Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5510/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə d air iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4874/2022 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hazırki mübahisə, ünvan mənzilin alğı-satqısı barədə 23 dekabr 2011-ci il tarixdə müqavilə bağlanarkən alıcı kimi Cavabdeh3 adına rəsmiləşdirilməsi ilə bağlı yaranıb.
2. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində 14 noyabr 2007-ci il tarixdə aparılmış qeydiyyata əsasən ünvan mənzilin mülkiyyətçisi X5 olub.
3. X1 ilə alıcı Cavabdeh3 arasında ünvan mənzilə dair AN-İ seriyalı, ******* nömrəli, 23 dekabr 2011-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanıb.
4. Həmi n mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına 31 yanvar 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2973/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh3 qarşı 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin də işə cəlb edilməklə çıxarışın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8964/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. 6. 21 dekabr 2011-ci il tarixli Beh müqaviləsinin surətindən görünür ki, X5 ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mənzillə bağlı beh müqaviləsi bağlanmış, mənzili alan şəxs k imi İddiaçı göstərilmiş və mənzilin satış qiyməti 69000 manat, behin məbləği isə 500 ABŞ dolları kimi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh3 üçüncü şəxs qismində göstərməklə) iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 18 saylı Notariat Kontorunda bağlanmış 23 dekabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı X2 ilə nikahından xx.xx.1985-ci il təv əllüdlü Leyla, xx.xx.1986-cı il təvəllüdlü Aida və xx.xx.1991-ci il təvəllüdlü Ağamir adlı uşaqları var və onlar ünvan 2 ünvanında qeydiyyatdadırlar. Ailənin böyük olmasını nəzərə alaraq, iddiaçının arvadı ilə birgə nikah dövründə əldə etdikləri gəlirdən 2011-ci ildə Təfəkkür universitetinə qəbul olunmuş və 1-ci kursda oxuyan, heç bir yerdən gəliri olmayan, valideynlərinin himayəsində yaşayan Cavabdeh3 adına mənzil almağı ailə üzvlərinin razılığı əsasında razılaşıblar. X3 adına olan yaşayış evinin alğı-satqısı ilə bağlı 21 dekabr 2011-ci il tarixdə X5 ilə İddiaçı arasında mənzilin satış qiyməti 69000 ABŞ dollar razılaşdırılmaqla beh müqaviləsi bağlanmışdır. İddiaçı 23 dekabr 2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında həmin mənzili beh müqaviləsi ilə razılaşdırılmış qiyməti, yəni 690 00 ABŞ dollarını tam ödəyərək əvvəldən ailə üzvləri ilə razılaşdıqları kimi 3-cü şəxsin – oğlu Cavabdeh3 adına rəsmiləşdirmişdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh3 mübahisələndirilən əmlakın alınması zamanı heç bir vəsait xərcləməmişdir. Eyni zamanda əmlakın alınması üçün sərf edilmiş pul vəsaiti, iddiaçı tərəfindən həyat yoldaşı X2 ilə birgə nikah dövründə əldə edilmiş qazanc hesabına ödənilmişdir. Buna görə də həmin əmlakın alınmasında hər iki qız övladının - L qızının və X4 iştirakları Lmaq hüququna malikdirlər.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1046/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir.
10. Məhkəmə iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsas landırmışdır ki, mübahisənin predmeti olan alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1, 337.1, 337.2, 337.4, 339.2, 339.3, 347.1, 347.2, 345.1, 345.2-ci, Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılıb yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, Cavabdeh3 mübahisləndirilən əmlakın alınması zamanı heç bir vəsait xərcləməmişdir. Əmlak həyat y oldaşı X2 ilə birgə nikah dövründə əldə edilmiş qazanc hesabına alınıb. Ona görə də hər iki qız övladlarının L qızının və X4 həmin əmlakın alınmasında iştirakları olduğundan alınmış əmlakdan pay almaq hüququ vardır. Belə ki, evdə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Məhkəmə kifayət qədə r araşdırma aparmayıb. Belə ki, işin faktiki hallarından görünür ki, Cavabdeh3 mübahisləndirilən əmlakın alınması zamanı heç bir vəsait xərcləməyib. Eyni zamanda iddiaçı olaraq onun tərəfindən əmlakın alınması üçün sərf edilmiş pul vəsaiti həyat yoldaşı X2 ilə birgə nikah dövründə əldə edilmiş qazanc hesabına alınıb. Məhkəmə tərəfindən mübahisələndirilən əmlakın Cavabdeh3 pul vəsaiti hesabına alınmasını sübut edən hər hansı sənəd məhkəməyə təqdim edilməmiş və məhkəmə bu fakta münasibət bildirməyib və araşdırmayıb. Eyni zamanda iddiaçı olaraq onun tərəfindən əmlakın alınması üçün sərf edilən pul vəsaiti həyat yoldaşı X2 ilə birgə nikah dövründə əldə edilən qazanc hesabına alınması faktı da məhkəmə tərəfindən araşdırılmayıb.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 20 22-ci il tarixli, 2(103)-4874/2022 nömrəli qətnaməsi ilə (hakimlər E.Kazımov, A.İsgəndərov, İ.Kərimli) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki: İddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. 16.1. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşmır. 16.2. Əvvəla, iddiaçı 10 il müddət keçdikdən sonra etibarsızlığını tələb etdiyi alğısatqı müqaviləsinin hansı əsasla etibarsız hesab etdiyinə dair nə iddia ərizəsində, nədə şikayətində heç bir dəlil göstərməyib. 16.3. İddiasının və şikayətinin dəlilləri yalnız, mübah isəli mənzilin alınmasında üçüncü şəxs qismində göstərdiyi oğlu Cavabdeh3 heç bir vəsait xərcləməməsi, mənzilin alınmasına sərf edilmiş vəsaitin arvadı ilə birgə nikah dövründə əldə edilmiş qazanc olduğu ilə bağlıdır. 16.4. Göstərdiyi halların həqiqi olması belə iddianın əsaslılığına heç bir təsiri yoxdur. Çünki, mübahisəli mənzilin alınmasına sərf olunmuş vəsait iddiaçının və arvadının birgə nikah dövründə əldə etdiyi qazanc olsa da, bu hal iddiaçıya əsas vermir ki, hazırki iddianı, özü də 10 il keçdikdən sonra irəli sürsün. 16.5. Qeyd olunduğu kimi, hər bir halda alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan əsaslar olmalıdır. Belə bir əsasın olması isə təsdiq olunmur. 16.6. Apellyasiya şikayətinin məzmunundan və apellyasiya baxışı zamanı verdiyi izahatın dan da bəlli oldu ki, əslində hazırki iddianın müqavilə bağlandığı vaxtdan 10 il sonra irəli sürülməsinə səbəb iddiaçının üçüncü şəxs kimi göstərdiyi, mübahisəli mənzilin mülkiyyətçisi olan oğlu ilə şəxsi münasibətlərin gərginləşməsi olmuşdur. 16.7. Belə ki, Cavabdeh3 mübahisəli mənzillə bağlı iddiaçıya və ailə üzvlərinə qarşı iddia irəli sürdüyü üçün sonuncu da ona qarşı belə bir iddia ilə məhkəmədə iddia qaldırmışdır. 16.8. Ona görə də məhkəmə iddiaçının göstərdiyi halları “kifayət qədər araşdırsa” idi belə, yenə də bunun hazırki iddianın əsaslılığına və təmin olunmasına təsir edəcək dərəcədə heç bir əhəmiyyəti ola bilməzdi.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1, 337.1, 337.2, 337.4, 339.2, 339.3, 347.1, 347.2, 345.1, 345.2, Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri eynilik təşkil edir. Kassasiya şikayətində təkrar olaraq bildirilmişdir ki, əmlakın alınması üçün pul vəsaiti iddiaçının həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilmiş qazanc hesabına alınmışdır. Ona görə də iddiaçının hər iki qız övladının həmin əmlakın alınmasında iştirakları olduğundan həmin əmlakdan pay almaq hüququna malikdirlər.
20. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 328, 341, 347, MPM-nin 386, 416.1, 417.1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
26. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır.
27. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndir ə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
28. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
29. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri a ltında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
30. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: Maddə 347.2.1. Şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; Maddə 347.2.2. Şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.
31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
33. Maddə 3 54.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, baxılan iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 337-ci maddəsi təşkil edir.
48. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunveri cilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
49. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də iddianın əsaslarını bu meyarlar əsasında təhlil etmiş və müqavilənin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan əsasların mövcudluğu təsdiq olunmadığına görə iddianı əsassız saymışdır.
50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
52. Mə hkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4874/2022 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.