Məhkəmə qərarları › İş №2(102)-5504/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5504/2022

28.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5504/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5504/22 (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı şəhəri, 28 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4222/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı ilə bağlanmış xx.xx.2012-ci il tarixli “Əmək müqaviləsinə” xx.xx.2020-ci il tarixli əmrlə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilmiş, iddiaçı cavabdehin bu mövqeyi ilə razılaşmayaraq “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi barədə” iddia ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3361/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)2822/2021 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3361/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin edilmiş, İddiaçı Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə bağlanmış xx.xx.2012-ci il tarixli “Əmək müqaviləsi” müddətsiz olmuşdur. Buna görə də, həmin müqaviləyə “müqavilənin müddətinin bitməsi” əsası ilə xitam verilə bilməz.

5. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, bununla bağlı xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir.

6. Azerbaycan Respublikasının Təhsil Na zirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, K-872 saylı əmrə əsasən, Təhsil Nazirliyinin “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, K-367 nömrəli əmrin 1-ci bəndi ləğv edilmiş; İddiaçı ilə 22 iyul 2021-ci il tarixdən Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsində əmək müqaviləsi bağlanılması; İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı hesablanıb ödənilməsi əmr edilmişdir.

7. Azerbaycan Respublikasının təhsil naziri ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış Əmək müqaviləsindən görünür ki, İddiaçı “22” iyul 2021-ci il tarixindən etibarən işə başlamaqla Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin "Əmək müqaviləsinə xitam verilməsi” adlanan 9.5.6-cı bəndinə görə, işçi dövlət qulluğu nun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 ay müddətinə işəgötürənə təqdm etmədikdə əmək müqaviləsi xitam edilə bilər.

8. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-41 saylı əmrinin surətinə əsasən Ağdam rayon Təhsil Şöbəsinin məsləhətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əvvəlki iş yerinə - Ağdam Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıx arılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə cavabdeh tərəfindən ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Ağdam Rayon Təhsil Şöbəsi arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” əsasən iddiaçı həmin Şöbəyə məsləhətçi ştatına işə qəbul edilmişdir. Müqavilə 3 ay müddətinə bağlansa da, iddiaçı xx.xx.2020-ci il tarixə kimi həmin vəzifədə fasiləsiz olaraq işləmişdir. xx.xx.2020-ci il tarixdə isə “Əmək müqaviləsinə”, müqavilənin müddətinin qurtarması əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada xitam verilmişdir. İddiaçı həmin əmrlə razılaşmayaraq “işə bərpa və məcburi işburaxma müddəti nə görə əmək haqqının ödənilməsi tələbi barədə” iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İddianın təmin edilməsi barədə qətnamə qüvvəyə mindikdən sonra iddiaçı işə bərpa edilmiş, onunla yeni “Əmək müqaviləsi” bağlanmış və 6 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə sonuncu müqaviləyə də, müqavilənin müddətinin qurtarması əsası ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. İddiaçı bununla razılaşmır, çünki o, xx.xx.2012-ci il tarixdən fasiləsiz olaraq işlədiyindən onunla bağlanmış “Əmək müqaviləsi” müddətsiz hesab edilir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) 26 aprel 2022-ci il tarixli, 2(005)-1555/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, idd iaçı 22 iyul 2021-ci il tarixindən etibarən işə başlamaqla Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə işə götürülmüş və onunla müqaviləsi imzalanmış və həmin tarixdən etibarən iddiaçı işə başlamışdır. Lakin hazırda iddiaçı dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 (altı) ay müddətinə işəgötürənə təqdim etmədikdə əmək müqaviləsinə xitam verilməsi şərti ilə əmək müqaviləsi bağlanmasının qanunsuz olduğunu bildirir. İddia ərizəsində sadaladığı xüsusatlarla əsaslandırmışdır. Belə ki, iddiaçı və cavabdeh arasında müqavilə azadlığı prinsipinə riayət edilməklə əmək müqaviləsi bağlanmış, müqavilə bağlanarkən iddiaçı müqavilənin şərtləri ilə razı olmuş və müqavilənin hər hansı bir bəndinə və ya hissəsinə etirazını bildirməmişdir.

13. Məhk əmə hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi əmək müqaviləsi məcbur etmənin təsiri altında bağlanmış əqd kimi qiymətləndirilə bilməz. Əmək müqaviləsi forma və məzmun baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Odur ki, iddiaçının əmək müqaviləsini bağlamağa məcbur olması bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Əmək müqaviləsi – «sertifikatı 6 ay müddətinə işəgötürənə təqdim etmədikdə əmək müqaviləsinə xitam edilə bilər» - şərti ilə bağlanmış, İddiaçı həmin sertifikatı təqdim etməmiş, bu səbəbdən onun əmək münasibətinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Buna görə ə mək qanunvericiliyinin tələbi pozulmamışdır.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bundan başqa, məhkəmə onu qeyd etməyi zəruri hesab etmişdir ki, əmrin tərtibi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozu lmamışdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42.1, 45, 46.5, 47, 68, 73, 83, 292, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78, 80, 81, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

17. İddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi işin hallarına səhv qiymət vermiş, onları düzgün araşdırmamış və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) 2(103)-4222/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbin edilməklə, iddiaçının Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir.

19. Apellyasiya kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə iki əsasa görə razılaşmamışdır.

20. Birincisi, iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətləri xx.xx.2012-ci il tarixdə “Əmək müqaviləsinin” bağlanması ilə başlanmış və həmin müqavilə 3 ay müddətinə bağlansa da, əmək m ünasibətləri xx.xx.2020-ci il tarixə kimi davam etmişdir.

21. Belə ki, iddiaçının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-2822/2021) ilə əvvəlki işinə (vəzifəsinə) bərpa edilməsi qət edilsə də, bu prosedur iddiaçının sanki ilk dəfə olaraq işə qəbul edilməsi kimi həyata keçirilmişdir. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsi məhkəmə qətnaməsi ilə işə bərpa edilmiş şəxsin işə bərpa edilməsi üçün yeni “Əmək müqaviləsinin” bağlanmasını nəzərdə tutmamışdır.

22. Bu səbəbdən, məhkəmə iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli yeni “Əmək müqaviləsini” əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsi” əhəmiyyətsiz əqd olduğundan bu müqavilənin xitamı ilə bağ lı cavabdeh Nazirlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K41 saylı əmrin “iddiaçı ilə yeni “Əmək müqaviləsinin” bağlanması barədə” hissəsi də əhəmiyyətsizdir.

24. Əmr qeyd edilən hissədə əhəmiyyətsiz hesab edildiyindən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı əvvəlki işinə bərpa edilməsini tələb etməkdə haqlıdır.

25. İkincisi, xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsi” əhəmiyyətsiz hesab edilməsə belə, nəzərə alınmalıdır ki, bu “Əmək müqaviləsində” müqavilənin müddəti göstərilməmişdir.

26. Müqavilədə nəzərdə tutulmuş və cavabdeh tərəfin istinad etdiyi 9.5.6-cı bəndinə görə, dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 ay müddətində işəgötürənə təqdim etmədikdə əmək müqaviləsinə xitam verilir.

27. Məhkəmə qeyd etmişdir ki, qeyd e dilən həmin bənddə göstərilən 6 ay müddət “Əmək müqaviləsinin” müddəti deyil, işçi olan iddiaçının işəgötürən olan cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinin müddətini nəzərdə tutur. Həmin müddətin başa çatması müqavilənin müddətinin bitməsi kimi qəbul edilə bilməz. Lakin iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə cavabdeh Nazirlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmr, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (müqavilə müddətinin qurtarması) ilə əsaslandırılmışdır.

28. Bunları nəzərə alan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddianın “işə bərpa edilməsi” barədə hissəsi əsaslıdır.

29. İddia tələbinin “işə bərpa” barədə hissəsi əsaslı olduğundan Məhkəmə hesab etmişdir ki, iddianın “məcburi işburaxma müddətinə gör ə əmək haqqının ödənilməsi” barədə hissəsi də əsaslıdır.

30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5, 42.1, 45, 300.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən işdə olan sübutlar nəzərə alınmamış, tərəflərin bərabərlik prinsipinə riayət edilməmişdir. Tərəflər arasında yaranmış mübahisə birtərəfli (iddiaçının istəyinə uyğun) qaydada həll olunmuşdur.

33. Tərəflər arasınd a əmək müqaviləsi bağlanarkən Əmək qanunvericiliyin tələblərinə riayət edilmişdir. Müqavilə bağlanarkən tərəflər razılığa gəliblər ki, işçi 6 ay müddətində dövlət qulluğuna keçmə barədə sertifikatı işəgötürənə təqdim etməlidir. İşçi tərəfindən müqavilə şərtlərinin pozulması və üzərinə götürdüyü öhdəliyin icrasından yayınması onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə zəmin yaratmışdır.

34. Eyni əsasla və eyni predmetlə bağlı qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-181/2021 saylı qətnaməsinin mövcüd olmasına baxmayaraq, işə baxan məhkəmə bunu nəzərə almamış və bununla da vahid məhkəmə təcrübəsinin formalaşmasına qarşı getmişdir.

35. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 25, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1, 4 3.2, 46.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 175.1, 418.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

37. Maddə 45, hissə

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

38. Maddə 45, hissə

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

39. Maddə 45, hissə

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

40. Maddə 68, hissə 2, bənd b). Əmək müqaviləsinin müddətinin qurtarması ə mək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

41. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi bərədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, cavabdeh etirazının əsası kimi əmək müqaviləsinin 9.5.6-cı bəndində göstərilən (işçi dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 ay müddətinə işəgötürənə təqdm etmədikdə əmək müqaviləsi xitam edilə bilər) qaydanın pozulmasına istinad etsə də, iddiaçını əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən çıxarmışdır. Apellyasiya məhkəməsi isə iddiaçının qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müddətsiz əmək müqaviləsi ilə işləyən işçi statusunun tanınmasını, əvvəlki işinə bərpa olunmasını, iddiaçı ilə bağlanmış yeni əmək müqaviləsinin 9.5.6-cı bəndində nəzərdə tutulan qaydaya əməl edilməməsinin əmək müqaviləsinin bitməsi kimi qəbul edilə bilməyəcəyini əsas götürərək iddianı haqlı saymış, ona etirazı isə əsassız hesab etmişdir.

30. Kol legiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4222/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar