Məhkəmə qərarları › İş №2(102)-554/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-554/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-554/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx qızının Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)1459/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaya görə X1 xxx qızından hissə-hissə 4000 manat pulu borc almış, lakin borcu qaytarmamışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami RPİ-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərara əsasən İddiaçı Cavabdeh 4000 manat pulun qaytarmamasına dair ərizəsi üzrə toplanmış materialda cinayət tərkibi olmadığından, material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı xxx qızı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ət mağazasında satıcı-qəssab işləmiş, iddiaçıdan borc olaraq bir neçə dəfəyə 4000 manat pul verməsini xahiş etmiş və öhdəsinə götürmüşdür ki, aldığı pulu yaxın vaxtlarda qaytarıb verəcəkdir. İddiaçı cavabdehlə razılaşaraq, ona bir neçə dəfəyə cəmi 4000 manat borc pul vermişdir. Lakin cavabdeh pulunu vaxtında qaytarmamış, hər dəfə bir bəhanə gətirərək pulu verməkdən yayınmış, sonradan isə iddiaçını hədələyərək aldığı pulu qaytarmayacağını bildirmişdir. İddiaçı cavabdehdən polisə şikayət etmiş, polis isə pul tələbi ilə bağlı iddia qaldırmasını tövsiyə etmişdir. Samux Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(058)-754/2019 nömrəli qətnaməsi ilə (hakim H.X.Hümbətov) iddia təmin edilərək, cavabdeh X2 borca görə 4000 manatı n və ödənilmiş dövlət rüsumuna görə 30 manatın, cəmi 4030 manat pulun alınaraq iddiaçı xxx qızının xeyrinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx xxxx 2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə ünvanladığı ərizəsi üzrə araşdırma zamanı cavabdehin izahatı alınmış, həmin izahatda sonuncu iddiaçıdan 1500 manat borc aldığını etiraf etmişdir. Həmçinin məhkəmədə dindirilən şahid ifadələri ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçıdan 1500 manat borc almış və həmin pulu hissəhissə qaytarmışdır. Bundan sonra cavabdeh iddiaçının etibarını qazanmış, ondan əlavə 4000 manat borc almış, lakin həmin borcu qaytarmamışdır. Məhkəmə iddiaçının ifadəsini daha səmimi və inandırıcı hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh X6 apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(058)-754/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)1459/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.M.Əliyevanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) cavabdeh X3 apellyasiya şikayəti təmin edilmiş, Samux Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(058)-754/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, işd ə iddiaçının cavabdehə 4000 manat borc verməsini təsdiq edən mötəbər sübut (yazılı qəbz, müqavilə və s.) yoxdur. Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin heç biri iddiaçının cavabdehə 4000 manat verməsini görməmişlər və bunu ancaq iddiaçıdan eşitmişlər. Bundan əlavə həmin şahidlər iddiaçının yaxın qohumları olmuşlar. Bundan əlavə iddiaçın verdiyi izahatların özü də, ziddiyyətlidir. Belə ki, Gəncə RPİnin rəisinə xx xxxx 2019-cu ildə yazdığı izahatında iddiaçı cavabdehə 2017-ci ilin may ayında “4000 manat borca pul verməsini” onunla dost münasibəti yarandığına görə ona inandığı üçün, birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdehin ona verdiyi borcu qaytardığına görə onda inam yarandığı üçün verdiyini göstərdiyi halda, apellyasiya baxışı zamanı verdiyi iza hatında “Cavabdeh hər gün maşınla onun dalınca gəlib getdiyinə görə ondan qorxduğu üçün məcbur olub verdiyini” göstərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı xxx qızı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-1459/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuş, işin həqiqi halları araşdırılmamış, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Apelly asiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməmiş, o cümlədən şahid ifadələrini nəzərə almamış, iddiaçının izahatını təhrif etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildi yindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 127-ci maddəsinin ikinci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələb lər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər h ansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfin dən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin həlli sübutların qiymətləndirilməsindən asılı olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdikləri sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində, tam hüquqlu məhkəmə kimi işə işdə olan sübutlara hüquqi qiymət vermiş və onları qeyri-mötəbər və ziddiyyətli hesab etməklə, iddianın sübut olunmaması qənaətinə gəlmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında iddia olunan borc müqaviləsi yazılı formada bağlanmadığından Azərbaycan Respublikası MM-i n 740.2-ci maddəsinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının hər hansı prosessual hüququnun, o cümlədən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinin pozulması müəyyən olunmamışdır. Həmçinin cavabdehə borc verməsinin səbəbinə dair iddiaçının birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində verdiyi izahatlarında ziddiyyətlər mövcuddur və iddiaçı izahatının təhrif olunduğunu iddia etdiyi halda, qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə iclas protokollarına qeyd verməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qət namə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri formal və əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-1459/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar