Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5527/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)1428/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağstafa rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(015)-1185/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.A.Rəsulov) İddiaçı cavabdeh Ağstafa rayon Təhsil Şöbəsi, A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2018-ci il tarixədək tədris etdiyi dərslərin düzgün hesablanması, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)1428/2020 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev sədrlik edən, məruzəçi, L.S.Süleymanov və Ş.Q.Rzaquliyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Ağstafa rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, onunla bağlanmış əmək müqaviləsinə xitam ve rilməsinə dair işəgötürənin xx xxxxxx 2018-ci il tarixli, 93 saylı əmrinin ləğv edilməsi, xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2018-ci il tarixədək tədris etdiyi dərslərin düzgün hesablanması, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Anar Məmişov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Ağstafa rayon Təhsil Şöbəsi, A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, k asasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsassız olmasına, iddianı rədd etməklə birinci instansiya məhkəməsi nin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəlləsinin 10-1.3, 10-1.6-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı, işəgötürənin xx xxxxxx 1989-cu il tarixli, 328 saylı əmrinə əsasən Ağstafa rayonu, A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbinə tarix müəllimi təyin edilib. İşəgötürənin xx xxxxxx 2018-ci il tarixli, 93 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin e) bəndinə əsasən (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) xitam verilib. Həmin əmrlə eyni zamanda iddiaçıya 103,39 manat son haqq-hesab ödənilib. Hazırda iddiaçı, iddia edir ki, Ağstafa rayon Təhsil Şöbəsi A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbində çalışmanın son yaş həddinə, yəni 65 yaşına çatmış olsa da, onun həmin məktəbdə çalışması müddətinin işəgötürən tərəfindən uzadılması üçün əsaslar vardır və işəgötürən onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verib. Ona görə də işəgötürənin xx xxxxxx 2018-ci il tarixli, 93 saylı əmri ləğv edilməli, o əvvəlki işinə bərpa edilməli, ona məcburi işburaxma günlər üçün əmək haqqı ödənilməli, habelə xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2018-ci il tarixədək tədris etdiyi dərslərin haqqı düzgün hesablanmaqla ona ödənilməlidir. Cavabdeh isə, iddiaçının sözügedən məktəbdə çalışmanın son yaş həddinə, yəni 65 yaşına çatdığını, həmin məktəbin digər tarix müəllimlərinin ərizə ilə işəgötürənə müraciət edərək dərs saatları az olduğu üçün iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmasına etiraz etdiklərini və bu səbəbdən də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin e) bəndinə əsasən xitam verildiyini, ona ödənilməmiş əmək haqqının qalmadığını göstərib, iddiaya etiraz edir. Azərbaycan Res publikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e) bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsində göstərilir ki, elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət o rqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Həmin Məcəllənin 10-1.6-cı maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Sadalanan maddələrin mənasına görə, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə, yəni 65 yaşına çatdıqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini ləğv edilə bilər. Lakin işçisinin həmin müəssisədə çalışma müddəti 5 ildən çox olmamaqla müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər və buna yalnız iddiaçının razılığı ilə yol verilir. Göründüyü kimi işçisinin müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq uzatmaq səlahiyyəti, əm ək qanunverciliyində işəgötürənin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini arışdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, cavabdeh Ağstafa rayon Təhsil Şöbəsi A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbində tarix müəllimi çalışmasının son yaş həddinə, yəni 65 yaşına çatdığından və işəgötürənin sözügedən əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin e) bəndinə əsasən düzgün olaraq xitam verildiyindən, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mü bahisəyə düzgün tətbiq edib. İddiaçı, kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, ona qarşı ayrıseçkiliyə yol verilməsini, xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2018-ci il tarixədək tədris etdiyi dərslərin haqqının düzgün hesablanmamasını və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiy ası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayət i təmin edilməsin. İş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)1428/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5527/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5527/2020
01.12.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver