Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5546/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi və bağ sahəsinin boşaldılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-231/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qə tnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və istismarı Birliyi ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında 36212 saylı, 10 noyabr 2005-ci il tarixli bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Şüvəlan ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 38/3781 nömrəli bağ 10 illik müddətdə iddiaçının istifadəsinə verilmişdir.
2. İddiaçı bildirir ki, onun qanuni istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi cavabdehin qanunsuz sahibliyindədir, cavabdeh isə mübahisəli sahəni və üzərindəki tikilini başqasından aldığını bildirərək iddiaya etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a ) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, ona məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən, sənəd üzrə 0,12 ha torpaq sahəsi olan, faktiki isə 0,10 ha təşkil edən 38/3781 saylı bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin sökülməsi, cavabdehin həmin bağ sahəsinin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsinə, yəni 400 kvadrat hissəsinə daxil olmasının qadağan edilməsi, onun bağ sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və bağ sa həsinin zəbt edilmiş 0,04 ha hissəsinin, yəni 400 kvadrat metr hissəsinin Cavabdeh tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı, tələbini belə əsaslandırmışdır ki, cavabdeh ona məxsus olan 0.12 ha torpaq sahəsinə qanunsuz olaraq, müdaxilələr edir, torpaq sahəsi üzərində istifadə hüquqlarına maneələr yaradır. Sözügedən bağ sahəsinin bir hissəsini qanunsuz zəbt edərək orada fərdi yaşayış evi tikmiş, ona məxsus torpağa girişini məhdudlaşdırmış, torpaq sahəsinin özünə məxsus olduğu bildirilərək, qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Dəfələrlə cavabdehə qanunsuz hərəkətlərə son qoyması barədə xəbərdarlıq edilsə də, o, tələbinə əməl etməmişdir. Ona məxsus torpaq sahəsi üzərində istifadə hüquqlarına maneələr yaratdığından, bununla da qanunla qorunan m ülkiyyət hüquqlarını pozduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək bildirmişlər ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İddiaçıya verilmiş 0,12 ha torpaq sahəsi olan 38/3781 nömrəli bağ 10 illik müddətdə istifadəyə verilmişdir. Müqavilənin müddəti 2015-ci il tarixdə bitmişdir. Tərəflər arasında müqavilənin müddəti uzadılmamışdır. Belə olan halda iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. X3 tərəfindən verilmiş 34 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, iddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən, “Birlik” adlanan Bağçılıq ərazisindən xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin 1000 kv.metr (0,10 ha) təşkil etdiyi müəyyən olunur. iddiaçının faktiki olaraq istifadəsində 600 kv.metr torpaq sahəsinin olduğu 400 kv.metr torpaq sahəsində digər şəxsin fərdi yaşayış evi tikərək istifadə etdiyi müəyyən edilir. Bağçılıq sxeminin miqyası olmadığından, qalan 200 kv.metr torpaq sahəsinin hans qonşu tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Hüseyn Hüseynli) 2(003)-221/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddi a təmin edilmiş, iddiaçıya məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən, sənəd üzrə 0,12 ha torpaq sahəsi olan, faktiki isə 0,10 ha təşkil edən 38/3781 saylı bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin sökülməsi, cavabdehin həmin bağ sahəsinin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsinə, yəni 400 kvadrat metr hissəsinə daxil olmasının qadağan edilməsi, iddiaçının bağ sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsi, yəni 400 kvadrat metr hissəsinin cavabdeh tərəfindən boşaldılması qə t olunmuşdur.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya mübahisəli torpaq sahəsi xx.xx.2005-ci ildə ayrıldığı halda, cavabdeh tərəfindən iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinin daxilində, yəni 0,04 ha torpaq sahəsində fərdi yaşayış evi tikmiş, həmin 0,04 ha torpaq sahəsindən və onun üzərində olan fərdi yaşayış evindən istifadə edir. Nəticədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 Departamenti ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 36212 saylı müqavilə əsasında iddiaçının istifadəsi üçün ayrılmış olan torpaqdan maneəsiz istifadə hüququ məhdudlaşdırılmışdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təkcə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 36212 saylı, xx.xx.2005-ci il tarixli müqaviləyə istinad etməklə, bunu qətnamədə təkrar-təkrar qeyd etmişdir. Bununla yanaşı, hakim, iş materiallarında olan X3 tərəfindən verilmiş 34 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyini də mühüm sübut kimi qəbul etmiş, lakin ekspert İlham Xudiyevin yazılı məlumatını nəzərə almamışdır. Belə ki, iddiaçının istinad etdiyi müqavilənin (hansı ki, qüvvədə olma müddəti 10 il olmaqla xx.xx.2015-ci il tarixdə bitmişdir) məhz mübahisəli torpaq sahəsinə aid olması, həmin sahənin ölçüsü haqqında məlumat olmamışdır. X3 isə, iddiaçının 0,6 ha torpağından əlavə, 0,4 ha hissənin məhz cavabdeh tərəfindən zəbt edildiyini müəyyən edə bildiyi halda, necə olur ki, qalan 0,2 ha hissənin hansı qonşu tərəfindən zəbt edildiyini müəyyənləşdirə bilmir. Bu xüsusat, nümayəndəsi tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da, hakim tərəfindən nəzərə alınmamış, iddiaçının sözügedən müqavilə üzrə bağ sahəsinə dair hər hansı hüquqa malik olmasına və ya olmamasına əhəmiyyət belə verilməmişdir. Belə ki, müqavilənin müddəti uzadılmamaqla yanaşı, iddiaçı müqavilə şərtlərinə də əməl etməmiş, bağ sahəsindən istifadə haqqını ödəməmiş, hər il öz xərci və vəsaiti hesabına aqrotexniki becərmə işləri görməmiş, tikilini və bağı mühafizə etməmiş, talanmaqdan qorumamışdır. Cavabdeh isə, bağı və bağ sahəsində yerləşən evi xx.xx.2017-ci il tarixdə 22.000 manata almış və artıq 3 il 6 aydır ki, bu sahədə yaşamaqla, ev inşa etmişdir. Həmin müddət ərzində heç kim hər hansı iddia ilə ona müraciət etməmiş, hazırkı torpaq sahəsinin ona məxsus olduğunu bəyan etməmişdir.
12. Apellyasiya icraatı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********50 saylı 01 iyul 202 1-ci il tarixli məktubuna əsasən, bağ sahəsinin mişar daşından hasarla ayrılmış 640,0 kv.m hissəsi faktiki iddiaçının istifadəsində olması, sözügedən sahənin üzərində natamam köməkçi tikili və sanitar qovşağın olması, bağ sahəsinin qalan hissəsi isə cənub istiqamətində yerləşir və faktiki digər fiziki şəxs tərəfindən hasarlanaraq bağ evi və köməkçi tikililərin inşa olunması müəyyən edilmişdir. İdarənin arxiv əsaslarında sözügedən 38/3781 nömrəli bağ sahəsinə dair İddiaçı ilə bağlanılmış xx.xx.2005-ci il tarixli 36212 nömrəli müqavilə mövcuddur. Bağ sahəsinin cizgisi yoxdur, arxiv qovluğundakı bağçılıq yoldaşlığının bölgü sxemi mövcuddur.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şə xsinin "xxxx" MMC-nin **********95 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Birlik” adlanan Bağçılıq ərazisindən xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinə dair heç bir texniki sənədin (plan-ölçü, ayrıc aktı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmiş sxem və ya cizgi) təqdim edilməməsi, təqdim edilmiş bağların bölgü sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən sözügedən torpaq sahəsini sənəd üzrə naturada yerinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh hazırda istifadəsində olan iddiaçı tərəfin dən iddia edildiyi torpaq sahəsinin və həmin torpaq sahəsində mövcud olan tikililərin naturada koordinatları müəyyən edilərək ölçülməklə rəyə əlavə edilmiş sxemdə “mübahisəli torpaq sahəsi” (S=437 kv.m) kimi öz əksini tapmışdır. Mübahisələndirilən torpaq sahəsinə hər hansı hüquqi və ya fiziki şəxsə hər hansı bir hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasına heç bir məlumatın, eləcə də həmin əraziyə iddiaçı və cavabdehə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hər hansı hissədə kəsişməsini və ya üst-üstə düşməsini koordinatlarla müəyyən edilməsi mümkün olmamışdır.
14. Azərbaycan Respublikasının İq tisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********06 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının istifadəsində olan 640,0 kv.m sahənin və iddia olunan 439,0 kv.m sahənin yeri müəyyən edilərək cizgisi tərtib olunmuşdur. Ümumi iddia olunan sahə 1079,0 kv.m təşkil edir ki, bunun da 640,0 kv.m olan hissəsində natamam “B” literli tikili mövcuddur. Cavabdehin istifadəsində olan 439,0 kv.m yer müayinə zamanı müəyyən edilmişdir. Həmin 439,0 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evi və köməkçi həyət tikililəri inşa olunmuşdur. Cavabdeh tərəfindən həmin 439,0 kv.m sahəyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdehin istif adə etdiyi 439,0 kv.m sahə iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə düşür. Həmin mübahisəli 439,0 kv.m sahənin cizgisi və koordinatları tərtib olunmuşdur.
15. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3201 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mütəxəssis rəylərinə əsasən qeyd olunur ki, iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Birlik” adlanan Bağçılıq ərazisindən xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinə dair heç bir texniki sənədin (planölçü, ayrıc aktı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmiş sxem və ya cizgi) təqdim edilməməsi, təqdim edilmiş ba ğların bölgü sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən sözügedən torpaq sahəsini sənəd üzrə naturada yerinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Cavabdehin hazırda istifadəsində olan İddiaçı tərəfindən iddia edildiyi torpaq sahəsinin və həmin torpaq sahəsində mövcud olan tikililərin naturada koordinatları müəyyən edilərək ölçülməklə rəyə əlavə edilmiş sxemdə “mübahisəli torpaq sahəsi” (S=437 kv.m) kimi öz əksini tapmışdır. Mübahisələndirilən torpaq sahəsinə hər hansı hüquqi və ya fiziki şəxsə hər hansı bir hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasına heç bir məlumatın, eləcə də həmin əraziyə iddiaçı və cavabdehə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən cavabdehin hazırda istifadə sində olan torpaq sahəsi ilə iddiaçıya xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hər hansı hissədə kəsişməsini və ya üst-üstə düşməsini koordinatlarla müəyyən edilməsi mümkün olmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Talışınski) 2(103)-231/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia rədd edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində özəl hüquqi şəxs olan “X3” MMC-nin xx.xx.2019-cu il tarixli 34 nömrəli ekspert rəyi kimi tərtib etdiyi sənədi sübut kimi t anımışdır. Halbuki, həmin ekspert rəyi kimi tərtib edilərək məhkəməyə təqdim edilmiş sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Həmin əcəllənin 101-1.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) – məhkəmə ekpsertizasının aparılması həvalə olunmuş, məhkəmə ekp sertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir.
18. Qanuna özəl məhkəmə ekspertləri barədə edilmiş dəyişikliklərdən sonra bugünədək özəl məhkəmə eksperti kimi heç bir hüquqi və ya fiziki şəxs şəhadətnamə almamış və reyestr hazırda olmadığından reyestrə daxil edilməmişdir. Özəl hüquqi şəxs olan “X3” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə 34 nömrəli ekspert rəyi kimi təqdim edilmiş sənəddə də, ekpsertizanı aparmış X4 cəmiyyətin tikinti-exniki ekpserti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində 20 ildən artıq ekspert iş təcrübəsinə malik olan, ali texniki təhsilli şəxs kimi X5 isə cəmiyyətin mühəndis yerquruluşçusu kimi təqdim edilməsinə baxmayara q, həmin şəxslərin özəl məhkəmə ekspertləri kimi fəaliyyət göstərmək üçün hər hansı şəhadətnamə alıb-almadıqları, onların reyestrə daxil edilib-edilməmələri, onların müvafiq sahə üzrə ekspert kimi çıxış edə bilmələri üçün səlahiyyətlərinin olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Çünki həmin şəxslərin özəl məhkəmə eksperti kimi fəaliyyət göstərmək səlahiyyətləri yoxdur.
19. Apellyasiya instansiya məhkəməsi iş materiallarına, ekspert rəyinə əsasən hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün olmadığından hazırkı iddia tələbi təmin edilə bilməz.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 99.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apelyasiya instansiyası məhkəməsi qətnamədə heç bir maddi hüquq normasına istinad etməmişdir. Bakı şəhər XDS İK-nin 1/145 saylı xx.xx.1990-ci il tarixli qərarına əsasən Əzizbəyov (hazırda - Xəzər) rayonu, Şüvəlan qəsəbəsi, “Şimal” DRES-in cənub-şərq, “Birlik” adlanan Bağçılıq ərazisindən ərazisindən Kosmik Tədqiqatlar EİB-in (hazırda - Azərbaycan Milli Aerokosmik Ağentliyinin) nəzdində yaradılmış Bağçılıq yoldaşlığına (“Günəş-3” Bağçılıq yoldaşlığına) torpaq sahəsi ayrılmışdır. Bakı şəhər XDS İK-n in 1/145 saylı xx.xx.1990-cı il tarixli qərarının icrası ilə əlaqədar. Memarlıq-planlaşdırma idarəsi tərəfindən xx.xx.1991-ci il tarixdə ərazinin memarlıq-planlaşdırma sənədi təsdiq edilmiş, ayrılmış ümumi sahə 4,68 ha olmaqla, sahənin sərhədləri, istinad nöqtələri müəyyən edilmişdir. Bundan sonra “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinə onlara ayrılmış torpaq sahələrinə dair üzvlük kitabçaları verilmişdir. 90-cı illərdə “Günəş-3” Bağçılıq yoldaşlığının bəzi üzvləri, xüsusilə digər millətlərdən olan üzvləri işdən çıxaraq ölkəni tərk etdiyindən, bu və digər bu kimi səbəblərdən sahədən təyinatı üzrə istifadə etmədiyinə görə xx.xx.1999-cu il tarixdə Azərbaycan Milli Aerokosmik Ağentliyinin (AMAKA) nəzdində yaradılmış “Günəş-3” Bağçılıq yoldaşlığının ümumi yığıncağı keçirilmişdir. Həmin tari xli ümumi yığıncağın qərarına əsasən AMAKA-nin baş direktorunun birinci müavini Tofiq Süleymanov tərəfindən “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi tərtib və təsdiq edilmişdir (surəti işə əlavə olunmuşdur). Bundan sonra “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi əsasında sahə naturada ayrılaraq üzvlərə təhvil verilmişdir. AMAKA TEKTİ-nin işçisi – mühəndisi İddiaçı “Günəş-3” Bağçılıq yoldaşlığı üzvlərinin xx.xx.1999-cu il tarixli 2 saylı protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısına daxil edilmişdir (“Günəş-3” Bağçılıq yoldaşlığı üzvlərinin bölgü siyahısı əlavə olunur, bax: həmin siyahıda 33-cü şəxs). Bundan sonra iddiaçıya üzvlük kitabçası verilmiş (surəti işə əlavə olunmuşdur) və sahəsi 1200 kv.m olan 38 nömrəli bağ sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir. Həmin vaxt sahə naturada ayrılaraq üzvlərə təhvil verilərkən eyni vaxtda bağçılıq üzvlərin ümumi (üzvlük) vəsaiti hesabına, o cümlədən iddiaçının vəsaiti hesabına “Günəş-3” Bağçılıq yoldaşlığının sədri mərhum Elmar Hacıyevin rəhbərliyi ilə bütün bağ sahələri 5 daş hündürlüyündə hasarlanmışdır. Belə ki, həmin dövrdə Bakı şəhər İHBA APBTİD X2 və İstismarı Birliyi tərəfindən bağçılıq üzvlərindən üzvlük kitabçaları əsasında müvafiq bağ sahələrinin ən azı 5 daş hündürlüyündə hasarlanması tələb edilirdi. Yalnız X2 və İstismarı Birliyinin ərazi üzrə nümayəndəsi həmin sahəyə baxış keçirdikdən və müvafiq bağ sahəsinin istifadəçisi tərəfindən hasara alındığını müəyyən etdikdən sonra üzvlük kitabçaları əsas sənəd kimi qəbul edilird i. Qeyd edək ki, həmin dövrdə Bakı şəhər İHBA APBTİD X2 və İstismarı Birliyi tərəfindən bağçılıq üzvlərindən üzvlük kitabçaları əsasında müvafiq qaydada müqavilə bağlanması tələb edilirdi. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki 0,12 ha torpaq sahəsində yerləşən 38/3781 nömrəli bağ sahəsi də eyni qaydada Bakı şəhər İHBA APBTİD X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən 10 il müddətinə iddiaçının istifadəsinə verilmişdir (müqavilənin təsdiq olunmuş surəti işə əlavə olunmuşdur). Həmin sahəyə dair müvafiq müqavilə bağlandıqdan sonra İddiaçı tərəfindən əvvəllər inşa edilmiş 5 daş hasara əlavə 5 daş hörülmüş, orada hazırda da mövcud olan müvafiq tikili və sanitar qovşaq inşa edilmişdir. Bu fakt işdə olan və Bakı Apelyasiya Məhkəməsinə ü nvanlanmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********50 saylı məktubu (arayışı) ilə müəyyən olunur. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22 may 2007-ci il tarixli 2186 №-li SƏRƏNCAMİnın 2-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görməsi Nazir lər Kabinetinə tapşırılmışdır. Cavabdeh həm birinci instansiya məhkəməsində izahatında, həm də apelyasiya şikayətində əsas dəlil kimi göstərmişdir ki, bağı və bağ sahəsində yerləşən evi xx.xx.2017ci il tarixdə 22.000 manata almış və özü də ev inşa etmişdir. Lakin cavabdeh həmin bağ sahəsini kimdən və hansı hüquqmüəyyənedici sənədə əsasən almasını göstərmir (çünki belə bir sənəd yoxdur), həmçinin həqiqətən orada evi özü inşa etmişdirsə, həmin evin inşa edilməsinə dair müvafiq texniki və hüquqmüəyyənedici sənədləri də birinci instansiya məhkəməsinə təqdim etməmişdir (çünki belə bir sənəd də yoxdur). Apelyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi təkcə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Depart amentinin X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 36212 saylı, xx.xx.2005-ci il tarixli müqaviləyə istinad etməklə, bunu qətnamədə təkrar təkrar qeyd etmişdir, halbuki həmin müqavilə 10 il müddətinə bağlanmış və müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir, bu xüsusat, nümayəndəsi tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da, hakim tərəfindən nəzərə alınmamış, iddiaçının sözügedən müqavilə üzrə bağ sahəsinə dair hər hansı hüquqa malik olmasına və ya olmamasına əhəmiyyət belə verilməmiş, belə ki, müqavilənin müddəti uzadılmamaqla yanaşı, iddiaçı müqavilə şərtlərinə də əməl etməmiş, bağ sahəsindən istifadə haqqını ödəməmiş, hər il öz xərci və vəsaiti hesabına aqrotexniki becərmə işləri görməmiş, tikilini və bağı mühafizə etməmiş, talanmaqdan qorumamışdır. Apelyasiya şikayətinin həmin dəlili tamamilə əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007- ci il tarixli 2186 №-li SƏRƏNCAMİnın 2-ci bəndinə əsasən İddiaçı qanuni istifadəsində olan həmin bağ sahəsi "Torpaq islahatı haqqında" Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onun mülkiyyətinə verilmiş və həmin tarixdən onun mülkiyyəti sayılır. Belə ki, birinci instansiya məhkəməsi tamamilə haqlı olaraq Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarına istinad edərək göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxil i qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasi təsilə tələb edə bilər.
26. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
27. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.
28. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
29. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, y axud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
34. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
35. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
36. M addə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) id dia rədd edilir.
41. Mülki Məcəlləyə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 24-29).
42. İddiaçı, sözügedən bağ sahəsinin onun istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və istismarı Birliyi ilə onun arasında bağlanmış 36212 saylı, 10 noyabr 2005-ci il tarixli müqaviləyə, “Günəş-İİİ” tərəfindən 1999-cu ildə iddiaçıya Bağçının üzvlük kitabçasına, “Günəş-İİİ” bağçılıq yoldaşlığının 1999-cu il 3 iyul tarixli ümumi yığıncağının 2 saylı protokolundan çıxarışa və müvafiq plan-cizgi sənədlərinə istinad edərək ona ayrılmış bağ sahəsinin bir hissəsinin cavabdehin qanunsuz sahibliyində olduğunu bildirərək qeyd edilən iddianı irəli sürmüşdür.
43. Cavabdeh tərəf mübahisəli sahəni başqasından aldığını bildirərək iddiaya etiraz etmişdir.
44. Mövcud vəziyyətdə təqdim etdiyi sənədlərə əsasən, üzərində iddiaçının əmlak hüququ olan mübahisəli torpaq sahəsinin cavabdehin sahibliyində olması və bu sahibliyin qanuni sayılıb-sayılmaması hallarının düzgün müəyyənləşdirilmə si mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
45. İş üzrə yuxarıda qeyd edildiyi kimi bir neçə dəfə ekspertiza tədqiqatı aparılmış və bu tədqiqatların nəticələri yuxarıda qeyd olunmuşdur (§ 12-15).
46. Apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarına, ekspert rəyinə əsasən, iddiaçıya ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün olmadığından hazırkı iddia tələbi təmin edilə bilməz.
47. Bununla belə, apellyasiya kollegiyası mübahisəli hala dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********06 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini nəzərə almamış və ona müvafiq qiymət verməmişdir. Qeyd edilən rəyə əsasən, iddiaçının istifadəsi ndə olan 640,0 kv.m sahənin və iddia olunan 439,0 kv.m sahənin yeri müəyyən edilərək cizgisi tərtib olunmuşdur. Ümumi iddia olunan sahə 1079,0 kv.m təşkil edir ki, bunun da 640,0 kv.m olan hissəsində natamam “B” literli tikili mövcuddur. Cavabdehin istifadəsində olan 439,0 kv.m yer müayinə zamanı müəyyən edilmişdir. Həmin 439,0 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evi və köməkçi həyət tikililəri inşa olunmuşdur. Cavabdeh tərəfindən həmin 439,0 kv.m sahəyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdehin istifadə etdiyi 439,0 kv.m sahə iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə düşür. Həmin mübahisəli 439,0 kv.m sahənin cizgisi və koordinatları tərtib olunmuşdur (§ 14).
48. Kollegiya bildirir ki, qeyd edilən rəy iş materiallarına əlavə edilsə də, apellyasiya məhkəməsinin həmin sübuta münasibət bildirməməsi və onu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirməməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
49. Belə ki, məhkəmə ekspertiza rəyini məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməli, ekspertin rəyi ilə razılaşmadıqda öz mövqeyini qətnamədə əsaslandırılmalıdır (§ 31, 33-35).
50. Baxılan işdə isə bu tələblərə əməl olunmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır (§ 30, 32, 36).
51. Ona görə d ə, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-231/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.