Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-55/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X3 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8027/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Məzahir Sadıqov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı tərəfindən 6000 manat pul məbləğində kompensasiya ödənilməklə, Cavabdeh ona məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 6 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair ərizə və 6000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə dair iddianın dəqiqləşdir ilıməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzildə övladları ilə birlikdə yaşayır. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Nikahları xx xxxxxxxx 2017-ci il tarixdə ləğv edilmişdir. Mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 6, mənzil atası X4 mülkiyyətində olmuşdur. Atası xx.xx.1958-ci il tarixdən ölən günə kimi, yəni xx.xx.2014-cü il tarixə kimi həmin ünvanda yaşamış və qeydiyyatda olmuşdur. Ailə üzvlərinin razılığı ilə həmin mənzil 2005-ci ildə onun mülkiyyətinə verilmiş və Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixli qeydiyyat vərəqəsi verilmişdir. Cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Əsədull ayev küçəsində özbaşına tikintisi və faktiki istifadəsində 300 kvadrat metr torpaq sahəsi olmuşdur. Cavabdeh, iki oğlu və o, 2006-cı ildən həmin ünvanda yaşamışlar. Lakin Bakı şəhərində keçiriləcək Avropa Yay oyunları ilə bağlı Heydər Əliyev adına X9 gedən yolun Sabunçu qəsəbəsindən keçən şimal hissəsində yerləşən cavabdehə məxsus özbaşına tikinti və faktiki istifadəsində 300 kvadrat metr torpaq sahəsinin sökülməsini nəzərə alaraq cavabdehə Zabrat- Kürdəxanı yolunun qərb hissəsində 300 kvadrat metr torpaq sahəsi və 40000 manat məbləğində pul verilmişdir. Hazırda cavabdeh həmin ünvanda ev tikərək yaşayır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli arayışdan da görünür ki, cavabdeh 2015-ci ildən həmin ünvanda qeydiyyatsız yaşayır. Cavabdeh onun mülkiyyətində olan evdə qey diyyatda olsa da, orada yaşamır, çünki onun yaşayış yeri var. O, birgə yaşayış qaydalarını mütəmadi pozaraq dəfələrlə onu və uşaqlarını məişət zorakılığına məruz etmişdir. Cavabdeh onun atasının evindən sənədləri, qızıl, pul və uşaqlara məxsus iki ədəd “Samsung” planşetləri oğurlamışdır. Cavabdeh hazırda Zabrat qəsəbəsində yaşayır. Mənzil atasının mülkiyyətində olmaqla ona verilmişdir. Mənzilin əldə edilməsində cavabdehin hər hansı iştirakı və rolu olmamışdır, özü birinci qrup əlildir, yeriməkdə çətinlik çəkir, himayəsində iki azyaşlı övladı var. Cavabdeh 2016-cı ilin noyabrından onlarla yaşamır, özünün ayrıca evi olmaqla orada yaşayır. O cümlədən onun kompensasiya təklifi, bu təklifdə qeyd etdiyi məbləğ Respublikada mövcud olan real bazar qiymətləri, onun mülkiyyət hüququ, cavabdehin isə yalnız istifadə hüququnun olması baxımından nəzərə alınmalıdır. Tərəfindən Cavabdeh 6000 manat məbləğində kompensasiya verilməklə ünvan 1 ünvanında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etdikdə hüquqi əsaslara yox, daha şox fərziyəyə söykənən əsaslandırmalara müraciət etmişdir. Məhkəmə kollegiyası sanki cavabdehin yaşayış sahəsi ilətəmin etmək problemini iddiaçının üzərinə qoyur. Halbuki bu halda daha çox üstünlük mülkiyyətçinin hüquqlarının qorunmasına yönəldilməlidir. Qanunverici ailə münasibətləri pozulduqda keçmiş ailə üzvünün binada olan yaşayış sahəsinə istifadə hüququnun saxlanılmadığını, digər tərəfdən isə həmin şəxslərin yaşayış binasının tərkib hissələrinə istifadə hüququ saxlanıldığını təsdiqləyir. Odur ki, məhkəmə tərəfindən maddi hüquq normalarının tələbləri pozulmuşdur, yəni məhkəmə tətbiq edilməli olan normanı tətbiq etməmişdir. Cavabdeh məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 6 nömrəli evin 1 nömrəli mənzili xx xxx 2015-ci il tarixdə iddiaçı X1 adına qediyyata alınmışdır. Cavabdeh isə 1999-cu ildən iddiaçıya məxsus həmin mənzildə qeydiyyatdadır. İddiaçı və cavabdeh arasında əvvəllər də əmlak bölgüsü, mənzilə köçürülmə, istifadə hüququna xitam verilməsi tələbi ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Qeyd olunan tələblərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunun qərb hissəsindəki 300,0 kvadrat metr torpaq sahəsinə X1 istifadə hüququ 1/2 hissədə, həmin torpaq sahəsində inşa edilmiş özbaş ına tikiliyə sərf edilmiş 13500 manat pul vəsaitinin 3/5 hisəsinə X1 payı tanınmışdır. Bundan başqa hazırkı iş üzrə iddiaçının 15000 manat məbləğində kompensasiya verməklə cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələbi rədd edilmiş, cavabdehin hazırkı iş üzrə mübahisə predmeti olan mənzilə köçürülməsi barədə qətnamə qəbul edilmişdir. Hazırda iddiaçı 6000 manat məbləğində kompensasiya verməklə cavabdehin istifadə hüququna xitam verilməsini xahiş edir. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi institutunu nizama salan Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “xxxxxxxxxx şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında deyilir ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitam ını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Birinci instansiya məhkəməsinin qərardadına əsasən mübahisəli mənzilin qiymətləndirilməsi həyata keçirilmiş, “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli hesabat aktından görünür ki, ünvan 3 ünvanındakı 2 mərtəbəli, köhnə tikili binanın 1-ci mərtəbəsində yerləşən X1 mülkiyyətində olan 43,0 kvadrat metr yaşayış sahısindən ibarət, 3 otaqlı, 1 nömrəli mənzilin hazırkı bazar qiyməti 100000 manat təşkil edir. İddiaçı sifarişi və bağladığı müqavilə əsasında qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə barədə xx xxxxxx 2018-ci il tari xli hesabat aktından görünür ki, ünvan 1-in xx xxxxxx 2018-ci il tarixinə bazar dəyəri 80500 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, hazırda 6000 manat məbləğində kompensasiyanın ödənilməsi ilə istifadə hüququna xitam verilməsi yolverilməzdir. Belə ki, kompensasiyanın həmin məbləğdə müəyyənləşdirilməsi ağlabatan deyil. Eyni zamanda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunun qərb hissəsindəki 300,0 kvadrat metr torpaq sahəsinə X1 istifadə hüququ 1/2 hissədə tanınmış, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikiliyə sərf edilmiş 13500 manat pul vəsaitinin 3/5 hisəsinə X1 payı tanınmışdır. Cüzi kompensasiya məbləği cavabdehin davamlı yaşayış şəraiti ilə təmin olunmasını təmin etməyəcək. Digər əmlakın da çox hissəsi iddiaçının payı hesab edildiyindən gələcəkdə iddiaçı cavabdehə düşən əmlak payının dəyərinin ödənilməsi yolu ilə (və yaxud hərracda satılması yolu ilə) cavabdehin həmin əmlakdan da çıxarılmasını tələb edə bilər. Qətnamədən göründüyü kimi Zabrat qəsəbəsindəki evin dəyəri də əhəmiyyətli deyil və cavabdehin payına düşən məbləğ onu davamlı yaşayış yeri ilə təmin etməyəcək. Bundan başqa, məhkəmə qətnamələrindən görünür ki, iddiaçı mübahisəli mənzilə cavabdehin istifadə hüququna 15000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməsi tələbini əvvəlki məhkəmə mübahisəsi zamanı irəli sürmüş və həmin tələb təmin olnmamışdır. Hazırda cavabdeh həmin məbləğin ona verilməsinə razıdır, lakin iddiaçı dəfələrlə az olan məbləğ təklif edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kompensa siyanın məbləğinin kifayət etməməsi əsası ilə iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qanuna deyil, fərziyələrə söykəndiyini qeyd etmişdir. Lakin məhkəmə ko llegiyası iddiaçının bu dəlilini əsaslı hesab etmir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutarı araşdıraraq, maddi hüquq normalarını hazırki işə düzgün tədbiq edərək, Konstitusiya Məhkəməsinin Plenumunun hazırki işlərlə bağlı qərarına istinad edərək tərəfləri qarşılıqlı münasibəti və iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayətində ailə hüquq münasibətlərinə xitam verildiyindən cavabdehin mübahisəli mənzilə istifadə hüquqnun olmamasını qeyd etmişdir. Bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqnun olması işin mübahisəsiz halı olmaqla hazırki mübahisənin predmeti deyildir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassa siya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı xxxxxxxxxxxxx kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8027/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-55/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-55/2020
09.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver