Məhkəmə qərarları › İş №2(102)-5506/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5506/2019

26.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5506/2019 26.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, 2(011)1124/2018 saylı qətnaməsi ilə (hakim L.Talıbova) iddia qismən təmin edilərək «xxxx» MMC-dən 45860 (qırx beş min səkkiz yüz alt mış) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30(otuz) manat tutularaq İddiaçı ödənilməsi, «xxxx» MMC-dən 5000(beş min) manat mənəvi zərər tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri 14548.80 (on dörd min beş yüz qırx səkkiz manat, səksən qəpik) manat tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri 14548.80 manat pulun ödənilməsi ilə İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının İ blok, Vİ mərtəbəsində ümumi tikinti sahəsi 85,5 m2 olan, 1 otaqlı 37 saylı mənzilindən çıxarılması eyni anda icra olunması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hak imlər M.Məmmədov - sədrlik edən və məruzəçi, X.Sarıyev və E.Şamayev) 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək «xxxx» MMC-dən 45860 (qırx beş min səkkiz yüz altmış) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30(otuz) manat tutularaq İddiaçı ödənilməsi, «xxxx» MMC-dən 5000(beş min) manat mənəvi zərər tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri 14548.80 (on dörd min beş yüz qırx səkkiz manat, səksən qəpik) manat tutularaq İddiaçı ödənilməsi Cavabdeh2 mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri 14548.80 manat pulun ödənilməsi ilə İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının İ blok, Vİ mərtəbəsində ümumi tikinti sahəsi 8 5,5 m2 olan, 1 otaqlı 37 saylı mənzilindən çıxarılması eyni anda icra olunması, iddia qalan hissədə təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1, çoxmənzilli yaşayış binasının 37 saylı mənzilinin alışına görə cavabdeh «xxxx» MMC-yə ödənilmiş 45860 ABŞ dolları məbləğində pulun (manat məzənnəsinə uyğun), 2013-cü ildən bu günə qədər ona vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun cavabdeh «xxxx» MMC-dən alınaraq iddiaçıya ödənilməsi, ünvan 1, çoxmənzilli yaşayış binasının 37 saylı mənzilinin əsaslı təmirinə sərf etdiyi 43000 manat pulun Cavabdeh2 alınaraq ona ödənilməsi, ünvan 1, çoxmənzilli yaşayış binasının 37 saylı mənzilindən çıxarılması və pulun ona tam ödənilməsi ilə eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş tələblərinə əməl etməyərək birinci instansiyası məhkəməsi tərəfindən hazırkı mülki işdə yol verilmiş maddi və prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsində və 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2019-cu il ta rixli qətnaməsinin ləğv edilməsini yeni qərara çıxarılmasını xahiş edirlər. Məhkəmə kollegiyası, Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 25 yanvar 2019-cu il tari xli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara is tinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında 09.11.2012-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, iddiaçı, bu müqaviləyə əsasən mübahisəli mənzili MMC-dən almışdır. Müqavilədən həmçinin digər sənədlərdən görünür ki, mənzilin dəyəri 45.860 ABŞ dolları (həmin dövr üçün olan məzənnəyə uyğun 36.000 manat) təşkil edir. İddiaçı həmin məbləği MMC-yə ödəmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, artıq qanuni qüvvəyə minmi ş məhkəmə qətnamə və qərarları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil Cavabdeh2 məxsusdur və iddiaçı mübahisəli mənzildən çıxarılmalıdır. İddiaçı hesab edir ki, o, mübahisəli mənzildən çıxarıldığı üçün mənzilin təmirinə onun tərəfindən çəkilmiş xərcin əvəzi Cavabdeh2 onun xeyrinə tutulmalıdır. İddiaçı bildirir ki, bu xərcin məbləğ 43.000 manat təşkil edir. Məhkəmə iddiaçının bu tələbi ilə bağlı bildirir ki, MPM-nin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli (maddə 77.1.), məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). İddiaçı təmirə çəkilmiş xərcin 43.000 manat məbləğində olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları işə baxmış Rayon Məhkə məsinə təqdim etməmişdir. Rayon Məhkəməsi də, bu tələbin əsaslılığının yoxlanılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın rəyini almışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 16.07.2018-ci il tarixli, 1487 saylı rəyindən görünür ki, mübahisəli mənzildə təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 14.548,80 manat təşkil edir. İddiaçı qeyd edilən bu rəy ilə razılaşmayaraq əlavə ekspertizanın keçirilməsini xahiş etsə də, rəyi şübhə altına ala biləcək sübutları (məsələn: müstəqil qiymətləndiricinin rəyini) məhkəmələrə təqdim etməmişdir. Odur ki, qeyd edilənləri və MPM 88, 101.3 və 103.1-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisəli mənzildə aparılmış təmir işlərinin xərcini ek spert rəyinə uyğun 14.548 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçıya dəymiş mənəvi zərəri 5.000 manat məbləğində müəyyən etməklə əsassız nəticəyə gəlmişdir. 2013-cü ildən bu günə qədər uzanan bu mübahisə nəticəsində iddiaçının çəkdiyi stress və daxili iztirab, həyəcan və sair kimi halların ona yaşatdığı bu acı həyat məhz cavabdeh MMC-nin hesabına olmuşdur. Bu müddət ərzində çəkdiyi daxili iztirabların dəyəri ümumilikdə 5.000 manatla ölçülə bilməz və bu qənaət ədalətli deyildir. İddiaçıya dəymiş mənəvi zərərin əvəzi daha çox məbləğdə müəyyən edilməlidir. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdeh MMC-nin mübahisəli mənzili iki şəxsə satması nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi və iddiaçının yaşadığı mənzildən məhrum olması fiziki və mənəvi əzab çəkməsi realdır və bu hal hazırki apellyasiya baxışı çərçivəsində işin mübahisəsiz halı kimi qəbul edilir. Mənəvi zərərin əvəzinin müəyyən edilməsinə gəldikdə isə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında əks olun muş hüquqi mövqe ondan ibarətdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlı ğının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu nun 03.11.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin miqdarı i şin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, birmənalı şəkildə hesab edir ki, cavabdeh MMC-nin qanunazidd hərəkəti nəticəsinə iddiaçı mənəvi zərərə məruz qalmışdır. Lakin Məhkəm ənin qənaətinə görə, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin 5.000 manat həcmdə müəyyən edilməsi məqbul və ağlabatandır. Bu kompensasiyanın daha yüksək məbləğdə müəyyən edilməsi üçün əsaslar müəyyən edilmir. Rayon Məhkəməsi qeyd edilən bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. İddia ərizəsindən görünür ki, iddiaçı, ona dəymiş maddi zərərin də, əvəzinin ödənilməsini xahiş etmiş, işə baxmış Rayon Məhkəməsi isə bu tələbi təmin etməmiş, iddiaçı, qətnamədən verdiyi apellyasiya şikayətində həmin tələbin də, təmin edilməsini xahiş etmişdir. Bu tələblə bağlı Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 77.1 və 14.2-ci maddələri). İddiaçı ona maddi zərərin dəyməsini bildirsə də, bu ziyanın ona dəyməsini və dəymiş olduğu halda hansı məbləğdə olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi, tələbin sübuta yetməməsi əsası ilə təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Apellyasiya şikayətinin bir dəlili də ondan ibarətdir ki, iddiaçının mənzildən çıxarılmağı onun tərəfindən mənzilə görə cavabdeh MMC-yə ödənilmiş pul məbləğinin ona qaytarılması məqamında, yəni eyni vaxtda icra olunmalıdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, mənzilə dair əşya hüququ (gözlənilən mülkiyyət hüququ) iş üzrə Cavabdeh2 məxsusdur. Qanuni qüvvəy ə minmiş məhkəmə qətnamələri ilə sözügedən mənzilə Cavabdeh2 hüquqları tanınmış və nəticə olaraq iddiaçının mənzildən çıxarılması qət olunmuşdur. Mənzildən iddiaçının çıxması mənzilin faktiki olaraq Cavabdeh2 sahibliyinə qaytarılması nəticələnir. Belə olan halda bu hal MMCdən pulun alınıb iddiaçıya qaytarılması ilə şərtləndirilməməlidir. Çünki, MMC iddiaçı qarşısında müstəqil qaydada mülki məsuliyyət daşıyır və MMC, iddiaçıya qeyd edilən pul vəsaitini ödəmədiyi və ya ödənişi gecikdirdiyi halda, bu hal, Cavabdeh2 mənzilə dair gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər ki, bu da Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Müzakirə edilən hissədə Rayon Məhk əməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. İddiaçı Bakı Apellyaisya Məhkəməsini qətnaməsinin ləğv edilərək kassasiya şikayətinin dəlillərinə uyğun qərar qəbul edilməsi barədə dəlillərini onunla əaslandırmışdır ki, apellyasiya məhkəməsinin mənəvi zərərin məbləği barədə hüquqi mövqeyi haqlı və ədalətli hesab oluna bilməz, həmçinin onun həm mənzilə ödədiyi pul, dəymiş zərər, həm də mənzilin təmirinə cəkilən xərclər ödənilməklə eyni vaxtda iddiaçının mənzildən çıxarılması barədə tələbinin təmin edilməməsi onun mülkiyyət və digər konstitusion hüquqların pozur. Kassasiya məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli yoxlayıb belə qənaətə gəlir ki, həmin dəlillər və onların əsaslandırılması apellyasiya şikayətinin dəlilləri ilə eynidir və həmin dəlil ləri rədd edən apellyasiya məhkəməsi onlara kifayət gədər aydın əsaslı və hüquqi qiymət vermişdir. Kollegiya apellyasiya məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə veridiyi qiyməti və tətbiq edilmiş qanun normalarını qanuni, əsaslı və işin hallarına uyğn hesab edir və eyni əsaslarla onların təkrar qiymətləndirilməsinə zərurət görmür. Kassasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olub kassatora münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslı hesab edilmir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 25 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar