Məhkəmə qərarları › İş №2(102)-5511/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5511/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5511/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, öhdəliyin üçüncü şəxs tərəfindən icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdehlərin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)3155/2021 nömrəli qətnaməsindən cavabde hlər Cavabdeh2 və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 01 iyun 2017-ci il tarixli müqavilə ilə X5 (sərmayəçi) tərəfindən Cavabdeh1 MMCyə (sərmayəni qəbul edənə) borc olaraq sərmayəni qəbul edən cəmiyyətin fəaliyyətini (mobil telefon istifadəçilərinin istifadəsi üçün müxtəlif xidmətlərin göstərilməsi) maliyyələşdirmək üçün 10000 ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Sərmayə məbləği iki ildən az olmamaq şərti ilə sərmayə qəbul edən cəmiyyətə verilmiş və qeyd edilən məbləğ sərmayəçi tərəfindən 30 may 2017-ci il tarixdə tam olaraq ödənilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq cəmiyyət hər ayın 20-dək s ərmayəçiyə 200 ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə sərmayəçi tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. X5 Cavabdeh1 MMC-yə 01 iyul 2019-cu il tarixli bildirişlə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilənin müddəti 01 iyun 2019-cu il tarixdə başa çatdığından, qoyulmuş 10000 ABŞ dolları sərmayə məbləğini, eyni zamanda sərmayə məbləğinə görə aylıq ödənilməli, lakin müqavilə bağlandığı tarixdən ödənilməmiş ümumilikdə 5000 ABŞ dolları məbləğində gəlirin, cəmi 15000 ABŞ dolları məbləğində vəsaitin 5 iş günü müddətində ona ödənilməsini xahiş etmişdir. Cavabdeh3 Cavabdeh1 MMC-nin təsisçisidir, Cavabdeh2 isə Cavabdeh3 oğludur. X5 Cavabdeh1 MMC-yə yatırdığı 10000 ABŞ dolları məbləğində vəsaiti İddiaçı oğlunun vasitəsi ilə Cavabdeh2 verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “sərmayə məbləğinin geri qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi təmin edilərək, Cavabdeh1 MMC ilə X5 arasında 01 iyun 2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamələrlə müəyyən edilmişdir ki, X3 tələb etdiyi 10000 ABŞ dolları məbləğində vəsait İddiaçı oğlu tərəfindən qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X1 xxx oğlunun vasitəçiliyi ilə 01 iyun 2017-ci il tarixli müqaviləyə əsasən borc olaraq Cavabdeh1 MMC-nin fəaliyyətini maliyyələşdirmək üçün 10000 ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Lakin, MMC tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. X5 iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, 15000 ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmədə araşdırması ilə müəyyən olunmuşdur ki, X1 xxx oğlu vasitəsilə Cavabdeh1 MMC-yə vermiş olduğu vəsait, sonradan İddiaçı tərəfindən X4 qaytarılmışdır. Cavabdeh2 həm məhkəmədə, həm də Yasamal rayon Polis İdarəsində verdiyi izahatından müəyyən olunmuşdur ki, o, müqaviləni anası Cavabdeh3 adından imzalamış və möhür vurmuş, həmçinin MMC-nin fəaliyyətini faktiki olaraq özü idarə etmiş, 10000 ABŞ dolları məbləğindəki vəsaiti də İddiaçı şəxsən alaraq MMC-nin fəaliyyətinə sərf etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(005)3509/2020 nömrəli qətnaməsi ilə (hakim V.Ş.Quliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 10000 ABŞ dolları məbləğində pulun (ödəniş günü manata məzənnə ilə) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 404.1, 406.1, 425.1, 431.1, 442, 443.1, 448.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, X5 ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 iyun 2017-ci il tarixli müqavilə şərtlərinin yerinə yetirilmədiyindən iddiaçı borclunun əvəzinə X4 borcu tam ödədiyindən, iddia əsaslıdır. Bununla belə məhkəmə hesab etmişdir ki, Cavabdeh3 digər cavabdehlərlə pulun tələb edilməsi hissəsində iddia əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh3 və o, məhdud məsuliyyətli cəmiyyətin öhdəlikləri üzrə məsuliyyət daşımır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ayrı-ayrı apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(005)3509/2020 nömrəli qətnaməsinin iddia ərizəsinin qismən təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)-3155/2021 nömrəli qətnaməsi ilə (hakimlər R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apell yasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020- ci il tarixli, 2(005)-3509/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 87.1, 337.5, 339.3, 777.1, 777.2, 782.3-cü maddələrinə istinad edərək hesab etmişdir ki, 01 iyun 2017-ci il tarixli müqavilə üçüncü şəxs olaraq Cavabdeh2 tərəfindən aldadılma nəticəsində bağlanıldığından, eləcə də 10000 ABŞ dolları məbləğindəki vəsait onun tərəfindən şəxsən alınaraq Cavabdeh1 MMC-nin fəaliyyətinə sərf edildiyindən, etibarsız əqd üzrə alınmış vəsaiti qaytarmaq öhdəliyi onlara aiddir. İş üzrə sübutlarla 01 iyun 2017-ci il tarixli müqavilə üzrə Cavabdeh2 verilmiş 10000 ABŞ dolları məbləğində pulun onun və ya Cavabdeh1 MMC tərəfindən X3 tapşırığını icra etmiş iddiaçıya qaytarılması halı təsdiq edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)-3155/2021 nömrəli qətnaməsinin qismən - iddianın təmin edilmiş hissəsində ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Eyni məzmunlu olan hər iki kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edi lmişdir. Belə ki, Cavabdeh1 MMC və X5 arasında 01 iyun 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmiş və müqavilə üzrə MMCyə hər-hansı bir ödəniş olunmamışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC 10000 ABŞ dolları məbləğində vəsaiti X2 almamış və həmin pul vəsaitini cəmiyyətin fəaliyyətini maliyyələşdirmək üçün istifadə etməmişdir. Pul münasibətləri yalnız Cavabdeh2 İddiaçı arasında olduğu üçün, sözügedən müqavilə digər, yəni borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanmışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 340.2-ci maddəni tətbiq etmək əvəzinə 339.3-cu maddəni tətbiq etməklə, maddi hüquq normanı düzgün tətbiq etməmişdir. Eyni ilə apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 739 və 742-ci maddələrini tətbiq etməmişdir. Belə ki, C avabdeh2 və İddiaçı arasında bağlanılmış borc müqaviləsi əsasında, 10000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən qaytarılmışdır. Həmin pul vəsaitinin mədaxil və məxaric edilməsi ilə əlaqədar iş materialında olan “Google” vasitəsilə bulud sistemində yaradılmış “Zaur payment” cədvəlin yaradılması ilə bağlı "xxxx" MMC tərəfindən “şəxsə məxsus gmail hesabının və bulud hesabının təftişi” xidmətinin göstərilməsi nəticəsində təftiş aktı təqdim edilmişdir. Həmin cədvəldə aybaay iddiaçıdan alınan və ona ödənilən pul məbləğləri göstərilmişdir. İddiaçı “Google” da yaradılmış fayla giriş, qeyd və düzəliş etmək imkanları var idi və o, bu imkanlardan istifadə etmişdir. Lakin, apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara və iş materiallarında olan sübutlara fikir vermədən belə bir qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı hər iki kassasiya şikayətinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, şikayətlərin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)-3155/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətləri mülki prosessual qanunvericiliyin tələblərinə zidd tərtib olunmuş, maddi və prosessual hüquq normalarının pozulması qeyd olunmamış, şikayətlərdə işin faktiki hallarına istinad olunmuşdur ki, onlara apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi qiymət verilmişdir. Belə ki, işin faktiki hallarına əsasən həm X3, həm də İddiaçı iddia tələbl əri üzrə məhkəmə araşdırmalarından göründüyü kimi X8 tərəfindən İddiaçı vasitəsilə Cavabdeh1 MMC-yə verilmiş vəsait daha sonra İddiaçı tərəfindən X4 qaytarılmışdır ki, bu faktın özü də cavabdehlərdən Cavabdeh2 ifadə və izahatlarında təsdiq edilmişdir. Cavabdehlər isə onların əvəzindən İddiaçı oğlu tərəfindən qaytarılmış vəsaiti hazırki iddiaçıya qaytarmamışlar. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında hər üç cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışı nın hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına tə sir göstərə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilsə də, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdehlər verilmiş və apellyasiya instansiyası məhkəməsinin baxış predmetini yalnız iddianın həmin cavabdehlərə münasibətdə təmin edilən hissəsi təşkil etmişdir. Hazırda da apellyasiya instansiyası məhkəməsinin qətnaməsi eyni cavabdehlər tərəfindən mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin maddi və prosessual hüquq normalarının tətbiqi baxımından tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 127- ci maddəsinin ikinci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, al dadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təm in etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 782.3-cü maddəsinə əsasən əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri i cra etməsindən sonra keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tu tulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmasa da, digər Cavabdeh1 MMC-yə münasibətd ə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə istinad olunan maddi hüquq normalarına uyğun olmamışdır. Belə ki, ilk olaraq Cavabdeh2 Ağaza oğlunun kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Əlavə olaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019cu il tarixli qətnaməsi Cavabdeh1 MMC və X5 arasında bağlanmış 01 iyun 2017-ci il tarixli müqavilə etibarsız hesab olunsa da, qətnamənin məzmunundan müəyyən olunur ki, məhkəmənin bu nəticəyə gəl məsinin səbəbi kimi yalan əqdin etibarsızlığı (MM-in 340.2-ci maddəsi) deyil, müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalanması olmuşdur. Yəni həmin qətnamə ilə hazırda iddiaçı tərəfindən tələb olunan pul vəsaitinin Cavabdeh2 Ağaza oğluna verilməməsinə istinad olunmamışdır. Əksinə işin faktiki hallarını araşdıran məhkəmələr işdə olan sübutlara səlahiyyətləri çərçivəsində hüquqi qiymət verərək müəyyən etmişlər ki, X8 tərəfindən İddiaçı vasitəsilə Cavabdeh1 MMC-yə sərmayə qoyulması məqsədi ilə Cavabdeh2 10000 ABŞ dolları məbləğində vəsait verilmiş, sonradan isə həmin pul məbləği iddiaçı tərəfindən X4 qaytarılsa da, Cavabdeh2 pulu iddiaçıya qaytarmamışdır. Belə olan halda, qeyd olunan vəsaitin tələb etmə hüququ MM-in 431.3-cü maddəsinə əsasən İddiaçı keçdiyindən, sonuncunun iddiasını Cava bdeh2 münasibətdə təmin etməklə, apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Həmin cavabdehin kassasiya şikayətinin digər dəlilləri (tələb pul vəsaitinin qaytarılmasına dair sübutların məhkəmələr tərəfindən nəzərə alınmaması) sübutların qiymətləndirilməsi və işin faktiki hallarının müəyyən edilməsi ilə əlaqədar olduğundan və bu səbəbdən kassasiya icraatının araşdırma predmetini təşkil etmədiyindən, məhkəmə kollegiyası onlara hüquqi qiymət verilməsini zəruri bilmir. Məhkəmə kollegiyası digər Cavabdeh1 MMC-nin kassasiya şikayətini əsaslı bilir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia sonuncuya münasibətdə təmin edilərkən maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi müəyyən et mişdir ki, 01 iyun 2017-ci il tarixli müqavilə üçüncü şəxs olaraq Cavabdeh2 tərəfindən aldadılma nəticəsində bağlanılmış və 10000 ABŞ dolları məbləğindəki vəsait onun tərəfindən alınmışdır. Həmin cavabdehin Cavabdeh1 MMC ilə hüquqi bağlılığı məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh1 MMC-nin X4 qarşı öhdəliyinin mövcud olması məhkəmələr tərəfindən müəyyən edilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi tələbin həmin MMC-yə münasibətdə də təmin etməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-c i il tarixli, 2(103)-3155/2021 nömrəli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 MMC-yə aid hissədə təmin olunması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı iddiası 10000 (on min) ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın Cavabdeh1 MMC-dən tutulması hissəsində təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)-3155/2021 nömrəli qətnaməsi iddianın Cavabdeh2 münasibətdə təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar