Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5525/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddianın qismən təmin olunması, maddi zərərin əv əzi olaraq 17.659 (on yeddi min altı yüz əlli doqquz) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanda yerləşənfərdi evdən və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən S.Qafari, hakimlər L.Məmmədova və F.Məmmədov, İş № 2(105)-1311/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilərək Sumqayıt şəhər məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi qismən dəymiş maddi ziyanın və Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi evi, həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, dəymiş maddi ziyanın və Cavabdeh ünvan 1 ünvanda yerləşənfərdi evi, həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən çıxarılması hissəsində iddia tələbi rədd edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu 17.659 manat maddi zərərin, 50.000 manat mənəvi zərərin, 30 manat dövlət rüsumunun, cəmi 67.689 manatın tutularaq ona ödənilməsi və Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi evdən və evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə a ktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Sumqayıt Apellyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gönd ərilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, cavabdeh X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 16 aprel 2019-cu il tarixli qətnaməsi maddi ziyanın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Məhkəmə kollegiyası məruzəçini dinləyib iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara gör ə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1311/2019 nömrəli, 16 aprel 2019-cu il tarixli qətnaməsi qismən, maddi ziyanın rədd edilməsi hissəsində ləğv edilməklə həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçının mülkiyyət hüququ əldə etdiyi çıxarışın verilməsinə əsas olmuş məhkəmə aktı ləğv edilərək baxılmamış saxlanıldığından, sonuncunun həmin hüquqverici sənədə istinadən Cavabdeh Sumqayıt şəhəri, Köhnə Corat qə səbəsi 295A ünvanda yerləşən 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbi təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticəyə əsasən sübut etmə yükü daşıyan İddiaçı cavabeh tərəfindən ona maddi zərər vurulduğunu iddia etsədə bunu təsdiq edən tutarlı sübutlar məkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin maddi ziyanla bağlı nəticələri işin həqiqi hallarına uyğun olmamaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1432/2018 nö mrəli iş üzrə qəbul etdiyi 28 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh Sumqayıt şəhər İcra hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ünvan 2 ünvanına istifadə hüququnun tanınması qət edilmişdir Sumqayıt şəhər məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən isə ərizəçi İddiaçı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam faktının müəyyən edilməsi haqqında” ərizəsi təmin edilərək, ünvan 1 ünvanda yerləşən 0,02 ha torpaq sahəsinə və bu torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sə rəncam vermək hüququ ilə həmin torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin ərizəçi İddiaçı xüsusi mülkiyyətində olması faktının müəyyən edilməsi və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə həvalə olunması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 18.07.2018-ci il tarixdə tərtib edilmiş **********97-10301 reyestr nömrəli ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Texniki Pasport”dan görünür ki, həmin fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. Həmçinin işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 20.07.2018ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt şəhər məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ərizəçi İddiaçı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam faktının müəyyən edilməsi barədə ərizəsinin baxılmamış saxlanılması, ərizəçi İddiaçı iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbəsi inzibati ərazi dairə üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş, X3, X4 və X2 tərəfindən tərtib edilmiş 28 fevral 2017-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı Sumqayıt şəhər Yat-1, Dostluq küçəsi, məhəllə 18, ev 34-də qeydiyyatda olsa da, 4 nəfər ailə üzvü ilə birgə 2007-ci ildən dekabr 2016-cı il tarixə kimi Corat qəsəbəsi, ev 295-də qeydiyyatsız yaşamışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 20 iyul 2018-ci il tarixli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/12070 №-li arayışına əsasən, torpaq sahəsi 0,02 ha, ümumi sahəsi 164,8 kv.m, yaşayış sahəsi 65,6 kv.m, köməkçi sahəsi 99,2 kv.m olan ünvan 4 saylı obyektin 17 iyul 2018-ci il tarixinə olan bazar dəyəri 67.000 (altmış yeddi min) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2018-ci il tarixli, 25819 №-li ekspert rəyinin surətindən görünür ki, tədqiq olunan ünvan 4 ünvanında yerləşən tikililərə dəymiş ziyanın aradan qaldırılması üçün (sərf olunan materialların fəhlə və ustanın əmək haqqı nəzərə alınmaqla) sərf olunan vəsaitin 17.659,0 manat olduğu müəyyən edilmişdir Həmçinin iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4ün cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 yanvar 2018-ci il tarixli qərarı ilə vətəndaş İddiaçı şikayəti əsasında toplanmış HK/1-1433 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərarla işin müəyyən olunmuş hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi İddiaçı tərəfindən tərəflər arasında olan şifahi razılaşma və sövdələşmə nəticəsində göstərilən şərtlər arasında alınaraq orada iki mərtəbəli ev inşa edilmiş, həmin evin İddiaçı tərəfindən inşa edilməsini iş üzrə şahid qismində izahat alınmış qonşular bütünlüklə bunları təsdiq edərək həmin evin sonuncu evə məxsus olduğunu göstərmiş, sonradan isə həmin evin Cavabdeh tərəfindən müəyyən hissələrindən söküntü işlərinin aparılması ilə bağlı olaraq mülkə dəyən ziyanın məbləği iş ü zrə təyin edilmiş MEM-nin vermiş olduğu rəylə 17.659 manat məbləğində olmuşdur. Həmin qərarla vətandaş İddiaçı ona dəymiş olan 17.659 manat məbləğində maddi ziyanla bağlı mülki mühakimə icrahatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə həmçinin müəyyən etdiyi kimi, İddiaçı İskəndər oğlu 2006-cı ildə Cavabdeh ünvan 1 ünvanda yerləşən 0,02 ha torpaq sahəsini aldığını, həmin torpaq sahəsində ikimərtəbəli fərdi yaşayış evi inşa edərək, ailə üzvləri ilə birlikdə həmin üvana köçdüyünü, lakin 2016-cı ilin əvvəllərində X6 və ailə üzvləri onun yaşadığı evə girərək ev əşyalarını həyətə tulladığını, bundan sonra cavabdehlə onun arasında uzun müddət mübahisələr yarandığını, Cavabdeh qanunsuz əməli nəticəsi ndə ona və ailə üzvlərinə xeyli miqdarda maddi və mənəvi zərər dəydiyini, əmlaklarının məhv edildiyini, cavabdehin qanunsuz əməlləri nəticəsində tikib inşa etdiyi evdən məcburi çıxaraq, uzun müddət kirayədə yaşamalı olduğunu iddia edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzl aşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin mübahisəli evə dair «Çıxarış»ın ləğv edilməməsi və qüvvədə olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının Cavabdeh ünvan 1 ünvanda yerləşənfərdi evi, həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən çıxarılması hissəsi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyət hüququ əldə etdiyi çıxarışın verilməsinə əsas olmuş məhkəmə aktı ləğv edilərək baxılmamış saxlanıldığından, sonuncunun h əmin hüquqverici sənədə istinadən Cavabdeh ünvan 1 ünvanda yerləşən 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbinin təmin edilə bilməz. Yəni, faktiki olaraq iddiaçının öz adına olan «Çıxarış»ın ləğv edilməməsinə və ya etibarsız hesab edilməməsinə istinad etməsi hazırki vəziyyətdə əhəmiyyətsizdir. Belə ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərardadı istinad edilən «Çıxarış»ın hüquqi əhəmiyyət daşımamasını təsdiq edir. Lakin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin maddi ziyanın tutulmasının rədd edilməsi hissəsi ilə bağlı gəldiyi nəticələri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının ca vabdeh tərəfindən ona maddi zərər vurulduğunu iddia etməyinə baxmayaraq bunu təsdiq edən tutarlı sübutlar məhkəməyə təqdim edə bilməməsini göstərməklə kifayətlənmiş, bu zaman yalnız prosessual qanunvericiliyin tələblərinə istinad etmiş, iddia tələbinin maddi ziyanla bağlı hissəsi üzrə tam və hərtərəfli araşdırma aparmayaraq müəyyən edilmiş şallara və iddianın, eləcə də apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi q iymət verməlidirlər. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı 2016-cı il tarixə kimi mübahisəli mənzildə yaşamış və cavabdeh də bu halın mövcudluğunu qəbul etmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi maddi ziyanla bağlı iddia tələblərinin əsaslılığı baxımından onun həmin evdə yaşadığı müddət ərzində hansı yaxşılaşdırma işlərinin və ya tikinti quraşdırma işlərinin aparılmasını, bu işlər üçün nə qədər vəsait sərf etməsini araşdırmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2018-ci il tarixli, 25819 №-li ekspert rəyinin hazırki iş üzrə sübut növü kimi qiymətləndirilməli olub-olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Republikası MPM-nin 101.3 və 20 6.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının mənzildə kirayə qalması barədə apellyasiya şikayətinin dəlillərinin mötəbər subut növləri ilə təsdiq edilməməsinə də hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqla rın və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin fakt iki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə apellyasiya icraatı qaydasında baxılarkən iddia tələbinin maddi ziyanla bağlı hissəsi üzrə maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bu isə Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən apelyasiya məhkəməsinin qətnaməsinin həmin hissə üzrə ləğv edilməsi üçün əsasdır. Həmin normaya əsasən isə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi ziyanın rədd edilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayəti qismən təmin edilməli, ləğv olunmuş hissə üzrə işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, dəymiş ziyanla bağlı sübutlar tam araşdırılmaqla ziyan məbləğinin müəyyən edilməsi baxımından iş materiallarında olan ekspertiza rəyininin sübut kimi qiymətləndirilməli olub-olmamasına, zərurət olduqla isə ziyan məbləğinin dəqiq müəyyənləşdirmək məqsədi ilə əlavə ekspertizanın keçirilməsinin mümkünlüyü müzakirə edilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbə r tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1311/2019 nömrəli, 16 aprel 2019-cu il tarixli qətnaməsi maddi ziyanın rədd edilməsi hisssəsində ləğv edilməklə həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5525/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5525/2019
02.09.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver