Məhkəmə qərarları › İş №2(102)-5519/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5519/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5519/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Cavabdeh1, "xxxx" MMCyə və Cavabdeh3 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiyanın baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili X3, Üçüncü şəxs Ləğv pr osesində olan Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 2(103)714/2021 nömrəli qətnaməsindən cavabdehlər "xxxx" MMC və Cavabdeh3 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(004)75/2020 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia tələbləri qismən təmin edilərək, Ləğv prosesində olan Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına olan 09 fevral 2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsi üzrə 40316,67 manat faiz borcun "xxxx" MMC -yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, ünvan 1 küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 365000 manat müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin "xxxx" MMC-yə verilməsi, ləğv prosesində olan Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına olan 15 sentyabr 2009-cu il tarixli, borcun köçürülməsi barədə müqaviləyə əsasən 576388,89 manat fai z borcun Cavabdeh3 MMCyə xüsusi mülkiyyət hüququ ilə məxsus "xxxx" ASC-nin nominal dəyəri 2 manat olan 389665 ədəd səhminə yönəldilməsi, girov predmetinin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, girov predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh3 MMC-yə verilməsi, ləğv prosesində olan Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına olan 22 dekabr 2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsi üzrə 20000000 manat əsas, 1981166,67 manat faiz borcu olmaqla, cəmi 21981166,67 manat məbləğində borcun "xxxx" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, ünvan 1 küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömr əli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə; Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, ünvan 1 küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzillərə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri Bakı şəhəri, ünvan 1 küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 k v.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 365000 manat; Bakı şəhəri, ünvan 1 küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin ilkin satış qiymətinin 165000 manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiymətinin 135000 manat müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin müvafiq qaydada "xxxx" MMC və Cavabdeh1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsini n 03 iyun 2021-ci il tarixli, 2(103)-714/2021 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) cavabdehlər Cavabdeh3 MMC-nin və "xxxx" MMCnin səlahiyyətli nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(004)75/2020 nömrəli qətnaməsi ipoteka predmetləri olan daşınmaz əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ipoteka predmetləri olan Bakı şəhəri, ünvan 1 küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyərin in 536000 manat, Bakı şəhəri, ünvan 1 küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin ilkin satış qiyməti 229500 manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 173400 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlə "xxxx" MMC və Cavabdeh3 MMC ayrı-ayrılıqda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 2(103)-714/2021 nömrəli qətnaməsindən kassasiya şikayətləri vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(102)-5519/2021 nömrəli qərardadı ilə kas sasiya şikayətləri icraata qəbul edilmişdir. Məhkəmə iclasında üçüncü şəxs Ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X4 vəsatət verərək bildirmişdir ki, üçüncü şəxs tərəfindən də Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(103)-714/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmiş və kassasiya şikayətlərinin bir icraatda baxılmasını xahiş etmişdir. Üçüncü şəxsin vəkili kassasiya şikayətinin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-c u maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin icraata qəbul edilməsi barədə A zərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(102)-5519/2021 nömrəli qərardadı ləğv edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 2(103)-714/2021 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar