Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5521/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sadiq oğlunun prosessual hüquq varisi X29 cavabdehlər Cavabdeh və X17 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5521/21 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2070/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı Sadiq oğlunun prosessual hüquq varisi X40 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və onun adına yenidən rəsmiləşdirmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsini zəbt etmiş Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onun adına yenidən rəsmiləşdirməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin “Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintis i barədə” 21 yanvar 1999-cu il tarixli, 44 saylı sərəncamı ilə ünvan 2 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi X15 ayrılmış, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq şöbəsi tərəfindən X15 həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən 2002-ci il 30 iyun tarixli JN 3493 H seriyalı 00400016 nömrəli şəhadətnamə verilmişdir. Bundan sonra, Bakı şəhəri, 28-ci Dövlət Notariat Kontorunda onunla X23 arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki E-də yerləşən 0,04 ha torpaq sahəsinə 2002-ci il sentyabrın 15də rəsmiləşdirilmiş və 4ə2/237 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini üzərində birmərtəbəli inşa olunmuş tikili ilə birlikdə onun tərəfindən satın alınmış və ona Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı To rpaq Şöbəsinin 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnaməsi verilmişdir. Bundan sonra, həmin torpaq sahəsində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskizə əsasən fərdi yaşayış evinin tikintisini davam etdirmiş, tikintini elektrik enerjisi ilə təmin etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər X15, İddiaçı, Səbail Rayon İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Bakı şəhəri, 28-ci Dövlət Notariat Kontoruna qarşı qaldırdığı E nömrəli evdə yaşamış X33 və X21 arasında 1989-cu ilin mayın 17-də bağlanmış alqı-satqı müqaviləsinin təsdiq edilməsi, Səbail Rayon İcra Hakimiyyətinin "Badamdar qəsəbəsində mövcud bağın sənəd ləşdirilməsi və orada fərdi evin tikintisi barədə" 21 yanvar 1999-cu il tarixli 44 saylı sərəncamının ləğv edilməsi, Bakı şəhər Torpaq şöbəsi tərəfindən 15 avqust 2002-ci il tarixində həmin sahəyə verilmiş JN- 3979H nömrəli şəhadətnamənin, Bakı şəhər 28-ci Dövlət Notariat Kontorunda 14.09.2002-ci ildə X23 və onun arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun həmin bağ sahəsindən çıxarılması barədə iddiası qismən təmin edilərək Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə 1999-cu il 12 yanvar tarixli sərəncamı ləğv edilmiş, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq şöbəsinin X7 Edə yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən 2002-ci il 30 iyun tarixli, JN 3493 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Bakı şəhər 28 saylı Dövlət Notariat Kontorunda onunla X23 arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki E-də yerləşən 0,04 ha torpaq sahəsinə 2002-cil il sentyabrın 15-də rəsmiləşdirilmiş və 4ə2/237 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi ləğv edilmiş, onun adına Badamdar qəsəbəsi, bağlar ərazisindəki E-də yerləşən 0,04 ha torpaq sahəsinə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq Şöbəsinin 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Buna səbəb isə Səbail rayon İH-nin vəzifəli şəxsləri tərərfindən edilmiş cizgi saxtakarlığıdır. Bununla əlaqədar Bakı şəhəri, Xətai Rayon M əhkəməsinin qərardadı ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin Səbail Rayon Prokurluğunun apardığı istintaqın qərarı ilə yuxarıda göstərilən torpaq sahəsini qanuni əldə etdiyinə görə həmin vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunmamışlar. Bu barədə Səbail Rayon Prokurorluğunun qərarı var. Səbail Rayon Prokurorluğunun qərarından Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsi Prokuroluğun qərarını qüvvədə saxlamışdır. Beləliklə, o, torpaq sahəsini qanuni əldə etmişdir. Onun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə bu qərarın hüquqi qüvvəsi olması barəsində müraciətinə cavab olaraq Səbail Rayon Məhkəməsi bu qərarın dövlət və inzibati orqanların tərəfindən yerinə yetirilməsi məcburi olduğunu bildirmişdir. Bununla əlaqədər o, Səbail Rayon İcra Hakimiyyətinə yenidən torpaq sahəsinin onun adına rəsimləşdirilməsi ilə bağlı müraciət etmiş və müraciətinə əsasən göstərilən torpaq sahəsi Səbail Rayon Badamdar qəsəbəsinə icra nümayəndəlik tərəfindən onun adına qeydiyyata alınmışdır. Əlavə olaraq bildirir ki, yuxarıda göstərilən torpaq sahəsi Badamdar bələdiyyəsi tərəfindən qeyri-qanuni (№ 097 22 avqust 2005-ci il) qərara əsasən X17 alqı-satqı kimi rəsimləşdirilmişdir. Həmin torpaq sahəsindən o, heç bir gün də istifadə etməmişdir. Qonşuluqda yaşayan Cavabdeh tərəfindən istifadə olunmuş və bu alqı-satqının təşəbbüskarı o olmuşdur. Badamdar bələdiyyəsi öz qərarını (03 iyul 2019cu il tarixli protokoldan çıxarışı) qeyri-qanuni kimi ləğv etmişdir. Beləliklə, torpaqdan istifadə edən Cavabdeh torpağı zəbt etmiş şəxs kimi aray a çıxmışdır. Torpaq sahəsi onun adına qeydiyyata alınandan sonra o, Bakı şəhəri reyestr xidmətinə torpaq sahəsini yenidən onun adına rəsmiləşdirilməsi barədə müraciət etmiş və onun müraciətinə görə reyestr xidmətinin əməkdaşları torpağın kadastr nöqtələrini təyin etmək və torpağın ölçülərini götürmək üçün gəlmişlər, lakin torpağı zəbt edən Cavabdeh onları zəbt olunmuş əraziyə buraxmamış və onlar öz xidməti vəzifələrini yerinə yetirə bilməmişlər. O, bu barədə Daxili işlər Nazirliyinin 102 çağrış mərkəzinə müraciət etmiş və müraciətinə Sabail RPİ-nin 41-ci Polis Bölməsindən cavab gəlmişdir ki, mülki iş olduğu üçün məhkəməyə müraciət etməlidir. Qeyd etmək istəyir ki, onun reyest xidmətinə müraciətinə cavab olaraq, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, hazırki məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və aidiyyatı üzrə ayrı-ayrı dövlət orqanlarına olan müraciətlərdən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayon sakinləri X23 ilə Run ailəsi 1990-cı ildən qonşuluqda yaşamışlar. Run həyat yoldaşı Vvə onun qızı P ilə X arasında isti münasibətlər yaranmış və Run xəstəliyi ilə əlaqədar 1997-ci ildə onun həyat yoldaşı Zərifə xanım Xdan 10.000 ABŞ dolları məbləğində borc pul almışdır. Bu ailə pulu qaytara bilmədiklərindən, pulun əvəzində, sənədsiz istifadəsində olan torpaq sahəsini ona təklif etmişlər və bu məqsədlə R aidiyyatı üzrə müraciət edərək həmin torpaq sahəsini Xnın adına sənədləşdirilməsinə nail olmuş və Səbail Rayon İcra Hakimiyyəti Baş çısının 12 yanvar 1999-cu il tarixli, 44 saylı sərəncamı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı torpaq şöbəsi tərəfindən X7 mülkiyyət hüququnu təsdiq edən 30 iyun 2002-ci il tarixli, JN 3493 H seriyalı, 00400016 saylı şəhadətnamə verilmişdir. Bu torpaq sahəsinə bitişik ərazidə, Nazirlər Kabinetində şöbə müdiri işləmiş və özünü Run qohumu kimi təqdim edən Cavabdeh yaşamış və həmin ərazini Rasimdən istəsə də, onlar arasında razılaşma əldə lunmamış və torpağın Xnın adına sənədləşdirilməsindən narazı qalan bu şəxs, "nüfuzundan" istifadə etməklə ayrı-ayrı dövlət orqanlarına, eyni zamanda Səbail Prokurorluğuna şikayətlər etməklə, X tərəfindən əldə edilmiş torpaq sahəsinin "qanunsuz olduğunu isbat etməyə" çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. Bundan sonra, torpaq sahəsi 2002-ci ildə İddiaçı satılmış və o, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının müvafiq sərəncamı və tərtib edilmiş layihə-smeta sənədləri əsasında Cavabdeh yaşadığı evə bitişik ərazidə ev tikintisinə başlamışdır. Tikinti işlərindən təşvişə düşən Cavabdeh uydurma iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gələrək, şəxsən tərtib etdiyi saxta sənədlər əsasında da "nüfuzundan" istifadə etməklə qanunsuz və əsassız məhkəmə qətnamə və qərarlarının çıxarılmasına nail olmuşdur. Beləliklə, o, Run əmisi kimi göstərilən X9 adından məhkəməyə müraciət təşkil edərək, məhkəmədə cavabdehlər X23, İddiaçı, Səbail Rayon İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Bakı şəhəri, 28-ci Dövlət Notariat Kontoruna qarşı iddia qaldıraraq, E nömrəli evdə yaş amış X32 və X21 arasında 1989-cu il mayın 17-də bağlanmış alqı-satqı müqaviləsinin təsdiq edilməsini, Səbail rayon İcra Hakimiyyətinin "Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikilməsi barədə” 21 yanvar 1999-cu il tarixli 44 saylı sərəncamının ləğv edilməsini, Bakı şəhər torpaq şöbəsi tərəfindən 15 avqust 2002-ci il tarixdə həmin sahəyə verilmiş JN 3979H №-li şəhadətnamənin, Bakı şəhər 28 saylı Dövlət Notariat Kontorunda 14.09.2002-ci ildə X23 və İddiaçı arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini və İddiaçı həmin bağ sahəsindən çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Bakı ermənisi olmuş- X32 arasında 1989-cu il tarixdə razılaşma olmuş və bu razılaşma əsasında da bu erməni mübahisəli torpaq sah əsini 1989-cu ilin may ayının 14-də X5 aldığı 2800 rublun müqabilində ona satmış və müəyyən hadisələrlə əlaqədar olaraq Bakıdan köçüb getmişdir. Bu halın baş verməsinə, şəxsən Cavabdeh ilə yanaşı onun qardaşları X27 və X28 şahidlik etmişlər. Hərçənd ki, məhkəmə qətnaməsindən də görünür ki, bu mübahisəli torpaq sahəsi həmin erməniyə bağçılığın və bostançılığın inkişafı üçün 26 Bakı Komisarları (indiki Səbail) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 14 iyun 1989-cu il tarixli qərarı ilə ayrılmışdır və belə olan halda necə ola bilərdi ki, erməni ona hələ ayrılmamış torpaq sahəsini, may ayının 14-də iddiaçıya sata bilirdi? Bu cür uydurma iddia ərizəsi ilə onun adından məhkəməyə müraciət edilməsindən sonra, məhkəməyə təqdim edilmiş sənədlərin saxtalığının aşkar edilməsindən təşvişə düşən polis polkovniki X24 06.09.2003-cü il tarixdə dünyasını dəyişmişdir. Cavabdeh ona ödəniləcək maddi nemət müqabilində, X9 həyat yoldaşı ilə razılıq əldə etdikdən sonra, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10.02.2004-cü il tarixli qərardadı ilə X3 ərinin prosessual hüquqi varisi kimi işə cəlb edilmişdir. Bundan başqa, Cavabdeh tərəfindən məhkəməyə saxta və mənbəyi bəlli olmayan saxta cizginin təqdim edilməsi təşkil edilir və məhkəmə bütün mülahizələrini bu saxta cizginin araşdırılmasına yönəltməklə X15 torpağa dair verilmiş sənədlərin qanunsuz olması nəticəsinə gələrək iddianı qismən təmin edir. Beləliklə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 08.09.2004-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Səbail Rayon icra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə 1999-cu il 12 yanvar tarixli sərəncamı ləğv edilmiş, Azərbaycan Dövlət Torpaq və Xəritiçəkmə Komitəsinin Bakı torpaq şöbəsinin X7 Badamdar qəsəbəsi, bağlar ərazisindəki E-də yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən 2002-ci il 30 iyun tarixli JN 3493 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Bakı şəhəri, 28-ci Dövlət Notariat X30 X19 Puqaçova arasında E-də yerləşən 0,04 ha torpqa sahəsinə 2002-ci il sentyabrın 15-də rəsmiləşdirilmiş və 4ə2/237 nömrəli reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi ləğv edilmiş, İddiaçı adına Badamdar qəsəbəsi, bağlar ərazisindəki E-də yerləşən 0,04 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı torpaq şöbəsinin 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş və qətnamə qalan hissədə rədd edilmişdir. İddiaçının X34 və mərhum X13 ailə üzvü olan X4 arasında, Badamdar qəsəbəsindəki köhnə bağlar ərazisindəki (E-də) torpaq sahəsinə və bir otaq və bir mətbəxdən ibarət tikiliyə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və İddiaçı həmin ərazidən çıxarılmasına dair tələbi əsassız və qanunsuz hesab edilməklə rədd edilmişdir və belə olan halda, necə ola bilərdi ki, iddia tələbi digər hissələrdə təmin edilmişdir? Belə ki, iddia tələbinin təmin edilməmiş hissəsi ilə müəyyən olunur ki, nə iddiaçının, nə də ki, onun müqavilə bağladığı erməninin mübahisəli torpaq sahəsinə hüquqları mövcud olmamış, torpaq sahəsinin X7 adına rəsmiləşdirilməsi və sonradan alqı-satqı nəticəsində həmin t orpaq sahəsinin İddiaçı adına özgəninkiləşdirilməsi və bu barədə hüquqverici sənədlərin alınması zamanı həmin şəxslərin heç bir hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Göründüyü kimi, iş üzrə iddiaçının tələbinin qismən təmin edilməsi zamanı qəbul edilmiş məhkəmə qətnaməsi, buna hüququ olmayan şəxsin tələbi əsasında qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçının tələbinin qismən təmin edilməsi zamanı qəbul edilmiş məhkəmə qətnaməsinin, buna hüququ olmayan şəxsin tələbi əsasında qəbul edilməsi məsələsinə belə toxunmadan, iddianın qismən təmin edilməsi üzrə məhkəmənin gəldiyi nəticə barədə də qısaca olaraq aşağıdakıları bildirir. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh tərəfindən məhkəməyə saxta və mənbəyi bəlli olmayan saxta cizginin təqdim edilməsi təşkil edilmiş və məhkəm ə tələbin qismən təmin edilməsi nətəcəsinə gələrkən, məhz, mənbəyi bəlli olmayan bu saxta sənədin mövcudluğuna əsaslanmışdır. Səbail Rayon Prokururluğu tərəfindən qəbul edilmiş xüsusi qərardadın araşdırılması zamanı isə, müəyən edilmişdir ki, mənbəyi bəlli olmayan həmin sənədin, məhkəməyə hansı vasitələrlə və ya kimin vasitəsilə təqdim edilməsini müəyyən etmək mümkün olmamış, torpaq sahəsi isə X2i əsaslarla verilmişdir. Belə ki, Səbail Rayon Prokurorunun müavini X20 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 yanvar 2005-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, araşdırma zamanı izahatı alınmış İcra Hakimiyyəti Başçısının Badamdar İcra Nümayəndəliyində sahə nəzarətçisi vəzifəsində işləyən X31 göstərmişdir ki, Badamdar qəsəbəsi, Badamdar döngəsi, 14 saylı bağ sahəsi üçün tərtib edilmiş cizgi düzgündür və heç bir mübahisəyə səbəb ola bilməz. Həmin ünvandakı torpağın mülkiyyət sahibi İddiaçıdur. Torpağın mülkiyyətçisinin İddiaçı olması KOD 004 000** JN ***3 H saylı 04.10.2002-ci il tarixli şəhadətnamə ilə təsdiq olunur. İşdə müəyyən edilmiş və mübahisə doğuran ikinci cizginin həmin torpaq sahəsinə hər hansı aidiyyətinin olmaması cizgi ilə təsdiq olunur. Belə ki, həmin cizginin tərtib edildiyi vərəqdə cizginin hər hansı sərəncama və ya şəhadətnaməyə əlavə olduğunu təsdiq edən qeydlər müəyyən edilmir. Bu səbəbdən, hətta həmin cizginin hansı ünvanda yerləşən torpağa aid olduğunu da iddia etmək mümkün deyildir. Bu barədə akt tərtib edilmişdir. Məhkəmədə mülki işə baxılarkən təqdim edilmiş və mübahisəyə səbəb olmuş cizginin Badamdar qəsəbəsi, bağlar küçəsi, 14 saylı ünvanda yerləşən bağ sahəsinə heç bir aidiyyatı yoxdur. Həmin torpaq sahəsinin yerləşmə cizgisində göstərilən sahənin ölçüsü 600,0 kv.m-dir. Bu cizgi şablon blankda tərtib edildiyinə görə, sahənin faktiki ölçüsünü dəqiq əks etdirməmişdir. Lakin sahənin dəqiq ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən faktiki olaraq ölçülmüş və şəhadətnamədə tam dəqiqliyi ilə qeyd edilərək əks edilmişdir. Digər mübahisəli hal, yəni vətəndaş X8 adına Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 21 yanvar 1999-cu il tarixli 44 saylı sərəncama əlavə edilmiş cizginin sonradan vəzifəyə gəlmiş vəzifəli şəxslər tərəfindən imzalanmasına dair göstərə bilər ki, bu cizgi vətəndaşın sonradan etdiyi müraciəti əsasında tərtib edilmiş və cizgi tərtib edilərkən vəzifədə olm uş şəxslər tərəfindən imzalanmışdır. Burada heç bir mübahisə doğuracaq hal müəyyən edilə bilməz, belə ki, vətəndaş istədiyi vaxt sərəncama müvafiq cizgini tələb etməyə haqlıdır, bu cizgini aldıqdan sonra isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edib şəhadətnamə ala bilər. Cizginin başında onun 12.01.1999-cu ildə tərtib edilməsinə dair deyil, həmin tarixli sərəncama uyğun olduğu göstərilmişdir. F.Y.İbadovun izahatında göstərdikləri Səbail Rayon İH Başçısının Badamdar İcra Nümayəndəsinin müavini vəzifəsində işləyən X41 tərəfindən də eynilə təsdiq edilmişdir. Araşdırma zamanı izahatı alınmış Səbail Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin hüquqşünası vəzifəsində işləyən X44 göstərmişdir ki, 1996-cı ilin avqust ayından həmin vəzifədə işləyir, Xətai Rayon Məhkəməsi Tun iddiası əsas ında mülki işə baxarkən, cavabdehlərdən birinin, yəni Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi məhkəməyə dəvət edilmiş, məhkəmədə Səbail Rayon İcra Hakimiyyəti Başçısınını 21 yanvar 1999-cu il tarixli sərəncamına əlavə edilmiş 5 bucaqlı cizgi ona təqdim edilmiş və həmin cizginin bu sərəncama aid olub-olmaması barədə soruşulmuşdur. O, mülki işin materialları ilə tanış olarkən işə baxan hakim iki dəfə bu sərəncama aid olan cizgini Səbail Rayon İcra Hakimiyyətindən tələb edildiyini, sorğuların hər ikisinə cavab olaraq Səbail Rayon icra Hakimiyyətinin Ümumi şöbəsinin bu cizginin həmin sərəncama aid olduğunu təsdiq etməsini əsas götürərək, cizginin həqiqətən bu sərəncama aid olduğunu təsdiq etmişdir. İ.İ.Kərimov öz izahatında həmçinin göstərmişdir ki, 5 bucaqlı, ölçüləri-uzunluğu 25+23, eni 18+17+8 metr olan torpaq sahəsinə dair cizginin Səbail Rayon İcra Hakimiyyəti Başçısının 21 yanvar 1999-cu il tarixli 44 saylı sərəncamına aid olmasına dair, həmin cizginin əsli üzərində heç bir qeyd olmamışdır. Məhkəmədə işə baxılarkən bu cizginin həmin sərəncama aid olması digər sübütlarla da sübuta yetirilməmişdir. Trapesiya formalı cizgi sonradan məhkəmənin sonuncu iclasında hakim tərəfindən ona təqdim edilmiş, həmin vaxta qədər bu trapesiya formalı cizgini görmədiyindən, həmin cizgini deyil, ilkin cizginin həqiqi olduğunu və sərəncama aid edildiyini təsdiq etmişdir. Bundan sonra idarədə əlavə araşdırma aparmağa cəhd göstərmiş, ümumi şöbədə əlavə axtarış aparılmış, lakin bu işə aid başqa heç bir sənəd tapa bilməmişdir. X16 Səbail Rayon İcra Hakimiyyətində 10.08.2004-cü il tarixdə P-13 nömrəsilə qeydə alınmış ərizəsindən görünür ki, torpaq sahəsini 2002-ci ildə özəlləşdirdiyi vaxt real cizgisi tərtib edilərək ona təqdim edilmiş, bu ərizəsi ilə isə bu barədə arayış verilməsini xahiş edir. Səbail Rayon İcra Hakimiyyətindən daxil olmuş 19.01.2005-ci il tarixli 1743 saylı məktubdan görünür ki, Xnın adına Səbail Rayon İcra Hakimiyyətinin 44 nömrəli, 12.01.1999-cu il tarixli sərəncamı verilmişdir. Qeyd olunan bağ sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş şəhadətnaməyə tam uyğun gəlir və mülkiyyət sahibi İddiaçıdur (Şəhadətnamə kod 004000** JN ***3 H 04.10.2002-ci il tarixdir). Səbail Rayon İcra Hakimiyyəti Badamdar icra nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisində sahənin ölçüsü şablon blankda yazıldığına g örə 600,0 kv.m göstərilsə də, sahənin faktiki ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən faktiki olaraq ölçülür və şəhadətnaməyə qeyd edilir. Qəsəbə nümayəndəsi və Səbail Rayon İcra Hakimiyətinin təsdiqlədiyi cizgi, bağlar döngəsi 14 nömrəli ünvana uyğundur. 2-ci cizgi isə sahəyə uyğun deyildir. Belə ki, bu cizgi nə bağın ölçüləri, nə də ki, sahənin ünvanı baş plana uyğunluq təşkil etmir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, uzunluğu 25+23 metr, eni 18+17+8 metr olmaqla beşbucaqlı formalı torpaq sahəsinin materiala əlavə edilmiş yerləşmə cizgisinin Bakı şəhəri, Badamdarar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14 N-li ünvanda yerləşən torpaq sahəsinə hər hansı aidiyyatı yoxdur. Belə ki, materialda olan həmin cizginin icra edild iyi vərəqdə bu cizginin konkret olaraq Bakı şəhəri Badamadar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14 nömrəli ünvanda yerləşən torpaq sahəsinə aidiyyatı olmasına dair heç bir qeyd müəyyən edilmir. Məhkəmə mülki işin məhkəmə baxışı zamanı sübutları qiymətləndirərkən uzunluğu 25+23 metr, eni 18+17+8 metr olmaqla beşbucaqlı formalı torpaq sahəsinin materiala əlavə edilmiş yerləşmə cizgisinin hansı səbəbdən E nömrəli ünvanda yerləşən torpaq sahəsinə aid olduğunu qəbul etməsini xüsusi qərardadda göstərməmişdir. Qərardadda yalnız Səbail Rayon icra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikilməsi barədə 1999-cu il 12 yanvar tarixli 44 nömrəli sərəncamına əlavə edilmiş cizginin 2001-ci ilin iyul ayından sonra Səbail Rayon İcra Hak imiyyəti Başçısının Torpaq şöbəsinin müdiri V.Muxtarov, Rayon İcra Hakimiyyyətinin memarı E.Babayev və Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə üzrə nümayəndəsi H.Qasımzadə tərəfindən imzalandığını, X36 Səbail Rayon İcra Hakimiyyətinin memarı vəzifəsinə 2001-ci ilin iyul ayının 30-da, X14 isə Badamdar qəsəbə nümayəndəsi vəzifəsinə 2001-ci ilin iyun ayının 26-da təyin edildiklərini əsas gətirilməklə, Badamdar qəsəbəsindəki 0,04 ha torpaq sahəsinə rəsmi sənədə bilə-bilə yalan məlumat yazılmaqla Xnın adına şəhadətnamə verilməsi qənaətinə gəlinmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikilməsi barədə 1999-cu il 12 yanvar tarixli 44 nömrəli sərəncama əlavə edilmiş cizginin 2001-ci ilin iyun-iyul aylarından sonra vəzifəyə təyin edilmiş şəxslər tərəfindən imzalanması, həmin cizginin saxta olmasını təsdiq edə bilməz..." Səbail Rayon Məhkəməsinin MN-24/2007 saylı, 19.10.2007-ci il tarixli qərarı ilə, İddiaçı şikayət ərizəsi üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair Səbail Rayon Prokurorunun müavini, ədliyyə müşaviri X20 22 yanvar 2005-ci il tarixli qərarı qanuni hesab edilmiş, İddiaçı Səbail rayon Prokurorluğunun 22 yanvar 2005-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə dair şikayəti rədd edilmişdir. Eynilə də, İddiaçı tərəfindən məhkəmənin bu qərarından vermiş olduğu apellyasiya şikayəti üzrə, Bakı Apellyasiya Məhkəməsinin 03 dekabr 2007-ci il tarixli qərarı ilə, Bakı şəhəri Səbail Rayon Prokurorunun müavini X20 cinayət işinin başlanması rədd edilməsi barədə 22 yanv ar 2005-ci il tarixli qərardan verilmiş şikayətin təmin edilməməsi barədə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 19 oktyabr 2007-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Ərizəçi İddiaçı apellaysiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin bu qətnaməsindən verilmiş apellyasiya şikayəti, Apellyasiya Məhkəməsinin 12 yanvar 2005-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsindən isə verilmiş kassasiya şikayəti, Ali Məhkəmənin 6K-1203 saylı, 22 iyun 2005-ci il tarixli qərarı ilə təmin edilməmiş, Apellyasiya Məhkəməsinin 12 yanvar 2005-ci il tarixli qətnaməsi də dəyişdirilmədən saxlanılmışdır. Bu hadisələrdən sonra isə, bu uydurma məhkəmə mübahisəsinin "memarı" Əliyev X 22 Şamil Sadıq oğlunun müvəqqəti olaraq Xaçmaz rayonuna getməsindən istifadə edərək onun sahibliyində və istifadəsində olmuş həmin mübahisəli torpaq sahəsini zəbt etmiş (halhazıradək də həmin torpaq sahəsi qanunsuz olaraq onun istifadəsində və sahibliyindədir), həmin torpaq sahəsinin darvazasını sökmüş, daş materialı ilə hasarlayaraq özünün sahibliyindəki və istifadəsindəki torpaq sahəsinə qatmış, indi isə başqa bir cinayət hadisəsi törətməklə, məhkəmədə və digər orqanlarda bibisi oğlu kimi təqdim etdiyi X10 adına saxta bələdiyyə sənədi almış və İddiaçı tərəfindən mübahisəli ərazidə inşa etdiyi tikililəri sökməyə başlamışdır. Bundan sonra İddiaçı tərəfindən Səbail Rayon Məhkəməsinə müraciət edilərək, bələdiyyə tərəfindən verilmiş qərarın ləğv edilməsi və bu şəxsin həmin ərazidən çıxarılmas ı barədə iddia tələbi irəli sürülsə də, məhkəmənin 23 iyun 2006-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, bu qətnamədən verilmiş apellyasiya şikayəti də Apellyasiya Məhkəməsinin 02.11.2006-cı il tarixli qətnaməsi ilə təmin olunmadan birinci instansiyası məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eynilə, Ali Məhkəmənin 6K-544/07 saylı iş üzrə qəbul etdiyi 14 mart 2007-ci il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Apellyasiya Məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu iş üzrə də qəbul edilmiş Qətnamədən də açıqdan-açığa görünür ki, məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan, bələdiyyə tərəfindən verilmiş saxta qərarın məzmununa və Azərbaycan Respublikası MPM-nin 82.2 və 82.3-cü maddəl əri əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-42/04 saylı, 08 sentyabr 2004-cü il tarixli qətnaməsinə istinad edilməklə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh yeni uydurmasına əsasən isə, X25 göstərmişdir ki, 2003-cü ilin sonlarında dayısı oğlu Cavabdeh yaşadığı ünvanın qonşuluğunda dayısı X18 aid torpaq sahəsi olduğundan həmin müddətdə Yaqub dayısının yaşlı olduğu üçün ona qulluq etdiyini, bir müddət sonra dayısı öz adına olan və dayısı oğlu Təyyarın yaşadığı ünvana bitişik 0,04 ha torpaq sahəsinin baş etibarnamə ilə ona vəsiyyət etdiyini, bundan sonra isə Badamdar Bələdiyyəsindən, torpaq sahəsinin rüsumunu ödəyərək həmin torpaq sahəsini öz adına rəsmiləşdirdiyini bildirmişdir. Bir daha qeyd etməyi zəruri hesab edir ki, 2005-ci ildən etibarən həmin torpaq sahəsi fa ktiki olaraq Cavabdeh sahibliyində və istifadəsindədir və bütün yuxarıda göstərilənlər də məhz onun ssenariləri ilə uydurulmuş, qəbul edilən həmin məhkəmə aktları da məhz onun məhkəməyə təqdim etdiyi saxta sənədlər əsasında qəbul edilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti həmin mübahisəli torpaq sahəsinin yenidən İddiaçı istifadəsinə verilməsi barədə qərar qəbul edir və ona bu barədə 16 yanvar 2020-ci il tarixli 09 saylı məktubla rəsmi məlumat verir. Beləliklə, Səbail Rayon icra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı 16 yanvar 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında, Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq s ahəsi yeni ekspert komissiyası tərəfindən yenidən İddiaçı adına qeydiyyata alınmışdır. Badamdar Bələdiyyəsinin sədri tərəfindən Ş.İddiaçı adına göndərilmiş 18.08.2020-ci il tarixli, 08/98 saylı məktubun və məktuba əlavə edilmiş, Badamdar Bələdiyyəsinin 06 saylı, 03 iyun 2019-cu il tarixli iclasının gündəliyi və həmin iclasın protokolundan çıxarışından müəyyən olunur ki, Sabail rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasının 03 iyun 2019cu il tarixli qərarına əsasən, Bələdiyyənin 22.08.2005-ci il tarixli 097 saylı qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edildiyindən, Badamdar qəsəbəsi, köhnə Bağlar küçəsində yerləşən 400,0 kv.metr torpaq sahəsinin vətəndaş Pa satılması barədə Bələdiyyə sədri Bəybala Hüseynov tərəfindən, buna səlahiyyəti olmadan, Bələdiyyənin mülkiy yət hüququnu təsdiq edən sənədi, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və torpağın dəyərinin ödənilməsi haqqında təsdiqedici sənəd belə olmadan təkbaşına qərar qəbul etdiyindən Badamdar Bələdiyyəsinin 097 saylı 22.08.2005-ci il tarixli qərarı ləğv edilmişdir. Nəhayət, Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun 24 avqust 2020-ci il tarixli, 136 saylı məktubundan görünür ki, E-də yerləşən torpaq sahəsi Bələdiyyənin mülkiyyətinə verilməmişdir, həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Qeyd olunanlardan bir daha müəyyən olunur ki, yuxarıdakı məhkəmə qətnamə və qərarları saxta sənədlər əsasında qəbul edilmiş və bundan sonra da, mübahisəli torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmış, eyni zamanda, Badamdar Bələdiyyəsi nin 22.08.2005-ci il tarixli 097 saylı qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edildiyindən, ləğv edilmişdir. Beləliklə də, yuxarıda qeyd olunan, Səbail İcra Hakimiyyəti Başçısının müvafiq qərarıa uyğun olaraq, E nömrəli ünvandakı 0,04 ha həmin mübahisəli torpaq sahəsi ekspert komissiyası tərəfindən yenidən İddiaçı adına qeydiyyata alındığından, bu torpaq sahəsi üzərində onun faktiki olaraq istifadə hüquqları yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 noyabr 2020-ci il tarixli 2(009)-1545/2020 nömrəli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xətai Rayon Məhk əməsinin 05 iyul 2005-ci il tarixli 2-42/04 saylı qətnaməsinə əsasən iddiaçı X1 cavabdehlər X15, İddiaçı, Səbail Rayon İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Bakı şəhəri, 28-ci Dövlət Notariat Kontoruna qarşı qaldırdığı E nömrəli evdə yaşamış X33 və X21 arasında 1989-cu ilin mayın 17-də bağlanmış alqı-satqı müqaviləsinin təsdiq edilməsi, Səbail Rayon İcra Hakimiyyətinin "Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə" 21 yanvar 1999-cu il tarixli 44 saylı sərəncamının ləğv edilməsi, Bakı şəhər Torpaq şöbəsi tərəfindən 15 avqust 2002-ci il tarixində həmin sahəyə verilmiş JN- 3979H nömrəli şəhadətnamənin, Bakı şəhər 28-ci Dövlət Notariat Kontorunda 14.09.2002-ci ildə X23 və İddiaçı arasında bağl anmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı həmin bağ sahəsindən çıxarılması barədə iddiası qismən təmin edilərək Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə 1999-cu il 12 yanvar tarixli sərəncamı ləğv edilmiş, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq şöbəsinin X7 Edə yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən 2002-ci il 30 iyun tarixli, JN 3493 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Bakı şəhər 28 saylı Dövlət Notariat X30 X19 Puqaçova arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki E-də yerləşən 0,04 ha torpaq sahəsinə 2002-cil il sentyabrın 15-də rəsmiləşdirilmiş və 4ə2/237 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi ləğv edilmiş, İddiaçı adına Badamdar qəsəbəsi, bağlar ərazsindəki E-də yerləşən 0,04 ha torpaq sahəsinə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq Şöbəsinin 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamə ilə iddiaçının X34 və mərhum X13 ailə üzvü olan X4 arasında, Badamdar qəsəbəsindəki köhnə bağlar ərazisindəki (E-də) torpaq sahəsinə və bir otaq və bir mətbəxdən ibarət tikiliyə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi təmin edilməmiş, İddiaçı mübahisəli torpaq sahəsindən istifadə etmədiyindən və yaşamadığından iddianın onun həmin sahədən çıxarılmasına dair hissəsinə xitam verilmişdir. Səbail Rayon icra Hakimiyyəti başçısının 12 iyul 20 05-ci il tarixli 412 saylı Sərəncamı ilə Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2004-cü il tarixli 2-42/04 saylı qətnaməsini və onunla bağlı 05 iyul 2005-ci il tarixli icra vərəqəsini rəhbər tutaraq, vətəndaş X7 adına “Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi haqqında” Səbail Rayon İcra Hakimiyyəti başçısının 21 yanvar 1999-cu il tarixli 44 saylı Sərəncamı ləğv edilmişdir. Həmçinin qeyd edilən icra vərəqəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün təqdim edilən ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər torpaq şöbəsi tərəfindən 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər Daşınmaz Əmlakın Dövlət R eyestri Xidməti tərəfindən etibarsız hesab edilmişdir. Xətai Rayon Məhkəməsinin 08.09.2004-cü il tarixli qərardadı ilə məhkəmə baxışı zamanı Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi ilə və orada fərdi evin tikintisi barədə 1999-cu il 12 yanvar tarixli 44 №li sərəncamı ilə Xya torpaq sahəsi ayrılması, sərəncamda torpaq sahəsinin sənədləri müəyyən edilməməsi, sonradan bir-birinə zidd olan torpağın yerləşmə sahəsinin cizgisini əlavə edilməsini, bir sözlə, Xya Badamdar qəs. 0,04 ha torpaq sahəsinə rəsmi sənədə bilə-bilə yalan məlumat yazılmaqla onun adına şəhadətnaməsi verilməsi ilə əlaqədar qərardadın təsviri hissəsində göstərilən xüsusatlar Səbail Rayon Prokurorunun nəzərinə çatdırılmışdır. Hazırda iddiaçı Səbail Rayon Məhkəməsinin MN-24/20 07 saylı, 19.10.2007-ci il tarixli qərarı ilə qanuni hesab edilmiş Səbail Rayon Prokurorunun müavini X20 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 yanvar 2005-ci il tarixli qərarına və bu qərarın məhkəmə tərəfindən qanuni hesab edilməsinə dair qəbul edilmiş qərarına istinad edərək tələbinin əsaslandırılmasında ona istinad etmişdir ki, Cavabdeh tərəfindən Xətai Rayon Məhkəməsinə saxta və mənbəyi bəlli olmayan saxta cizginin təqdim edilməsi təşkil edilmiş və məhkəmə tələbin qismən təmin edilməsi nətəcəsinə gələrkən, məhz mənbəyi bəlli olmayan bu saxta sənədin mövcudluğuna əsaslanmışdır. Səbail Rayon Prokururluğu tərəfindən qəbul edilərkən aman aparılmış araşdırma zamanı isə müəyən edilmişdir ki, mənbəyi bəlli olmayan həmin sənədin, məhkəməyə hansı vasitələrlə və ya kimin vasit əsilə təqdim edilməsini müəyyən etmək mümkün olmamış, torpaq sahəsi isə X2i əsaslarla verilmişdir. Həmçinin, iddiaçı Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunmayan hissəsini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, nə iddiaçının, nə də ki, onun müqavilə bağladığı erməninin mübahisəli torpaq sahəsinə hüquqları mövcud olmamış, torpaq sahəsinin X7 adına rəsmiləşdirilməsi və sonradan alqı-satqı nəticəsində həmin torpaq sahəsinin onun adına özgəninkiləşdirilməsi və bu barədə hüquqverici sənədlərin alınması zamanı həmin şəxslərin heç bir hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. İddiaçı Ş.S.Şamilov eləcə də, Xətai Rayon Məhkəməsində işə baxılarkən iddiaçının tələbinin qismən təmin edilməsi zamanı qəbul edilmiş məhkəmə qətnaməsinin, buna hüququ olmayan şəxsin tələbi əsasında qəbul edilməsini qeyd etmişdir. Məhkəmə iddiaçının tələblərinin əsaslandırılması kimi istinad etdiyi bu hallar üzrə qeyd edir ki, Xətai Rayon Məhkəməsinin sözügedən qanuni qüvvəsini almış qətnaməsi ilə mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsində və sahibliyində olmadığı, eləcə də mübahisəli torpaq sahəsində hər hansı tikintinin aparmaması, o cümlədən onun həmin torpaq sahəsinə hüquqlarını təsdiq edən sənədlərin etibarsız sayılması müəyyən olunmuşdur. İşin materiallarından görünür ki, bundan sonra, İddiaçı Cavabdeh qarşı tikilinin qeyriqanuni sökülməsinin dayandırılması, cavabdeh tərəfindən sökülmüş tikililərin bərpa edilməsi, yaxud qanunsuz sökülmüş tikililərə görə ona vurulmuş maddi ziyanın ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, E-də yer ləşən tikililərin Cavabdeh tərəfindən sökülməsinin qarşısının təcili alınmasını xahiş etmiş, Səbail Rayon Məhkəməsinin 21281/2005 saylı 14 Sentyabr 2005-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Apellyasiya Məhkəməsinin 1 MK-373/2006 saylı, 16.02.2006-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən iş üzrə qəbul edilən məhkəmə aktları ilə də müəyyən edilmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquqa malik olmamış və bu səbəbdən də həmin sahədəki tikililərin sökülməsi ilə bağlı İddiaçı qanunla müdafiə edilən mənafelərinə zərər vurulmamışdır. İşin materiallarından həmçinin görünür ki, Apellyasiya Məhkəməsinin 1 MK-231/2005 saylı, 12.01.2005-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməs inin 08 sentyabr 2004cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-1203\2005 saylı, 22.06.2005-ci il tarixli Qərarı qəbul edildikdən sonra Səbail Rayon Badamdar Bələdiyyəsinin 22 avqust 2005-ci il tarixli 097 nömrəli “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X11 mülkiyyətinə verilməsi barədə” qərarı ilə Badamdar qəsəbəsi, Köhnə bağlar küçəsində olan 400 kv.m torpaq sahəsi, uzun müddət istifadəsində olduğuna görə X17 alqı-satqı yolu ilə satılmışdır. Bununla bağlı İddiaçı tərəfindən Səbail Rayon Məhkəməsinə müraciət edilərək, bələdiyyə tərəfindən Badamdar Bələdiyyəsinin 097 saylı 22.08.2005-ci il tarixli qərarı ilə X11 adına verilmiş qərarın ləğv edilməsi və bu şəxsin həmin ərazidən ç ıxarılması barədə iddia tələbi irəli sürülsə də, məhkəmənin 23 iyun 2006-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, bu qətnamədən verilmiş apellyasiya şikayəti də Apellyasiya Məhkəməsinin 02.11.2006-cı il tarixli qətnaməsi ilə təmin olunmamış, Ali Məhkəmənin 6K-544/07 saylı iş üzrə qəbul etdiyi 14 mart 2007-ci il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməyərək Apellyasiya Məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonuncu məhkəmə aktları qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 82.2 və 82.3-cü maddələri əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-42/04 saylı, 08 sentyabr 2004-cü il tarixli qətnaməsinə istinad edilmişdir. İşin araşdırılmış hallarından həmçinin görünür ki, iddiaçı Səbail Rayon Prokurorunun müavini X20 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 yanvar 2005-ci il tarixli qərarından əlavə, iddiasının əsaslı olmasının əsası kimi həm “Səbail Rayon Məhkəməsinin qeyd edilən qərarın qanuni olmasına dair Səbail Rayon Məhkəməsinə qərarın hüquqi qüvvəsi olması barəsində” müraciətinə cavab olaraq Səbail Rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 163 saylı cavab məktubuna, həm də onun müraciəti əsasında, Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq sahəsinin yeni ekspert komissiyası tərəfindən yenidən öz adına qeydiyyata alınmasına dair Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı 16 yanvar 2020-ci il tarixli məktubuna, həm də Badamdar Bələdiyyəsinin 097 saylı 22.08.2005-ci il tarixli qərarının ləğv edilməsinə dair Səbail Rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasın protokolundan 03.06.2019-cu il tarixli çıxarışa istinad etmişdir. Məhkəmə iddia tələblərinin əsası kimi istinad edilən hallara qiymət verməyə davam edərək hesab edir ki, irəli sürülən dəlillər hazırki iddianın əsaslı olması kimi qiymətləndirilə bilməz. Belə ki, Səbail Rayon Prokurorunun müavini X20 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 yanvar 2005-ci il tarixli qərarı Xətai Rayon Məhkəməsinin qəbul etdiyi qərardadında göstərilən hallarla bağlı aparılan araşdırma əsasında qəbul edilmiş, Ş.Şamilov həmin qərarı qanunsuz sayaraq ondan şikayət etmiş, məhkəmənin də MN-24/2007 saylı, 19.10.2007-ci il tarixli qərarı ilə həmin şikayət rədd edilmişdir. Məhkəmə daha sonra qeyd edir ki, Səbail Rayon Prokurorunun müavini, ədliyyə müşavi ri X20 22 yanvar 2005-ci il tarixli qərarı ilə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikilməsi barədə 1999-cu il 12 yanvar tarixli 44 nömrəli sərəncama əlavə edilmiş cizginin 2001-ci ilin iyun-iyul aylarından sonra vəzifəyə təyin edilmiş şəxslər tərəfindən imzalanması, həmin cizginin saxta olmasını təsdiq edə bilməməsi müəyyən edilsə də, keçən müddət ərzində qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları birmənalı olaraq müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsi üzərində olan bütün hüquqlarına xitam verilmiş və onun hüquqlarını müəyyən edən bütün sənədlər etibarsız hesab edilmişdir. Həmçinin işin materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-1203 \2005 saylı, 22.06.2005-ci il tarixli qərarından İddiaçı konstitusiya şikayəti versə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının «İddiaçı şikayətinə dair” 02.02.2006-cı il tarixli Qərardadı ilə - şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Daha sonra işin materiallarından görünür ki, İddiaçı tərəfindən yeni açılmış hal üzrə ərizə təqdim edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-554/2007 saylı,14.03.2007-ci il tarixli qərarını 2017-ci ildə mübahisələndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin» 13(102)-76/2017 saylı, 05.05.2017-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi rədd edilmişdir. Məhkəmə iddia tələbinin əsası kimi istinad edilən hallara qiymət verməkdə davam edərək həmçinin qeyd edir ki, Səbail Rayon Məhkəməsinin MN-24/2007 saylı, 19.10.2007-ci il tarixli qərarı ilə, İddiaçı şikayət ərizəsi üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair Səbail Rayon Prokurorunun müavini, ədliyyə müşaviri X20 22 yanvar 2005-ci il tarixli qərarının qanuni hesab edilməsi ilə bağlı İddiaçı tərəfindən həmin məhkəməyə bu qərarın dövlət qurumlarına hüquqi sənəd kimi təsdiq edilməsi barədə xahişi əsasında məhkəmənin məsləhətçisi tərəfindən bu qərarın dövlət və inzibati orqanlar tərəfindən yerinə yetirilməsinin məcburi olduğunu bildirməsinə dair məhkəmənin 12.07.2019-cu il tarixli 163 saylı cavab məktubunun məzmunundan aşkar görünür ki, iddiaçı ona bu məsələ ilə bağlı məsləhət verilməsini xahiş etmişdir. Bununla bağlı cavab məktubunda “məhkəmə qərarlarının bütün dövlət orqanları və ictimai təş kilatlar tərəfinən icrasının məcburi olması” göstərilməklə yanaşı, ona məhkəmə qərarının hüquqi sənəd kimi hansısa dövlət orqanına təqdim edilməsinə dair məsləhət almaq üçün hüquqi yardım və izahla məşğul olan təşkilatlara müraciət edilməsi xahiş olunmuşdur. İşin materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin MN-24/2007 saylı, 19.10.2007-ci il tarixli qərarında dövlət və inzibati orqanlar tərəfindən yerinə yetirilməsi məcburi olan hər hansı bir məsələyə deyil, yalnız İddiaçı şikayət ərizəsi üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair Səbail Rayon Prokurorunun müavini, ədliyyə müşaviri X20 22 yanvar 2005-ci il tarixli qərarının qanuniliyinə qiymət verilmişdir. Badamdar Bələdiyyəsinin 097 saylı 22.08.2005-ci il tarixli qərarının ləğv edilməsinə dair Səbail Rayon Badamdar Bələ diyyəsinin 06 saylı iclasın protokolundan 03.06.2019-cu il tarixli çıxarışına gəldikdə isə məhkəmə hesab edir ki, bu halın mövcudluğu hazırki iş üçün də mühüm əhəmiyyət kəsb edən hüquqi sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon Badamdar qəsəbə Nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış 24.08.2020-ci il tarixli məktubdan görünür ki, Edə yerləşən 0.04 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilməmiş və dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Bu sənədə də əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının müraciəti əsasında, Badamdar qəs. Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq sahəsi yeni ekspert komissiyası tərəfindən yenidən onun öz adına qeydiyyata alınmasına dair Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəs i üzrə nümayəndəsi N.Abbasovun 09 saylı 16 yanvar 2020-ci il tarixli məktubu da hüquqi əhəmiyyət kəsb edən və iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilmir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqları yeni ekspert komissiyası tərəfindən qeydiyyata alınması yolu ilə deyil, qanunvericinin tələbləri üzrə həyata keçirilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Səbail Rayon icra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı 16 yanvar 2020-ci il tarixli məktubunun mövcudluğu iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüquqları yaranması üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Göstəriləndən əlavə məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının subyektiv hüququnun olmamasına da qiymət verilməl idir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, qəbul edilən və qanuni qüvvəsini almış məhkəmə aktları mövcud olsa da, iddiaçı tərəfindən yenidən hazırki iddia ilə mübahisəli torpaq sahəsini mübahisə obyektinə çevirməsinə baxmayaraq, hazırda mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquqa malik olmadığından onun Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, E nömrəli ünvanda yerləşən torpaq sahəsindən çıxarılması barəsində iddia qaldırmağa da subyektiv hüququ olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X17 qarşı “torpaq sahəsindən çıxarılma və onun adına yenidən rəsmiləşdirmə” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 49.1, 49.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 218.1-ci maddələri, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv ed ilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) 2(103)-2070/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1545/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Hazırkı iş üzrə, idd ia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, X6 işə əlavə cavabdeh qismndə cəlb edilməsi iddiaçının nümayəndəsinin və vəkilinin razılığı və xahişi ilə olmuşdur (bax.i.v.123). Bu hal Mülki Prosessual Məcəllənin 51.3cü maddəsinin tələblərinə uyğun yerinə yetirilmişdir. Bunu apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili bir daha təsdiq etmişdir. Bu hal məhkəmənin öz təşəbbüsü ilə olsa belə yenə də qətnamənin ləğvi üçün əsas olan pozuntu sayılmır. Çünki, bu cür pozuntular şərtli pozuntular sayılır. Yəni, böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular olduğundan məhkəmənin gəldiyi yekun nəticəyə təs ir etmirsə qətnamənin ləğvi üçün də əsas ola bilmir. Birdəki, iddia ərizəsinə əlavəsində iddiaçı onsuzda Cavabdeh və digər şəxslərin mübahisəli torpaq sahəsindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər şəxslərin sırasında P da ola bilərdi. Yox əgər iddiaçı Pun digər şəxslərin sırasında olmasını istəmirdisə onda ən azından ərizəsində “digər şəxslər”ə Pun aid olmadığını ayrıca göstərə bilərdi, lakin göstərməmişdir. Göründüyü kimi, şikayətin bu dəlili açıq-aşkar əsassız olduğundan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. İkincisi, iddia edən iddia etdiyi halları sübut etməlidir. Çünki, istinad etdikləri halları sübut etmək yükü onun üzərinə düşür. Lakin hazırki işdə iddiaçı mübahisəli torpaq sahəsinin hər hansı bir hüquqla ona məxsus olmasına yaxud ona qanunla müəyyən edilmiş qay dada ayrılmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, istinad etdikləri halları məhkəmə tədqiqi zamanı sübut edə bilməmişdir. Bu barədə yalnız onun izahatları mövcuddur. Onun izahatı isə işdə olan digər mötəbər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, iddiaçının hazırki iddiasının faktiki əsasını Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı 16 yanvar 2020-ci il tarixli məktubu təşkil edir. Həmin məktubda İddiaçı müraciətinə cavab olaraq Bağlar döngəsindəki mübahisəli 0,04 ha torpaq sahəsinin yerli ekspert komissiyası tərəfindən İddiaçı adına qeydiyyata alındığı göstərilmişdir. Məhkəməyə müraciət etdikdən sonra isə iddiaçı tərəfindən təqdim edilən Bad amdar Bələdiyyəsinin sədri tərəfindən iddiaçının adına göndərilmiş 18.08.2020-ci il tarixli, 08/98 saylı məktubun və məktuba əlavə edilmiş, Badamdar Bələdiyyəsinin 06 saylı, 03 iyun 2019-cu il tarixli iclasının gündəliyi və həmin İclasın Protokolundan çıxarışında isə Sabail rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasının 03 iyun 2019-cu il tarixli qərarına əsasən, Bələdiyyənin 22.08.2005-ci il tarixli 097 saylı qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edildiyindən, Badamdar qəsəbəsi, köhnə Bağlar küçəsində yerləşən 400,0 kv.metr torpaq sahəsinin vətəndaş Pa satılması barədə Bələdiyyə sədri Bəybala Hüseynov tərəfindən, buna səlahiyyəti olmadan, Bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənədi, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və torpağın dəyərinin ödən ilməsi haqqında təsdiq edici sənəd belə olmadan təkbaşına qərar qəbul etdiyindən, Badamdar Bələdiyyəsinin 097 saylı 22.08.2005-ci il tarixli qərarı ləğv edilmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun 24 avqust 2020-ci il tarixli, 136 saylı məktubunda isə E-də yerləşən torpaq sahəsi Bələdiyyənin mülkiyyətinə verilmədiyini, həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu göstərilmişdir. Qeyd olunan sənədlərə əsasən də iddiaçı iddiasının əsaslı və təmin olunmalı olduğunu düşünür. Əvvəla, iddiaçı Mülki Məcəllənin 241.2-ci maddəsinə istinad etsə də, Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyi yaxud nümayəndəsi Səbail Rayon İcra Hakimiyyəti demək deyil, yaxud da onun adından mübahisəli to rpaq sahəsini də istifadəyə verməyə vəkil edilmiş, yaxud səlahiyyət verilmiş dövlət orqanı sayılmır. Əks halda Badamdar Nümayəndəliyinə yaxud onun yerli ekspert komissiyasına hansısa torpaq sahəsi, o cümlədən mübahisəli torpaq sahəsini istifadəyə vermək üçün qərar qəbul etmək səlahiyyəti verilsəydi, mütləq ki, bu barədə ya həmin məktubda qeyd edilərdi, yaxud ayrıca sənəd verə bilərdi. Göründüyü kimi, torpaq sahəsinin üzərində iddiaçının hansısa hüququnun yaranması üçün əsas hesab edilən yerli icra hakimiyyəti orqanının qanunla müəyyən edilmiş qaydada verilməli olan qərarı olmamışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsinin dövlət, bələdiyyə yaxud xüsusi mülkiyyətdə olmasını müəyyən etmək də Badamdar Nümayəndəsinin səlahiyyəti deyildir, istəsə belə bunu müəyyənləşdirə bilməzdi. Çünki, tor paq sahələrinin hansı şəxslərə aid olması, təyinatı, kateqoriyası və.s müəyyən edilməsini Əmlak Məsələləri Dövlət Xidməti və onun müvafiq qurumları həyata keçirir. İddiaçı həqiqətən hesab edirsə ki, qeyd olunan torpaq sahəsi qanunu əsaslarla ona ayrılmışdır, onda həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından sonra məhkəməyə müraciət edə bilərdi. Ancaq Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinin yaxud Badamdar Bələdiyyəsinin hansısa qanuni əsası olmayan məlumatlarına (məktubuna) əsasən iddia əsaslı hesab edilə bilməz. Çünki, bu cür məktub və məlumatları iddiaçıya mübahisəli torpaq sahəsinə görə iddia irəli sürməyə subyektiv (tələb etmək) hüququ yaratmır. Ən azından həmin qurumlar mübahisəli torpaq sahəsinin statusunu bilmir. Əks halda bu to rpaq sahəsi barədə ziddiyyətli məlumatlar (biri dövlət torpağı olduğunu bəyan, digəri isə mübahisəli torpaqla bağlı əvvəlki Bələdiyyənin qərarını ləğv edir) verməzdilər. Üçüncüsü, mübahisəli torpaq sahəsi ilə bağlı 2000-ci illərin əvvəllərindən başlayaraq ona yaxın məhkəmə aktları qəbul edilmişdir. Bu məhkəmə aktlarının tam əksəriyyəti iddiaçının iddiası və təmin edilmədiyi halda verdiyi şikayətləri əsasında qəbul edilmişdir. Bütün bu məhkəmə aktları ilə iddiaçının mübahisəli torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüquqlarının olmadığı və yaranmadığı müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq iddiaçı yenidən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Əlbəttə ki, iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Lakin məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, hüquq münasibətləri qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etmir. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Sadiq oğlunun prosessual hüquq varisi X40 (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsində olduğu kimi, apelyasiya instansiyası məhkəməsində də, işin qarşı tərəfin xeyrinə həll edilmə və iddia tələbinin rədd edilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən çoxlu sayda qanun pozuntularına yol verilmişdir. Belə ki, qətnamənin 3-cü səhifəsinin 5-ci abzasında aşağıdakı kimi bir qeyd aparılmışdır: "Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, apelyasiya şikayətini müdafiə edir və izahatı kimi qəbul edilməsini xahiş edir. Onların xahişi sənədə qiymət verilməsidir. Ən azından yerində baxış keçirilməli idi. Məhkəmə Pun əlavə cavabdeh kimi işə cəlb olunması barədə ona təklif etdi, o da etiraz etmədiyini bildirdi..." Hərçənd ki, birinci instansiya məhk əməsinin qətnaməsindən də veriləm apelyasiya şikayətində də göstərmişlər ki, bu şəxsin işdə cavabdeh kimi göstərilməsi məqsədli şəkildə həyata keçirilmişdir ki, P barəsində əvvəlki mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktlarından məharətlə istifadə edilə bilinsin. Məhz bu qeyddən sonra da, məhkəmə kollegiyası qətnamənin 3-cü səhifəsinin 7-ci abzasından başlayaraq 7-ci səhifəsinin 2-ci abzasınadək, məhz əvvəllər onun da iştirakçısı olduğu məhkəmə aktlarına istinad edərək, həmin mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqlarının tamamilə ititrilməsi, X6 hüquqlar əldə etməsi nəticəsinə gəlməklə yanaşı, 7-9-cu səhifələrində tərəflərindən təqdim edilən sübutların isə heç bir hüquqi əsası olmadığı nəticəsinə gəlmişdir. Bu cür qiymətləndirmə Azərbaycan Respublikasının mövcud qanunları əs asında deyil, məhz, mülki kollegiyanın tərkibindəki hakimlərin öz şəxsi istəkləri əsasında aparılmışdır... Belə ki, qətnamənin 5-ci səhifəsinin 7-ci abzasında aşağıdakı kimi: "İş materiallarından həmçinin görünür ki, apelyasiya Məhkəməsinin 1MK-231/2005 saylı, 12.01.2005-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 08.09.2004-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-1203/2005 saylı, 22.06.2005-ci il tarixli qərarı qəbul edildikdən sonra, Səbail Rayon Badamdar Bələdiyyəsinin 22 avqust 2005-ci il tarixli 097 nömrəli "Bələdiyyə ərazisində olan torpaq sahəsinin X6 mülkiyyətnə verilməsi barədə" qərarı ilə Badamdar qəsəbəsi Köhnə bağlar küçəsində olan 400 kv.m. torpaq sahəsi, uzun müddət istifadəsində olduğuna görə X12 alqı-satqı yolu ilə satılmışdır. Bununla bağlı, İddiaçı tərəfindən Səbail Rayon Məhkəməsinə müraciət edilərək, bələdiyyə tərəfindən Badamdar Bələdiyyəsinin 097 saylı, 22.08.2005-ci il tarixli qərarı ilə X10 adına verilmiş qərarın ləğv edilməsi və bu şəxsin həmin ərazidən çıxarılması barədə iddia tələbi irəli sürülsə də, məhkəmənin 23.06.2006-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamış, bu qətnamədən verilmiş apelyasiya şikayəti də apelyasiya məhkəməsinin 02.11.2006-cı il tarixli qətnaməsi ilə təmin olunmamış, Ali Məhkəmənin 6K-544/07 saylı iş üzrə qəbul etdiyi 14 mart 2007-ci il tarixli qərarı ilə verilmiş kasasiya şikayəti təmin edilməyərək apelyasiya instansiyası məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxl anılmışdır." qeydi aparılmaqla, həmin torpaq sahəsinin faktiki olaraq X12 məxsus olması nəticəsinə gəldiyi halda, 7-ci səhifəsinin 3-5-ci abzaslarında isə »göstərmişdir ki: "Badamdar Bələdiyyəsinin 097 saylı 22.08.2005-ci il tarixli qərarının ləğv edilməsinə dair Səbail Rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclas Protokolundan 03.06.2019-cu il tarixli çıxarışına gəldikdə isə məhkəmə hesab edir ki, bu halın mövcudluğu hazırki iş üçün mühüm əhəmiyyət kəsb edən hüquqi sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon Badamdar qəsəbə nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış 24.08.2020-ci il tarixli məktubdan görünür ki, E-də yerləşən 0,04 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilməmiş və dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Bu sənə də də əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının müraciəti əsasında Badamdar qəsəbəsi, Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq sahəsi yeni ekspert komissiyası tərəfindən yenidən onun öz adına qeydiyyata alınmasına dair Səbai Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı 16 yanvar 2020-ci il tarixli məktubu da hüquqi əhəmiyyət kəsb edən və iddianın əsasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir." Beləliklə, qəbul edilmiş qətnamənin ayrı-ayrı səhifələrindəki və bir-birini təkzib edən qeydləri ilə bir daha sübuta yetirilir ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının mövcud qanunlarına deyil, öz mülahizələrinə əsaslanmaqla bu cür qanunsuz və əsassız qətnamə qəbul etmiş və əvvəlcədən də, işin hallarının araşdırılmasında belə maraqlı olmamışdır. Göstərilənlərdən əlavə, məhkəmə həmçinin belə nəticəyə gəlmişdir ki, iddiaçının bu cür tələblə çıxış etmək səlahiyyəti belə olmamışdır. Hərçənd ki, bu mübahisənin yarandığı gündən belə, məhz hüquqi olmayan şəxsin iddia tələbi əsasında, İddiaçı mövcud hüquqlarına xitam verilməsi yolu ilə bu mübahisənin yaranmasına nail olduqdan sonra, saxta sənədlər əldə etmək yolu ilə müəyyən vaxtadək torpaq üzərində istifadə və sahiblik hüquqları yaransa da, bu işdə olan sənədlərlə müəyyən olunur ki, həmin torpaq sahəsi, əvvəldən bu günədək Cavabdeh qanunsuz sahibliyində və istifadəsindədir. Bu torpaq sahəsi faktiki olaraq onun tərəfindən zəbt edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkə mə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı Sadiq oğlunun prosessual hüquq varisi X29 vəkili Vəkil1, cavabdehlər Cavabdeh və X26 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı Sadiq oğlunun prosessual hüquq varisi X40 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini göstərib məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin iştirakının üzrlü səbəbdən baş verməsini əsaslandırmamış və ya bu halı təsdiq edə biləcək hər hansı sənədi (sübutu) məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştira kı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instans iyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırı lmağa çalışılmışdır. Belə ki, iddiaçının hüquqi varisi kasasiya şikayətində apelyasiya kollegiyasının qəbul etdiyi qətnamədə ziddiyyətlərə yol verməsini göstərmiş, lakin kasasiya yoxlaması nəticəsində göstərilən xüsusat öz təsdiqini tapmamışdır. Digər tərəfdən kassator kasasiya şikayətində onun subyektiv hüququnun olmasını, bu hala düzgün qiymət verilmədiyini dəlil olaraq göstərmişdir ki, bu xüsusda da kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də hazırki iddia tələbi ilə qeyd edilən cavabdehlər qarşı məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır. Belə ki, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı xeyli məhkəmə aktları qəbul edilmişdir. Bu məhkəmə aktlarının tam əksəriyyəti iddiaçının iddiası və təmin edilmədiyi halda verdiyi şika yətləri əsasında qəbul edilmişdir. Bütün bu məhkəmə aktları ilə iddiaçının mübahisəli torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüquqlarının olmadığı və yaranmadığı müəyyən edilmişdir və iddiasında istinad etdiyi məktublar bu hüququ yaratmır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsinə də istinad edə bilməmişdir. Ümumi kasasiya yoxlaması nəticəsində isə hər hansı hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya inst ansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Sadiq oğlunun prosessual hüquq varisi X40 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2070/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.