Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5537/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı (vəkil) İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.03.2019-cu il tarixli, 2(105)120/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilin f aktiki mövcud olan ümumi sahəsinin və müəyyən olunmuş sahəyə uyğun olaraq mənzilin dəyərinin müəyyən edilməsi, tikintinin norma və qaydalarında qüsur və nöqsanların mövcud olması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, “xxxx” MMC-nin “A” kompleksində 1 saylı 6 mərtəbəli yaşayış binasında 3 otaqdan ibarət 31 saylı mənzilinin ümumi sahəsinin 86,94 kv.metr müəyyən edilməsi və cavabdeh “xxxx” MMC-nin hesabına mənzilin dəyəri kimi cəmi- 56511 (86,94 x 650 = 56511) manatın ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.03.2019-cu il tarixli, 2(105)120/2019 nömrəli qətnaməsi ilə tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron rayon məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlan ılmışdır. Cavabdeh “xxxx” MMC və onun vəkili X1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.03.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilin faktiki mövcud olan ümumi sahəsinin və müəyyən olunmuş sahəyə uyğun olaraq mənzilin dəyərinin müəyyən edilməsi, tikintin norma və qaydalarında qüsur və nöqsanların mövcud olması tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 may 2013-cü ildə cavabdeh “xxxx” MMC ilə mənzilin alqı satqısına dair A(b) 092 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, “xxxx” MMC-nin “A” kompleksində 1 saylı 6 mərtəbəli yaşayış binasında 3 otaqdan ibarət, ümumi sahəsi 92,7 k v metr olan 31 saylı mənzilini 60 ay müddətinə olmaqla 60255 manata almışdır. Müqavilədən irəli gələn ona aid öhdəlikləri yerinə yetirmişdir. Ümumi məbləğdən 10000 manat civarında ödənilməmiş məbləği qalmışdır. Hər ay vaxtlı-vaxtında müəyyən olunmuş məbləğlər onun tərəfindən ödənilmişdir. Binanın tikintisi başa çatdıqdan sonra, ona məlum olmuşdur ki, satıcı olaraq cavabdeh “xxxx” MMC müqavilə öhdəliklərini pozmuş, nəticədə onun mənafeyinə əhəmiyyətli dərəcədə ziyan vurulmuşdur. Eləcədə bina tikilməzdən əvvəl, yəni müqavilə bağlanarkən mövcud olan yaşayış binasının ətrafına dair təqdim olunmuş marker-sxemlər dəyişdirilmiş, təqdim olunan rahat ətrafdan heç nə qalmamış, əksinə ümumi sıxlıq və narahat doğuran mənzərələr yaranmışdır. Bundan başqa, müqavilə bağlanarkən cavabdehin təşəbbüsü ilə üçüüncü tərəf kimi “xxxx” ASC bu işə cəlb olunmuş və üçtərəfli 14 may 2013-cü il tarixli, 7029 saylı kredit müqaviləsi, 522 saylı zaminlik müqaviləsi və 151/13 saylı girov müqaviləsi bağlanmışdır. Mənzilin ümumi sahəsi hesablanarkən qanun normalarının tələblərinə əməl olunmamışdır. Ona görə də “xxxx” MMC ilə 07 may 2013-cü il tarixdə bağlanmış mənzilin alqı satqısına dair A(b) 092 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, “xxxx” MMC-nin “A” kompleksində 1 saylı 6 mərtəbəli yaşayış binasında 3 otaqdan ibarət, ümumi sahəsi 92,7 kv metr olan 31 saylı mənzili üzrə ümumi yaşayış sahəsinin 71,10 kv.metr olmasının müəyyən edilməsi, mənzilinin dəyərinin 46215 manat olmasının mövcud mənzilin sahəsinə uyğun hesab edilməsi, müqavilədə mənzilin təhvil verilməsinin müddətinin göstərilmə məsi, binanın tikintisində sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, ekoloji, digər təhlükəsizlik və ətraf mühitin mühafizəsinin təmin edilməsi prinsiplərinin pozulması, ara məsafələrinin saxlanılmaması, mənzilin başa gəlməsində keyfiyyətsiz tikinti materiallarından istifadə olunması, nəticədə tikinti norma və qaydalarının pozulması hallarının mövcudluğunun müəyyən edilməsinə dair qətnamə çıxarılılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh “xxxx” MMC və onun vəkili X1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.03.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qə bul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış müqavilədə qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. Məhkəmələr tərəflərin müqavilə münasibətlərini, bu münasibətdən irəli gələn öhdəliklərini, həmçinin müqavilə şərtlərini kifayət qədər araşdırmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəs inə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 12.03.2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 07 may 2013-cü ildə “xxxx” MMC ilə İddiaçı arasında mənzilin alqı-satqısına dair bağlanmış AF- B/092 saylı müqaviləyə əsasən, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində inşa etdiyi 1 saylı binanın 3 otaqdan ibarət, ümumi sahəsi 92,7 kv metr olan 31 saylı mənzilini 60.255 manata, yəni mənzilin hər bir kv.metrini 650 manata almışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin işdə olan 24 iyul 2017-ci il tarixli rəyindən görünür ki, 07 may 2013-cü ildə cavabdeh “xxxx” MMC ilə İddiaçı arasında mənzilin alqısatqısına dair bağlanmış A(b) 092 saylı müqaviləyə əsasən cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, “A” kompleksində 1 saylı 6 mərtəbəli yaşayış binasında 3 otaqdan ibarət 31 saylı mənzilinin ümumi sahəsi 86,94 kv.metr olduğu müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin işdə olan 30 avqust 2018-ci il tarixli, 15442 saylı rəyindən görünür ki, 07 may 2013-cü ildə cavabdeh “xxxx” MMC ilə İddiaçı arasında mənzilin alqı- satqısına dair bağlanmış A(b) 092 saylı müqaviləyə əsasən cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, “A” kompleksində 1 saylı 6 mərtəbəli yaşayış binasında 3 otaqdan ibarət 31 saylı mənzilinin ümumi sahəsi 86,94 kv.metr olduğu müəyyən olunmuşdur. Tərəflər 07 may 2013-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, “xxxx” MMC-nin “A” kompleksində 1 saylı 6 mərtəbəli yaşayış binasında 3 otaqdan ibarət 31 saylı mənzilinin alqısatqısı barədə A(b) 092 saylı müqavilə bağlamışlar. Həmin müqaviləyə görə “xxxx” MMC 3 otaqdan ibarət, ümumi sahəsi 92,7 kv metr olan 31 saylı mənzilini İddiaçı 60.255 manata satmağı öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla müəyyən etmişdir ki, təqdim edilmiş mənzilin ümumi sahəsi 92,7 kv.metr deyil, 86,94 kv.metrdir. Bu halı rəhbər tuttaraq, məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməklə, ödənilmiş pulun sahənin fərqinə uyğun olan qiymətini cavabdehdən tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsində qeyd edilmişdir ki,tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşkələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsində göstərilmişdir ki, yaşay ış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə aiınmadan hesablanır. Binanın havalandırma üçün nəzərdə tutulmuş şaxtanın yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqav ilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəb ərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən istinad etdiyi Mülki Məcəllənin 425-ci maddəsinin tətbiqində səhvə yol vermiş, Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini nəzərə almamış, habelə mövcud müqavilə münasibətlərinə onun şərtlərinə uyğun olan podrat deyil, alqı-satqı müqaviləsinin şərtlərini tətbiq etməklə səhvə yol vermişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi m ənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öh dəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Kassasiya kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxı mından qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ekspertiza rəyinin alınması zamanı sualların qoyuluşunda, habelə işin hallarına qiymət verərkən müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olmasını, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşaq, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə almamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qənaətə gələrkən mülki qanunvericiliyin göstərilən tələblərinə əməl etməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. İş üzrə yekun qərarın qəbul edilməs i üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.03.2019-cu il tarixli, 2(105)120/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5537/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5537/2019
02.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver