Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5324/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1864/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1864/2024 saylı 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı - Cavabdeh MMC-nin iddiaçıya məxsus olan ***-***-**-** telefon nömrəsinin bərpa edilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi, iddiaçıya məxsus olan ***-***-**-** telefon nömrəsinin bərpa edilərək şəbəkəyə qoşulması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMCdən 30.000 manat mənəvi ziyanın əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
2. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1864/2024 saylı 10 iyun 2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. İddiaçı məhkəmənin həmin qətnaməsindən 20 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1864/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1864/2024 saylı 18 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə İddiaçı ərizəsi rədd edilsin, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır.
5. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(011)- 1864/2024 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1864/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(011)- 1864/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin rədd edilməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq normaları:
7. Mülki Prosessual Məcəllənin 363.1.1-1.-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti qaytarılır.
8. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
9. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir.
11. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “Mülki Prosessual Məcəlləyə əlavə 2”-də göstərilmişdir.
12. Lakin iş üzrə İddiaçı tərəfindən elektron qaydada imzalanmış apellyasiya şikayətindən görünür ki, şikayət “Mülki Prosessual Məcəlləyə əlavə 2”-də müəyyən edilən formaya uyğun tərtib edilməmişdir.
13. Belə ki, şikayət yarımçıq tərtib edilmişdir. Şikayətdə ancaq 1, 4, 5 və 13-cü bəndlərdə qeydlər yazılmışdır. İddiaçının xahişi buraxılmış müddəti bərpa edib işi apellyasiya məhkəməsinə göndərmək olmuşdur. İddiaçı hansı aktı mübahisləndirdiyini də dəqiq göstərməmişdir.
14. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1864/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev