Məhkəmə qərarları › İş №2(102)-5514/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5514/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5514/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5514/21 (Açar sözlər: evə köçürülmə) Bakı şəhəri, 19 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı1 vəkili Vəkil1 və Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneələrin törədilməsinin cavabdehlərə q adağan edilməsi tələbinə dair” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4365/2021 nömrəli 05.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 Cavabdeh1 ilə 28.12.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin tarixdən Cavabdeh1 atasına məxsus olan mübahisəli mənzilə köçüb orada yaşamış, mənzildə onların uşaqları doğulub böyümüş, uşaqlar və ana mübahisəli mənzildə qeydiyyatda olmuşlar. Ailə münasibətldəri pozulduğu üçün 29.07.2020-ci il tarixdən İddiaçı1 uşaqları ilə birlikdə həmin mənzildə yaşamırlar. 14.05.2020-ci il tarixdə mənzilin mülkiyyətçisi ölmüş və mənzil hal-hazırda Cavabdeh2 mülkiyyətindədir. Tərəf lər arasında nikah pozulduqdan sonra uşaqların İddiaçı1 yanında qalması və aliment məsələsi həll edilmişdir. Bundan sonra İddiaçı1 hazırkı mübahisəni başladaraq keçmiş qayınanasının xüsusi mülkiyyətində olan mənzilə istifadə hüquqları tanınaraq köçürülməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özləri və azyaşlı qızları X5, X4 ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri və onların mənzildən istifadə hüququnu həyata keçirmələrinə yaradılan bütün maneələrin cavabdehlərə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə 28.12.2001ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin tarixdən mübahisəli mənzilə köçüb orada yaşamışdır. Tərəflərin üç uşaqları da həmin mənzildə doğulmuşdur. 29.07.2020-ci il tarixdə cavabdehlər İddiaçı1 uşaqları ilə birlikdə evdən qovmuş və mənzildən istifadələrinə maneə törətmişlər.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2021 il tarixli 2(001)718/2021 saylı qətnaməsi ilə (hakim. N.Nəbizadə) iddia rədd edilmişdir.

5. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarına, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına, Mülki Məcəllənin 228-ci, 139.1, 146.1, 146.2, Ailə Məcəlləsinin 13, 15-ci maddələrinə istinad etmişdir.

6. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi belə olmuş dur ki, iddiaçılar mübahisəli mənzilə istifadə hüquqları yaranmadığı üçün mənzilə köçürülə bilməzlər.

7. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişləir. a) Apellyasiya instansiyası məhkəməsindəki İ icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Sadıqov sədrlik edən və məruzəçi, Q.Əsgərov və A.İmanov) 05.05.2021-ci il tarixli 2(103)4365/2021 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-718/2021 saylı iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilməmiş “İddiaçı2 və azyaşlı uşaqlar X5, X1 ünvan 1 ünvanına köçürülmələri və onların mənzildən istifadə hüququnu həyata keçirmələrinə yaradılan b ütün maneələrin cavabdehlərə qadağan edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilmiş, İddiaçı2 və azyaşlı uşaqlar X5, X1 ünvan 1 ünvanına köçürülməsi və onların mənzildən istifadə hüquqlarının həyata keçirmələrinə yaradılan bütün maneələrin cavabdehlərə qadağan edilməsi qət eilmiş qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qətnamədə Mülki Məcəlləsinin 228.1, 228.2, 228.3, 228.5; Mənzil Məcəlləsinin 30.1-ci maddələrinə istinad edilmişdir.

10. Mübahisə ilə bağlı həmin məhkəmənin mövqeyi belə olmuşdur ki, İddiaçı1 müdkiyyətçi ilə mənzildən istifadəyə dair yazılı razılaşması olmadığı üçün mənzilə istifadə hüququ əldə etməmiş və ona görə mənzilə köçürülə bilməz. Uşaqlara münasibətdə məhkəmə hesab etmişdir ki, İddiaçı 2, digər azyaşlı uşaqlar X5, X1 mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır və onların mənzildən bərabər surətdə istifadə etmək hüquqları tanınmalıdır.

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı1 və Cavabdeh1 kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı1 apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin İddiaçı1 münasibətdə rədd edilmiş hissəni ləğv edib, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun tələbini rədd edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İddiaçı şikayətinin əsası kimi eyni zamanda iddia tələbində qeyd olunan faktiki hallara istinad etmişdir.

14. Cavabdeh1 apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edib, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Əlavə olaraq qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan 03.10.2002-ci il təvəllüdlü İddiaçı2 qanuni nümayəndəsi (anası) tərəfindən müraciət etməli olduğu halda, özü iddia ilə məhkəməyə müraciət edib. Halbuki, həmin an onun mülki prosessual fəaliyyət qabiliyyəti olmamışdır. Buna isə məhkəmə qiymət verməmişdir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin 2(001)498/2021 saylı 01.07.2021 saylı qətnaməsi ilə Cavabdeh1 ilə Mahmudova (Zeynalova) Pərvanə Əli qızı arasında 28.12.2001-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah evi) akt qeydləri kitabında 1957 nömrə ilə qeyd edilmiş nikah pozulmuş və nikah pozulduqdan sonra 17.03.2004-cü il təvəllüdlü X5 və 02.12.2011-ci il təvəllüdlü X4 anaları İddiaçı1 yanında saxlanılmışdır. Hazırkı iş üzrə Bakı Apellyasiya məhkəməsinin qətnaməsi ilə onlar analrından ayrılaraq, yanında yaşamaq istəmədikləri atalarının yanına köçürülürlər. Belə ki, Bakı Apellyasiya məhkəməsi Bakı şəhər Binəqədi rayon məhkəməsinin 2(001)498/2021 saylı 01.07.2021 saylı qətnaməsinin icrasını qeyri-mümkün edir. Çünki, iddiaçı və uşaqların anası İddiaçı1 mənzilə köçürülmür, lakin onun azyaşlı uşaqları ondan ayrılaraq atasının yanına köçürülür.

16. Tərəflərin birgə nikahdan olan 17.03.2004-cü il təvəllüdlü X2 və 02.12.2011ci il təvəllüdlü X1 hüquqları anaları İddiaçı1 vasitəsi ilə qorunur. İddia tələbinə diqqət yetirsək İddiaçı1 özünün uşaqları ilə birlikdə mənzilə köçürülmələrini xahiş edir, tək uşaqların köçürlüməsini tələb etmir. Əksinə məhkəmədə uşaqların onun yanında qalmasını tələb edir. Belə olan təqdirdə Bakı Apellyasiya məhkəməsi iddiaçının tələbindən kənar çıaxaraq, yalnız uşağları mübahisəli mənzilə köçürtmüşdür.

17. Hər üç uşağ artıq bir ildir ki, anaları ilə birlikdə köçmək istəd ikləri və nənəllərinə məxsus olan mənzildən çıxıb gediblər. Onların yaşayış yeri artıq müəyyən olunub. İddiaçı2 isə yetkinlik yaşına başqa məznildə çatıb. Belə olan təqirdə nəvələrin həmin evə köçürülməsi nəticəsində, uşağlar nənənin himayəsinə vermilşdir. Buda qüvvədə olan Bakı şəhər Binəqədi rayon məhkəməsinin 2(001)498/2021 saylı 01.07.2021 saylı qətnaməsinin mahiyyətinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı1 vəkili Vəkil1 qarşı tərəfin kassasiya şikayətini qəbul etməmiş, özlərinin verdiyi kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh1 vəkili Vəkil2 özlərinin verdiyi kassasiya şikay ətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş,qarşı tərəfin şikayətini qəbul etməmişdir.

21. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

22. Maddə. 13,

29. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası

23. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (“İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

26. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gə lməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

27. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülm əsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları 28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı,

29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarı,

30. Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarı,

31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı. 32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

33. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır.

37. Maddə. 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;

38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisə ilə bağlı qətnamə İddiaçı1 şikayəti əsasında ounun mübahisəli mənzilə köçürülməsi tələbinin təmin olunmaması və Cavabdeh1 şikayəti əsasında onun uşaqlarının mənzilə köçürülməsi tələbinin təmin olunan hissəsində yoxlanılır. Elə bu yerdə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mülkiyyətçi olmasa da, mənzildə istifadə hüququ olan şəxs kimi Cavabdeh1 kassasiya şikayəti verərək uşaqların mənzilə köçürülməsi barədə qətnaməni mübah isələndirməkdə haqlıdır. Çünki həmin qətnamə mənzildə istifadə hüququ olan şəxs kimi onun da hüquqlarına və mənafeyinə toxunur.

41. Eyni zamanda, kollegiya apellyasiya məhkəməsində hüquqi dəyərləndirmənin predmeti olmuş və cavabdehin kassasiya şikayətinin dəlili kimi də hazırkı icraatda irəli sürülən bir məsələyə də fikir bildirməyi zəruri hesab edir. İddiaçı2 iddia irəli sürüləndə yetkinlik yaşına çatmaması və məhkəmə gedişi zamanı bu yaşa çatması və həmin məsələnin məhkəmədə işə baxılmasına mane olan hal hesab edilməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd olunur ki, həmin məsələ ilə bağlı ətraflı hüquqi dəyərləndirmə aparılmasına zərurət yoxdur. Qeyd olunan məsələ ilə bağlı apellyasiya məhəkməsinin mövqeyi əsaslıdır və formal əsaslarla iddiaya baxılmasından imtina əsassız olard ı.

42. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, İddiaçı1 Cavabdeh1 ilə 28.12.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin tarixdən Cavabdeh1 atasına məxsus olan mübahisəli mənzilə köçüb orada yaşamış, onların üç uşaqları doğulub böyümüş, ana və uşaqlar mübahisəli mənzilə qeydiyyata düşmüşlər. Hazırda da onların qeydiyyatı mübahisəli mənzildədir. 29.07.2020-ci il tarixdən İddiaçı1 uşaqları ilə birlikdə həmin mənzildə yaşamır. Mübahisəli mənzil 1995-ci il tarixdə Zeynalov X3 adına qeydiyyata alınmış, 14.05.2020-ci il tarixdə mənzilin mülkiyyətçisi ölmüş və mənzil 08.12.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda da onun mülkiyyətindədir. Tərəflər arasında ailə münasibətləri pozulmuş və uşaqların yaşayış yerinin ananın yaşayış yeri olması ilə bağlı tərəflər arasında mübahisə yoxdur.

43. Mübahisəli mənzilin mülkiyyətçisi kemiş qayınana- Cavabdeh2dır. Hazırkı iddia ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərlə bağlıdır. Ona görə kollegiya belə məhdudiyyətlərin hədləri ilə bağlı dəyərləndirmə keçirməyi zəruri hesab edir.

44. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin ö zgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

45. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında deyilir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənm əsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

46. Analoji işlərə baxılarkən o da nəzərə alınmalıdır ki, son dövrlər qanunvericilikdə və məhkəmə təcrübəsində mülkiyyətin müdafiəsinə dair yenilənən tendiensiya daha çox mülkiyyətçilərin mənafeyinə uyğun gəlir.

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 say lı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arası nda “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

48. Yuxarıda qeyd olunan Plenum qərarına görə yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən k onkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

49. Mülkiyyət hüquqlarının məhdudlaşdırılması hədləri ilə bağlı işlərə baxılarkən ədalətli və ağlabatan tarazlığı müəyyən etmək üçün hüquqlar xeyrinə məhdudlaşan şəxslərin mülkiyyətçi ilə qohumluq dərəcələri mütl ək nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hazırkı işin həlli baxımından bir paralel aparmağa zərurət görür. Məsələn: hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə nəzərə salaq. Bu maddədə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri və digər şəxslərin mənzilə hüquqları ilə bağlı məsələlər tənzimlənir. Orada deyilir: yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razıla şma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşa yış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

50. Göründüyü kimi, son dövlər qəbul edilmiş Mənzil Məcəlləsinin müvafiq normasında hətta mülkiyyətçinin hüquqları o dərəcədə qorunur ki, onun öz ailə üzvləri ilə ailə münasibətlərinə xitam verildikdən sonra istifadə saxlanılmır, keçmiş ailə üzvlərinin mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüquq u məhkəmənin qərarı əsasında saxlanıla bilər.

51. Göründüyü kimi qanunverici mülkiyyətçinin hüquqlarının müdafiəsi istiqamətində inkişaf edir. Hazırda araşdırılan işdə isə, iddiaçılar nəinki iddiaçının ərinə məxsus olan mənzilə iddia edirlər, onlar keçmiş qayınataya və vərəsəlik yolu ilə keçmiş qayınanaya məxsus olan mənzilə iddia edirlər. Mülkiyyət hüqunun məhdudlaşdırılmasının belə geniş təfsiri hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması (Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında deyildiyi kimi) hesab oluna bilməz. Hazırkı işdən görünür ki, ailə münasibətləri pozulmuş və iddiaçının uşaqları da özü ilə yaşayır. İddiaçının özünün mənzilə köçürülməsi tələbinin rədd edilməsi və azyaşlı uşaqların mənzilə köçürülməsi məntiqsizdir. Hətta inkişaf etmiş ölkələrin bu sahdə qanunvericilik təcrübəsi ondan ibarətdir ki, mülkiyyətçinin ailə üzvləri yetkinlik yaşına çatmaqla mənzilə istifadə hüquqlarını mexaniki olaraq itirmiş hesab olunurlar.

52. Kollegiya hesab edir ki, qüvvədə olan qanunvericiliyin dispozisiya şərtlərində nəzərdə tutulan söz birləşmələrinin (MM-nin 228-ci maddəsində) mülkiyyətçilərin ziyanına şərh edilməsi eyni zamanda bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşmasına mane olur.

53. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda ge niş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir.

54. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servit ut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir.

55. Konstitusiya Məhkəməsinin həmin qərarında eyni zamanda qeyd edilir ki, "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu m addənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; -yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228. 5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.

56. Hazırkı işdə iddiaçıların qayınananın mənzilindən servitut kimi istifadə etmələri üçün əsaslar aradan qalxmışdır. Onlar mülkiyyətçinin oğlu ilə ailə münasibətlərinə xitam vermişlər, uşaqların yaşayış yeri mənzilə istifadə hüququ yaranmayan ananın yaşayış yeridir.

57. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apellyasiya Məhkəməsi iddiaçının uşaq larının mənzilə köçürülməsi ilə bağlı mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin həmin hissədə ləğv olunması üçün əsasdır.

58. Yuxarıda şərh edilənlərdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyi üçün cavabdehin kassasiya şikayəti təmin olunaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4. maddəsinə əsasən həmin hissədə yeni qərar qəbul edilməlidir.

59. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 2(103)-4365/2021 nömrəli 05.05.2021-ci il tarixli qətnaməsi “İddiaçı2 və azyaşlı uşaqlar X5, X1 ünvan 1 ünvanına köçürülmələri və onların mənzildən istifadə hüququnu həyata keçirmələrinə yaradılan bütün maneələrin cavabdehlərə qadağan edilməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar