Məhkəmə qərarları › İş №2(102)-5508/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5508/2022

21.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5508/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv ediməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Heydər Əliyev adına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv ediməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1265/2022 nömrəli, 1 3 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Heydər Əliyev adına “Müasir Təhsil Kompleksi" MMC-nin direktorunun xx.xx.2020-ci il tarixli, 44 saylı əmrinin surətindən görünür ki, Kompleksin mühasibatlığının mühasibi İddiaçı əmək müqaviləsinə ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq 28 sentyabr 2020-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ona orta aylıq əmək haqqının 1,4 misli miqdarını birdəfəyə ödəməklə (ƏM-nin 77.3-cü maddəsinə əsasən) xitam verilmişdir. 2. “Müasir Təhsil Kompleksi" MMC-nin direktorunun xx.xx.2021-ci il tarixli, 03 saylı əmrinin surətindən görünür ki, 25 sentyab r 2020-ci il tarixli, 47/k saylı əmrin ləğv edilməsi və İddiaçı mühasib vəzifəsində bərpa olunması əmr edilmişdir. 3. “Müasir Təhsil Kompleksi" MMC-nin xx.xx.2021-ci il tarixli, 05/k saylı əmrinin surətindən görünür ki, Kompleksin ixtisar olunmuş mühasibatlığın mühasib ştat vahidi üzrə çalışan İddiaçı əmək müqaviləsinə ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq 28 yanvar 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 4. 29 yanvar 2021-ci il tarixli “əmrlə tanış olduğunu təsdiq edən imzanın atılmasından imtina haqqında” aktdan görünür ki, 28 yanvar 2021-ci il tarixində, 16:00-da Hüquq və insan Resursları şöbəsinin rəhbəri tərəfindən tapşırılmışdır ki, ixtisar edilmiş mühasib ştat vahidi üzrə çalışan İddiaçı əmək müqavi ləsinə xitam verilməsi ilə əlaqədar olaraq, ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq işçiyə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini, işçinin əmək kitabçasını və işəgötürənin son haqqhesabı ilə birlikdə sonuncu iş günü, yəni xx.xx.2021-ci il tarixində işçiyə təhvil verilmişdir. İşçi məsafədən (distant) şəkildə işlədiyinə görə onun sənədləri və ona ünvanlanan məktub onun yaşadığı ünvana çatdırılaraq xx.xx.2021-ci il tarixində saat 17:51-də işçiyə təqdim olunmuşdur. İddiaçı bütün sənədlərlə (xx.xx.2021-ci il tarixli məktub, 05/k saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surəti, 06 saylı ümumi əmrin surəti və son haqq-hesab, əmək kitabçası) tanış olmuş, həmin sənədlərin şəkillərini telefon vasitəsi ilə çəkmiş, lakin ona təqdim olunan sənədlərlə tanış olm asını təsdiq edən imzanın atılmasından imtina etmiş və ona məxsus olan sənədləri götürməmişdir. Eyni zamanda, Kompleksin korporativ qaydalarına uyğun olaraq korporativ email ilə aparılan yazışma rəsmi hesab edildiyinə görə, işçiyə, əmək kitabçası istisna olmaqla, yuxarıda qeyd olunan sənədlər xx.xx.2021-ci il tarixində saat 17:46-da Hüquq və İnsan Resursları şöbəsinin rəhbəri X2 tərəfindən korporativ email vasitəsi ilə göndərilmişdir. Bununla yanaşı, sənədlərin qəbul edilməməsi barədə Kompleksin icraçı direktoru, Hüquq və İnsan Resuosları şöbəsinin rəhbəri, Biznes meneceri, Maliyyə şöbəsinin rəhbəri və bank əməliyyatları və əmək haqqının hesablanması üzrə mühasibinə 28 yanvar 2021-ci il, saat 18:18-də email yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat

5. İddiaçı Heydər Əliyev adına "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təhsil Kompleksinin direktorunun xx.xx.2021-ci il tarixli 05/k saylı əmrinin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixli, 14 saylı əmrə əsasən H.Əliyev adına Müasir Təhsil Kompleksinin mühasibatlığına mühasib vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci il tarixədək MTK-da həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş, verilmiş tapşırıqları dərhal və lazımi qaydada yerinə yetirmiş, əmək və icra intizamına ciddi şəkildə riayət etmiş, işəgötürən tərəfindən hər hansı intizam məsu liyyətinə cəlb olunmamışdır. Eləcə də, müxtəlif idarə və təşkilatlarda mühasib, baş mühasib və maliyyə sektorunun müdiri vəzifələrində çalışmaqla mühasibatlıq sahəsində 38 il ardıcıl staja malikdir. Qeyd olunanlara baxmayaraq cavabdeh müəssisənin mühasibatlığında iddiaçının tutduğu mühasib ştatının ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 28 yanvar 2021 -ci il tarixli, 05/k saylı əmr verilmişdir. Mühasib vəzifəsində işlədiyi ştat vahidinin ixtisarının aparılmasının hansı zərurətlə əlaqədar olduğu barədə cavabdeh tərəfindən tam və hərtərəfli bir maliyyə - iqtisadi əsaslanma nə iddiaçıya təqdim olunmuş, nə də belə bir əsaslanma əmək kollektivinin müzakirəsinə verilməmişdir. Digər tərəfdən, işəgötürən iddiaçının tutduğu vəzifə üzrə ştatın ixtisar ını apararkən işçilərin peşəkarlıq səviyyəsini nəzərə almaqla onun həmin təşkilatda digər bir işlə təmin olunmağına heç bir təşəbbüs göstərməmiş, hələ ştatı ixtisar edilməmiş, mühasibatlıq şöbəsinə əlavə iki mühasib ştatı verməklə həmin şöbəyə iki yeni işçi götürmüşdür. Göründüyü kimi, cavabdeh iddiaçının işlədiyi mühasib ştatının ixtisarını həyata keçirərkən, MTK-nın mühasibatlığında işləyən işçilərin daha yüksək peşəkarlığa malik olanının müəyyən edilməsi və onun işdə saxlanması üçün müvafiq attestasiya komissiyası təşkil edilməmiş, bununla da Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçının işlədiyi ştat vahidi üzrə orta aylıq əmək haqqı 1414 manat təşkil etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbləri təmin olunmamışdır.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli əmrə əsasən işdən azad olunmuş, əmrin surəti iddiaçıya işdən çıxarıldığı gün verilmiş, lakin o, həmin əmrin alınmasında imtina etmişdir. Eyni zamanda, iddiaçının özünün deməsinə görə o, əmrin surətini poçt vasitəsilə rəsmi qaydada xx.xx.2021-ci il tarixdə almışdır.

9. Yəni İddiaçı əmrlə tanış olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmiş və nəticədə Əmək Məcəlləsinin 296-cı maddsinin 2-ci hissəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

10. Məhkəmə İddiaçı iddia müddətinin bərpa edilməsi barədə ərizəsini əsaslar olmadığına görə təmin etməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1, 12, 68.1, 68.2, 70, 77.3, 296.2 və 296.3-cü, Mülki Məcəllənin 372.1, 372.3, 375.1 və 375.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 103.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı şikayətini birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığı, sübutlara düzgün hüquqi qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, iddia müddətini cəmi 1 gün ötürmüş olmasını nəzərə almad ığı, həmin müddətin bərpası barədə vəsatətini əsassız olaraq təmin etmədiyi arqumentləri ilə əsaslandırmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1265/2022 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın təmin olunmaması qət edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni yalnız iddiaçının iddia müddətini ötürmüş olması qənaəti ilə əsaslandırmaqda səhvə yol vermiş, tərəflərin istinad etdikləri sübutları ümumiyyət lə tədqiq etməyərək onlara qiymət verməmiş, nəticəsini işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə şərh etməmişdir.

16. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən cavabdeh müəssisə tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmşdir.

17. Belə ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. İddiaçının, ştatının ixtisarı həyata keçirilərkən ixtisasının və peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı arqumentinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə görə, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır.

19. Həmçinin iddiaçının işlədiyi vəzifə tək ştat vahidi olmaqla ümumiyyətlə ləğv edilm iş və artıq belə bir ştat olmadığından işəgötürənin işçilər arasında seçim etmək imkanı da olmamışdır.

20. Cavabdeh müəssisənin nümayəndəsinin iddia tələbinə etirazın dəlili kimi irəli sürdüyü iddiaçının iddia müddətini ötürməsi arqumenti ilə bağlı apellyasiya məhkəməsi göstərmişdir ki, iddia müddəti bir gün ötürülmüşdür, lakin iddianın rədd olunması üçün təkcə bu halın nəzərə alınması kifayət deyildir, hətta bir gün müddətin ötürülməsinin üzrlü səbəblərdən olması qəbul edilmiş olsa belə, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinə riayət olunması, işiçinin yeganə ştatın ixtisarı ilə bağlı işdən azad olunması nəzərə alındıqda iddianın təmin olunması istitsna edilir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1, 70, 77.3, 29 6.2 və 296.3-cü, Mülki Məcəllənin 375 və 382-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 103.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi və ya işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hüquqlarının müdafiəsinə təminat verilməmiş və onun işinə məhkəmə tərəfindən qərəzli yanaşılmışdır.

24. İşəgötürən tərəfindən ştat ixtisar edilməmişdən əvvəl mühasibatlıq şöbəsinə əlavə iki mühasib ştat verilməklə həmin şöbəyə iki yeni təcrübəsiz işçi götürülmüşdür. Təhsil Kompleksinin mühasibatlığında işləy ən işçilərin hansının daha yüksək peşəkarlığa malik olması işəgötürən tərəfindən müəyyən edilməmiş və iddiaçının işdə saxlanması üçün müvafiq attestasiya komissiyası təşkil edilməmişdir.

25. İddiaçı uzun müddətdir şəkərli diabet xəstəsidir və bu barədə ambulator kitabçadan çıxarış həm işəgötürənə, həm də məhkəmələrə təqdim edilmişdir. Buna baxmayaraq iddiaçının şəkərli diabet xəstəsi olması nəzərə alınmamışdır.

26. Məhkəmə işin hallarını hərtərəfli və tam araşdırmadan, hüquq normalarını düzgün tətbiq etmədən qətnamə qəbul etmişdir.

27. İddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, 127 və 129-cu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78 və 79-cu, Mülki Prosessual Məcəllənin 77.1, 88 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə

375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

30. Maddə

382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

31. Maddə 11.1. İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

32. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər.

33. Maddə

77. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir i lədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilə dək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

34. Maddə 79, 1-ci hissə. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniy yətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

35. Maddə 79, 2-ci hissə. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

36. Maddə

296. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edi r ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

33. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilən zaman cavabdeh işəgötürən müəssisə tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət olunmuş, həmçinin iddiaçı Əmək Məcəlləsinin 296-ci mddəsinin 2-ci hissəsində göstərilən iddia müddətini üzrlü səbəblər olmadan ötürmüşdür.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1265/2022 nömrəli mülki iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar