Məhkəmə qərarları › İş №2(102)-552/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-552/2023

24.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-552/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Məcburi köçkünlərin məskunlaşdığı sahəyə hüquqları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən məcburi çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-276/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tər əfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) Cəbrayıl rayonundan məcburi köçkündür.

2. İddiaçı ailəsi ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, keçmiş Sənaye kombinatında müvəqqəti qeydiyyatdadır, Komitə tərəfindən mənzillə təmin olunmamışdır (Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 02/46 saylı, 10 yanvar 2022-ci il tarixli məktubu).

3. İddiaçı iki uşağı ilə Ceyranbatan qəsəbəsi, S.Quliyev küçəsi UPTK-nın həyətində məskunlaşmışlar (Abşeron rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbə İnizibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 09 saylı arayışı).

4. İddiaçı ilə X11 1992-ci ildən rəsmi nik ahda olmuşlar, X11 06 sentyabr 2020-ci il tarixdə ölmüşdür.

5. Abşeron Rayon Məhkəməsinin inzibati xətalara dair iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən evindən Cavabdeh2 (bundan sonra cavabdeh ) çıxmasını tələb etdiyinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunu taxta parçası ilə qəsdən vuraraq, ona fiziki ağrı yetirdiyinə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinib, 300 manat inzibati qaydada cərimə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən UPTKya (İste hsalat-Texniki Komplektləşmə İdarəsi) məxsus binadan məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı ailəsi ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi 1993-cü ildən 2020-ci ilə qədər ünvan 1 ünvanında yerləşən UPTKya (İstehsalat-Texniki Komplektləşmə İdarəsi) məxsus binada yaşamışdır. Həyat yoldaşı həmin idarədə işləmiş və idarənin rəhbərliyi ona məcburi köçkün kimi orada ailəsi ilə birlikdə yaşamağa razılıq vermişdir. Onlar əvvəlcə idarənin 1 otağında yaşamış, sonralar yaşadıqları otağın qarşısında əlavə olaraq öz vəsaiti ilə bir otaq da inşa etdirmişlər. 2019cu ilin noyabr ayında ağır dərəcədə şəkər xəstəsi olan iddiaçının həyat yoldaşının səhhəti daha da ağırlaşdığına görə bir müddət Sumqayıt şəhərində yaşamal ı olmuşlar. Həmin vaxt mənzilin təmiri üçün Cavabdeh1 müraciət etmişlər. Cavabdeh həmin vaxt kirayəyə ev axtardığından, mərhum onunla hər ay 80 manata kirayə haqqı ödəmək müqabilində mənzili təmir etməsi barədə razılaşmamışdır. Cavabdeh 2 aylığa mənzildə yaşamalı olmasına baxmayaraq, bu müddətin sonunda mərhum ondan mənzili tərk etməyi tələb etdikdə o, əvvəlcə 1 ay vaxt istəmişdir. Cavabdeh daha sonra iddiaçının həyat yoldaşının vəfat etdiyini bilərək mərhumun ondan 1400 manat aldığını bildirmiş və mənzili tərk etməkdən boyun qaçırmışdır. Hal-hazırda cavabdeh mənzildən çıxmaq üçün iddiaçıdan 3000 manat tələb edir. Onlar cavabdehdən heç vaxt pul almamışdır. Cavabdehin mənzili qeyri-qanuni zəbt etməsi iddiaçı və onun ailəsinin mənzilsiz qalmasına səbəb olmuşdur.

8. Cavabdeh1 iddia tələbinə q arşı etiraz edərək bildirmişdir ki, ailəsi ilə birlikdə Ceyranbatan qəsəbəsində kirayədə qalırdı. Oradan çıxarılandan sonra - 2019-cu ilin sentyabr ayında kirayə ev axtaranda iddiaçının mərhum əri İfadə ilə indi qaldıqları tikilini aylıq 80 manata kirayə etməyə razılaşıblar. Bir müddət kirayədə yaşayıblar. Sonra mərhum İfadə 4000 manata evi satmaq istəyib. O, İfadə ilə razılaşıb və 1400 manatı mərhuma verib. Sonra isə az-az ödəməklə ümumilikdə 2480 manat ona pul vermişdir. İddiaçı əri rəhmətə gedəndən sonra onlardan həmin tikilidən çıxmasını tələb edib, onlar isə bunun qanunsuz olduğundan razılaşmamışlar. İddiaçının Sumqayıt şəhərində evi var və köçüb orada yaşayırlar. Bir neçə yeri qaçqın adından istifadə edərək zəbt edib, başqalarına kirayə verirlər, ya da satırlar.

9. Məhkəmə qeyd etm işdir ki, İddiaçı və onun mərhum əri X3 rayonundan məcburi köçkün olaraq uşaqları ilə birlikdə Abşeron rayon Ceyranbatan qəsəbəsi S.Quliyev küçəsi UPTK-nın həyətində birmərtəbəli ikiotaqlı tikilidə məskunlaşmışlar, 2019-cu ilin sentyabr ayından isə həmin tikilini cavabdehlərin istifadəsinə verməklə, ailəliklə Sumqayıt səhərinə köçüb orada yaşamışlar. X11 06 sentyabr 2020-ci il tarixdə ölmüşdür. Onun ölümündən bir qədər sonra iddiaçı cavabdehlərdən mübahisəli tikilidən çıxmalarını tələb etmiş, bu zaman aralarında münaqişə olmuş, Cavabdeh2 onun iddiaçı tərəfindən döyülməsi barədə şikayət etmiş, Abşeron rayonu Pİ-nin TŞ-nin 07 dekabr 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin g örülməsi üçün qərarın surəti aidiyyatı üzrə Pİ-nə göndərilmiş, Abşeron Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı ilə İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən evindən Cavabdeh2 çıxmasını tələb etdiyinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunu taxta parçası ilə qəsdən vuraraq, ona fiziki ağrı yetirdiyinə görə İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinib 300 manat inzibati qaydada cərimə olunmuşdur.

10. Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-1570/2021 saylı qətnaməsi ilə (hakim -X6) iddia rədd edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən tikili UPTKnın (X4 İdarəsi) həyətində həmin idarəyə aid yardımçı tikili olmaqla, iddiaçı ailəsi ilə birlikdə məcburi köçkün kimi 2019-cu il in sentyabr ayınadək orada məskunlaşmış, həmin vaxtdan sonra isə buna hər hansı hüquqları olmadığı halda oranı cavabdehlərin istifadəsinə vermiş, özləri isə həmin vaxtdan Sumqayıt şəhərinə köçmüşlər. İddiaçının özünün izahatından da göründüyü kimi, mərhum əri cavabdehlərlə hər ay 80 manata kirayə haqqı ödəmək müqabilində mübahisəli tikilini təmir etməsi barədə razılaşıblar. Həmin tikilinin əvvəlcə cavabdehlərə kirayəyə verilməsi onların izahatları və şahid X2 ifadəsi ilə də təsdiq olunub. Cavabdehlərin həmin tikilinin guya iddiaçının əri tərəfindən onlara satılması müqabilində 2480 manat verməsi hər hansı sübutla təsdiq olunmur.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı və onun ailəsi məskunlaşdıqları tikilini 2019cu ilin sentyabr ayından cavabdehlərin istifadəsinə verib özləri yaşamaq üçün S umqayıt şəhərinə köçdüklərindən, ötən müddət ərzində də orada yaşadıqlarından hazırda isə mübahisəli tikili ilə bağlı hüquqlaranı itirdiklərindən iddia tələbi əsassızdır və ona görə də təmin edilməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə və Azərbaycan Respublikası MM-in 152.5,157.2,157.8,180.2-ci MPM-in 14.2,78.1,217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, ailəsi ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi 1993-cü ildən 2020-ci ilə qədər ünvan 1 ünvanında yerləşən UPTK-ya (İstehsalat-Texniki Komplektləşmə İdarəsi) məxsus binada yaşamışlar. Həyat yoldaşı İfadə Şahmarov həmin idarədə işləmiş və idarənin rəhbərliyi məcburi köçkün kimi ərinə orada ailəsi ilə birlikdə yaşamağa razılıq vermişdi. Onlar əvvəlcə idarənin 1 otağında yaşamış, sonralar yaşadıqları otağın qarşısında əlavə olaraq öz vəsaitləri ilə bir otaq da inşa etdirmişlər. 2019-cu ilin noyabr ayında şəkər xəstəsi olan həyat yoldaşı X1 daha da ağırlaşdığından bir müddət Sumqayıt şəhərində yaşamalı olmuş və mənzilin təmiri üçün Cavabdeh1 müraciət etmişlər. Cavabdeh həmin vaxt kirayəyə ev axtardığından, mərhum əri İfadə Şahmarov cavabdehlə hər ay 80 manata kirayə haqqı ödəmək müqabilində mənzili təmir etməsi barədə razılaşmışdır. İki aydan sonra əri İfadə Şa hmarov cavabdehdən mənzili tərk etməyi tələb etdikdə, cavabdeh əvvəlcə 1 ay vaxt istəmişdir. 06 sentyabr 2020-ci il tarixdə əri İfadə Şahmarov vəfat etmişdir. Bunu bilən cavabdeh ərinin ondan 1400 manat aldığını bildirərək mənzili tərk etməkdən boyun qaçırmışdır. Hazırda cavabdeh mənzildən çıxmaq üçün ondan 3000 manat tələb edir. Onlar cavabdehdən heç vaxt pul almamışlar. Cavabdehin mənzili qeyri-qanuni zəbt etməsi onun və ailə üzvlərinin mənzilsiz qalmasına səbəb olmuşdu. Hazırda ailə üzvləri ilə birlikdə köçüb həmin evdə yaşamaq istəyir. Lakin cavabdeh evi ona təhvil vermir. Məhkəmə əsassız olaraq iddia tələbini rədd etmişdir. İş materiallarına əlavə etdiyi sənədlərlə və şahid ifadələri ilə onların həmin binada məcburi köçkün kimi, cavabdehlərin isə kirayədə yaşamaları təsdiq olunur. O, iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirmişdir. Cavabdehlər isə öz etirazlarının əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişlər. Lakin buna baxmayaraq məhkəmə iddia tələbini təmin etməmişdir. O, mənzili cavabdehlərə satmamış, müvəqqəti olaraq kirayəyə vermişdir və həmin müddət ərzində cavabdehlər mənzili təmir etməli idilər.

16. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək onunla əsaslandırmışdır ki, əvvəllər ailəsi ilə birlikdə Ceyranbatan qəsəbəsində kirayə qalırdı, lakin onları kirayədə qaldığı evdən çıxarmışdılar. Buna görə də 2019-cu ilin sentyabr ayında kirayə ev axtaranda iddiaçının mərhum əri İfadə ilə indi qaldıqları tikilini aylıq 80 manata kirayədə qalmağa razılaşmış, bir müddət kirayədə qaldıqdan sonr a İfadə 4000 manata evi satmaq istədiyini bildirmişdi. O, razılaşaraq İfadəyə 1400 manat vermiş, sonra isə az-az yenidən pul vermişdir. İfadəyə ümumilikdə 2480 manat pul vermişdir. İddiaçı əri vəfat edəndən sonra onlardan həmin tikilidən çıxmasını tələb etməyə başlamışdır.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-276/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Abbasov Şəmsəddin və Səyyad Qafari) iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, cavabdehlərin mübahisəli yaşayış evindən çıxarılmasını qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Qaraşova X5 rayon undan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, keçmiş Sənaye kombinatının binasında məskunlaşdığından, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələrinə dair iş materiallarında hər hansı sübut olmadığından iş üzrə məhkəmə qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Rahilə Əbülfət qızının məskunlaşdığı ünvan 1 ünvanında yerləşən UPTK-ya (İstehsalat-Texniki Komplektləşmə İdarəsi) məxsus binadan çıxarılmasını qərar almışıdır.

19. Məhkəmə öz mövqeyini MM-in 152.5, Mənzil Məcəlləsinin 5.1,9.1-ci MPM-in 14.2, 78.1, 217.4, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.4, 390-cı maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakç ılarının izahatları c) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin tam rədd edillməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaların tələbləri pozulmuş sübutlara düzgün qiymət verməmişdir. Heç bir əsas olmadan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. Belə ki, məcburi köçkün olan iddiaçı mübahisəli tikilini hər hansı bir hüquqları olmadığı halda (özbaşına tikintiyə dair sərəncam vermək, satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər (maddə 180.2) cavabdehin istifadəsinə vermiş (satmış) özl əri isə yaşamaq üçün Sumqayıt şəhərində yerləşən digər mənzillərinə köçmüşlər. Həmin vaxtdan təxminən 1 il keçdikdən sonra, yəni, mübahisəli mənzili cavabdehə satmış iddiaçının əri X11 vəfat etdikdən sonra ona qarşı məcburi çıxarılma tələbi barədə əsassız iddia irəli sürülmüşdür. Cavabdehlər mübahisəli mənzildə dördüncü ildir ki, yaşayır, kommunal xidmətləri ödəyirlər. Bundan başqa, hazırkı işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına münasibətdə yanaşıldıqda müəyyən olunmuşdur ki, iddiaçının hazırki iş üzrə subyektiv hüququ olmamışdır. Belə ki, həmin qərara görə mülki mübahisələrin həlli üçün işə baxan məhkəmələr ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdırlar. Subyektiv hüquq 3 elementin:

1. Öz hərəkətlərinə hüquqi ixtiyar;

2. Başqa şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququnun məcmusu kimi təzahür edir. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır, iddiaçının tələb etmək hüququ olmamışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunu

23. Maddə

2. Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar.

24. Maddə

3. Bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.

25. Maddə

4. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri;

26. Maddə

5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırm a məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması” Qaydası

27. Maddə

1. Bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən sənəddir. 28. 4. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994 cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır.

29. Maddə

5. Məcburi köçkünləri yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalarda məskunlaşdırmaq mümkün olmadıqda, onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar.

30. Maddə

6. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. "Qaçqınların və məcburi köçkünlərin yaş ayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli Sərəncamı

31. Maddə

2. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə i ştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385.1.1.və 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır.

36. Maddə

390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri

39. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qəra rdadının ləğv edilməsinin əsasları

40. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

42. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası iddiaçının verilmiş iddianı irəli sürməyə hüquqi ixtiyarının (subyektiv hüququnun) olmaması, tikilinin qanunsuz tikili olması barədə kassatorun dəlillərini əsassız sayır.

45. Çünki əvvəla, cavabdehin etiraz dəlilləri ondan ibarətdir ki, o, mübahisəli evi iddiaçının ərindən kirayəyə götürmüş, daha sonra isə evi ondan almışdır. Cavabdehin bu dəlili təsdiq edir ki, o, mübahisəli tikiliyə məhz iddiaçının (onun ərinin) ixtiyarı ilə köçmüşdür. Başqa sözlə cavabdehin mübahisəli evdə yaşaması iddiaçı (onun əri) ilə razılaşmaya əsaslanır. Cavabdehin tikilini aldığı barədə dəlili sübuta yetmir. İşin cavabdeh tərəfindən təsvir edilən halları qəti olaraq o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh mübahisəli tikiliyə iddiaçının (onun ərinin) subyektiv hüququnu qəbul etmiş, onun tikilini icarəyə vermək səlahiyyətinin legitimliyini tanımışdır.

46. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin mövqeyindən göründüyü kimi, iddiaçının mübahisəli tikiliyə hüquqları məcburi köçkün kimi orada məskunlaşmasına istinadən tanınmışdır.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır. Nəzərə alınmalıdır ki, baxılan iş üzrə mübahisəli tikiliyə iddiaçının subyektiv hüququnun yaranması üçün bu əmlaka adi qaydada daşınmaz əmlaka mülkiyyət hüququnun yaranması əsasları tələb olunmur. Baxılan işdə iddiaçının məcburi köçkün statusunda məskunlaşmasından irəli gələn xüsusi hal mövcuddur. İddiaçı məcburi köçkün kimi həmin tikilidə q eydiyyatdadır və başqa yaşayış sahəsi ilə təmin olunmamışdır.

48. Məcburi köçkünlərin statusunu müəyyən edən yuxarıda sadalanan hüquq normaları, cavabdehin qeyd olunan tikilidə məskunlaşmanı, onun həmin yerdən istifadə etməsini tanıyan hüquqi fakt kimi qəbul edir (23-31-ci paraqraflar).

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-276/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar