Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5508/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili Vəkil1 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)3967/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-157/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.Ə.Hüseynov) İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və oradan istifadəyə edilən müdaxiləyə son qoyulması” barədə iddiası təmin edilərək, cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması vəzifəsinin onun üzərinə qoyulması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3967/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sərdlik edən, məruzəçi, C.A.Yusifov və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabde h qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehə məxsus əşyaların onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət v erməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh vəkili Vəkil2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili Vəkil1 izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası m əhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsaslı olmasına, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 157.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq norm alarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Bu gün həmin qeyri-yaşayış sahəsi cavabdehin qanunsuz sahibliyindədir. İddiaçı bildirir ki, cavabdeh qanunsuz olaraq onun mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsini zəbt edərək əşyalarını oraya yerləşdirib. O, dəfələrlə cavabdehə xəbərdarlıq edərək qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb edib, lakin heç bir nəticə əldə olunmayıb. Cavabdeh isə iddiaya etiraz edir və bildirir ki, həmin qeyri-yaşayış sahəsi əvvəllər dövlət mülkiyyətində olmaqla Dövlət Neft Şirkətinin balansında olub və onun ikinci qrup əlilliyi nəzərə alınaraq 2013-cü ildə bağlanmış müqavilə əsasında ona icarəyə verilib. Daha sonra onun kifayət qədər maddi imkanı olmadığı üçün icarə haqqını mütəmadi olaraq ödəyə bilməyib, yığılan icarə borcunun ondan tutulması barədə qətnamə qəbul edilib. 2014-cü ildən sonra həmin qeyri-yaşayış sahəsi Reyestr Xidmətinin balansına verilib və həmin dövrdə maddi imkansızlığı səbəbindən onu özəlləşdirə bilməyib. Sonradan keçirilmiş hərrac barədə ona Reyestr Xidməti tərəfindən məlumat verilməyib və qeyri-yaşayış sahəsinin iddiaçıya satıldığını bilib. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əs asən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Mülki Məcəllənin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ- əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə, tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olar aq hesab etmişdir ki, yalnız qeyd olunan bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə, həmin şərtlər tam mövcuddur. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması və həmin sahənin cavabdehin sahibliyində olması işin mübahisəsiz hallarıdır. Eyni zamanda həmin sahiblik qanunsuzdur. Çünki cavabdehin həmin qeyri-yaşayış sahəsinə hər hansı bir hüququ mövcud deyil. Apelyasiya instansiyası məhkəməsi cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, şikayətin dəlilləri tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli icarə müqaviləsinin 9.1-ci bəndinə görə, müqavilə xx xxxxx 2014 -cü il tarixədək qüvvədə olub. Cavabdeh həmin tarixdən sonra müqavilə müddətinin uzadılması barədə məhkəməyə hər hansı sübut təqdim etməyib. Azərbaycan Respublikası MPMnin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual normaların mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasi bətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının adına qanuni olaraq özəlləşdirilibözəlləşdirilməməsinin və ya hərracın qanuni əsaslarla keçirilib-keçirilməməsinin hazırki mübahisənin həllinə heç bir təsiri yoxdur. Çünki həmin hallar hazırki mübahisənin p redmeti deyil. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən, İddiaçı və digərlərinə qarşı qarşılıqlı iddia verməklə, mübahisəli qeyriyaşayış sahəsinə dair İddiaçı adına verilmiş hüquq müəyyənedici sənədləri məhkəmə qaydasında mübahisələndirə bilərdi, lakin, o bu hüququndan istifadə etməyib. İşdən görünür ki, Cavabdeh Bakı şəhəri, Qardağ rayon məhkəməsində belə bir iddia qaldırsa da, həmin iddia üzrə qanuni qüvvəyə minmiş hər hansı məhkəmə aktı yoxdur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktik i halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)3967/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən
Məhkəmə qərarları › İş №2(102)-5508/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5508/2020
01.12.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver