Məhkəmə qərarları › İş №2(102)-553/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-553/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-553/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-699/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15547 manatın və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 2011-ci ildən tanıdığı cavabdeh ondan plastik qapı və pəncərə istehsalı üçün materiallar almış, aralarındakı nisyə alğısatqı xx.xx.2018-ci il tarixədək davam etmişdir. Bu müddət ərzində aralarında heç bir narazılıq olmamışdır. Cavabdehdən pulunu istədikdə o, müştərilərinin söz verdikləri vaxt pulunu vermədiklərini, narahat olmamasını və pulunu yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Cavabdehin 2018-ci ilin yanvar ayına borcu 14000 manat təşkil etmiş, lakin cavabdeh həmin ilin 4 ayı ərzində borcu 20147 manata qaldırmışdır. Cavabdehə hər dəfə material götürərkən borcunu azaltmasını bildirmişdir. Lakin, 2018-ci il aprel ayının ortalarında zəng vurub cavabdehdən pul istədikdə cavabdehin ona borcunun olmamasını, əksinə onun cavabdehə borcunun olmasını bildirmişdir. Sonradan 2013-cü ildən 2018-ciilin aprel ayına qədər bütün qaimələr şahidlərin iştirakı ilə yoxlanılmış, cəmi 20-39 manat olmaqla 1-2 yanlışlıq xaric cavabdehin iddia etdiyi heç bir yanlışlıq aşkar olunmamışdır. Cavabdeh bütün insanların yanında səhvini başa düşdüyünü bildirərək ondan üzr istəmiş, borcunu isə qısa müddətdə ödəyəcəyinə söz vermişdir. Həmin vaxtdan 15 ay ərzində cavabdeh ona cəmi 4700 manat pul ö dəmişdir. Hazırda cavabdehin ona 15547 manat borcu qalmışdır. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməmiş, iddiaçının hansı əsasla ondan pul tələb etdiyinin ona aydın olmadığını, iddiaçıdan nisyə material almadığını bildirmişdir. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(015)815/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında iddiaçının cavabdehə plastik qapı-pəncərə istehsal etmək üçün materialları borc (nisyə) verməsi, cavabdehin iddiaçıya 15547 manat borcu qalması heç bir sübutla təsdiq olunmur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.4, 329.2, 739, 740-cı mad dələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-699/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Əliyeva (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisə üzrə tələb olunan plastik qapı-pəncərə istehsalı üçün materiallar verilməsi və alınmış materiallara görə cavabdehin 15547 manat b orcu qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür, lakin iş materiallarından görünür ki, həmin fakt iddiaçı tərəfindən sübut edilə bilməmişdir. Bununla bərabər Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə əsassız olaraq Mülki Məcəllənin 739 və 740-cı maddələrinə əsasən həll edilmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə borc olaraq verilmiş pul deyil, nisyə, yəni dəyəri sonradan ödənilmək şərti ilə plastik qapı və pəncərələr üçün material verməsini göstərmişdir. Belə olan halda iddia tələbi Mülki Məcəllənin nisyə alqı-satqı müqaviləsinə dair normaları əsasında həll edilməli idi. Məhkəmə kollegiyası işin hallarına Mülki Məcəlləsinin 567, 598.1, 600.1, 600.4, 601, 385.1, 386.1, 442-ci maddələrini tətbiq edərək qeyd etmişdir ki, iş materialla rı ilə tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanılması və cavabdehin iddiaçıya 15547 manat borcu olması təsdiq olunmur. Ona görə də, iddia tələbi əsassız hesab edilrək təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kas sasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə d əlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağ ı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyan ın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissəhissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, o nlara qiymət verilmir. İddianın və apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən həmin dəlillərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş sübutlara münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya baxışında işə mahiyyəti üzrə baxılmır, işin halları araşdırılmır, yeni sübutlar qəbul olunmur və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən aktların qanuniliyi, yəni maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsi yoxlanılır. Kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir” (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il və 18 mart 2019-cu il tarixli qərarları). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-699/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar