Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5507/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi barədə iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3273/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətinə dair işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Cavabdeh 01.11.2016-cı il tarixdə, saat 06:30 radələrində idarə etdiyi “X” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən X kəndi ərazisində X1 apardığı İddiaçı məxsus qoyun sürüsünü vurmuşdur. Hadisə nəticəsində İddiaçı məxsus ümumilikdə on dörd baş xırdabuynuzlu heyvan xəsarət almışdır. Həmin heyvanlardan səkkizi hadisə yerində ölmüş, altısı yaralanmış, onlar da sonradan ölmüşdür. Beləliklə, hadisə nəticəsində on dörd baş xırda buynuzlu heyvan ölmüşdür. Hadisə baş verdikdən sonra Cavabdeh heyvanların sahibi İddiaçı ilə razılaşaraq ona on dörd baş heyvana görə dəymiş ziyanı ödəyəcəyini b ildirmiş, İddiaçı bununla razılaşmış, aralarında razılığa gəldiklərindən hadisə ilə bağlı müvafiq orqanlara heç bir məlumat verilməmişdir.
2. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən İddiaçı 07.11.2017-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə müraciət edərək, 01.11.2016-cı il tarixdə Cavabdeh idarə etdiyi avtomobillə ona məxsus qoyun sürüsünü vurduğunu, nəticədə on dörd heyvanın xəsarət aldığını, onlardan altısının sonradan öldüyünü bildirmişdir. Hadisə ilə bağlı izahat verən Cavabdeh tabor komandirinin müavini izahat vermiş, həmin gün əsgər Cavabdeh ona yaxınlaşaraq yolnəqliyyat hadisəsi törətdiyini, idarə etdiyi avtomobillə qoyun sürüsü vurduğunu, hadisə nəticəsində heyvanların xəsarət aldığını, bir neçəsinin öldüyü nü, dəymiş ziyanı ödəyəcəyini, bu barədə heyvanların sahibi ilə razılığa gəldiyini demişdir.
3. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh 01.11.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinə 3 dəfə izahat vermiş, onlardan ilkində İddiaçı dediklərini təsdiqləsə də, sonradan verdiyi izahatlarında hər dəfə ifadələrini dəyişmiş, ən son verdiyi izahatında isə hadisədə heç bir təqsiri olmadığını və ziyanı ödəməyəciyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiаçı İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh ona vurduğu maddi zərərin əvəzi olan 10630 manat məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında narazılıqları və düşmənçilikləri olmamışdır. Cavabdeh 01.11.2016-cı il tarixdə, saat 05:30 radələrində 382243 nömrəli etibarnamə əsasında idarə etdiyi ** SU *** dövlət nömrə nişanlı “X” markalı avtomobili ilə hərəkətdə olarkən X kəndi ərazisindən keçən magistral yolda ona məxsus olan xırda buynuzlu heyvanlarından on dörd başını, yəni iki baş erkək damazlıq qoçu, on iki baş isə doğar qoyunu vurub hadisə yerində öldürmüşdür. Hadisə zamanı yaralanmış altı baş doğar qoyun isə qısa müddətdən sonra ölmüşdür. Beləliklə, cavabdehin təqsiri nəticəsində iyirmi baş xırda buynuzlu heyvanının öldürülməsi ilə ona maddi ziyan vurulmuşdur. "xxxx" MMC-nin arayışına əsasən, iki dəfə doğar bir baş qoyunun alış-satış qiyməti 160-180 manat, bir baş cins erkək heyvanın alış-satış qiyməti isə 230-250 manat məbləğindədir. Ona görə doğar qoyunların on səkkiz baş olmaqla, cəmi dəyərləri bir başını 200 manatdan hesablamaqla 3600 manat, iki baş qoçun dəyəri isə 300 manatdan hesablamaqla 600 manat edir. Həmçinin, həmin on səkkiz baş doğar qoyunun üç il ərzində doğar balalarının bir ilini güzəşt gedərək iki ilin pulu olaraq otuz altı baş quzunun dəyərini 180 (yüz səksən) manatdan hesablamaqla, cəmi dəyəri 6430 manat təşkil edir. Üç ilədək onun həmin maddi ziyan tələbi ilə əlaqədar orqanlara şikayətlər etməsi ilə keçirdiyi mənəvi iztirablarının dəyəri qiymətsizdir. Beləliklə, cavabdehdən ona vurduğu maddi zərərin dəyəri ümumilikdə 10630 manatdır. Dəfələrlə cavabdehdən ona vurduğu maddi zərərin əvəzini ödəməsini tələb etsə də müxtəlif bəhanələrlə imtina etmişdir.
6. Daha sonra Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı tərəfindən ona vurulmuş 5800 manat məbləğində maddi zərərin və 3000 manat məbləğində mənəvi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
7. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hərbçidir və gündəlik olaraq X kəndi ərazisindən keçərək iş yerinə gedir. 01.11.2016-cı il tarixində, səhər 05:30 radələrində işə gedən zaman körpünün üzərindən keçərkən İddiaçı otardığı xırdabuynuzlu heyvan sürüsünü körpünün üstünə çıxarmış və nəticədə idarə etdiyi avtomobillə toqquşmuşdur. İddiaçı təqsirli hərəkətləri səbəbindən ona xeyli miqdarda zərər dəymiş və idarə etdiyi “X” markalı, **-SU-*** dövlət qeydiyyat nömrəli avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Hadisə zamanı İddiaçı bildirmişdir ki, ona məxsus olan avtomobili təmir etdirə bilməyəcək, çünki onun otardığı heyvanların müəyyən hissəsi məhv olmuş, ona da maddi zərər dəymişdir. Bacardığı qədər çalışacaq ki, ona dəymiş ziyanın müəyyən hissəsini ödəsin. Lakin yol-nəqliyyat hadisəsindən 3 il keçdikdən sonra İddiaçı ona qarşı iddia qaldırmış, öz təqsiri olduğu halda ondan 10630 manat pul tələb etmişdir. Halbuki yol-nəqliyyat hadisəsində o təqsirli olsaydı, dərhal ona qarşı iddia qaldırardı. üç il ərzində iddia qaldırmaması sübut edir ki, o yol nə qliyyat hadisəsində özünü təqsirli saymış, özünün qanunsuz hərəkətlərinin nəticəsini dərk etmiş və hadisə sovuşduqdan sonra öz təqsiri səbəbindən ona dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaqda özünü haqlı hesab etmişdir. İddiaçı təqsirli olmasını sübut edən hallardan biri də budur ki, o otardığı heyvanları mexaniki nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş asfalt örtüklü yolun hərəkət hissəsinə çıxarmış və heyvanların keçməsi üçün nəzərdə tutulmamış yerdən keçirmişdir. Halbuki, heyvanlar şüurlu olmadığından onların yolun digər tərəfinə keçməsi ehtimalı olan yerlərdə yolun hərəkət hissəsində gedən sürücüləri xəbərdar edən lövhələr quraşdırılır və bu cür heyvanları keçirən şəxslər də ilk olaraq heyvanların təhlükəsiz keçirilməsini təmin etməli və yol hərəkəti iştirakç ılarına heç bir maneə yaratmamalıdır. Göründüyü kimi İddiaçı qanunun tələbini pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur, lakin hələ ondan tələf olmuş heyvanlarının pulunu almağa da cəhd edir. Bu azmış kimi, heyvanlarının iki və üç illik artım ehtimallarını da qeyd edərək “belə olsaydı, belə olacaqdı” kimi ehtimallarla iddiasını əsaslandırmağa çalışır. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş zərər İddiaçı alınaraq ona ödənilməlidir. Hal-hazırda ona dəymiş zərər 5800 manat təşkil edir. Yol-nəqliyyat hadisəsinin üstündən üç ilədək vaxt keçməsinə baxmayaraq, o hələ də avtomobili təmir etdirə bilməmişdir. Bu isə onun işə gedib-gəlmək üçün kifayət qədər əlavə pul xərcləməsi ilə nəticələnmişdir. Eyni zamanda yol-nəqliyyat hadisəsi zamanı aldığı əsəb sarsıntısı səbəbindən başında kəskin ağrılar başlamış, uzun müddətdir baş nahiyəsindən müalicə kursu almışdır.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)668/2020 saylı qətnaməsi ilə (hakim Səlimə Miriyeva) ilk iddia qismən təmin olunmuş, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 5700 (beş min yeddi yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ilk iddia tələbi üzrə ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi, ilk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 15 manatı ilk iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh aid edilməsi, eksper tizanın aparılması üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının ilk iddia üzrə Cavabdeh alınaraq ilk iddia üzrə İddiaçı verilməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi Məhkəmə Cavabdeh Gədəbəy rayon Polis Şöbəsinə sonradan verdiyi 02.12.2017-ci il tarixli və 29.08.2018-ci il tarixli izahatlara tənqidi yanaşaraq qeyd etmişdir ki, Cavabdeh ilk izahatında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürdüyü, İddiaçı on dörd baş heyvana görə dəymiş ziyanı ödəməyi qəbul etdiyi halda, sonrakı izahatlarında bunu inkar etməsi yalnız onun məsuliyyətdən yayınmaq cəhdi kimi qəbul edilməli və həqiqətə uyğun hesab edilməməlidir. Belə ki, xüsusən ilk iki izahat arasında təxminən bir ay vaxt keçmiş, lakin Cavabdeh izahatının məzmununu əhəmiyyətli də rəcədə dəyişmişdir. Buradan aşkar görünür ki, Cavabdeh sonrakı izahatlarında sadəcə olaraq baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məsuliyyətdən yayınmağa çalışmış, bu səbəbdən qarşı tərəfi ittiham edən məzmunda reallığa uyğun olmayan izahatlar vermişdir. Odur ki, həmin izahatlar inandırıcı hesab edilə bilməz.
10. Lakin məhkəmə hadisə nəticəsində ölən heyvan sayının iyirmi baş olması ilə bağlı iddia ərizəsində göstərilənlərlə də razılaşmamışdır. İlk növbədə ona görə ki, bu qeyd edilənləri təsdiq edəcək hər hansı mötəbər sübut iş materiallarında yoxdur. İkincisi ona görə ki, İddiaçı hadisə ilə bağlı verdiyi ilk izahatında yol-nəqliyyat hadisəsi baş verən vaxt səkkiz heyvanın öldüyünü, altı heyvanın yaralandığını, həmin yaralı heyvanların sonradan öldüyünü, beləliklə, yol-nəqliyyat hadis əsi nəticəsində ona məxsus on dörd baş heyvanın öldüyünü bildirmişdir. Cavabdeh X da hadisə ilə bağlı verdiyi ilk izahatında qeyd edilənləri təsdiq etmişdir. Lakin ilk iddiaçı hazırda iyirmi baş heyvana dəymiş ziyanın pulunu tələb edir. Bu mənada məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi on dörd baş heyvana dəymiş ziyanın ödənilməsi ilə bağlı hissədə əsaslı, qalan hissədə əsassızdır.
11. Məhkəmə on dörd baş heyvana görə ilk iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlı qeyd etmişdir ki, X Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş 23.06.2020-ci il tarixli kənd təsərrüfatı heyvanlarının qiymətləndirmə hesabatından görünür ki, 14 baş xırdabuynuzlu heyvanın (12 baş doğar qoyun, 2 baş erkək damazlıq qoç) 01.11.2016-ci il tarixə olan bazar dəyəri 3700 (üç min yeddi yüz) manat təşkil edir. Məhkəmə müvafiq qiymətləndirmənin xüsusi olaraq əldə edilmiş kənd təsərrüfatı heyvanları bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, uyğun obyektə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmaqla verildiyini nəzərə alaraq qiymətləndirmənin nəticəsində müəyyən edilmiş məbləği ağlabatan hesab edərək qəbul edir və hesab edir ki, ilk iddia üzrə Cavabdeh İddiaçı məxsus on dörd baş heyvana vurduğu ziyana görə 3700 manat məbləğində pul tutulmalıdır.
12. Bundan başqa, ilk iddia tələbindən görünür ki, ilk iddiaçı məhkəmədən on səkkiz baş doğar qoyununun iki ildə verdiyi otuz altı baş quzunun dəyəri olan 6430 manat pulun (hər biri 180 manatdan hesablanmaqla) cavabdehdən alınmasını tələb edir. Göründüyü kimi ilk iddiaçını n bu tələbi real zərərlə deyil, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlə, yəni əldən çıxmış fayda ilə bağlıdır.
13. Məhkəmə hesab etmişdir ki, ilk iddia bu hissədə də qismən təmin edilməlidir. Belə ki, ilk növbədə ilk iddiaçı on səkkiz baş doğar qoyunun iki ildə doğacağı quzulara görə əldən çıxmış faydanı tələb etsə də işdən görünür ki, hadisə nəticəsində on səkkiz yox, on iki baş doğar qoyun ölmüşdür. Bundan başqa əldən çıxmış fayda iddiaçının adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi, lakin məhrum olduğu gəlirlərdir. Bu mənada məhkəmə hesab edir ki, on iki baş doğar qoyunun hər birinin heç bir itki baş vermədən hər il bir quzu doğması və bunlardan qazanc əldə edilməsi real deyil və adi mülki dövriyyəyə uyğun hesab edilə bilməz. Belə ki, bu zaman xəstəlik, heyvanların qi dalanma, saxlanması ilə bağlı, yaxud təbii səbəblərdən baş verən digər itkilər mütləq nəzərə alınmalı, on iki baş doğar qoyunun deyil, altı baş doğar qoyunun quzularına görə əldən çıxmış fayda hesablanmalı olmasını daha ağlabatan hesab edir. Odur ki, ilk iddiaçıya məxsus altı baş doğar qoyunun iki il ərzində doğacağı on iki baş quzuya görə adi mülki dövriyyə şəraitində bir quzunun qiymətinin orta hesabla 160-180 manat məbləğində müəyyən edilməklə 2000 manat məbləğində əldən çıxmış fayda hesablanması ədalətli hesab edilməlidir.
14. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddiaçı qeyd etdiklərini təsdiq edəcək heç bir sübutu qarşılıqlı iddia ərizəsinə əlavə etməmişdir. Qarşılıqlı iddia ərizəsinə on beş fotoşəkil əlavə edilmişdir ki, həmin fotoşəkillərd ə də qəzalı ağ rəngli avtomobil və asfalt bir yoldan başqa heç nə müəyyən edilməmişdir.
15. Məhkəmə qarşılıqlı iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddiaçıya qarşı hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi müəyyən edilməmiş, bununla bağlı qarşılıqlı iddiaçı tərəfindən heç bir orqana müraciət edilməmiş, qarşılıqlı iddia üzrə cavabdeh barəsində hər hansı inzibati məsuliyyət tədbiri tətbiq edilməmiş, onun təqsiri başqa cür müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, baş verdiyi sübut edilməyən qanunsuz hərəkət və ya hərəkətsizliyə görə mənəvi ziyanla bağlı idianın təmin edilməsi də yolverilməzdir. Yəni mənəvi ziyanın ödənilməsi tələbi əsas iddia tələbinin təmin olunmasından ası lı olduğundan və əsas iddia tələbi təmin olunmadığından iddia mənəvi ziyanla bağlı hissədə də təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 1096.1, 1097.1, 1108.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3273/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və A.Tanrıverdiyev) İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» b arədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-668/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-668/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işin faktiki halları və qanunvericiliyin normaları baxımından cavabdehin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdə zərəri iddiaçıya ödəmək vəzifəsi vardır.
20. Cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
21. H albuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Eyni zamanda cavabdehin hadisə ilə bağlı inzibati məsuliyyətə cəlb olunmaması halı vəziyyəti dəyişdirmir. İşdə olan sübutlar hadisə ilə bağlı cavabdehin mülki məsuliyyətinin mövcudluğunu tam təsdiq edir.
23. Həmçinin, istər cinayət işinin başlanmasının rədd olunması barədə qərarlar, istər Gədəbəy rayon prokuroru tərəfindən qəbul edilmiş 14.08.2018-ci il tarixli qərar, istərsə də digər sübutların (izahatlar və s.) qarşılıqlı müqayisəsi cavabdehin baş vermiş hadisədə mülki məsuliyyətinin mövcudluğu və bununla bağlı dəymiş ziyanı iddiaçıya ödəmək öhdəliyinin yaranması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını ümumi sözlərlə əsaslandırmağı çalışmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İddi açı məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
28. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya baxışının hədləri
29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məh kəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq
33. Mülki Məcəllə
34. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (maddə 21.1)
35. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2)
36. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)
37. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (maddə 1096.2)
38. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (maddə 1097.1)
39. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. (maddə 1108.1)
40. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. (maddə 1115) Mülki Prossesual Məcəllə
41. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
42. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
43. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
44. Kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1)
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir 48. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyə n edilmiş olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3273/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.