Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5502/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs AR ƏƏSMN yanında DSMF-nin Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək stajının bərpa olunmasına dair faktın müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil, maraqlı şəxsin vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6121/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsində n Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki Ərizəçi xx.xx.1955-ci ildə Xocalı rayonunun Balluca kəndində anadan olmuşdur və Xocalı şəhərində qeydiyyatdadır. Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xocalı rayonundan məcburi köçkündür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin 03.10.2019-cu il tarixli, **********0 saylı məktubundan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq ona “Əmək Pensiyaları” haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı ölduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu bildirilmişdir.Bu səbəbdən ərizəçiyə şöbəyə iş stajını təsdiq edən sənəd təqdim edilmədiyi üçün əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsini maraqlı şəxs qismində cəlb etdiy i hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək 01.08.1970-ci ildən 25.02.1992-ci il tarixə kimi Xankəndi rayon Həsənabad kəndində, Ət hazırlığı birliyində çoban işləməsi və 1992-ci ilin mart ayından 2010-cu ilə kimi 4 nömrəli taksi motor və Tofaş taksi parkında işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə dəqiqləşmə verərək 01.08.1970-ci ildən 25.02.1992-ci il tarixə kimi Xankəndi rayon Həsənabad kəndində, “X7”nda çoban işləməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci ildə Xankəndi şəhərinin Ballıca kəndində anadan olmuşdur. Orta məktəbi bitirdiyi 1970-cı ildən başlayaraq Həsənabad kəndində çoban işləmişdir. Xəstəliyi ilə ə laqədar hərbi xidmətdə olmamışdır. Çoban işlədiyi Həsənabad kəndində onunla bir yerdə işləmiş insanlar hazırda sağdırlar və onun 1970-ci ildən 26.02.1992-ci il tarixədək Xankəndi rayon Həsənabad kəndində çoban işlədiyini təsdiq edə bilərlər. Məlum hadisələrlə bağlı natamam təhsil barədə şəhadətnaməni, hərbi xidmət keçməməsi barədə hərbi bileti, sürücülük vəsiqəsini, əmək kitabçasını, pasportunu kənddə qoyub getməli olmuşdur. 1992-ci ilin mart ayından isə azad teatrlar ittifaqında sürücü işləməyə başlamışdır. 1993-cü ilin yanvar ayından isə 4 saylı taksi parkında işləməyə başlamışdır. 1994-cü ıldən taksi parkında sürücü keçmiş, 2010-cu ilə kimi orada işləmişdir. Özəlləşdirmə başlayan zaman 4 nömrəli Taksi parkının ona isdifadəyə verdiyi QAZ-24, Tofaş Taksi parkından isə Tofaş markalı avto maşınları özəlləşdirmişdir. Pensiyaya çıxmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xətai rayon şöbəsinə müraciət etmiş, oradan isə əmək kitabçası olmadığına görə ona 64 yaşında pensiya düşmədiyini əsas gətirmişlər. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-8191/2019) ərizənin təmin edilməsi, Ərizəçi 01.08.1970ci ildən 25.02.1992-ci il tarixə kimi Xankəndi rayonu Həsənabad kəndində, “X7”nda çoban işləməsi faktının müəyyən edilməsi, onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Xocalı şəhəri 1992-ci ilin fevralında işğal olunduğuna görə ərizəçinin həmin vaxt bütün sənədlərinin, o, cümlədən əmək kitabçasının orada qalması barədə göstərdikləri əsaslıdır. Belə olan halda o, pensiya hüquqlarının nəzərə alınması ilə bağlı iş stajını təsdiq edən sənədi şöbəyə təqdim etmək imkanına malik olmamışdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, Ərizəçi01.08.1970ci ildən 25.02.1992-ci il tarixə kimi Xankəndi rayon Həsənabad kəndində, “X7”nda çoban işləməsi faktı müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-6121/2020) maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsinin apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.11.2019-cu il tarixli, 2(011)-8191/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ərizənin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Ərizəçi ərizəsində olunan qanunvericilik normalarının tələblərinə əməl etməmiş, onun iş stajını təstiq edə biləcək hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, V.Vəliyevin iş stajının müəyyən edilməsi barədə ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən Ərizəçi şahid qismində izahat verərək bildirmişdir ki, 1971-ci ildən 1988-ci il tarixədək Xankəndi X4 fəhlə işlədiyi vaxt ərizəçi X3 həmin kombinatda fəhlə, sonradan isə elektrik qaynaqçısı vəzifəsin də işləmişdir. Lakin Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən, 01.08.1970-ci ildən 25.02.1992-ci ilədək Xankəndi rayon, Həsənabad kəndində X4 çoban işlədiyini bildirmişdir. Göründüyü kimi ərizəçinin göstərdiyi hallar birbirinə uyğun gəlmir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Ərizəçi (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6121/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsini ləğv edərək, iddiaçı Ərizəçi tələbinə dair yeni qərar qəbul edilməsi və ya işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, o və onunla birgə işləyən həmyerliləri Xocalıdan məcburi köçkün düşdükləri üçün məhkəməyə təqdim edə biləcəkləri sübut sadəcə şahid ifadələri ola bilər. Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»-nin qəbul edilmə məqsədlərindən bri də onun kimi obyekiv səbəbdən yazılı sübutlarla sosial təminat və pensiya hüquqlarını sübuta yetirə bilməyən məcburi köçkünlərin huquqlarını qorumaqdır. Apelyasiya instansiyası məhkəməsi onun daha əvvəl başqa bir prosesdə v ermiş olduğu ifadəsi ilə indiki iş üzrə ərizəsində qeyd edilən faktların bir-birinə uyğun olmadığını qeyd etmişdir. Lakin məhkəmə bu qənaətə gələrək qanuni qüvvəyə minmiş məhkəmə aktındakı sübutu belə nəzərə almamışdır. Həm birinci, həm də apelyasiya məhkəməsinə təqdim etdiyi şahidlərin ikisi sənədləri olmadığı üçün məhkəmə tərəfindən dindirilməmiş və bu barədə protokolda heç bir qeyd aparılmamışdır. Onun iş stajını təsdiqləmək imkanı məcburi köçkün olma faktı ilə, yəni obyektiv imkansızlıq səbəbi ilə bağlıdır. Onun kimi digər iş yoldaşları da Xocalıdan məcburi köçkün olublar. Hətta onlardan biri (X3) şahidlərdən birinin o, olduğu məhkəmə işində öz pensiya təminatını almağa müvəffəq olduğu halda onu bənzər bir işdə şahidlərinin sənədləri olmadığı üçün dindirilməməsi və eyni ədalətin onun ü çün bərqərar edilməməsi ikili yanaşmanı əks etdirir. MPM-nin 8-ci maddəsinin müddəalarına əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qaydasında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Onun nəinki konstitsion hüquq olan sosial təminat hüququna müdaxilə edilmiş, həmçinin bununla birbaşa əlaqəli olan normaların tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi, vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin vəkili X6 məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnamə sindən Ərizəçi kassasiya şikayəti vermişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24.09.2007-ci il tarixli, Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyala rının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-c il tarixli Qərarının 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 20 06-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sə nədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə ə sasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilə n müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməs inə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməmiş və əsassız nəticəyə gəlinmişdir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi 01.08.1970-ci ildən 25.02.1992-ci il tarixə kimi Xankəndi rayon Həsənabad kəndində, “X7”nda çoban işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəsində məcburi köçkün olmasını, əmək fəaliyyəti ilə bağlı və digər sənədlərini işğal zamanı götürmək imkanına malik olmadığını göstərir. Birinci instansiya məhkəməsində yalnız bir şahidin ifadəsi dinlənilərək, həmin ifadə ilə ərizəçinin öz izahatında olan məlumatlar qarşılıqlı qiymətləndirilərək ərizə əsaslı hesab e dilmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək ərizənin rədd edilməsinə dair yeni qərar qəbul edərkən isə göstərmişdir ki, Ərizəçi ərizəsində qanunvericilik normalarının tələblərinə əməl etməmiş, onun iş stajını təsdiq edə biləcək hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində V.Vəliyevin ərizəsində və işə baxılarkən Ərizəçi şahid qismində izahat verərək bildirmişdir ki, 1971-ci ildən 1988-ci il tarixədək Xankəndi X4 fəhlə işlədiyi vaxt ərizəçi X3 həmin kombinatda fəhlə, sonradan isə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Lakin Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən, 01.08.1970-ci ildən 25.02.1992-ci ilədək Xankəndi rayon, Həsənabad kəndində X4 çoban işlədiyini bildirmişdir. Göründ üyü kimi ərizəçinin göstərdiyi hallar bir-birinə uyğun gəlmir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, X3 məhkəməyə müraciət edərək 1968-1971-ildə Xankəndi X4 fəhlə, 1973-1991-ci ilə kimi isə elektrik qaynaqçısı işləməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Həmin işə baxılakən şahid qismində dindirilən Ərizəçi Hamoy oğlu ifadə verərək göstərmişdir ki, 1971-1988-ci lə kimi fəhlə işlədiyi vaxt ərizəçi X2 həmin kombinatda fərhlə, sonradan isə qaynaqçı vəzifəsində işləmişdir. Baxılan iş üzrə ifadə vermiş şahid X3 ifadə verərək göstərmişdir ki, ərizəçi həmin illərdə kombinatda çoban işləmişdir. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 200 7-ci il tarixli qərarınınAzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci iltarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Apelyasiya instansiya məhkəməsi ərizəçinin ərizəsində göstərdikləri ilə digər iş üzrə qanuni qüvvədə olan qətnamənin qəbul olunması zamanı vermiş olduğu ifadə arasında ziddiyyətin olmasını göstərmiş olsa da, bu uyğunsuzluğu qətnamənin ləğv olunması əsaslarından biri kimi qəbul etsə də, bu halın aydınlaşdırılmasına yönələn heç bir araşdırma aparmamışdır. Həm ərizəçinin və şahidin ifadələri ilə müəyyən olunur ki, istinad olunan müddətdə ərizəçi məhz həmin kombinatda işləmişdir. Halbuki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (Mülki Prossesual Məcəllənin 106.1-ci maddəsi) Kassasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, müvafiq olaraq zəruri sübutlarını təqdim etmiş olsa da (digər şahid ifadələri) apelyasiya instansiyası məhkəməsi həmin sübutları qəbul edilməmiş, şahidlərin dindirilməsini təmin edilməmiş və bu barədə məhkəmə iclas protokolunda hə r hansı qeyd edilməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Şahid ifadələri sübutların bir növüdür və ərizəçinin tələbini təsdiq etmək üçün şahid ifadələri də sübut hesab olunur və digər sübut növlərinin şahid ifadəsindən üstünlüyü qanunvericiliklə müəyyən edilməmişdir. Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Baxılan iş üzrə mü əyyən edilməsi xahiş olunan faktın xüsusiyyətləri nəzərə alındıqda (şəxsin məcburi köçkün olması və bu zamanı sənədlərini götürmək imkanında olmaması, başqa vasitələrlə faktın təsdiq olunmasının mümkünsüzlüyü) yalnız şahid ifadələri ilə təsdiq edilməli olması halında digər təqdim olunmuş şahidləri müvafiq əmək fəaliyyəti ilə bağlı sənədlərinin olub-olmamasını aydınlaşdırmadan, bu ifadələrin alınması ilə bağlı verilmiş vəsatət tərəflərlə birlikdə müzakirə edilməli olduğu halda belə müzakirənin aparılmasını təmin etmədən başqa mötəbər sübut olmamasına istinad edilməklə ərizənin rədd edilməsi yuxarıda qeyd edilən prossesual hüquq normalarının tələblərinin pozulmasına səbəb olmuşdur. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qey d olunan nöqsanları aradan qaldırmaqla, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6121/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5502/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5502/2021
11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver