Məhkəmə qərarları › İş №2(102)-5506/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5506/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5506/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5506/21 (Açar sözlər: pul tələbi, sübutetmə yükü, sübutların qiymətləndirilməsi, qətnamənin əsaslılığı) Bakı şəhəri, 29 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı X2, cavabdeh Hacalıyev Asif Mövsüm oğlunun vəkili və nümayəndəsi Vəkil oğlunun iştirakı ilə, İddiaçı X2 cavabdeh Hacalıyev Asif Mövsüm oğluna qarşı “qanun üz rə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnaməyə əsasən verilmiş avtomobilin qeydiyyat şəhadətnaməsinin, həmin qeydiyyat şəhadətnaməsi əsasında avtomobilin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsi əsasında əldə edilmiş pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3160/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh Hacalıyev Asif Mövsüm oğlunun kassasiya şikayətinə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Mercedes Benz 200” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin 30. 03.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satılması nəticəsində əldə etdiyi pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı sonradan iddia tələbinin həcmini artıraraq, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə Cavabdeh verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnaməyə əsasən “Mercedes 200” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş AD 163612 saylı şəhadətnamənin, AD 163612 saylı şəhadətnamə əsasında ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 15.09.2014-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı həmin avtomobili 12.12.2016-cı il tarixdə etibarnamə ilə X8 vermişdir.

4. X13 avtomobili qaytarmadığına görə iddiaçı 03.10.2017-ci il tarixdə etibarnaməni ləğv etmişdir. İslam Quliyevə qarşı avtomobilin qaytarılması barədə iddiaçı məhkəmədə iddia qaldırmış, Binəqədi rayon Məhkəməsinin 05.06.2018-ci il tarixli 2(001)-1819/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin X4 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir.

5. Həmin qətnamədən maraqlı şəxs X11 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2019-cu il tarixli 2(103)-7310/2019 nömrəli qətnaməsi ilə X5 apellyasiya şikayəti təmin edilmiş, iddiaçının iddiası rədd edilmişdir.

6. İddiaçı sonradan öyrənmişdir ki, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən avtomobil 27.03.2018-ci ildə Cavabdeh adına sənədləşdirilmiş, 30.03.2018-ci ildə avtomobil Abas Əmirovun adına keçirilmiş, sonra isə 10.04.2018-ci il tarixdə X1.

7. Avtomobili qanunsuz olaraq iddiaçının əlindən çıxmışdır.

8. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 1091 və 1092.1-ci maddələrinə istinad etmişdir.

9. İddiaçının vəsatəti əsasında X13 mübahisə predme ti barəsində müstəqil tələb sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

10. Cavabdeh A. Hacaliyev məhkəmə iclasında iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçını tanımır və ondan avtomobil almamışdır; - qardaşı X9 “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili yararsız, əzik vəziyyətdə X4 2.700 manata almışdır; - qardaşı Sabirabad rayonunda qeydiyyatda olduğuna görə avtomobili onun adına sənədləşdirilmişdir. Onlar avtomobili sənədləşdirmək üçün BDYPİ-yə getmiş, avtomobilin qeydiyyat şəhadətnaməsini və İslam Quliyevin adına olan etibarnaməni, İslamın zəng etdiyi mülki geyimdə olan bir şəxsə təqdim etmişlər. Bir neçə saatdan sonra BDYPİ-də imza edərək, avtomobilin qeydiyyat şəhadətnaməsini əldə etmiş və avtomobilin qeydiyyat nişanını dəyişdirmiş, ** MZ *** qeydiyyat nişanı əldə etmişdir. Avtomobili təmir etdirmiş, lakin tez-tez xarab olduğuna görə 3.700 manata “turbo.az” saytı vasitəsilə satmışdır; - onun adına hazırlanmış və Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlumatı yoxdur. O, BDYPİ-də yalnız ərizəyə imza etmişdir; - onun İddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Hesab edir ki, İddiaçı avtomobilin pulunu ondan deyil, İslamdan tələb etməlidir.

11. Yasamal Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2(004)-4520/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.(hakim Vahid Hacıyev)

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 15.09.2014-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsas ən “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuş, İddiaçı avtomobilini 12.12.2016-cı il tarixdə X8 5300 ABŞ dollarına, yəni ayda 300-500 manat olmaqla bir il ərzində dəyəri tam ödənilməklə 9.000 manata nisyə satmış, X8 avtomobili idarə etmək üçün 12.12.2016-cı il tarixdə bir il müddətinə etibarnamə vermişdir. Cavabdeh tanımır, ona avtomobil satmadığını bildirir.

13. Birinci instansiya məhkəməsi DİN BDYPİ-nin 01.10.2019-cu il tarixli 016-911641219 nömrəli məktubuna və avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışına əsasən həmçinin müəyyən etmişdir ki, İddiaçı 15.09.2014-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olmuş “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR * ** dövlət qeydiyyat nişanlı avtomobilə dair 20.06.201520.06.2016, 20.06.2015-04.03.2021, 11.07.2015-20.06.2016-ci illər üçün X10 adına; 30.08.2015-20.06.2016, 13.07.2016-13.12.2016, 12.12.2016-12.12.2017-ci illər üçün X7 adına etibarnamə vermişdir. Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən avtomobil 27.03.2018-ci ildə Cavabdeh adına sənədləşdirilmiş və dövlət qeydiyyat nişanı dəyişdirilərək ** MZ *** qeydiyyat nişanı verilmişdir. 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Mercedes 200” markalı ** MZ *** qeydiyyat nişanlı avtomobil Cavabdeh adından X14 adına keçirilmiş, sonra isə 10.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 adından X5 adına keçirilmi ş və dövlət qeydiyyat nişanı dəyişdirilərək ** MU *** qeydiyyat nişanı verilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.06.2018-ci il tarixli 2(001)-1819/2018 nömrəli qətnaməsi ilə X4 “Mercedes 200” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs X5 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2019-cu il tarixli 2(103)- 7310/2019 nömrəli qətnaməsi ilə təmin edilmiş, X4 “Mercedes 200” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı qaytarılması tələbinə dair iddia rədd edilmişdir.

14. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qeyd edib ki, X11 avtomobili vicdanlı əldə edən şəxsdir və alqı-satqı müqaviləsinin ləğv edilməsi üçü n əsaslar mövcud deyildir. Çünki İddiaçı özü bildirir ki, mülkiyyətindəki “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili 12.12.2016-cı il tarixdə X8 5300 ABŞ dollarına, yəni 9.000 manata nisyə satmışdır. X13 avtomobilin dəyərini ayda 300-500 manat olmaqla bir il ərzində ona tam ödəməli idi. Həmçinin, İddiaçı Cavabdeh tanımadığını və ona avtomobil satmadığını bildirib.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı bildirdiyinə görə X13 ilə onun arasında avtomobilin nisyə alqı-satqısı baş tutmuşdur. Hazırda avtomobil üçüncü şəxslərin mülkiyyətinə keçmişdir. Bu səbəbdən İddiaçı avtomobilin razılaşdırılmış dəyərinin ödənilməsini X4 tələb edə bilər.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 567-ci maddəsi, Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27.10.2004-cü il və “X3 şikayəti üzrə” 16.08.2006-cı il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3160/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddiacı İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixl i, 2(004)-4520/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuş, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə Cavabdeh verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən “Mercedes 200” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş AD 163612 saylı şəhadətnamə, eləcə də həmin AD 163612 saylı şəhadətnamə əsasında ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 8.000,0 (səkkiz min) manat pul Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Emin M ehdiyev)

20. Apellyasiya instansiyası müəyyən edib ki, 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Mercedes 200” markalı ** MZ *** qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən X15 8000 manata satılmış, Bakı şəhəri 1 saylı Notariat Kontorunda 25.12.2017-ci il tarixdə 2V3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilməmişdir.

21. Apellyasiya instansiyası onu da müəyyən edib ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi iddiaçı sağ olduğu halda onun adına tərtib olunmuş 25.12.2017-ci il tarixdə 2V3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında (Bakı şəhəri 1 saylı Notariat Kontorunda 25.12.2017-ci il tarixdə 2V3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilməmişdir.) 27.03.2018-ci ildə Cavabd eh adına sənədləşdirilmiş və dövlət qeydiyyat nişanı dəyişdirilərək ** MZ *** qeydiyyat nişanı verilmişdir. 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Mercedes 200” markalı ** MZ *** qeydiyyat nişanlı avtomobil Cavabdeh adından X14 adına keçirilmiş, sonra isə 10.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 adından X5 adına keçirilmiş və dövlət qeydiyyat nişanı dəyişdirilərək ** MU *** qeydiyyat nişanı verilmişdir.

22. Apellyasiya instansiyası hesab edib ki, vərəsəlik haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında verilmiş avtomaşının qeydiyyat şəhadətnaməsi və həmin şəhadətnamə əsasında aparılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin, cavabdeh saxta “vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında iddiaçıya məxsus avtomaşını qanunsuz yolla əldə edərək həmin avtomaşını satmış və pulu mənimsəmişdir.

23. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 337, 385.1, 386.1, 405.1, 1145, 1146, MPM-nin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

24. Qətnamə ilə yanaşı, apellyasiya məhkəməsi avtomobilin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh adına sənədləşdirilməsində cinayət əlamətlərinin olub-olmamasını müəyyən etmək üçün 06 may 2021-ci il tarixində xüsusi qərardad da çıxarmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh A.Hacıaliyev kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

26. Cavabdehin kassasiya şikayətinin dəlilləri: - iddiaçı avtomobili X8 vermişdir; - iddiaçı cavabdehi, ümumiyyətlə, tanımır; - avtomobilin alqı-satqısı vaxtı X13 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-yə hansı sənədlərin təqdim edilməsindən məlumatı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətlərinə qarşı tərəflərin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında cavabdeh Hacalıyev Asif Mövsüm oğlunun vəkili və nümayəndəsi Vəkil oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

29. İddiaçı İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

30. İşə baxılmasının vaxtı v ə yeri barədə lazımi qaydada xəbərdar edilsə də, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İ.Quliyev məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. [303] Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı müba hisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödə məli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Prosessual Məcəllə M addə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyə n edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası iddianı təmin edərkən maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

34. Əvvəla, işin məhkəmələr tərəfindən müəyyən edilən halına görə 25.12.2 017-ci il tarixdə 2V3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mövcud deyil. Belə olan halda, mövcud olmayan şəhadətnamənin etibarsız hesab edilməsi barədə gəlinən nəticə ziddiyyətli olmuşdur. Həmin hissə üzrə apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normalarının (MM, 337-ci maddə) da məzmunundan görünür ki, mübahisələndirilən və ya əhəmiyyətsiz əqdlər faktiki cəhətdən mövcud olur, lakin həmin əqdlərin etibarlı sayılması üçün subyektiv və obyektiv şərtlər olmur.

35. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Başqa sözlə, əqdin etibarsız sayılması üçün ilkin olaraq əqdin özü bir fakt olaraq mövcud olmalı, məhz bundan qeyd edilən meyarlar üzrə əqdin etibarlılığına qiymət verilməlidir. Hazırki işdə də 25.12.2017-ci il tarixdə 2V3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin bir fakt olaraq mövcud olmaması müəyyən edilib. Buna görə də apellyasiya məhkəməsinin mövcud olmayan əqdin etibarsız sayılması üçün Mülki Məcllənin 337-ci maddəsinə istinad etməsi düzgün olmamışdır.

36. Bundan əlavə, iddiaçı iddia tələbini artırıb ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi xahiş etsə də, həmin müqav ilənin digər tərəfi olan alıcı X16 cavabdeh kimi göstərməmişdir.

37. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

38. İddiaçının apellyasiya şikayəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi də 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianı təmin etsə də, həmin müqavilənin tərəfi (alıcı) olan A.Əmirovu hər hansı qisimdə işə cəlb etməmiş, nəticədə sonuncunun maraqlarına toxunan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası bunu prosessual pozuntu kimi qiymətləndirir.

39. Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə görə məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

40. Həmçinin işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə iddiaçı mülkiyyətində olmuş avtomobili etibarnamə ilə cavabdehə deyil, X8 vermiş, hətta Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.06.2018-ci il tarixli qətnaməsi ilə avtomoblin X4 alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Sonradan maraqlarına toxunan şəxs X5 verdiyi apellyasiya şikayəti əsasında həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2019-cu il tarixli 2(103)- 7310/2019 nömrəli qətnaməsi ilə ləğv edilsə də, apellyasiya məhkəməsi işin bu halına qiymət vermədən pulun cavabdehdən tutulmalı olması nəticəsinə gəlmişdir.

41. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına qətnamədə qiymət vermədiyi, qeyd edilən hissədə qətnamənin əsaslandırıcı hissəsi MPM-in 220.4-cü maddəsinin tələblərinə uyğun olmadığı, pulun hansı əsaslarla cavabdehdən tutulması qətnamədən görünmədiyi üçün məhkəmə kollegiyası gəlinən nəticənin düzgünlüyünə qiymət verə bilmir.

42. Halbuki Mülki Prosessual Məcəllənin həm 220.4-cü, həm də 392.1.5-ci maddələri tələb edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. A pellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir.

43. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə isə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

44. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vax t əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq“ işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 46. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, “məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

47. Məhkəmə kolle giyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcədə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır.

48. Yuxarıda qeyd edilənlər baxımdan, iddianı təmin edən apellyasiya məhkəməsin qətnaməsi əsaslı sayıla bilməz və qətnamə ləğv edilməlidir.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdeh A.Hacalıyevin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxı şına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Hacalıyev Asif Mövsüm oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3160/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar