Məhkəmə qərarları › İş №2(102)-5522/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5522/2022

21.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5522/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa 21.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(103)3891/2022 saylı qətnaməsindən Cavabdeh QSC verdiyi kassasiya şikayəti üzrə işə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, Cavabdeh QSC üzrə v erilmiş işəgötürənin 24 yanvar 2018-ci il tarixli, 046/Q saylı əmrinə əsasən İddiaçı “nəzarətçi” vəzifəsinə işə qəbul edilib. İşəgötürənin 30 iyun 2020-ci il tarixli əmrinə əsasən İddiaçı Cavabdeh QSC-yə “auditor” vəzifəsinə keçirilib. Cavabdeh QSC üzrə verilmiş işəgötürənin 04 oktyabr 2021-ci il tarixli, 702/A saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh QSC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 04 oktyabr 2021-ci il tarixli, 702/A saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi v ə məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, işəgötürənin 24 yanvar 2018-ci il tarixli, 046/Q saylı əmrinə əsasən o, cavabdehə “nəzarətçi” vəzifəsinə işə qəbul edilib. İşəgötürənin 04 oktyabr 2021-ci il tarixli, 702/A saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Həmin əmrin məzmunundan görünür ki, o, iş rejimi qaydalarını pozub və həftələrarası istirahət günlərində- cümə axşamı və bazar günləri istifadə etməli olduğu halda, rəhbərliyin razılığını almadan özbaşına olaraq həftələrarası istirahət günlərini dəyişib. Həmçinin, o, 23 avqust 2021-ci il tarixdə Mingəçevir Şəhər Xəstəxanasında “ikitərəfli hidrosele” dia qnozu ilə əməliyyat olunub və xəstəxana tərəfindən onun adına 23 avqust 2021-ci il tarixli “əmək qabiliyyətinin olmaması” sənədi verilib. İşəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada 23 avqust 2021-ci ildən 03 sentyabr 2021-ci il tarixədək 10 gün “əmək qabiliyyətinin olmaması” sənədi əsasında əmr rəsmiləşdirilməyib. O, qanunvericiliyə görə 13 sentyabr 2021-ci il tarixdən işə başlamalı idi. Lakin, işəgötürən qanunsuz olaraq onun 03 sentyabr 2021-ci il tarixinə sistemdə olan istifadə etdiyi 11 məzuniyyət günü hesabına ondan rəsmi icazə almadan 30 avqust 2021-ci il, 01 sentyabr 2021-ci il və 02 sentyabr 2021-ci il tarixli günlər üçün şifahi olaraq əmr verildiyini bildiriblər. Həmin rəsmiləşdirilmiş əmrlə o, tanış olmayıb. Əmrin məzmununda isə istifadə edilməmiş 6 günlük əmək məzuniyyətinə görə kompensasiya ödənişi haqqında göstəriş verilib. Beləliklə, məzuniyyət və sosial müdafiə məsələləri ilə bağlı qanunla qorunan hüquqları pozulub və mənafeyinə ziyan vurulub. Əmrin məzmununda göstərilir ki, əmək fəaliyyəti zamanı onun tərəfindən kobud hüquq pozuntusuna yol verilib və bunun nəticəsində cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirilib. Halbuki, işəgötürən əmrin məzmununda qanuni mənafeyə ciddi xələl gətirməyə dair baş vermiş hadisənin yeri, tarixi və dəymiş ziyanın məbləği göstərilməyib və əmrin məzmununa yalan məlumatlar daxil edilib. Belə ki, işəgötürən əmrin məzmununda göstərib ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yolverilməsini nəzərə alaraq, həmin Məcəllənin 70-ci maddə sinin “ç” bəndini rəhbər tutaraq onunla bağlanmış 24 yanvar 2018-ci il tarixli əmək müqaviləsi ləğv edilib. Lakin, işəgötürənin rəsmiləşdirilmiş əmrinin məzmununda göstərilən məlumatlarla elektron qeydiyyat portalında göstərilən məlumatlar arasında çox ciddi uyğunsuzluqlar vardır. Beləliklə, işəgötürən yaranmış mübahisəni Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə hüquq bərabərliyi və qanunun alilik prinsipləri əsasında həll etməyib. Ailəlidir, himayəsində 1 azyaşlı övladı və ali təhsilli işsiz həyat yoldaşı vardır. Cavabdeh isə iddia tələbi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı müəssisədaxili iş rejimi qaydalarını pozaraq həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günlərində istifadə etmə li olduğu halda, işəgötürənin razılığını almadan özbaşına olaraq həftələrarası istirahət günlərindən şənbə və bazar günləri istifadə etməklə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirməklə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud pozuntusuna yol verib. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (N.T.Tağıyeva) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı müəssisədaxili iş rejimi qaydalarını pozaraq həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günlərində istifadə etməli olduğu halda, işəgötürənin raz ılığını almadan özbaşına olaraq həftələrarası istirahət günlərindən şənbə və bazar günləri istifadə etməklə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirməklə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud pozuntusuna yol verib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 68, 70, 71, 76, 83, 84, 296, 300, 371, 377-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onu nla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi iddiaçının əmək huquqlarının kobud surətdə pozulması ilə nəticələnən qətnamə qəbul etməklə, iddiaçını ağır maddi duruma salıb və maddi hüquq normalarını kobud surətdə pozub. Cavabdehin rəhbərliyi ilk olaraq bağladığı müqavilədə ağ saxladıqları qrafalara özlərinə sərf etdiyi formada iddiaçının razılığı olmadan əlavələr edib və müqaviləni saxtalaşdırıb. Həmin saxtalaşdırılmış müqavilə isə məhkəmə prosesi zamanı düzgün kimi təqdim edilib və iddiaçının verdiyi vəsatətləri nəzərə almayaraq müqavilənin əsli məhkəməyə təqdim olunmayıb. Birinci instansiya məhkəməsi bu hallara qiymət vermədən əsassız olaraq iddiaçının huquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edib. İddiaçının təqdim etdiyi sübutlara məhkəmə nədənsə ikinci dərəcəli sübut ki mi baxıb, lakin cavabdehin təqdim etdiyi və heç bir reallığa əsaslanmayan sübutları əsassız olaraq mötəbər sübut kimi qiymətləndirib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, A.N.İmanov və Q.A.Əsgərov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia təmin edilib, işəgötürənin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 04 oktyabr 2021-ci il tarixli, 702/A saylı əmri ləğv edilərək, iddiaçının əvvəlki işinə bərpa edilməsi və ona məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla ə saslandırıb ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayıb və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməyib və bununla da yanlış nəticəyə gəlib. Belə ki, iddiaçının işdən azad edilməsi barədə əmrin verilməsinə əsas olan halların qanunvericiliyə müvafiq uzlaşması uyğunluq təşkil etmir. İddiaçının müəssisədaxili iş rejimi qaydalarını pozaraq həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günlərindən istifadə etməli olduğu halda, rəhbərliyin razılığını almadan özbaşına olaraq həftələrarası istirahət günlərindən şənbə və bazar günləri istifadə etməsinə görə əmək fəaliyyətini kobud şəkildə pozması və nəticəsində cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirməsi mülki iş materialları ilə müəyyən edilmir. İddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrini kobud şəkildə pozması hər hansı sübutla təsdiq olunmur. Bu baxımdan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verilməsi üçün əsaslar olmayıb. Ona görə də iddianı rədd etməklə birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72-ci maddəsinin “e” bəndinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb, işdəki sübutlara düzgün hüquqi qiymət verməyib, maddi və prosessual hüquq normalarını pozulması ilə nəticələnən qətnamə qəbul edib. Belə ki, cavabdehdə “auditor” vəzifəsində işləyən iddiaçı müəssisədaxili iş rejimi qaydalarını pozaraq həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günləri istifadə etməli olduğu halda, rəhbərliyin razılığını almadan özbaşına olaraq həftə lərarası istirahət günlərindən şənbə və bazar günləri istifadə etməklə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirməklə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla, əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yol verib. Məhkəmə iclasında vediyi izahatında iddiaçı müqavilədə olan dəyişikliklərə imza etdiyini xatırlamadığını, özbaşına bir hərəkət etmədiyini, icazə alaraq istirahət günlərini dəyişdiyini bildirib. Əslində isə, iddiaçı 08 sentyabr 2021-ci il və 13 sentyabr 2021-ci il tarixlərdə verdiyi və mülki işin materiallarına əlavə edilmiş izahatlarında cavabdehdə işlədiyi müddətdə öz razılığı ilə ona həftələrarası istirahət günlərinin cümə axşamı, bazar günləri müəyyən edildiyi ha lda, 04 sentyabr 2021-ci il və 11 sentyabr 2021-ci tarixlərdə işdə olmalı olduğu halda, cavabdehdə taksi xidmətinin ləğv edilməsinə əsaslanaraq rəhbərliyin razılığını almadan özbaşına olaraq iki dəfə cümə axşamı həftələrarası istirahət günlərini şənbə günü həftələrarası istirahət günlərinə keçirərək istirahət etdiyini göstərib. İddiaçının 04 sentyabr 2021-ci il və 11 sentyabr 2021-ci il tarixlərdə işə çıxmaması ilə əlaqədar və onun yerinə yetirdiyi əmək funksiyasının icrasının təmin edilməsi cavabdehin fəaliyyəti üçün mühüm əhəmiyyətli olması səbəbindən, iddiaçı qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə, iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulub. İşəgötürən, iddiaçının yerinə yetirdiyi əmək funksiyasının icrasının fasiləsizli yini təmin etmək məqsədi ilə həmin tarixlərdə kameramen vəzifəsində işləyən X onun əmək funksiyasının icrasına cəlb etmək məcburiyyətində qalıb və bununla da işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyib. Bundan əlavə, iddiaçının cavabdehdə taksi xidmətinin ləğvi ilə əlaqədar olaraq öz razılığı ilə onun üçün müəyyən edilmiş həftələrarası istirahət günlərini özbaşına dəyişdirməsi və bunu nümayişkaryanə etməsi 1.200 nəfərdən çox işçisi olan kollektivdə müəssisədaxili intizam qaydalarının pozulmasına, digər işçilərin onun bu özbaşına hərəkətlərindən nümunə götürərək hüquqlarından sui-istifadə etmələrinə şərait yaratmaqla, əmək intizamının möhkəmləndirilməsi işinə əngəl törətməklə, işəgötürənin nüfuzuna zərər vurmaqla qanuni mənafeyinə ciddi xələl gətirib. Kassasiya şika yətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə, tərəflərin birinin təşəbbüsü- əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər ha nsı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin e) bəndinə əsasən, işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normal arına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxı şının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin möv qeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tə rəfindən müəyyən edilmiş hallarına görə, işəgötürənin 24 yanvar 2018-ci il tarixli, 046/Q saylı əmrinə əsasən iddiaçı cavabdehə “nəzarətçi” vəzifəsinə işə qəbul edilib. İşəgötürənin 30 iyun 2020-ci il tarixli əmrinə əsasən iddiaçı cavabdehdə “auditor” vəzifəsinə keçirilib. İşəgötürənin 04 oktyabr 2021-ci il tarixli, 702/A saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmayıb və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir, habelə təqdim edilmi ş təkzibedilməz sübutlara lazımi qiymət verilməyib və bununla da yanlış nəticəyə gəlib. Belə ki, iddiaçının işdən azad edilməsi barədə əmrin verilməsinə əsas olan halların qanunvericiliyə müvafiq uzlaşması uyğunluq təşkil etmir. İddiaçının müəssisədaxili iş rejimi qaydalarını pozaraq həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günlərindən istifadə etməli olduğu halda, işəgötürənin razılığı olmadan özbaşına olaraq həftələrarası istirahət günlərindən şənbə və bazar günləri istifadə etməsinə görə əmək fəaliyyətini kobud şəkildə pozması və nəticəsində cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirməsi mülki iş materialları ilə müəyyən edilmir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xita m verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə, tərəflərin birinin təşəbbüsü- əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal a həngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin e) bəndinə əsasən, işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrini kobud şəkildə pozması hər hansı sübutla təsdiq olunmur və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verilməsi üçün əsaslar olmayıb. Ona görə də iddianı rədd etməklə birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tə ləblərini pozduğunu, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət vermədiyini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüq uqunun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh QSC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(103)-3891/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar