Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-554/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin zəbti ilə bağlı mübahisələrdə ekspert qarşısında torpaq sahəsinin zəbtinə dair sualların qoyulmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2022-ci il tarixli, 2(105)-1904/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddiaçılar bildirirlər ki, cavabdehə məxsus həyətyanı torpaq sahəsi onlarla qonşuluqda yerləşir. Hazırda cavabdeh torpaq sahəsində ev inşa edir. Lakin, onlara məxsus torpaq sahəsinin 37 kv.metr hissəsini zəbt edərək orada tikinti işləri aparır. Dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu bildirir.
3. Cavabdeh bildirir ki, torpaq sahəsini satın almamışdan əvvəl orada olan qonşulardan hər hansı bir mübahisə olub-olmamasını soruşub. Heç bir qonşunun oraya iddiası olmay ıb. Bundan əlavə, iddiaçı öz izahatında bildirir ki, 2006-cı ildə torpaq sahəsi ona AİK-nın qərarı əsasında verilib. Orada olan otaqlardan birini əvvəlki ev sahibi müvəqqəti olaraq qonşuya istifadə üçün verib. Lakin onun aldığı torpaq sahəsinin üzərində olan ev və tikililərin 1950-ci illərdə tikilməsinə dair sənəd var, həmin evə və torpağa dair Çıxarış alınarkən DƏDRX-nin mütəxəsisləri ora baxış keçiriblər.
4. İşin mübahisəsiz halına əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı1 və İddiaçı2 12 may 2006-cı ildə Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. 5. ünvan 1 ünvanında yerləşən 35.1 kv.metr daşınmaz əmlakın yerləşdiyi və 0.03 ha yaşayış məntəqələrinin torpaq sahəsi tam m ülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsinin 252 kv.metr hissəsi koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 re yestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 35.1 kv.metr olan daşınmaz əmlak koordinatları daxilində yerləşir. Torpağın mülkiyyətə verilməsinə dair JN2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi şimal-qərb istiqamətində 57 kv.metr hissədə üst-üstə düşür.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1547 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsinin 252 kv.metr hissəsi koordinatları daxilindədir. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tə dqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 35.1 kv.metr olan daşınmaz əmlak koordinatları daxilindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlara Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə 12 may 2006-cı ildə Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün Torpağın Mülkiyyətə Verilməsinə Dair JN2856A, KOD 30301004 saylı Şəhadətnamə əsasında 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir.
9. Quba Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(027)-91/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia rədd edilmişdir.
10. Məhkəmə Mülki Məcəllənin 152.1-ci və Mülki Prossesual Məcəllənin 14.2, 77-ci maddələrinə istinad etməklə qeyd etmişdir ki, iddiaçılar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1904/2022 nömrəli, 03 okt yabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi) Z.Məmmədov və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin adına olan Texniki pasportdan da göründüyü kimi, iddiaçıların istinad etdiyi zəbt olunmuş 78 kv.m. torpaq sahəsi tərəflər arasında mübahisə predmeti olan üst-üstə düşən torpaq sahəsində deyil, ümumiyyətlə iddiaçılara aid olmayan, cavabdehin faktiki istifadəsində olan torpağın digər hissəsində yerləşir.
14. Bundan əlavə, iddiaçılara aid DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin 57 kv.m. hissəsinin cavabdehin adına verilmiş xx.xx.2020-ci il tarixli rəsmi reyestrdə qeydə alınmış çıxarışda göstərilmiş torpaq sahəsinə aid bir hissəsində üst-üstə düşməsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, göstərilən torpaq sahələrinə dair qeydiyyatın düzgün aparılmamasını tərəflər müvafiq qaydada inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilərlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamədə heç bir maddi normaya istinad etməmiş, mülkiyyətçilərdən ancaq Cavabdeh mülkiyyət hüququnun qorunmasının qayğısına qalmış, onun evinə dair qeydiyyat orqanlarından mülkiyyət hüququna dair çıxarışların toplanılması işi ilə məşğul olmuşdur. Əslində, bu çıxarışların toplanılmasının bu iddia predmetinə heç bir aidiyyəti yoxdur. Belə ki, hər iki tərəfin 0,03 ha torpaq sahəsi vardır, bu torpaq səhələrinin 57 kv metri üst-üstə düşür ki, məhkəmənin borcu ondan ibarət olmalı idi ki, aydınlaşdırsın ki, sənəd üzrə bu üst-üstə düşən torpağın əsl sahibi kimdir. Əsl sahib iddiaçılardırsa, belə halda, bu üstüstə düşən hissədə cavabdehin özbaşına tikilisi sökülməli və torpaq sahəsi boşaldılmalı idi. Bundan əlavə, məhkəmələr mütəxəssis və ekspertiza qarşısına sual qoyaraq aydınlaşdırmamışdır ki, cavabdehin Cavabdeh özbaşına tikinti apardığı tikilinin ümumi sahəsi nə qədərdir və bu tikili kimin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Cavabdehin zəbt etdiyi 0,0078 ha artıq torpaq sahəsi harada yerləşir, kimin torpaq sahəsini cavabdeh zəbt etmişdir? Lakin, apellyasiya məhkəməsi verilən vəsatəti təmin etməmiş, əlavə ekspertiza keçirilməsindən imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı cavabdehin yazılı etirazı daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və o na dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
28. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlar la yanaşı qiymətləndirilir.
29. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməs i tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
34. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
35. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarın da şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün zəruri texniki və xüsusi biliklər tələb edən suallar meydana çıxdığından müvafiq mütəxəssis və ekspert rəyləri mühü m əhəmiyyət kəsb edir.
39. Lakin apellyasiya instansiyası məhkəməsi müvafiq nəticəyə müvafiq mütəxəssis və ekspert rəylərinə istinad etmədən, yalnız iş materiallarında olan Texniki Pasporta vizual baxış keçirməklə gəlmişdir.
40. Nəzərə alınmamışdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).
41. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadında qeyd etmişdir ki, “işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 0.03 ha torpağından, yəni 300 kv.m.-dən 48 kv. m. əskikdir, Cavabdeh məxsus adıçəkilən torpaq sahəsi sənəd üzrə 0.03 ha olduğu halda, faktiki torpaq sahəsi 0.0378 hektardır, yəni 0.078 ha zəbt torpaq sahəsidir. Lakin birinci instansiya məhkəməsi ekspert qarşısında sual qoyarkən Cavabdeh özbaşına tikinti apardığı tikilinin ümumi sahəsinin nə qədər olduğunu və cavabdehin zəbt etdiyi 0.078 ha artıq torpaq sahəsinin harada yerləşdiyini, iddiaçılar İddiaçı1 və İddiaçı2 48 m² torpaq sahəsi əskikdirsə, bu əskik sahə haradadır və ya bu sahənin cavabdehin tikdiyi tikilinin altında yerləşən sa hə olubolmamasını aydınlaşdırmamışdır.”
42. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə ekspertizanın keçirilməsi barədə vəsatət təmin edilməmiş, iddiaçıların mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin 57 kv.m hissəsinin cavabdeh tərəfindən zəbt edilib edilməməsinin müəyyən edilməsi üçün müvafiq suallar ekspert qarşısında qoyulmamışdır.
43. Halbuki, MPM-in 102.1-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
44. Bu halda, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamən i iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır. 45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun o lsun.
46. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
47. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda şərh edilən göstərişlərə uyğun olaraq araşdırma aparmaqla mübahisəni həll etməlidir.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1904/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.