Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5523/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və vəkili Hüseynova Zoya Kərəm qızının iştirakı ilə, İddiaçı Cavabdeh (YYY – maraqlı şəxs) qarşı “torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli 2(105)-87/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və Sumqayıt Bələdiyyəsinə qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhər, Samur-Abşeron kanalının şimalı, X3 7-ci məhəlləsində sahəsi 600 m2 olan 305/3 saylı torpaq sahəsindən çıxarılması və onun həmin torpaq sahəsi üzərində özbaşına tikilisinin onun öz hesabına sökülməsi barədə qətnamə, Cavabdeh əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin əlamətlərinin olduğunu nəzərə alaraq barəsində xüsusi qərardad qəbul edib işin müvafiq hüquq mühafizə orqanlarına göndərilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə YYYnə müraciəti əsasında Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, X3 7-ci məhəlləsində fərdi ev tikintisi üçün sahəsi 600 kv.metr olan 305/3 saylı torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə YYY tərəfindən 14 noyabr 2014-cü il tarixli 13 saylı protokolla qərar qəbul edilmişdir. Qərar qəbul edilməzdən əvvəl “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun müvafiq maddələrinin tələblərinə uyğun olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən torpağın sənədləşdirilməsinə dair müvafıq rəylər verilmiş və torpaq sahəsinin mülkiyyətə alqı-satq ı qaydasında sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Yuxarıda qeyd edilən qanunlarla nəzərdə tutulmuş prosedur qaydalarına riayət etməklə, sonrakı mərhələdə qeyd edilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınaraq müvafiq çıxarış alınmışdır. Bundan sonra “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 23-cü bəndinə əsasən Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, X3 7-ci məhəlləsində fərdi ev tikintisi üçün sahəsi 600 kv. metr olan 305/3 saylı torpaq sahəsinin onun mülkiyyətinə ayrılmasına dair YYYnin 26 yanvar 2015-ci il tarixli 2 saylı protoko lu ilə qərar qəbul edilmişdir. Həmin qərara əsasən torpaq sahəsinin dəyəri 1.212 AZN məbləğində pul onun tərəfındən ödənilərək notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmışdır. Sonrakı mərhələdə mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində öz hüququnu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyatdan keçirərək ******* RX seriyalı hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. (Qeydiyyat № **********5 07.04.2015) Bir müddət əvvəl onun mülkiyyətində olan torpaq sahəsində başqa şəxs tərəfindən tikinti işlərinin aparıldığı məlum olmuşdur. Mülkiyyətində olan torpaq sahəsini zəbt edərək orda özbaşına tikinti işlərini aparan şəxsin Gəncə şəhər sakini Cavabdeh olduğunu müəyyən etmişdir. Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, X3 7-ci məhəlləsində sahəsi 600 kv. m. olan 305/3 saylı torpaq sahəsini zəbt edərək orada özbaşına tikinti aparan Cavabdeh bu torpağın ona 24.01.2015-ci il tarixli etibarnamə ilə Abşeron rayonu, Novxanı kənd sakini 111 tərəfindən satıldığını bildirmişdir. Notarial qaydada təsdiq olunmuş etibarnamədə YYYnin 28 mart 2006-cı il tarixli 11 saylı protokolu ilə vətəndaş 111na Ceyranbatan massivində fərdi ev tikintisi üçün ayrılmış sahəsi 600 kv. metr 690 saylı həyətyanı torpaq sahəsi üzərində hüquqların Cavabdeh 50 il müddətinə verildiyi göstərilir. Hazırki mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt şəhər məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Nəriman Abıyev) iddianın təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Sumqayıt şəhəri, SamurAbşeron kanalının şimalı, X3 7-ci məhəllə ünvanında yerləşən sahəsi 600 m2 olan 305/3 (yeni ünvanı: Sumqayıt şəhər, Samur-Abşeron kanalının şimalı, X3 7-ci məhəllə 305A) saylı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin Cavabdeh öz hesabına sökülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin (hakimlər Səyyad Qafari - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Fuad Məmmədov) 2(105)-87/2019 saylı 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh və 111nun apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt şəhər Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 111na verilmiş bələdiyyə qərarı ləğv edilmişdir, yəni faktiki olaraq o, 11 1 və onunla danışıq aparan şəxslər tərəfindən aldanmışdır. İddiaçı tərəfə də dəfələrlə bu işi sülh yolu ilə həll etməyi təklif etsə də, heç bir mənası olmamışdır. Bu işin əsl günahkarı YYYdir. Məhkəmə YYYni işə cəlb etməmiş bu işin ədalətli həlli üçün, həmçinin onun pozulmuş hüquqlarının bərpası üçün heç bir iş görməmişdir. İş üzrə YYY məhkəmə prosesinə cəlb edilməli, həmçinin torpaq sahəsinin eyni torpaq sahəsi olması aydınlaşdırılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsi onun maddi və prosessual hüquqlarını pozmuşdur. O, evi qanunsuz inşa etməmiş, əlində qərar olduğu üçün bunu qanuni və əsaslı hesab etmiş, iddiaçının torpaq sahəsini bilərəkdən zəbt etməmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 və vəkili Hüseynova Zoya Kərəm qızı kassasiya şikayətin ə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlməyərək bu barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallar aşağıdakılardan ibarətdir: YYY (satıcı) LLL İdarəsi tərəfindən 19.01.2015-ci il tarixdə Sumqayıt bələdiyyəsinə verilmiş **********58 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni Yaşayış massivi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini dəyəri 1.212 manat olmaqla İddiaçı (alıcı) satmışdır. Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni Yaşayış massivi, 7-ci məhəllə 305A ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 07.04.2015-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 110 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin eskiz layihəsinə əsaslanaraq, vətəndaş 1 11na “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün sahəsi 600 kv.m olan 690 saylı həyətyanı torpaq sahəsi ayrılması; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən torpağın alqısatqısına dair aktın tərtib edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində qeydiyyata alınması qərara alınmışdır. 111 YYYnin 28 mart 2006-cı il tarixli, 11 saylı protokoluna əsasən onun adına “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün sahəsi 600 kv. m olan 690 saylı həyətyanı torpaq sahəsi üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsində qeydiyyata salmağı, torpaq sahəsi və orda tikilmiş tikinti üzərində sərəncam verməyi, özəlləşdirməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, istifadə etməyi, tikinti işləri aparmağı, pulu almağı, buna dair müqavilə imzalamağı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsindən Çıxarışı və 01 saylı arayışı almağı, sənədləri aldığına dair imza etməyi, bu işlə bağlı dövlət notariat kontorunda bütün növ əqdləri bağlamağı, imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı digər hərəkətləri etməyi 24.01.2015-ci il tarixdə 50 il müddətinə yəni, 24.01.2065-ci il tarixədək Cavabdeh etibar etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilə rək, üzərində ev inşa edilmişdir. İddiaçı ona məxsus torpaq sahəsindən cavabdehin çıxarılması və inşa edilmiş tikilinin (evin) sökülməsini tələb edir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı məxsus 600 kv. metr 305/3 saylı torpaq sahəsinin Cavabdeh tərəfindən qanuni əsaslar olmadan istifadə edilməsi, həmin torpaq sahəsində onun tərəfində özbaşına tikili inşa edildiyi müəyyən edildiyindən və bununla da, iddiaçının mülkiyyət hüquqlarının pozulması işdə olan sənədlərlə təsdiq edildiyindən, Cavabdeh zəbt edilmiş həmin sahədə inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi və həmin torpaq sahəsindən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaş ır və qeyd edir ki,torpaq sahəsinin qaytarılması tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, həmin torpaq sahəsinin cavabdehin faktiki sahibliyində olması və bu sahibliyin hüquqi əsası olmaması, aparılan tikilinin özbaşına tikili olması iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə m üəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həm in hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2 və 3-cü bəndləri). İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəs iz istifadə hüququna malikdir. Kənar şəxsə məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasına hər hansı formada töhfə edilməsi faktı, özü-özlüyündə heç bir halda həmin torpaq sahəsinin və üzərində yerləşdiyi tikilinin mülkiyyətçisi olmasına qanuni gözləntiyə əsas hesab edilə bilməz. (“İbrahimi Türkiyəyə qarşı”, §50, 22 sentyabr 2009-cu il tarixli AİHM qərarı). Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edi r ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçının torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ mövcuddur. Cavabdehin qanunsuz istifadəsində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi olduğu işin mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən iş üçün mühüm əhəmiyyəti olan hall arı tədqiq edərək, yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsinin tələbin əsaslı olması barədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və maddi və prosessual hüquq normalarına uyğundur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli 2(105)-87/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5523/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5523/2019
28.08.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver