Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5517/2018 03.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5517/2018 şəhəri 03 sentyabr 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2018-ci il tarixli 2(103)-3494/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim A.Mirzəzadə) 03.10.2017-ci il tarixli 2(0 04)1442/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri **************************** nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.İmanov) 10.04.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.10.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri **************************** nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2018 -ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə 27.12.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri ************************** nömrəli mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, Cavabdeh1 və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxl ayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 10.04.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.10.2017-ci il tarixli qətnaməsini ləğv edərək, iddianı təmin etməklə, Cavabdeh1 Bakı şəhəri ************************ nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı iddia ərizəsinin əvvəlində cavabdehlər kimi həm Cavabdeh1, həm də Cavabdeh2 göstərmişdir. Lakin iddia ərizəsinin əsaslandırılması yalnız Cavabdeh1 aid ol muş və ərizənin sonunda həmin cavabdehin istifadə hüququnun itirilməsi tələb edilmişdir. Cavabdeh2 isə iddia ərizəsinin əvvəlində cavabdeh kimi göstərilsə də, ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd olunan prosessual hüquq normasının tələbləri baxımından Cavabdeh2 hazırkı iş üzrə cavabdeh hesab edilmir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu məsələyə aydınlıq gətirməmiş, qətnamədə Cavabdeh2 cavabdeh kimi göstərmiş, lakin ona qarşı hər hansı məsələni həll etmədiyi halda, iddianın tam təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 387.1-ci maddəsinə istinad edən apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən haqlı olmuşdur. İş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh1 ərarvad olmuşlar. Bakı şəhəri ****************************** nömrəli mənzili Cavabdeh2 mülkiyyətində olmuşdur. 19.11.2015-ci il tarixdə notariat kontorunda iddiaçı ilə Cavabdeh2 arasında ******* nömrəli alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 mübahisəli mənzili İddiaçı satmışdır. Cavabdeh1 qeydiyyatda olduğu mənzilin satılmasına etiraz etməmişdir. Bu barədə onun adından verilmiş ərizə Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 21.08.2013-cü il tarixli 278411 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. Alğı-satqı müqaviləsi əsasında mübahisəli mə nzil iddiaçının mülkiyyətinə keçmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı bildirir ki, keçmiş mülkiyyətçi Cavabdeh2 ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinə əsasən mənzildə qeydiyyatda olan digər şəxslər, o cümlədən Cavabdeh1 qeydiyyatdan çıxmalı idi. Cavabdeh1 mübahisəli mənzildə yaşamır və o, Bakı şəhəri ****************************** nömrəli mənzilində mülkiyyətçi olmaqla, faktiki həmin ünvanda yaşayır. Onun mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının qanunla qorunan hüquqlarını pozur. Yasamal rayon qeydiyyat şöbəsinə Cavabdeh1 qeydiyyatdan çıxarılması ilə bağlı müraciət müsbət həllini tapmamışdır. Cavabdeh1 mövqeyi apellyasiya və kassasiya şikayətində göstərilənlərdən ibarətdir. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Cavabdeh1 mübahisəli mənzilin iddiaçıya satılmasına razılıq verməsi barədə ərizə vermiş və əlavə olaraq həmin ərizədə göstərmişdir ki, gələcəkdə mənzillə bağlı heç bir iddia və tələbi olmayacaq. Göründüyü kimi, həmin ərizə məzmun və mahiyyət etibarı ilə Mülki Məcəllənin 228.4cü maddəsində göstərilən notariat qaydasında təsdiqlənmiş öhdəlikdir. Bu səbəbdən, iddiaçı hazırkı iddianı irəli sürmək də haqlı olmuşdur, iddia tələbi əsaslı olduğuna görə apelyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən, mübahisəni düzgün həll etmişdir. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, razılıq ərizəsi verilən vaxt cavabdehin adından Cavabdeh2 adına verilmiş 21.08.2013-cü il tarixli 278411 reyestr nömrəli etibarnamə qüvvədə olmuşdur. Bu səbəbdən də, həmin ərizədə göstərilənlər Cavabdeh1 iradə ifadəsini əks etdirir və onun üçün vəzifələr yaradır. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavas itə yaradır, dəyişdirir və onlara xitam verir. İddiaçının subyektiv hüquqa malik olmaması ilə bağlı dəlillər isə tam əsassızdır. Çünki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və mülkiyyətin müdafiəsi ilə bağlı Mülki Məcəllənin 157ci maddəsində göstərilən istənilən iddianı irəli sürməkdə haqlıdır. İstifadə hüququnun xitamı ilə onun itirilməsi isə mahiyyət etibarı ilə eyni anlayışlardır. Cavabdehin iştirakının təmin edilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, o, məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış, lakin işin baxılmasını uzadan eyni növlü vəsatətlər vermiş, məhkəmə isə düzgün olaraq həmin vəsatətləri təmin etməmiş və işə mahiyyəti üzrə baxmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2018-ci il tarixli 2(103)3494/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-5517/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5517/2018
03.09.2018 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver