Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5547/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(105)2325/2021 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-2077/2021 nömrəli qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı ASC-nin iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Yaqubova (Mütəllimli) Günay Həsrət qızının, Cavabdeh3, Cavabdeh6, sonuncunun yetkinlik yaşına çatmayan övladları X2 və X3 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 197 saylı evə istifadə hüquqlarına xitam verilməsi, onların yaşayış sahəsindən çıxarılması və həmin evin cavabdehlər tərəfindən boşaldılması qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(105)-2325/2021 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və R.Ə.Ağayevdən ibarət tərkibdə) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-2077/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya məhkəməsinin qətnaməsindən birgə kassasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2(105)-2325/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı, habe lə Cavabdeh1 münasibətdə vəkil orderi əlavə edilmədiyi üçün geri qaytarılmışdır.
4. Cavabdeh2 təkrarən kassasiya şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2(105)-2325/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər müəyyən edilmiş prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır.
5. Cavabdeh2 növbəti dəfə kassasiya şikayəti vermiş, həmçinin buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(105)-2325/2021 nömrəli qərardadı ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakiml ər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) Cavabdeh2 tərəfindən verilmiş ərizə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(105)-2325/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
7. Cavabdeh2 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(105)-2325/2021 nömrəli qərardadının ləğv edilməsini və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası mə hkəməsinin qərardadı Mülki Prosessual Məcəllənin 133-cu maddəsinin pozulması ilə qəbul edilmişdir. Belə ki, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü səbəblərdən ötürülmüşdür. Kassasiya şikayəti vermək üçün dövlət rüsumu ödəyərkən məlum olmuşdur ki, cavabdeh yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 197 saylı evdən ailəsi ilə birlikdə çıxarılmışdır. Ona görə də, iddiaçı ondan asılı olmayan üzrlü səbəbdən qeydiyyata düşüb, yeni şəxsiyyət vəsiqəsi alana kimi müddəti ötürmüşdür.
9. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 405.0. 1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
12. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zəru rətlə əlaqədar haqlı ola bilər. 13. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasi tə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
15. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldil ir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
16. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
17. Hazırki işin materiallarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının 07 sentyabr 2021-ci il tarixli, 2(105)-2325/2021 nömrəli qətnaməsi xəbərnaməli poçt vasitəsi ilə cavabdehlərin ünvanına göndərilmiş və 17 sentyabr 2021-ci il tarixdə həmin ünvanda rəsmi qaydada təqdim olunmuşdur.
18. Cavabdehlər ilk dəfə kassasiya şikayətini qanunla müəyyən olunmuş prosessual müddətin daxilində, 16 noyabr 2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsində göndərmişlər.
19. Lakin yuxarıda qeyd olunduğu kimi, həmin kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı, habelə Cavabdeh1 münasibətdə vəkil orderi əlavə edilmədiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2(105)-2325/2021 nömrəli qərardadı ilə geri qaytarılmış və qeyd olunan qərardad 26 yanvar 2022-ci il tarixdə cavab dehlərə poçt orqanı tərəfindən təqdim olunmuşdur.
20. Lakin cavabdeh qətnamədən təkrar kassasiya şikayətini 28 aprel 2022-ci il tarixdə, yəni əvvəlki kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadını aldığı tarixdən 3 ay 2 gün sonra “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirmiş və bu əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2(105)-2325/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti növbəti dəfə geri qaytarılmışdır.
21. Sonuncu dəfə isə cavabdehin kassasiya şikayəti 22 iyun 2022-ci il tarixdə, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə təqdim edildiyi tarixdən 9 ay 5 gün sonra “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirilmiş və bununla da Mülki Prosessual Məcəlləsinin 405.0.1 -ci maddəsi ilə müəyyən edilmiş müddət üzürsüz səbəbdən buraxılmışdır.
22. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir.
23. Belə ki, cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin gec verilməsini qeydiyyatda olduğu ünvandan çıxarıldığı və yeni şəxsiyyət vəsiqəsi almadan dövlət rüsumunu ödəmək imkanında olmaması ilə əsaslandırmışdır. Halbuki, iş materiallarına əsasən cavabdeh ilk dəfə kassasiya şikayətini verərkən dövlət rüsumunu ödəmiş və təkrar rüsumun ödənilməsinə zərurət olmamışdır.
24. Eyni zamanda müəyyən olunur ki, kassasiya şikayətləri cavabdehin adından etibarnamə əsasında nümayəndəsi, Vəkil tərəfindən elektron imza ilə imzalanmış və cavabdehin şəxsiyyət vəsiqəsinin alınmasına zərurət olmamışdır.
25. Beləliklə, cavabdeh kassasiya şikayətinin verilməsi üçün prosessual müddəti ötürülməsini üzrlü səbəblərdən baş verməsini əsaslandıra bilməmiş və bununla bağlı sübutları təqdim etməmişdir.
26. Odur ki, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının üzrlü hesab edilməsindən və bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh 2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(105)-2325/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.