Məhkəmə qərarları › İş №2(102)-5543/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5543/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5543/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5543/21 (Açar sözlər: ziyanın əvəzinin ödənilməsi, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməməsi ) Bakı şəhəri, 20 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “dəymiş ziyanın və borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4111/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2953,80 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 2983,80 manat məbləğində borcun məcburi qaydada tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı 16.05.2019-cu il tarixli, AKX0093517/05-2019 saylı müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir.

3. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, **********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto ç əkilişlər aparılmışdır.

4. Qeyd olunan faktlarla bağlı birliyin işçiləri tərəfindən “Təbii X1nın pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 30.07.2019-cu il tarixli ******* saylı akt əsasında 486,20 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 329,40 manat, 30.10.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 198 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 381,60 manat, 30.01.2020-cu il tarixli 02650640 saylı akt əsasında 381,60 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 381,60 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 381,60 manat, 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 381,60 manat ziyan dəyməsi müəyyən edilmişdir.

5. Cavabdehə Birliyin nüm ayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilsə də, nəticə olmamışdır.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 14.2.6, 21.1, 386.1, 442, 443.1 və 448.2-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh iddia tələbini qəbul etməyərək, aktların əsassız olduğunu, sübut kimi təqdim edilmiş fotoşəkillərin onun mənzilinə aidiyyatı olmadığını və mütəmadi olaraq qaz sərfiyyatına görə ödəniş etdiyini bildirmişdir.

8. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5092/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Zaur Hacıyev)

9. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən qeyd etmişdir ki, aktın tərtib olunması vaxtı kənar xəttin olması iş materialları ilə sübuta yetirilmir. Cavabdehin kənar xətdən istifadə etm əsinin yeganə sübutu kimi iddiaçının təqdim etdiyi fotoşəkillərin cavabdehə məxsus olan evə aid olması müəyyən edilmir. Eyni zamanda “Gasrep” proqramından görünür ki, **********00001 abonent kodu olan Cavabdeh istifadə olunmuş qaz sərfiyyatına görə mütamadi olaraq ödənişlər həyata keçirmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası MPM-nin 14.2, 77.2 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə qöstərilən dəlillər işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi ha lları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; - cavabdeh qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazı talamış və məhkəmə iclaslarında vaxtilə törətmiş olduğu faktı inkar etmişdir; - törətmiş olduğu faktı inkar etməsi səbəbindən Birliyin mühəndis-usta heyəti məhkəmənin tapşırığı əsasında onun ünvanında olmuş, cavabdehin iştirakı ilə qaz xəttinin yerində tədqiqatı keçirilmiş və vaxtilə qanunsuz qaz xəttinin qoşulu olmuş olduğu yer müəyyən edilərək video lentə alınmışdır; - çəkilmiş video kadr məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə iddianı rədd etmiş və diqqətinə çatdırıldığı video lenti sübut kimi qiymətləndirməmiş, yalnız iş materialları arasında olan fotoşəkillər əsasında mülki işə qiym ət verərək həmin fotoşəkillərin cavabdehə məxsus olan evə aid olmamasını göstərmişdir; - biri-birini tamamlayan və biri-birinə uyğun gələn sübutlar məhkəməyə təqdim edilsə də məhkəmə iddia tələbini əsassız yerə rədd etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4111/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5092/2020 nömrəli 23 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi) Xəyal Sarıyev, Emin Mehdiyev)

14. Apellyasiya məhkəməsi iş materiallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə, tətbiq etdiyi maddi hüquq normları və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətini n və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasının xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normaları pozulmuş, Mülki Məcəllənin 14.2.6, 386, 443.1, 448.2, 1096, 1097.1, “Qaz təchizatı haqqında” Qanunun 6.2, 20, 22-ci maddələri, “X1”nın 6.5-ci bəndi, MPM-nin 14.2, 76, 77.1, 80, 88, 89.1, 217 və 218-ci maddələrinin tətbiq edilməsində səhvə yol verilmişdir; - cavabdehin hal-hazırda da qazdan qanunsuz istifadəsi qalmaqdadır; - cavabdehin qaz xəttinə qoşulmasını təsdiq edən fotoşəkilləri apellyasiya məhkəməsi ətraflı araşdırmamış, təqdim edilən 1 ədəd CD diskə ümumiyyətlə nəzərə yetirilməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

19. Cavabdeh Cavabdeh vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası ki mi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun m əhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.http://eqanun.az/framework/46945 (01.10.2021-ci ilədək olan redaksiyada) Maddə 392.1.5. apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya ba xışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir k i, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsi prosessual hüquq normalarını pozmuşdur.

23. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianın sübuta yetirilməməsinə əsaslanmaqla iddianı rədd etmişdir. İddiaçı apellyasiya şikayətində dəlil kimi video kadrların məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmənin video kadrları sübut kimi qəbul etmədiyini bildirsə də, apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin həmin dəlilinə bir cümlə ilə olsa da qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsində yazılanları təkrar etməklə həmin dəlilləri məhkəmə tədqiqatından kənarda saxlamışdır. Bu baxımdan, iddiaçının dəlillərinə qiymət vermədiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxla yan apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsaslılığına qiymət verə bilmir.

24. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

25. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respubli kası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 27. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməs inin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

28. Qeyd edilənlər baxımdan, apellyasiya məhkəməsinin qətnaməsi əsaslı və qanuni sayıla bilməz.

29. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması, dəlillərə qiymət verilməli olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində mə hkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır.

30. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, iddiaçının dəlillərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam qiymət verməli, bununla bağlı zəruri prosessual hərəkətlər etməli, işin müəyyən edilmiş hallarına uyğun maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

31. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tuta raq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İB-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4111/2021 nömrəli 29 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar