Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-550/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı “mənzildən çıxarılma və mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, alqı-satqı müqaviləsi üzrə əmlakın alıcıya təhvil verilməsi, mənzildə istifadə hüququnun itirilmiş hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-808/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 25 mart 2014-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən, satıcı Cavabdeh4 ünvan mənzili alıcı İddiaçı satmışdır. Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətinə əsasən, ünvan İddiaçı mülk iyyətindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ona məxsus ünvan mənzildən çıxarılması, onun əşyalarının mənzildən boşaldılaraq həmin mənzilin onun sahibliyinə qaytarılması, həmçinin onun və digər cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdehlər Mərziyyə Hüseynova və digərlərinin mənzildən çıxarılma və istifadə hüququnun itirilməsi tələbinə əlavə olaraq, Cavabdeh9 da ona məxsus ünvan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İdd ia tələbini onunla əsaslandırılmışdır ki, o, 25 mart 2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 ona məxsus X almışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* nömrəli, 12.04.2014-cü il tarixli çıxarışı ilə həmin mənzilə tam mülkiyyət hüququ əldə etmişdir. Evi aldıqdan sonra ev boşaldılmalı olsa da, Cavabdeh4 evinin olmadığını bildirmiş və bir müddət həmin evdə yaşaması üçün ona icazə verməsini xahiş etmişdir. O, da razılaşmışdır. Lakin, son bir ildə evi boşaltmasını cavabdehdən tələb etdikdə, cavabdeh hər dəfə imkanının olmamasını, başqa mənzilinin olmamasını bildirib evdən çıxmamışdır. O isə öz mənzilinə köçmək istəmişdir. Lakin, Cavabdeh4 evindən çıxmamaqla onun həmin ev üzərində mülkiyyət hüququnu pozmuşd ur. Bundan başqa evi satan Cavabdeh4 alqı-satqı müqaviləsi üzrə üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əşyanı verməyi, eləcə də satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin, bu vaxta qədər evdən qeydiyyatdan çıxmamışdır. Həmçinin sonradan “elektron notariat avtomatlaşdırılmış sistemi”ndən də alınmış məlumatdan tanımadığı bir neçə şəxsin də onun mülkiyyətində olan həmin evdə qeydiyyatda olmalarını öyrənmişdir. Hazırda həmin şəxslərin harada yaşamaları barədə heç bir məlumatı yoxdur. Cavabdehlərin ümumiyyətlə onun xüsusi mülkiyyətində olan mənzilə heç bir hüquqları yoxdur və onların həmin mənzildə qeydiyyatda qalmaqda davam etmələri bir mülkiyyətçi olaraq onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Z.Hüseynov) 17.09.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 ünvan istifadə hüquqları itirilmiş hesab edilməsi, Cavabdeh4 və Cavabdeh9 ünvan əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh4 arasında alqı-satqı müqaviləsinin bağlanması ilə və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, X mənzilə dair Cavabdeh4 adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin evə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli fərdi yaşayış evi üzərində Cavabdeh4 mülkiyyət hüququ və mülkiyyət hüququ ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Cavabdeh iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüşdür. Lakin, iddiaçının razılığı ilə cavabdeh mənzil satıldıqdan sonra da həmin ünvanda yaşamağa davam etmişdir. Hal-hazırda iddiaçı cavabdehin həmin mənzildən çıxmasını tələb etməsinə baxmayaraq, cavabdehin həmin mənzildə yaşamağa davam etməsi, mənzili tərk etməməsi və həmin mənzildə pasport qeydiyyatında olması iddiaçının hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən iddiaçı ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh4 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddi açı ilə aralarında bağlanan alqı-satqı müqaviləsinin formal bağlandığını, iddiaçıdan mənzilin alqı-satqısına görə pul almadığını, müqavilə bağlanarkən evdən və qeydiyyatdan çıxarılmanın nəzərdə tutulmadığını bildirsə də, bu halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş notariat işindəki sənədlərlə müəyyən edilir ki, Cavabdeh4 ilə iddiaçı arasında yaşayış evinin alqısatqısı müqaviləsi bağlanmış, həmin müqavilə bağlanarkən onun ailə üzvləri yaşayış evinin satılmasına razılıq vermişlər. Alqı-satqı müqaviləsi bağlanaraq iddiaçı notariusun depozit hesabı vasitəsi ilə cavabdehə 19.560 manat pul ödəmişdir. Həmçinin, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi mübahisələndirilməmişdir. İşin qeyd olunan faktiki halları onu deməyə əsas verir ki, iddiaçı ilə Cavabdeh4 arasında onun iradə ifadəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin etirazının dəlilləri əsassızdır və cavabdeh iddiaçıya məxsus mənzildən çıxarılmalı və onun həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdehlər Cavabdeh9 və Cavabdeh11 da məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, anaları Cavabdeh4 tərəfindən qeydiyyatda olduqları ünvan 1 ünvanda olan mənzil İddiaçı adının rəsmiləşdirilərkən xəbərlərinin olmadığını, qeydiyyatda olmaqlarına baxmayaraq, notariusa çağrılmadıqlarını və razılıqlarının alınmadığını bildirmişlər. Lakin, iş materiallarına əlavə edilmiş notariat işindən görünür ki, Cavabdeh9 14 mart 2014-cü il tarixdə Notariat kontoruna ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında olan mənzilin satılmasına razılıq vermiş və bunu həmin ərizədə öz imzası ilə təsdiq etmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh9 mübahisəli mənzil satılarkən bu barədə razılığını ifadə etdiyindən, Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən onun həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməli və o, mübahisələndirilən mənzildən çıxarılmalıdır. Eyni zamanda, məhkəmə Cavabdeh11 mənzildən istifadə hüququnun itirilməsi hissəsində də iddia tələbini əsaslı hesab etmişdir. Belə ki, cavabdeh əvvəlki mülkiyyətçinin ailə üzvü olmaqla əvvəllər həmin yaşayış evində yaşamış və qeydiyyatda olmuşdur və sonuncu qeyd olunan yaşayış evindən köçsə də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçi rməsinə mane olur. 13.03.2014-cü il tarixli, 70 nömrəli Forma 2 arayışdan görünür ki, ünvan 1 satılarkən həmin mənzildə yaşamaq hüququ olan şəxslər arasında Cavabdeh11 adı olmadığından mənzil satılarkən onun razılığı alınmamışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş 7 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Cavabdeh11 hal-hazırda ünvan 1 ünvanında yaşamır. Həmçinin, cavabdeh X1 da məhkəmə iclasında izahatında oğlu Cavabdeh11 orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Ukrayna Respublikasında yaşadığını, universiteti bitirdiyi 2014-cü ildən sonra isə Bakı şəhərində yaşadığını və işlədiyini, həmin vaxtdan sonra daimi yaşamaq üçün ünvan 1 ünvanına gəlmədiyini bildirmişdir. Məhkəmə, iddianın digər cavabdehlər Cavabdeh1, Cavabdeh 2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10 mənzildən istifadə hüquqlarının itirilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, həmin hissədə də iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X 12 aprel 2014ünvan abdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10 əvvəllər qeyd olunan yaşayış sahəsindən istifadə hüquqları yaranmış olsa da, onlar könüllü olaraq həmin yaşayış evindən köçməklə orada yaşamırlar, özlərinə daimi başqa yaşayış yeri seçmişlər. Cavabdehlər qeyd olunan yaşayış evindən köçsələr də, orada pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsin ə mane olur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4 262.2, 228.5 və Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.2, 29-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh4 və Cavabdeh11 ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli 2(043)1545/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə göstərilmiş nəticələr işin halları n uyğun gəlmir. Belə ki, işin mahiyyəti ondan ibarətdir ki, onun X4 ilə olan birgə nikahlarından 01.04.1975-ci ildə İlham, xx.xx.1992-ci ildə Orxan və xx.xx.1994-ü ildə İlhamə adlı uşaqları anadan olmuşdur. Ona məxsus yaşayış evi satılarkən ailə üzvlərinin xəbəri olmamış, onların rəsmi və ya qeyri-rəsmi olaraq heç bir razılıqları alınmamışdır. O həyat yoldaşı ilə birgə ər-arvad kimi yaşamışlar və hal-hazıradək fasiləsiz olaraq öz mənzillərində yaşamağa davam edirlər. O heç vaxt iddiaçının qeyd etdiyi kimi xahiş etməmişdir ki, evdə qalsın. Danışıqları belə olub ki, o 25.000 manat və üstünü qaytarır və ev ona qalır. İddiaçı heç vaxt ona mənzildən çıxması barədə bir söz deməmişdir, çünki onunla olan razılaşma şərtinə görə iddiaçıya pulu qaytaranda mənzil onun adına qaytarılmalı idi. Oğlu Orxa nın mənzildə yaşamamasına gəlincə isə onu bildirir ki, hər həftənin bazar günləri oğlu Gəncəyə evlərinə gəlir. Orxan Gəncə şəhərində iş yeri tapa bilmədiyi üçün məcbur olub Bakı şəhərində işləyir. Bu səbəbdən də oğlu Orxan məhkəməyə gələ bilməmişdir. Bu onun mənzilə olan istifadə hüququnun itirilməsi hesab edilə bilməz. Cavabdeh11 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ona münasibətdə qanunsuz və əsassız çıxarılmışdır. Belə ki, məhkəmə həmin işə baxarkən onun iştirakını təmin etməmiş, yəni onu rəsmi qaydada məlumatlandırmadan qətnamə çıxarmışdır. Qətnamə barədə onun məlumatı dekabr ayının əvvəlində olmuş, bundan sonra Kəpəz Rayon Məhkəməsini 25.12.2019-cu il tarixdə almışdır. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, guya o, mənzilin əvvəlki mülkiyyətçisi olan valideynlərinin ailə üzvü olaraq mübahisəli mənzildə əvvəllər yaşamış və qeydiyyatda olmuşdur. Məhkəmə qətnaməsində mənzil 2014-cü ildə satılarkən, Mənzillər İdarəsindən verilmiş 2 nömrəli forma arayışda onun mənzildə yaşamaq hüququ olan şəxslər arasında adı olmadığına görə, onun razılığının alınmaması ilə bağlı bildirmişdir ki, həmin arayış saxta tərtib olunmuşdur, çünki bir daha qeyd edir ki, o, doğulan vaxtdan hal-hazıradək həmin mənzildə rəsmi qeydiyyatda olmuşdur. Evlərinin satılmağından və adının forma 2 arayışına əlavə edilməməsi nəticəsində onun razılığının alınmamasından indi, yəni məhkəmə qətnaməsini aldıqdan sonra xəbər tutduğu üçün, 2014-cü ildə formal rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldıracaqdır. Onun mənzildə y aşamağının ailə üzvlərindən başqa binada yaşayan bütün qonşular təsdiq edirlər. Məhkəmə qətnaməsində isə anasının adından səhvən göstərilmişdir ki, guya o, evlərinə gəlmir və orada yaşamır. Hesab edir ki, məhkəmə onun daimi və qanuni əsaslarla yaşadığı mənzildən istifadə hüququnu itirilmiş hesab edərkən, işin faktik hallarını düzgün qiymətləndirməmiş, nəticəyə gəlməsi üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə işin hallarına uyğun olmayan əsassız qətnamə qəbul etmişdir. İş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Şəfiqə Əliyeva sədrlik edən və məruzəçi, Rəhman Muradov və Ədil Məmmədov) 18 mart 2020-ci il tarixli 2(104)808/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh11 apelyasiya şikayətləri təmin edilməyərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli 2(043)1545/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh4 və Cavabdeh11 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh4 onunla İddiaçı arasında alqı-satqı müqaviləsinin formal olaraq bağlanılması, alqı-satqı üçün ona pulun verilməməsi, borc aldığı 25.000 manat pulun üstü ilə birlikdə ona verilməsi zamanı evin ona qaytarılmasına dair iddiaçı ilə şifahi razılaşmanın olmasını və s. işdə olan alqı-satqı müqaviləsi, həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun olaraq notariat kontorunda təsdiq edilməsi, həmçinin alqı-satqıdan sonra evin ona qaytarılmasına dair aralarında razılıq olmasını təsdiq edən hər hansı mötəbər sübutun təklif olunmasına baxmayaraq apelyasiya baxışına da, təqdim edilməməsi ilə təkzib olunur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən eyni zamanda indiyənə qədər Cavabdeh4 tərəfindən alqı-satqı müqaviləsinin mübahisələndirməməsini də, əsas hesab etmişdir. Cavabdeh11 apelyasiya şikayətində göstərdiyi “məhkəmə iclasının yeri və vaxtı barədə onun rəsmi qaydada məlumatlandırmadan, ona məlumat verilməməsinə dair” dəlillərini də, məhkəmə kollegiyası əsassız hesab etmişdir. Belə ki, iş materiallarının 110-cu və 131-ci səhifələrinddə olan məhkəmə bildirişlərindən görünür ki, cavabdehə ünvanlanmış məhkəmə bildirişləri onun anası Cavabdeh4 tərəfindən alınmışdır və Azərbaycan Respublikası MPM-in 135.3-cü və 135.5-ci maddələrinin tələbinə görə həmin bildiriş onun tərəfindən cavabdeh Orxan Hüseynova çatdırılm alı idi və ona görə də, göstərilən bildirişlər cavabdehə rəsmi qaydada verilmiş hesab olunur. Bundan əlavə iş materiallarına əlavə edilmiş notariat işində olan Gəncə şəhəri MKTİB-nin 7 №li MİS-nin 13.03.2014-cü il tarixli 2 №li forma arayışdan görünür ki, ünvan yaşamaq hüququ olan şəxslər Cavabdeh4, X4 və Cavabdeh9dır. Cavabdeh11 adı həmin arayışda yoxdur. Eləcə də, məhkəmə sorğusuna 7 saylı MİS-nin verdiyi 18.06.2019-cu il tarixli 147 saylı arayışa (i.v. 87) və Cavabdeh4 birinci instansiya məhkəməsində verdiyi izahata (i.v.131) əsasən Cavabdeh11 ünvan yaşamır. Məhkəmə kollegiyası Cavabdeh4 Kəpəz Rayon Məhkəməsində verdiyi izahatının “səhv yazılmasına” dair Cavabdeh11 dəlillərini ona görə əsassız hesab edir ki, Cavabdeh4 izahatının səhv yazıldığını bildiyi vaxt Azərbaycan Respublikası MP M-in 273-cü maddəsinə əsasən ptrotokola qeyd verə bilərdi. İşdə isə protokola qeyd verilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları məcmusu ilə qiymətləndirərək, məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyinə, eləcə də, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəldiyinə və birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcüd deyil. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.2, Azərbaycan Respub likası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 144.1, 146.1, 146.2, 390.1, 646.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh4 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2020-ci il tarixli 2(104)-808/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilib, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinin məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi mülki işə baxan zaman mübahisənin həll edilməsinə yönəldilən hərəkətlər etməmiş, apellyasiya şik ayətində qeyd edilən faktlara səthi qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətinəetiraz edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştir akı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə a raşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh4 tərəfindən kassasiya şikayəti verildiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh4 qarşı təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiril məsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə ə sasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-808/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsi iddianın Cavabdeh4 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.