Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5505/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5505/22 Açar sözlər: əmək müqaviləsinə müddətinin qurtarmasına görə xitam verilməsi Bakı şəhəri, 28 noyabr 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4234/2022 nömrəli iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti ü zrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı ilə Cavabdeh MMC arasında 11 mart 2020-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Mərkəzin Maliyyə Departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinə böyük mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, 10 dekabr 2020-ci il tarixdə həmin şöbədə baş mütəxəssis vəzifəsinə keçirilmişdir.
3. Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin baş mütəxəssis vəzifəsində çalışan İddiaçı ilə 11 mart 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndi və 73-cü maddəsinin 2-ci bəndi rəhbər tutularaq əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən 5 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş həmin tarixdə sistemə daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2nin xx.xx.2021-ci il tarixli işdən çıxarılma əmrinin ləğv edilməsi, onunla cavabdeh arasındakı əmək müqaviləsinin müddətsiz hesab olunmaqla DOST X1 Departamentinin Mühasibat uçotu və hesabatlar Şöbəsinə baş mütəxəssis vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının və əmək haqqına əlavələrin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, əmək məzuniyyətindən qayıtdığı günün səhəri – 05 oktyabr 2021-ci il tarixdə əvvəlcədən xəbərdarlıq edilmədən əmək müqaviləsinin müddətinin bitdiyi əsas gətirilərək Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”b” bəndinə əsasən müqaviləyə xitam verilmişdir. X2ndə işlədiyi müddətdə nə töhmət, nə də xəbərdarlıq almış, işçilərin biliklərinin yoxlanılması məqsədilə keçirilən imtahanda şöbə üzrə yüksək bal yığmışdır. Əmək müqaviləsinə xitam verildiyi şifahi olaraq ona bildirilsə də, işdən çıxarılma əmri ona təqdim olunmamışdır. Bundan sonra öyrənmişdir ki, onunla X2 arasındakı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi 3 ay müddətinə bağlanılmış və Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq hər dəfə eyni müddətə uzadılmışdır.
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərilmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi əsassızdır. İddiaçı iddia ərizəsində əmək müqaviləsinin müddətli olmağını işdən çıxarkən öyrəndiyini bildirmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində ərizə yazaraq Mərkəzdə işə düzəlmək istədiyini bildirmiş və həmin ərizə nəzərə alınaraq onunla xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanılmış və o, Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsində işə qəbul olunmuşdur. Həmin müqaviləyə İddiaçı şəxsən özü imza etmişdir. Onunla bağlanılmış əmək müqaviləsinin 2-ci bəndində müqavilənin müddəti göstərilmişdir. Həmin əmək müqaviləsinin 2.2-ci bəndində müqavilənin 3 ay müddətində bağlandığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsində müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası göstərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd edilmişdir ki, müddətli əmək müqaviləsinin müddəti qutardıqda xitam verilir. İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixində bitməli idi. Lakin İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək əmək məzuniyyətində olmuşdur. İşə çıxma tarixi xx.xx.2021-ci il tarixi qeyd edilmişdir. Bu səbəbdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 73cü maddəsinin 2-ci bəndi əsas götürülərək həmin məcəllənin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qutarması) bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixində xitam verilmiş və son haqq-hesab olaraq 311,89 manat onun bank hesabına köçürülmüşdür. Əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı işsiz kimi qeydiyyata alınması ilə bağlı etdiyi müraciətə əsasən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsin ə uyğun olaraq 5 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi tərəfindən göndəriş verilmiş və onunla X2 arasında xx.xx.2021-ci il tarixdə yenidən əmək müqaviləsi bağlanılaraq Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə sosial işçi vəzifəsinə təhkim edilmişdir. İddiaçı ilə X2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi hal-hazırda qüvvədədir. Əlavə olaraq yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) 13 aprel 2022-ci il tarixli, 2(004)-1738/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, ilk növbədə iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı aras ında bağlanan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 11 mart 2020-ci il tarixdən tərəflərin qarşılıqlı razılığı ilə Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir və müqavilədə əmək müqaviləsinin 3 ay müddətinə yəni müddətli bağlandığı qeyd olunmuşdur. Həmin müqavilə İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı imzası onun müddətli əmək müqaviləsinin bağlanılmasına razılığının ifadəsidir. Bundan sonra **********3 nömrəli, xx.xx.2021-ci il tarixli əmrə əsasən müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin baş mütəxəssis vəzifəsində çalışan İddiaçı ilə 11 mart 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə Azərbayca n Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndi və 73-cü maddəsinin 2-ci bəndi rəhbər tutularaq əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən 5 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Sözügedən əmək münasibətlərinə gəldikdə isə İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci ildə işə qəbul olunmuş və xx.xx.2021-ci il tarixdə isə əmək münasibətlərinə xitam verilmişdir. Cavabdehin nümayəndələrinin verdiyi izahatlardan da görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə hər dəfə 3 ay müddət tamam olduqda yenilənmişdir. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdir ilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin normaya əsasən xx.xx.2020-ci il tarixli müqavilə ilə müddət 3 ay müəyyən edildiyindən müqavilə hər dəfə 3 ay müddətinə uzadılmışdır. Buradan görünür ki, işçinin əmək müqaviləsinin bitdiyi vaxt yəni, xx.xx.2021-ci il tarix onun məzuniyyətdə olduğu dövrə təsadüf edir. Bu baxımdan işəgötürən qanuni olaraq işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 73.2-ci maddəsinə əsaslanmaqla işçi işə çıxdıqdan sonra xx.xx.2021-ci il tarixdə onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam vermişdir.
9. Məhkəmə iddia tələbindəki iddiaçı ilə cavabdeh arasındakı əmək müqaviləsinin müddətsiz hesab olunması hissəsi ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikası ƏM-nin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45, 47, 68, 73.1, 73.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə uyğun ola raq İddiaçı əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanmasının əmək qanunvericiliyinə zidd olmaqla uydurma əqd olmasını, əmək müqaviləsinin müddət müəyyən edilmədən bağlanmalı olduğunu nəzərə almamış, maddi hüquq normalarını pozmuş, işin faktiki hallarını tam araşdırmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) 2(103)-4234/2022 nömrəli iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(004)-1738/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyiş dirilmədən saxlanılmışdır.
14. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı bağlanmış əmək müqaviləsinin müddətli olmasından məlumatsız olması barədə apellyasiya şik ayətində göstərilənlər əsassız olmaqla iş materialları ilə təsdiq olunmur. Əmək müqaviləsindən görünür ki, müqavilə İddiaçı tərəfindən imzalanmışdır. Bundan əlavə, “İşsizin Dostu” proqramı barədə internet portallarında yerləşdirilmiş məlumatlardan da görünür ki, həmin proqram çərçivəsində əmək müqavilələri müddətli bağlanır. İddiaçı əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olması onunla əmək müqaviləsinin mütləq qaydada müddətsiz bağlanmasını ehtiva etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsində müəyyən istisnalar nəzərdə tutulmuşdur ki, bu istisnalardan biri də tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının və əmək haqqına əlavələrin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə sübutlara düzgün hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh MMC-nin vəkili Vəkil3 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onun la əsaslandırmışdır ki, kassasiya şikayətində göstərilənlər əsassız olmaqla iş materialları ilə təsdiq olunmur. Belə ki, əmək müqaviləsindən görünür ki, müqavilə iddiaçı tərəfindən imzalanmışdır. Yəni, iddiaçı əmək müqaviləsi imzalanmaq üçün ona təqdim olunanda müqavilənin şərtləri ilə tanış olmaq imkanına malik olmuşdur. Həmçinin, hər bir vətəndaş elektron sistemə daxil olaraq əmək müqaviləsi bildirişi vasitəsi ilə də öz əmək müqaviləsinin şərtlərini nəzərdən keçirə bilir. Bundan əlavə, “İşsizin Dostu” proqramı barədə internet portallarında yerləşdirilmiş məlumatlardan da görünür ki, həmin proqram çərçivəsində əmək müqavilələri müddətli bağlanır.Həmçinin, cavabdeh əmək müqaviləsinə xitam verilməsi vaxtı müəyyənləşdirərkən heç bir pozuntuya yol verməmişdir. Belə ki, Əmək Məcəlləsinin 73- cü maddəsinin 2-ci bəndini düzgün formada tətbiq etmişdir. İddiaçı və cavabdeh arasında əmək müqaviləsi 11 mart 2020-ci il tarixdə, 3 aylıq müddətə bağlanmışdır. Hər 3 aylıq uzadılmadan sonra sonuncu dəfə əmək müqaviləsinin müddəti 11 sentyabr 2021-ci il tarixdə bitmişdir. Cavabdeh həmin tarixdə əmək müqaviləsinə xitam vermək istəsə də, iddiaçı 01 sentyabr 2021-ci il tarixdən 03 oktyabr 2021-ci il tarixədək əmək məzuniyyətində olduğu üçün onun əmək müqaviləsinə maddəyə uyğun olaraq işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş, yəni 05 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmış, qətnamə maddi və prosessual hüquq normalarına riayət olunaraq çıxarılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məc əlləsi:
19. Maddə 45, hissə
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
20. Maddə 45, hissə
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
21. Maddə 45, hissə
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
22. Maddə 47, bənd “f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
23. Maddə 68, hissə 2, bənd b). Əmək müqavil əsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
24. Maddə 73, hissə
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
25. Maddə 73, hissə
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığ ı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellya siya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
34. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında müddətli bağlanmışdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi bu halda müqavilənin müəyyən müddətə bağlanmasına imkan verir. Əmək müqaviləsinin müddəti qurtardıqda isə ona xitam verilməsi həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsində təsbit olunmuşdur. Hazırkı işdə cavabdeh iddiaçı ilə bağladığı müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək münasibətləri davam etdirməmiş və müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən xitam vermişdir.
35. Belə olan halda, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə göstərilən maddi hüquq normala rının tələblərinə uyğundur.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4234/2022 nömrəli iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən