Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5537/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5537/2022 (Açar sözlər: kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi) Bakı şəhəri 21 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyun 2022-ci il tar ixli 2(103)-4744/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonramübahisəli mənzil) xüsusi mülkiyyət hüququ ilə tam payla X1 adına xx.xx.2009-cu il il tarixdə qeydiyyata alınmışdır.
2. Cavabdeh1 2000-cı ildə mərhum X1 övladlığa götürdüyü X6 ilə faktiki nikaha daxil olmuşdur, birgə yaşadıqları dövrdə xx.xx.2002-ci ildə Nəzrin və xx.xx.2004-cü ildə Nərmin adlı iki uşaqları doğulmuşdur. 3.. X4 xx.xx.2011-ci il tarixdə mülkiyyətində olan mübahisəli mənzi li İddiaçı vəsiyyət etmiş və bu barədə Bakı şəhəri 32 saylı notariat kontorunda vəsiyyətnamə vermişdir.
4. X4 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)4512/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Bakı şəhəri 32 saylı Notariat Kontoruna qarşı “miras əmlakdan məcburi payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-8055/2017 saylı qətnaməsi və Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)451/2018 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
6. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Bakı şəhəri 32 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3504/2018 saylı qətnaməsi ilə iddiası təmin edilməmiş, həmin qətnamə xx.xx.2018-ci il tarixdə (xx.xx.2018-ci il tarixli hakim Abbas Rzayevin arayışı) qanuni qüvvəsini almışdır.
7. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışına istinadən mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə tam payla İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
8. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair iddiası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4230/2019 saylı qətnaməsi ilə təmin edilmişdir. 9. 2019-ci il 4 sentyabr tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətna məyə istinadən Bakı şəhəri 32 saylı notariat kontoru tərəfindən 12 oktyabr 2011-ci il ildə təsdiq edilən və reyestrdə 01 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X1 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi İddiaçıdırmübahisəli mənzil (AZE 00******, xx.xx.2016-ASAN 3) və o miras əmlakdan tam hissədə pay almalıdır.
10. Binəqədi MKTB-nın 95 saylı Mənzil Kommunal İstismar Sahəsinin 2019-cu il 28 avqust tarixli arayışına əsasən Cavabdeh2, X5 daimi qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, mülkiyyətində olan mübahisəli mənzilə Cavabdeh1, yetkinlik yaşına çatmayan uşaqla rı xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2004-cü il təvəllüdlü X7 ilə birlikdə 8000 manat məbləğində kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bundan sonra iddiaçı tələbini artıraraq Cavabdeh1, onun yetkinlik yaşına çatmayan X2 və yetkinlik yaşına çatdığına görə başqa cavabdeh qismində işə cəlb etməklə Cavabdeh2 mübahisəli mənzilinə olan istifadə hüquqlarına 11000 manat kompensasiya verilməklə xitam verilməsini və mənzildən çıxarılmasını xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2000-ci ildə mərhum xalasının övladlığa götürdüyü X6 ilə faktiki nikaha daxil olaraq evlənmişdir, birgə yaşadıqları dövrdə xx.xx.2002-ci ildə Nəzrin və xx.xx.2004-cü ildə Nərmin adlı iki uşaqları doğulmuşdur. Məmmədov Elçin xx.xx.2009-cu ildə vəfat etmiş və Ruhəngiz əri öləndən sonra mülkiyyətçi olan X8 ilə yola getməyərək 2011-ci ilin fevral ayında uşaqları ilə birlikdə mənzili tərk etmişdir. X8 xx.xx.2011-ci il tarixdə mülkiyyətində mübahisəli mənzili ona vəsiyyət etmişdir və bu barədə Bakı şəhəri 32 saylı notariat kontorunda vəsiyyətnamə vermişdir. Xalası Ş.Məmmədova xx.xx.2016-cı ildə vəfat etmişdir. Həmin vəsiyyətnamə əsasında mənzilə xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ ona keçmişdir. Cavabdeh1 ona və Bakı şəhəri 32 saylı Notariat Kontoruna qarşı iddia qaldıraraq miras əmlakdan məcburi payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddiası təmin edilməyərək qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh1 yenidən ona və Bakı şəhəri 32 saylı Notariat Kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilməyərək qanuni qüvvəsini almışdır. Daha sonra Cavabdeh1 yenidən evə köçürülmə ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Lakin onların arasında uzun müddət məhkəmə mübahisələri olduğuna, ev darısqal olduğuna görə həmin şəxslərin ona məxsus mənzildə köçüb yaşaması mümkün deyildir. Bu səbəbdən istifadə hüquqlarına xitam verilməklə cavabdehlərin və yetkinlik yaşına çatmayan uşağın evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Birinci instansiya məhkəmə sinin 2021-ci il 25 noyabr tarixli qərardadına asasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi üçün mülki iş materialları ilə birlikdə "xxxx" MMC-yə göndərilmiş, "xxxx" MMC-nin 31 yanvar 2022-ci il tarixli rəyində göstərilir ki, mübahisəli mənzilin likvid qiymətinin 65000 manat olduğu, orta kirayə haqqının 250-300 manat təşkil etdiyi müəyyən edilmişdir.
15. Cavabdeh1 sifarişi əsasında əmlakın qiymətləndirilməsi barədə Legal hüquq və ekspert mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən müəyyən edilir ki, mübabisəli mənzilin bazar dəyərinə uyğun qiyməti 85000 manatdır. Həmin tədqiqat zamanı mənzilin orta kirayə haqqı məbləği müəyyən edilməmişdir.
16. Birinci instansiya məhkəməsinin 2022-ci il 18 mart tarixli 2(001)-36/2022 nömrəli qətnaməsi ilə (hakim X13) iddia qismən təm in edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11000 manat kompensasiya ödənilməklə mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
17. Məhkəmə qət etdiyi nəticəni belə əsaslandımışdır ki, istifadə hüququna xitam verilməsi barədə iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - Mülki Məcəllə) 228.2-ci maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mül kiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Normadan göründüyü kimi mülkiyyətçi kompensasiya ödənilməsi yolu ilə istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürə bilər. Odur ki, iddiaçının öz mülkiyyətində olan mənzilə dair məhkəmə qətnaməsi ilə istifadə hüququ tanınmış şəxslərə kompensasiya ödənilməsi yolu ilə istifadə hüququna xitam verilməsi barədə tələbi əsaslıdır. Bu səbəbdən cavabdehlərin hüququ mübahisələndirmək barədə etirazları əsassızdır.
18. Məhkəmə mülki işin digər mübahisələndirilən halı olan kompensasiya məbləği ilə bağlı gəldiyi nəticə barədə qeyd etmişdir ki, işdə olan sənədlərdən də göründüyü kimi, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ətrafda yerləşən yaşayış binalarında 2 otaqlı mənzillərin orta aylıq kirayə haqqının bazar dəyərinin 300 manat təşkil etməsi müəyyən olunmuşdur. Yəni həmin ərazidə iki otaqlı mənzilin aylıq kirayə haqqı bir il üçün 3600 manat, iki il üçün 7200 manat, üç il üçün 10800 manat təşkil edir. İddiaçı isə cavabdehlərin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün daha çox, yəni 11000 manat məbləğində kompensasiya təklif edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdehlər təqribən 3 ilə yaxın bir müddətdə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehlər artıq 10 ildən çoxdurki həmin mənzildə yaşamırlar və həmin müddət ərzində kirayədə yaşamaqla özlərini yaşayış sahəsi ilə təmin edə bilmişlər. Yəni hazırkı halda təklif olunan kompensasiya məbləği onların daha uzun müddət üçün yaşayış sahəsinə olan tələbatını qarşılayacaqdır. Bu məqamda nəzərə alınmalıdır ki, kompensasiya institutu əmlakdan müəyyən pay olmamaqla yaşamaq imkanı üçün zəruri olan vəsaitdir. Beləliklə məhkəmə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razılaşır və o qənaətə gəlir ki, 11000 manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməlidir.
19. Məhkəmə cavabdehlərin və yetkinlik yaşına çatmayan X3 mənzildən çıxarılmaları barədə iddianı əsaslı hesab etməməklə bildirmişdir ki, cavabdehlər və yetkinlik yaşına çatmayan şəxsin mənzilə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, hal-hazırda (hətta məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mənzilə köçməmişlər) həmin şəxslər mübahisəli mənzildə yaşamırlar. Halbuki mənzildən çıxarılma barədə iddia tələbinin qanuni əsası mülkiyyətin müdafiəsi hüququndan irəli gəlir.
20. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan da göründüyü kimi bu tələbin qanuni əsasının 3 dispozisiya şərti var. Birincisi iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, ikincisi cavabdeh əşyanın sahibi olmalıdır və üçüncüsü cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Lakin işin hallarından göründüyü kimi cavabdehlər həmin mənzildə 2011-ci ildən yaşamamaqla əşyadan bu və ya digər səbəbdən istifadə və sahiblik hüququnu həyata keçirməmişlər və bu hal iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Halbuki hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu səbəbdən mübahisəli mənzildə onsuz da yaşamayan şəxslərin çıxarılması barədə iddia tələbi hüquqi nəticə doğurmamaqla əsassızdır.
21. Məhkəmə gəldiyi nəticəni İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 25-ci, İqtisadi, sosial, və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci, Mülki Məcəllənin 157.2, 228.2-ci maddəsinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərba ycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 41, 77.1, 82.3, 117.1, 119.1, 271.2, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
22. Birinci instansiya məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(001)-36/2022 nömrəli əlavə qətnaməsi ilə cavabdehlərə kompensasiya ödənilməklə mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilərkən, həmçinin 18 aprel 2004-cü il təvəllüdlü X3 da istifadə hüququna xitam verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilmə si və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən mənzildə istifadə hüququ olan şəxslərin hər birinə münasibətdə kompensasiya məbləğini müzakirə etməmişdir. Həmin şəxslərin birlikdə və ya ayrı yaşaması, onların 11 000 manat məbləğində pulla müəyyən dövr ərzində birlikdə və ya ayrı-ayrı yaşamalı olmalı məsələlərinə aydınlıq gətirməmişdir. Eyni zamanda, qızı X3 xx.xx.2022-ci il tarixdə artıq 18 yaşı tamam olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-36/2022 saylı qətnaməsi və xx.xx.2022-ci il tarixli, 2(001)-36/2022 saylı əlavə qətnaməsi onun maraqlarına toxunur. Ona görə də X7 qeyd edilən məhkəmə qətnamələrinin onun maraqlarına toxuna n şəxs kimi tanınması barədə ərizə ilə məhkəməyə müraciət edir və apellyasiya şikayəti verir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-4744/22 nömrəli iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlham Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilərək, yəni kompensasiya məbləği hissəsində dəyişdirilməsi və kompensasiyanın miqdarı artırılaraq 15.000 (on beş min) manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə kollegiyası qət etdiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilən dəl illər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas olmasa da, dəyişdirilməsi üçün əsasdır.
27. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çü nki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
28. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da kompensasiyanın məbləği hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Hazırki işdə faktiki hall ar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır, eyni zamanda bu xarakterli iddialar üzrə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında formalaşdırdığı hüquqi mövqe ilə də tam uzlaşır.
30. İkincisi, apellyasiya instansiya məhkəməsi kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq 15000(on beş min) manat müəyyən etdi. İddiaçının nümayəndəsi bu məbləğlə razılaşaraq ərizə ilə məhkəməyə müraciət edərək kompensasiya məbləğinin 15000(on beş min) manat olmasına etiraz etmədi. Hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, məhkəmə özünün müəyyən etdiyi və iddiaçının bununla razılaşaraq cavabdehlərə təklif etdiyi 15000 (on beş min) manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab edir. Məhz bu məbləğ cavabdehlərə mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
31. Üçüncüsü, cavabdehlərin iddiaçıdan mənzildə istifadə hüququ olan şəxslərin hər birinə münasibətdə kompensasiya məbləği tələb etməsi sonuncunun mülkiyyətinə hər hansı bir hüquqi əsas olmadan müdaxilə kimi qiymətləndirilir ki, bu da yol verilməzdir. Çünki, kompensasiya institutu cavabdehlərə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Bu institutun mahiyyəti yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Buna görə də məhkəmənin müəyyən etdiyi və iddiaçının təklif etdiyi kompensasiya məbləği işin hallarına uyğundur. Mənzilin dəyərinin kompensasiyanın məbləğinə hər hansı bir təsiri olmasa da, kompensasiyanın məbləğinin bazar qiymətinə uyğunluğunun yoxlanılması üçün mənzilin bazar də yəri də müəyyən edilmiş, hər iki qiymətləndirici rəyində mənzilin bazar dəyəri demək olar ki, yaxın məbləğlər olmuşdur. Göründüyü kimi, bütün bu hallar da iddiaçının cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə nail olmaqda israrlı olduğuna dəlalət edir.
32. Dördüncüsü, cavabdehlərin təklif olunan kompensasiya ilə müəyyən dövr ərzində birlikdə və ya ayrı-ayrı yaşamalı olması məsələlərinə aydınlıq gətirilməsinə də əsas və zərurət olmamışdır. Çünki, bu cavabdehlərin öz seçimi və istəyi ilə bağlı olan bir məsələdir. Bunun iddianın əsaslılığına heç bir təsiri ola bilməz. X2 xx.xx.2022-ci il tarixdə 18 yaşının tamam olmasının da qətnamənin(əlavə qətnamənin) qanuniliyinə heç bir təsir etmir. Ona görə də qətnamə və əlavə qətnamə onun maraqlarına zidd hesab edilmir. Çünki, cavabdehlər məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzilə köçürülsələr də faktiki olaraq 10 ildən artıq müddətdə orada yaşamır və yaşamaq istəkləri və arzuları da yoxdur. Əgər belə olmasaydı bu dövrdə ən azından köçürüldüyü məhkəmə qətnaməsinin icrasını tələb edərdilər. Etmirsə, demək bu yaşayış sahəsinə ehtiyacları da yoxdur, yaxud bu ehtiyac aradan qalxmışdır. Buna baxmayaraq iddiaçı üstəlik 11000(on bir min) manat kompensasiya təklif etməklə, apellyasiya baxışı zamanı isə kompensasiyanın məbləğinin 15000(on beş min) manat olmasına razılaşmaqla cavabdehlərin istifadə hüquqların xitam verilməsini istəmiş, məhkəmə də haqlı olaraq iddianı təmin etmişdir.
33. Məhkəmə kollegiyası qət etdiyi nəticəni Mülki Məcəllənin 152.1, 228.1-228.2, 228.5ci, MPM-in 384.0, 384.0.3, 392, 393 və 405-ci madd ələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarı, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdehlər və vəkili (Vəkil) kassasiya şikayət i verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və müəyyən edilmiş kompensasiya məbləğinin ayrı-ayrı verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Qətnamə Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 228.2, MPM-in 217.3, 77.1, 88-ci maddələrinin tələblərini pozmaqla, habelə “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə zidd olaraq qəbul edilmişdir.
36. Belə ki, Cavabdeh1 qızları artıq yetkinlik yaşına çatıb və müstəqil yaşayırlar. Kompensasiya verilməklə istifadə hüququna xitam verilmənin ümumi prinsipləri ondan ibarətdir ki, istifadəçi müəyyən müddət daxilində başqa yerdə yaşamaq imkanı əldə etsin. Məhkəmə araşdırması zamanı kirayə haqları və digər hallar nəzərə alınmaqla kompensasiya məbləği müəyyən edilmişdir. Lakin həmin məbləğ istifadəçilərin hər birinə münasibətdə müəyyən edilməlidir. Cavabdehlərə kompensasiya məbləği müəyyən olunarkən həmin mənzildə digər ailə üzvlərinin də istifadə hüququnun olması nəzərə alınmalıdır. Bu halda istifadəçinin mənzildən istifadə hüquqlarına kompensasiya verməklə xitam verilməsi ədalətli və qanuni ola bilərdi. Məhkəmənin “cavabdehlər məhkəmə qətnaməsinin icrasını tələb edərdilər” hissədə gəldiyi nəticə ilə razı deyillər. Dəfələrlə icra məmurundan evə köçürülmə ilə bağlı məhkəmə qətnaməsinin icra olunmamasını tələb etmişlər, lakin “iş məhkəmədə baxılır” adı ilə icra olunmamışdır.
37. Beləliklə, hesab edirlər ki, təklif olunan kompensasiya məbləği yetkinlik yaşına çatmış istifadəçilərin hər birinə ayrı-ayrı şəkildə təklif olunmalıdır. Bu, kompensasiya verilməklə istifadə hüququna xitam verilmənin ümumi prinsiplərinə uyğundur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
40. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
41. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam ve rilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən qismən – müəyyən edilmiş kompensasiya məbləği hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
52. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnam əsi dəyişiklik edilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyun 2022-ci il tarixli 2(103)4744/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.