Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-553/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-553/2024 Açar sözlər: Torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin boşaldılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-516/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2024- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Şəmkir rayonu Keçili Bələdiyyəsinin mülkiyyətində olan 22,50 ha torpaq sahəsi xx.xx.2004-cü il tarixli JN–4196 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə əsasında xx.xx.2015–xx.xx.2053-cü illər ərzində İddiaçı (bundan sonra iddiaçı) icarəsinə verilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışın surətinə əsasən Şəmkir rayonu Keçili kəndində yerləşən 1,1171 ha kənd təsərrüfatı təyinatlı topraq sahəsi Cavabdeh3 adına xüsusi mülkiyyət kimi xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Torpaq sahəsinin planı və ölçüsü barədə A 477978 saylı sənədin surətinə əsasən xx.xx.2002-ci il tarixli, 4Ə-421 nömrəli alqı-satqı müqaviləsi və JN-1364 nömrəli, xx.xx.1998-ci il tarixli Dövlət aktına əsasən 1,1171 ha torpaq sahəsi Cavabdeh3 mülkiyyəti kimi dövldət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus çıxarış əsasında onun adına qeydə alınmış Şəmkir rayonu Keçili Bələdiyyəsinin mülki yyətində olmaqla icarə müqaviləsi əsasında onun istifadəsində olan Şəmkir rayonu, Keçili kəndində yerləşən 22,50 ha torpaq sahəsinin zəbt etdikləri 1,37 ha hissəsindən çıxarılmaları, həmin torpaq sahəsinin ona təhvil verilməsi, cavabdehlər tərəfindən həmin torpaq sahəsinə və həmin torpaq sahəsində olan təsərrüfatın istifadəsinə qoyulan maneənin aradan qaldırılması və cavabdehlər tərəfindən torpaq sahəsinə (təsərrüfata) edilən müdaxiləyə son qoyulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun, ekspertiza xərci olaraq ödənilmiş 600 (altı yüz) manat və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandırılmışdır.
6. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)-680/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Könül Məmmədovun) iddia qismən təmin edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçının adına qeydiyyata alınmış, Şəmkir rayonu, Keçili Bələdiyyəsinin mülkiyyətində olmaqla icarə müqaviləsi əsasında iddiaçının istifadəsində olan Şəmkir rayonu, Keçili kənd ərazisində yerləşən 22,50 ha torpaq sahəsinin zəbt etdikləri 1,37 ha hissəsindən çıxarılmaları və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, cavabdehlər tərəfindən torpaq sahəsinə və torpaq sahəsində olan təsərrüfatın istifadəsinə edilən maneələrin aradan qaldırılması, cavabdehlər tərəfindən torpaq sahəsinə edilən müdaxiləyə son qoyulması qət olunmuş, iddia qalan hissədə rədd edilmiş, məhkəmə və ekspertiza xərcləri cavabdehlərə aid edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus çıxarış əsasında Şəmkir rayonu, Keçili kəndi ərazisində İddiaçı adına 22,50 ha torpaq sahəsinə icarə hüququ dövlət qeydiyyatına alınmışdır, "xxxx" MMC tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli mütəxəssis rəyinə görə iddiaçının icarəsində olan torpaq sahəsinin 1,37 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilməklə istifadə olunur. Cavabdehlər iddiaçıya həmin torpaq sahəsindən sahiblik və istifadə hüquqlarını həyata keçirməyə imkan vermirlər.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli sahəyə mövcud olan hüquq müəyyənedici sənədləri mülkiyyət hüququna dair sənə dlər qədər əhəmiyyətlidir, onun torpaq sahəsinə icarə hüququ mülkiyyət hüququ kimi müdafiə edilməlidir. Ona görə də iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının adına verilmiş çıxarışında nəzərdə tutulan 22,50 ha torpaq sahəsinin 1,37 ha hissəsindən çıxarılmalı, torpaq sahəsi iddiaçıya təhvil verilməli, cavabdehlər tərəfindən torpaq sahəsinə və torpaq sahəsində olan təsərrüfatın istifadəsinə edilən maneələr aradan qaldırılmalı, torpaq sahəsinə edilən müdaxiləyə son qoyulmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasını 29.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.2 və 152.3-cü, Torpaq Məcəlləsinin 84 və 111-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə tam və hərtərəfli araşdırma aparılmamış, maddi və prosessual hüququ normalırının pozulması ilə qətnamə qəbul edilmişdir. İddianı təmin edən məhkəmə mütəxəssis rəyinə əsaslanmış, həmin rəyin natamam olmasını, iddia olunan torpaq sahəsnə dair onların mülkiyyət hüququnu müəyyən edən sənədlər mövcud olmasını, mülkiyyət hüququnun üstün müdlafiə edildməli olmasını nəzərə almamış, qanunsuz və əsassız nət icəyə gəlmiş, təkrar ekspertiza təyin olunmasına dair vəsatətləri əsassız olaraq təmmin olunmamışdır.
12. İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, mütəxəssis rəyi ilə razılaşır və həmin rəylə bağlı mübahisəli torpaq sahəsinin zəbt və üst-üstə düşən hissələri əlavə edilmiş sxemlərlə tam aydınlaşdırılmış və müəyyən edilmişdir ki, cavabdeh tərəf mübahisəli torpaq sahəsini zəbt etmişdir. Ona görə də, mütəxəssis rəyi nəzərə alınmaqla qərar çıxarılmasına etirazı yoxdur.
13. Apellyasiya məhkəməsi tətəfindən təyin edilmiş ekspertiza ilə əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/5434 nömrəli rəyə görə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışla İd diaçı icarəsində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 22,50 ha torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışa əsasən (JN-1364 nömrəli Dövlət Aktı), Cavabdeh3 Bunnat oğlunun mülkiyyətinə verilmiş 1,1171 ha torpaq sahəsinin 0,0494 ha hissəsi ilə üst–üstə düşür. İddiaçı istifadəsinə verilmiş 22,50 ha torpaq sahəsinin 0,9689 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunur.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(104)-516/2023 nömrəli qətnaməsi ilə (hakim Loğman Süleymanov sədrliyi və məruzəsi ilə, hakimlər İslam Həsənov və Şamil Rzaquliyevdən ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəmsinin qətnaməsi dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçının adına qeydə alınmış, Şəmkir rayonu, Keçili Bələdiyyəsinin mülkiyyətində olmaqla icarə müqaviləsi əsasında iddiaçının istifadəsində olan Şəmkir rayonu, Keçili kəndində yerləşən 22,50 ha torpaq sahəsinin zəbt etdikləri 1,37 ha hissəsindən çıxarılmaları və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçının adına qeydə alınmış, Şəmkir rayonu, Keçili Bələdiyyəsinin mülkiyyətində olmaqla icarə müqaviləsi əsasında iddiaçının istifadəsində olan Şəmkir rayonu, Keçili kəndində yerləşən 22,50 ha torpaq sahəsinin zəbt etdikləri 0,9689 ha hissəsindən çıxarılaraq həmin torpaq sah əsini iddiaçıya təhvil verilməsi qət olunmuşdur.
15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli, 10/5434 nömrəli rəyinə əsasən hesab etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla iddiaçının icarəsində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 22,50 ha torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışa əsasən (JN-1364 nömrəli Dövlət Aktı), Cavabdeh3 Bunnat oğlunun mülkiyyətinə verilmiş 1)1171 ha torp aq sahəsinin 0,0494 ha hissəsi ilə üst-üstə düşür. İddiaçı istifadəsinə verilmiş 22,50 ha torpaq sahəsinin 0,9689 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunur. Cavabdehlər iddiaçının icarəsində olan 22,5 ha torpaq sahəsinin 0,9689 ha hissəsindən istitfadəsinə maneəçilik törədir ki, bu da Azərbaycan Respublikası Konstitusiyanın, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Torpaq Məcəlləsinin əmlak hüquqlarının müdafiəsinə dair normalarına ziddir, yolverilməzdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyası 13.1 və 29.3-cü, Mülki Məcəllənin 152.1,152.5 və 157.2-ci, Torpaq Məcəlləsinin 84 və 111-ci, MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona qarş ı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh3 (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün təkrar apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri nəzərə almamış, təqdim etdiyi sənədləri tədqiq etməmiş, bununla da prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə qətnamə qəbul edərkən ekspertiza rəyinə əsaslansa da, rəydəki ziddiyyətli məqamları diqqətdən qaçırmışdır. Ekspertiza rəyində iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən 0,0494 ha hissə sinin zəbt olunmuş 0,9689 ha hissənin daxilində olub-olmaması müəyyən deyildir, məhkəmə bu məsələni həll etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı və vəkili (Vəkil1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən şikayət verən Cavabdeh3 kassasiya şikayətini təmin edilməməsi barədə qərar çıxarılmaını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
21. Maddə 29.3. Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyy ətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.2. M ülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
25. Maddə 158.1 və 158.1.2.. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.
26. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
27. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
28. Maddə
84. Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
29. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin ii bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə g eri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyi ndən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. Cavabdehin kassasiya şikayətinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və q iymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
43. İşdən görünür ki, cavabdehin kassasiya şikayətinin əsas dəlili olan ekspertiza rəyinin natamam və ziddiyyətli olması, iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən 0,0494 ha hissəsinin zəbt olunmuş 0,9689 ha hissənin daxilində olub-olmaması müəyyən edilməməsi barədə irəli sürdüyü xüsusatlara apellyasiya məhkəməsinin qətnaməsində qiymət verilmiş, məhkəmə haqlı olaraq hesab etmişdir ki, ekspert rəyində ziddiyyətli məqamlar yoxdur, iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən 0,0494 ha hiss əsi cavabdehlər tərəfindən zəbt olunmuş 0,9689 ha hissənin daxilində yerləşmir, cavabdelərin üst-üstə düşən 0,0494 ha torpaq sahəsindən çıxarılmaları qət olunmamışdır.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində i şin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-516/2023 nömrəli iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.