilmiş təmir işl ərinin yekun nəticəsi olaraq yaranmışdır ki, bu hal da kassatorun dəlilinin əsassız olduğunu təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3597/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar