Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5508/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Mirzəliyev Əsəd Abdulla oğlu və X1 oğlundan ibarət tərkibdə, Quliyev Samir Rahib oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli 2(103)2660/19 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş № 2(006)-4640/2018) İddiaçı Cavabdeh MMC-yə və 3-cü şəxs “xxxx” ASC-yə qarşı maddi və mənəvi zərərin ödənil məsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.A.Məmmədova, V.T.Həsənov və N.Ş.Cəfərov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi maddi zərərin ödənilməsi tələbinə dair hissədə ləğv edilmiş, həmin hissədə iddianın qismən təmin edilib Cavabdeh MMC-dən maddi ziyana görə 4240 manat alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 12 iyul 2013-cü il tarixdə İddiaçı “Ford Focus” markalı avtomobilin alınması üçün “xxxx” ASC-dən kredit götürmüş və kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi ona məx sus olan avtomobili girov qoymuşdur. “xxxx” ASC tərəfindən 500 manat azadolma məbləği hesablanmaqla avtomobilin kasko sığortası həyata keçirilmişdir. 02 oktyabr 2015-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobil əzilərək ona maddi ziyan dəymiş və avtomobil təmir edilməsi üçün Cavabdeh MMC-yə məxsus “Ford Servis” Mərkəzinə təhvil verilmişdir. 2018-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus avtomobili təmirə qəbul etmiş servisin avtomobili 11 ay ərzində özündə saxlayıb təmirini və qaytarılmasını gecikdirməklə ona maddi və mənəvi ziyan vurmasını əsas göstərib maddi ziyana görə 4600 manat, mənəvi ziyana görə isə 20000 manat cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi ü zrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh MMC kassasiya şikayəti verərək məhkəmənin sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə işə baxaraq iddianı qismən təmin etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 02 oktyabr 2015-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə əlaqədar iddiaçıya məxsus avtomobil təmir olunması üçün cavabdehə məxsus “Ford Servis” Mərkəzinə 15 oktyabr 2015-ci il tarixdə təhvil verilmiş və avtomobil Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərardadına əsasən 01 sentyabr 2016-cı il tarixdə iddiaçıya qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etm işdir ki, avtomobilin 10 ay 15 gün ərzində servis mərkəzində saxlanılması cavabdehin təqsiri üzündən baş vermişdir. Müəyyən olunmuşdur ki iddiaçı avtomobilin ona qaytarılmadığı dövrdə Gəncə şəhərindən işlədiyi Şəmkir rayonuna getməsi ilə əlaqədar 212 gün ərzində taksi xidmətindən istifadə etmiş və bu zaman hər gün 20 manat ödədiyi üçün ona 4240 manat (212x20=4240) məbləğində ziyan dəymişdir. Məhkəmə kollegiyası gəldiyi nəticənin qanunu əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsaslanmışdır. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (2 1.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.(21.2.) Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və tətbiq olunan maddi hüquq normasının tələbinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 mart 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5508/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5508/2019
21.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver