Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5517/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı ilkin, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ Açar sözlər: torpaq və qeyri-yaşayış sahəsindən çıxarma, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma, əmlakın sahibliyə qaytarılması tələbinə dair ilkin, Cavabdeh2 İddiaçı qarşı qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüququ nun tanınması tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-257/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanındakı 0,0543 ha torpaq sahəsində yerləşən sahəsi 48,3 kv.m olan fərdi yaşayış evi ½ hissədə İddiaçı (bundan sonra – iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində 220 nömrəli reyestr kitabının 20323 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, miras qoyan X3 adına olan ½ hissə isə açıq qalmışdır.
2. X4 21 mart 2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin onlara məxsus əmlaklarla birlikdə ünvan 2 ünvanında yerləşən torpaq və qeyri-yaşayış sahəsindən çıxarılmaları, qeyri-yaşayış sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sözügedən ev onun xüsusi mülkiyyətində, yaşayış evinin 600 kv.metr torpaq sahəsi istifadəsindədir. Adıçəkilən ünvanda kiçik bir mağazası olmuş, 2007-ci ildə Cavabdeh1 ona müraciət edərək, ilkin olaraq icarə haqqı kimi aylıq 120 manat ödəmək şərti ilə həmin mağazanı icarəyə götürmək istədiyini bildirmiş, cavabdehlər onun uzaq qohumları olduğu üçün aralarında heç bir icarə haqqında müqavilə bağlanmadan, şifahi razılaşmaya əsasən mağazanı ayda 120 manat ödəmək şərti ilə ona icarəyə vermişdir. Şifahi razılaşmadan sonra cavabdehlər 2010-cu ildə onun həyətində əlavə tikinti işləri apararaq, mağazanın sahəsini böyütmüş və mağazanı işlətməyə başlayandan sonra razılaşdıqları kimi hər ay ona 120 manat icarə haqqını ödəməyə başlamış, 2015-ci ilin mart ayına qədər ona 120 manat icarə haqqı ödəmişlər. Sonradan icarə haqqının məbləği aralarında olan şifahi razılaşamaya əsasən 240 manat müəyyən edilmişdir. 01 mart 2015-ci il tarixdən cavabdehlər ona hər ay 240 manat ödəmək əvəzinə, heç bir məbləğ ödəməmişlər. Cavabdehlər son 4 ildə ödəniş etmədiklərinə və şifahi razılaşmanı pozduqlarına görə mağazanı boşaltmalarını tələb etmiş, lakin cavabdehlər mağazanı boşaltmaqdan imtina etmiş, mağaza üçün aylıq 240 manat icarə haqqını ödəmədən ona məxsus qeyri-yaşayış sahəsindən qanunsuz olaraq istifadə etməkdə davam edirlər.
5. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə onun qanuni sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində göstərilənlər tamamilə həqiqətə uyğun deyildir. Əvvəla, qardaşı Cavabdeh1 onun mağaza kimi işlətdiyi qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti olmamışdır və yoxdur. Bundan başqa, o heç vaxt iddiaçı ilə heç bir danışıq aparmamış və onunla bağlı heç bir öhdəlik b arədə razılaşmaları olmamışdır. Onun mağaza kimi istifadə etdiyi qeyri-yaşayış sahəsini o, şahidlərin yanında iddiaçının atası Səttardan almış və bunun müqabilində onunla şərtlərinə uyğun olaraq Səttar hər ay təxminən 100-110 manat civarında dəyərə malik olan ərzaq məhsullarını mağazadan götürüb. X2 arasında olan razılaşmaya sonuncu ölənədək tərəfindən əməl olunmuşdur. İddiaçının göstərdiyi qeyri-yaşayış sahəsi əvvəllər 2x3 ölçüdə balaca bir yer olmuşdur ki, hazırkı qeyri-yaşayış sahəsini Səttar Hüseynovun razılığı ilə öz vəsaiti hesabına və ömürlük ona qalması şərti ilə özü tikmişdir. Həmin qeyri-yaşayış sahəsinin onun istifadəsində olması barədə Maştağa bələdiyyəsinə torpaqdan istifadəyə görə mütəmadi olaraq ödəmələr həyata keçirmiş, həmin qeyri-yaşayış sahəsində ticarət fəaliyyəti göstə rdiyinə görə şəhadətnamə almış, onun adına tədiyyə (vergi) bildirişləri gəlmişdir, eyni zamanda, istifadə etdiyi və faktiki sahibliyində olan qeyri-yaşayış sahəsinin tikintinin sahibi kimi onun göstərildiyi qiymətləndirmə və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli mövcuddur. İddiaçının atası Səttar Hüseynovla onun sahibliyində olmuş 2x3 ölçüdə qeyri-yaşayış sahəsinin yuxarıda göstərdiyi şərtlər əsasında və nağd olaraq 1000 ABŞ dolları almaqla onun sahibliyinə verilməsi barədə şərtləşməsi məhkəmə iclasına tərəfindən dəvət olunan şahidlərin ifadəsi ilə təsdiq oluna bilər. Eyni zamanda, iddiaçı ərizəsində Səttar Hüseynovun evinin və barəsində mübahisə açdığı torpaq sahəsinin ona məxsus olması barədə ifadələr işlətsə də, bu hüququ təsdiq edən sənədləri iddia ərizəsinə əlavə e tməmişdir. Yəni, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir.
7. Sonradan Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim edərək mübahisəli qeyri-yaşayış sahəsindən məhkəmə qaydasında çıxarılacağı təqdirdə həmin qeyri-yaşayış sahəsinin tikintisinə, təmirinə, onun ticarət obyekti kimi istifadə olunmasına çəkilən xərclər kimi 30000 manat pulun İddiaçı alınaraq Cavabdeh2 verilməsi, ilkin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
8. Məhkəmə tikinti-texniki ekspertizasının 04 noyabr 2019-cu il tarixli, 15273 №-li ekspert rəyinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadast rı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanındakı 48,3 kv.metr sahədən ibarət olan yaşayış evinin yerləşdiyi 0,0543 ha torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1969-cu ildə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən iddiaçının adına qeydiyyata alınmış, faktiki olaraq 703.0 kv.metr torpaq sahəsindən istifadə edilir. Torpaq sahəsi iki hissəyə bölünmüş, torpaq sahəsinin bir hissəsində qeydiyyatdan keçmiş S=48.3 kv.metr olan bir mərtəbəli yaşayış evi, yaşayış evinə bitişik 40.7 kv.metr bağlı eyvan tikilmişdir və 26.2 kv.metr açıq eyvan, digər hissədə isə bir mərtəbəli yaşayış evi, 8.6 kv.metr sanitar qovşağı və 88.2 kv.metr qeyri-yaşayış sahəsi, tikilmiş yaşayış evinin çox hissəsinin artıq torpaq sahəsinə düşməsi müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsinin icraatı zamanı torpaq və qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, baxış nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan mübahisəli S=84,0 kv.metr tikili sözügedən özəl sahədə yerləşir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-293/2020 nömrəli iş üzrə 12 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev) ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı qanunun qeyd olunan tələblərinə uyğun olaraq tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyə t hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin torpaq və qeyri-yaşayış sahəsindən çıxmaması maneçilik törədir. İddiaçı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinə hər hansı hüququ olmayan cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır.
12. Qarşılıqlı iddia tələbinə qiymət verən məhkəmə qeyd etmişdir ki, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 məxsus olması, onun həmin qeyri-yaşayış sahəsinin tikintisinə, təmirinə, ticarət obyekti kimi istifadə olunmasına vəsait xərcləməsi öz təsdiqini tapmamışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.2, 152.3, 152.4, 157.4, Torpaq Məcəlləsinin 111.1, Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia tələbini vermək hüququnun olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. İddiaçının təqdim etdiyi reyestrdən çıxarışda göstərilən 543 kv.m torpaq sahəsinin və eyni zamanda ekspert rəyi ilə müəyyən olunmuş 150 kv.m torpaq sahəsinin hansı hissəsinin iddiaçının mülkiyyətində olmasını müəyyənləşdirməmişdir. Həm 04 noyabr 2019-cu il tarixli ekspert rəyində göstər ilən ölçülərlə 24 yanvar 2020-ci il tarixli mütəxəssis rəyi arasında kəskin fərq olduğundan, eyni amanda birinci ekspert rəyi ilə iddiaçının istifadəsində zəbt olunmuş 150 kv.m torpaq sahəsinin mövcudluğu mütəxəssis rəyində öz əksini tapmadığından, həyətin ölçüsü düzgün aparılmadığından təkrar ekspertiza keçirilməsi barədə vəsatət versə də, məhkəmə həmin vəsatəti təmin etməməklə MPM-in 102-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa iddiaçının mülkiyyət sənədindəki 0,0543 kv.m torpaq sahəsinin hüdudu magistral yolun mühafizə zolağına qədər çatdığından dövlət mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsinin araşdırılması barədə onun vəsatəti məhkəmə tərəfindən təmin olunmamışdır. İddiaçının atası Səttar Abbasqulu oğlu ilə şifahi alqı-satqı barədə razılaşmasının nəticəsi kim i vaxtilə onun sahibliyində olan 2x3 kv.m sahəsi olan balaca köşkün ondan 1000 ABŞ dolları dəyərləndirərək şahidlərin yanında alması barədə məhkəmə qətnaməsində heç nə yazılmamış və məhkəmə bu işə hüquqi qiymət verməmişdir.
16. Apellyasiya baxışı zamanı təqdim edilmiş X1 16 iyun 2020-ci il tarixli, 201 nömrəli rəyində qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən hazırda ½ payla iddiaçının mülkiyyətindəki sahəsi 543,0 kv.m olan (faktiki istifadəsində olan 728,0 kv.m) torpaq sahəsinin artıq 185,0 kv.m-lik hissəsinin, o cümlədən yolun kənarında yerləşən 84,0 kv.m olan qeyri-yaşayış sahəsinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərinin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 nöm rəli qərarını rəhbər tutmaqla, “Maştağa-Nardaran” avtomobil yolunun qorunma (mühafizə) zonasına düşür.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5600/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - ilk iddianın Cavabdeh2 qarşı təmin olunması, qarşılıqlı iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin araşdırılan hallarına əsasən mübahisəli tikili iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindədir və Cavabdeh2 həmin tikiliyə hər hansı hüququnun olması öz təsdiqini tapmamışdır. Cavabdeh mübahisəli sahənin tikintisinə, təmirinə vəsait xərcləməsini, həmin əmlaka zərər yetirmədən bu yaxşılaşdırmaların ayrılmasının mümkün olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materialları ilə təsdiq olunur ki, mübahisəli tikili iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində yerləşir və ona görə də hazırkı iddia tələbi mülkiyyət hüququnun müdafiəsi üçün iddia qaldırılmışdır. Cavabdehin iş üzrə ekspertiza və mütəxəssis tədqiqatının natamam aparılması barədə dəlili də əsassız olmaqla, buna dair hər hansı sübut təqdim edilməmişdir. Ekspert və mütəxəssis rəyi kifayət qədər əsaslandırılmış və həmin rəyləri şübhə altına almaq üçün əs aslar yoxdur.
19. Mübahisəli tikilinin Maştağa-Nardaran şose yoluna bitişik inşa olunmaqla yolun mühafizə zolağında olan torpağın üzərində yerləşdiyi halda dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinin araşdırılması barədə dəlil ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu məsələ birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə baxışının predmeti olmadığından, apellyasiya instansiyası məhkəməsində baxıla bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(10 2)-652/2021 nömrəli iş üzrə 1 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və Ə.Əhmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
22. Kassasiya instansiyasının mövqeyinə görə birinci instansiya məhkəməsində cavabdeh MPM-in 53-cü maddəsinə istinad edərək bir neçə dəfə qarşılıqlı iddia ərizəsinə dəyişiklik etmişdir. Məhkəmə həmin ərizələrdə irəli sürülən tələblərindən hansı üzrə müdafiə hüququnu davam etdirməklə bağlı iradəsini aydınlaşdırmamışdır. Məhkəmələr qarşılıqlı iddia üzrə sonuncu edilmiş dəyişdirməni faktiki olaraq ilk iddiaya qarşı edilmiş etiraz kimi qəbul etmiş və bu baxımdan qiymətləndirmişdir. Nəticədə isə iddiaçının iddia tələbi faktiki olaraq araşdırılmamış və baxılmamış vəziyyətdə qalmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaya dair etirazlarını, apellyasiya şikayətinin dəlillərini, həmin dəlilləri əsaslandıran və iş üzrə mühüm əhəmiyyət kəsb edən halı təsdiq etmək üçün sübutu əldə edə bilməməsini və məhkəmədən həmin sübutun əldə edilməsində ona köməklik göstərilməsi (müvafiq ekspertiza təyin olunaraq rəy alınması) barədə vəsatətini, iddia tələbini dəyişdirməsini və dəyişdirmiş vəziyyətdə tələb irəli sürülməsini nəzərə almadan, bir tərəfin sübutlarını qiymətləndirərək, sübutların düzgün qiymətləndirilməsi, vəsatətlərin həll edilməsi, çəkişmə prinsipinin təmin edilməsi kimi vəzifələrini yerinə yetirməmiş, bununla da MPM-in 9, 88, 184.4, 218.3 və 387.1-ci maddələrinin tələblərinin po zulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Apellyasiya instansiya məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(103)- 505/2021 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2022-ci il tarixli, 10/4890 nömrəli rəyinə əsasən iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən 0.0543 ha torpaq sahəsində tikilmiş 48.3 metr 1 mərtəbəli yaşayış evinə bitişik tikilmiş bir mərtəbəli yaşayış evi, 8.6 kv.metr sanitar qovşağı 0.0543 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi və sözügedən 88.2 kv.metr qeyri-yaşayış sahəsi isə həmin torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin 2(103)-257/2022 nömrəli iş üzrə 8 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışınski) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan ekspert və mütəxəssis rəylərinə əsasən “Maştağa-Nardaran” avtomobil yolunun kənarında yerləşən 88.2 kv.m-lik mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşməsi müəyyən edildiyindən, iddiaçının hazırkı tələblə çıxış etmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdə n də irəli sürülmüş tələb təmin edilməməlidir.
26. Məhkəmə kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı ilkin iddianın nəticəsindən aslı olaraq ticarət obyekti kimi istifadə olunmasına çəkilən xərclər kimi 30000 manat pul tələb edir. Hazırki halda isə məhkəmə kollegiyasının yuxarıda qeyd olunan mövqeyinə görə ilk iddia tələbi üzrə iddiaçının subyektiv hüququ mövcud olmadığından ilkin iddia tələbinin rədd edilməsi qənaətinə gəlinmişdir ki, bu halda da qarşılıqlı iddia tələbi üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur.
27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.4, 157.5, 157.6, 157.777, 213.6-cı maddələrinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iş materiallarında olan müstəqil ekspert rəyindən iddiaçı tərəfin məlumatı olmamışdır. Tədqiqat iddiaçının iştirakı olmadan gizli aparılmış və bu barədə məlumatı sonuncu məhkəmə iclasında iştirak etdiyi zaman almışdır. İş üzrə ekspert Teymur Məmmədov mübahisəli tikili ilə bağlı iki dəfə tədqiqat aparsa da, verdiyi rəylər müxtəlifdir. Ekspert hər iki rəyində mübahisəli tikili barədə deyil, digər tikililər barədə rəy verməklə məhkəməni diqqətini yayındırmağa çalışmışdır. Bu hal ekspertin obyektivliyini, qərəzsizliyini və lazımi biliyə malik olmasını şübhə altına alır. Məhkəmə isə vacib bu halı araşdırmayaraq, təkrar ekspertiza barədə vəsatəti təmin etməyərək və ekspert rəylərini işdə olan digər sübutlarla əlaqəli şəkildə təhlil etməyərək səhv nəticəyə gəlmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.4. Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mü lkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
34. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
35. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxş ılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
43. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunmaması hissəsində mübahisələndirildiyind ən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında d aha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
48. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-257/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.