Məhkəmə qərarları › İş №2(102)-5520/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5520/2018

03.09.2018 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5520/2018 03.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5520/2018 Bakı şəhəri 03 sentyabr 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X1 və onların vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli 2(103)2254/2018 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal ra yon Məhkəməsinin (hakim S.Mehəliyev) 27.11.2017-ci il tarixli 2(004)-8084/2017 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərə 8.000 manat kompensasiya ödənilməklə Bakı şəhəri ************************ saylı evdən istifadə hüquqlarının itirilməsi və ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmaları” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Hacıyev, R.Qurbanov, R.Eyvazov) 14.03.2018-ci il tarixli 2(103)-2254/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.11.2017-ci il tarixli 2(004)-8084/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı1 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 29.08.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Əlisgəndər qızına və Cavabdeh2 8.000 manat kompensasiya ödənilməklə, onların Bakı şəhəri ********************** saylı evdən istifadə hüquqlarının itirilməsi və ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri ************************ ünvanda yerləşən 77kv.m, yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı evin paylı mülkiyyətçiləridir. Belə ki, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 41 kv.m olan 3 otaq İddiaçı1, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 36 kv.m olan 3 otaq İddiaçı2un xüsusi mülkiyyətindədir. Həmin ünvanda ailə üzvləri ilə yanaşı, heç bir qohumluq əlaqələri olmayan, əvvəllər icarədar kimi evdə qalan Cavabdeh2 və Cavabdeh1 da qeydiyyatda olmaqla yaşayırlar. Öz xüsusi mülkiyyətlərindən mülkiyyətçi kimi istifadə edə, evə girə bilmirlər. Cavabdehlər onlara hədə-qorxu gəlib evdən istifadə etmələrinə qadağa qoyurlar. Cavabdehlərə 8.000 manat kompensasiya ödənilməsi, aylıq kirayə haqqının 200 manat olmasını, o nların müəyyən müddətə eyni şəraitli mənzildə yaşamalarına imkan verir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını nəzərə almamış, kompensasiyanın məbləğinin kifayət qədər yüksək olmasını nəzərə almamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası A zərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X4 və onların vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin 08.11.2017-ci il tarixli **********56 nömrəli arayışından məlum olur ki, Bakı şəhəri *************************** saylı ev X2, X3, X5, X6 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı DNK-nın 2V-281 reyestr nömrəli 12.09.1998-ci il tarixi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən İddiaçı1ovnanın adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı DNK-nın ********** reyestr nömrəli 31.10.1998-ci il tarixli alqısatqı müqaviləsinə əsasən (3 otaq) İddiaçı2 adına qeydiyyatdan keçmişdir. Hazırda həmin fərdi yaşayış evinin 3 otağı İddiaçı1, 3 otağı İddiaçı2 mülkiyyətindədir. 60 saylı MKİS-nin 07.10.2017-ci il tarix li Forma 2 arayışından görünür ki, ünvan 2 ünvanda Cavabdeh1 1969-cu ildən, Cavabdeh2 1987-ci ildən daimi qeydiyyatdadırlar. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin verdiyi 25.10.2017-ci il tarixli MB10-752 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanda və yaxın ətrafda ümumi həyətdə, yerləşmiş 1 otaqlı orta təmirli fərdi yaşayış evinin 2017-ci ilin oktyabr ayına olan orta aylıq kirayə bazar qiyməti məişət avadanlıqları ilə təchizatından, texniki və digər göstəricilərindən asılı olaraq 200-220 manat/ay təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqı nda» Avropa Konvesiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı ra zılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. … Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlrına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarına kompensasiya verilməklə xit amını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Həmin qərarda qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu ma ddəsinin İX hissəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası MPM-in 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququ deyil, həm də dövlətin mülkiyyəti qeyriqanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin mövqeyi bundan ibarətdir ki, kompensasiyanı n məbləği mənzilin dəyərindən ayrılan müəyyən paydan ibarət olmamalı və yaşayış sahəsindən istifadə etmək hüququna malik olan şəxsin həmin mənzilin şəraitinə uyğun olan digər mənzildə davamlı surətdə və müəyyən müddət daxilində yaşamaq imkanını təmin etməlidir. Apellyasiya qaydasında işə baxılarkən iddiaçıların nümayəndəsi cavabdehlərə 18.000 manat kompensasiyanın verilməsi ilə də razı olduqlarını bildirsə də, cavabdehlərin məhkəmə iclasında iştirak etməmələri səbəbindən onlarla bu məbləği müzakirə etmək imkanı olmamışdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının nümayəndəsi kompensasiya məbləğini qeyd etsə də, ayrı-ayrılıqda cavabdehlərin hər birinə etdiyi təklifi aydınlaşdırmamışdır. Bu baxımdan məhkəmə kompensasiyanın faktiki olaraq onların hər birin ə 9.000 manatdan ibarət olmasını nəzərə alıb, təklif olunan kompensasiyanın məbləğinin işin halları baxımından ədalətli hesab edilməməsi qənaətinə gələrkən səhvə yol vermiş, cavabdehlərin iddiaçıları mülkiyyətlərindəki evdən istifadə etməkdən məhrum etmələrini nəzərə almamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.07.2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi bel ə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instans iya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların cavabdehlərə təklif etdikləri 8.000 manat (iddiaçının nümayəndəsi izahatında bu məbləği 18.000 manata kimi artıra biləcəklərini qeyd etmişdir) kompensasiyanın cavabdehlərin iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi üçün kifayət etməməsi qənaətinə gəlməklə, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qətnaməsini dəyişiklik edilmədən saxlay arkən səhvə yol vermiş, işin həqiqi hallarını nəzərə almamış, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 130-cu, Mülki Məcəllənin 228.2-ci, Azərbaycan Respublikası MPM-in 13.7-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərini pozmuş, mübahisəni tərəflərin hüquqi mənafeyinə zidd həll etməklə, iddiaçıların ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi lə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kompensasiyanın məbləği istifadəçinin istəyi ilə deyil, mülkiyyətçinin təklif etdiyi məbləğlə müəyyən olunur. Məhkəmə isə həmin məbləğin nə dərəcədə istifadəçinin müəyyən müddət ərzində başqa yerdə yaşamasına imkan verməsini qiymətləndirməklə məsələni həll edir. Göstərilən vəziyyətdə cavabdehin kompensasiyanın məbləği ilə razılaşmaması iddianın rədd olunmasına əsas vermir. Belə ki, iddiaçılar iki nəfər cavabdehə 8.000 manat (artırılaraq 18.000 manat) kompensasiya verməklə, cavabdehlərin onların mülkiyyətlərində olan fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsini tələb etmələri, tam qanuni, əsaslı və ədalətli olmaqla Mülki Məcəllənin 228.2-ci, Azərbaycan Respublik ası Konstitusiyasının 13, 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsiMİÜMK-ın 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarının tələblərinə uyğundur. Göründüyü kimi, qanunverici cavabdehlərin mübahisəli mənzildən pay tələb etmək hüququnu istisna edir. İddiaçıların cavabdehlərə təklif etdiyi 18.000 manata (artırılıb), cavabdehlər mülkiyyətçilərin hesabına davamlı surətdə və uzun müddət ərzində (təxminən 90 ay) başqa yerdə əvvəlki evdə onlara xas olmuş şəraitlə müqayisədə oxş ar yaşamaq imkanı verir. Bütün bunlar, apellyasiya instansiyası məhkəməsinin iş üzrə səhv nəticəyə gəldiyini bir daha təsdiq edir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1cimaddəsinəəsasənmaddivəprosessualhüquqnormalarınınpozulmasıvəyadüzgüntətbiqolu nmamasıapellyasiyainstansiyasıməhkəməsininqətnaməvəqərardadınınləğvedilməsiüçünə sasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi və işin yeni apelyasiya baxışına göndərilməsi üçün əsasdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420cimaddəsinəəsasənkassas iyainstansiyasındaişəbaxanməhkəməninqərarındaşərhediləngö stərişlərhəminişəyenidənbaxanməhkəməüçünməcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli 2(103)-2254/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar