Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-555/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin, Cavabdeh1 İddiaçı və X, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi, müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5906/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xxx nömrəli mübahisəli mənzilinin alqı-satqısına dair Bakı şəhəri 9 saylı Notariat ofisində 13 may 2019-cu il tarixli müqavilə bağlanmış, satıcının ailə üzvləri mənzilin satılmasına etiraz etmədiklərinə dair yazılı ərizə vermiş, alqı-satqının məbləği 153.000 manat alıcı tərəfindən notariat ofisinin bankda olan hesabı vasitəsilə satıcıya ödənmışdir. Bundan sonra İddiaçı həmin mənzilə dair mülkiyyət hüquqları 15 may 2019-cu il tarixdə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Eyni zamanda iş materiallarından görünür ki, həmin gün, yəni 13 may 2019-cu ildə həmin notarius da Cavabdeh1 ilə 3-cü şəxs qismində işə cəlb edilmiş X10 arasında borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X1 12 ay müddətinə qaytarmaq şərti ilə 80000 ABŞ dolları borc vemişdir.
3. Həmçinin işin halları ilə müəyyən edilir ki, 09.06.2020-ci ildə qeyd edilən borc müqaviləsi üzrə icra qeydi verilmişdir. İcra qeydi əsasında Cavabdeh1 27.07.2020-ci ildə 37000 ABŞ dolları və 13.01.2021-ci ildə 10000 ABŞ dolları məbləğində pul tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxx nömrəli mənzildən Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin evin b oşaldılması və mülkiyyətçi olan İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 may 2019- cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh1 mülkiyyətində olan xxx nömrəli mənzili Bakı şəhəri 9 nömrəli notariat kontorunda ona 153.000 (bir yüz əlli üç min) manat qiymətə satmışdır. Əmlaka dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə 15 may 2019-cu il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarışa əsasən onun tam mülkiyyətindədir. Alqı-satqı müqaviləsinin 11 -ci bərdinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə 13 noyabr 2019-cu il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, bu günə kimi müxtəlif bəhanələr gətirərək mənzili ona təhvil verməmişdir ki, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa (Fotma 2) əsasən, xxx nömrəli mənzildə yalnız Cavabdeh2 qeydiyyatdadır.
6. Cavabdeh1 İddiaçı və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o nun İddiaçı ilə 13 may 2019-cu il tarixdə xxx nömrəli evin 188,5 kv.metr sahəsi olan 134 nömrəli mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xxx nömrəli evin 188,5 kv.metr sahəsi olan 134 nömrəli mənzil onun mərhum qardaşı X5 vəsaiti hesabına onun adına alınmışdır. Hal-hazırda mənzilin orta bazar qiyməti 600.000-700.000 manatdır. 2019-cu ilin may ayında onun əri X2 borc pul vəsaiti lazım olmuşdur. Həyat yoldaşı X3 iş üzrə üçüncü şəxs X8 tapmışdır, belə ki, sonuncu ona sələmlə borc pul vəsaiti verməli idi. Ona bildirilmişdir ki, müvafiq notariat kontorunda borc müqaviləsi bağlanacaq və mübahisəli mənzil girov qoyulacaqdır. O, nəticə etiba rı ilə buna razı olmasa da, həyat yoldaşı onu razılıq verməyə məcbur etmişdir. Belə ki, eyni gündə eyni notariat kontorunda iki müqavilə bağlanmışdır. Məlum hadisələrlə bağlı olan pandemiya rejimi ilə bağlı götürülmüş borc məbləğinin qaytarılması problemlər yaratmışdır. İddiaçı onlara qarşı iddia qaldıranda ona məlum olmuşdur ki, notariat kontorunda girov müqaviləsi deyil, İddiaçı adına müvafiq alqı-satqı müqaviləsi bağlanmış və evin qiyməti 153.000 (bir yüz əlli üç min) manat qiymət göstərilmişdir. Halbuki, onlar müvafiq mənzili ona satmamışlar və ondan pul almamışlar. Bu müqavilə formal bir müqavilə olmuşdur və əslində girov əvəzi kimi pərdələnməsi üçün edilmişdir. Beləliklə, İddiaçı ilə bağlanmış 13 may 2019-cu il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilməlidir.
8. Qarşılıqlı i ddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, əvvəlki qarşılıqlı iddia ərizəsinə əlavə olaraq, cavabdeh İddiaçı adına xxx küçəsində yerləşən 7 nömrəli evin 188,5 kv.metr olan 134 nömrəli mənzilinə dair daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, cavabdehlə r Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus olan xxx nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin mənzil cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin mənzili onların qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdehlər mənzili boşaltmaqdan imtina etmişlər. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur.
11. İş materiallarında olan sənədlər cavabdehlərin alqı-satqı müqaviləsi üzrə mənzildən qeydiyyatdan çıxmaqla bağlı üzərlərinə götürdükləri öhdəlikləri pozduqlarını, o cümlədən həmin mənzilin özgəninkiləşdirilməsi ilə əlaqədar həmin mənzildən mülkiyyət hüququnu ehtiva edən istifadə, sahiblik və sərəncam hüquqlarının olmadığını, həmçinin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan mübahisəli mənzildə yaşamaları iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitu sion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı, onlar xxx mənzildən cavabdeh şəxslərin istifadə hüquqlarına xitam verilməli, onlar həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı şəxsə təhvil verilməlidir.
13. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə Cavabdeh1 tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və İddiaçı tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, hazırki mülki iş üzrə qarşılıqlı i ddia ərizəsinə iddia müddəti tətbiq edilməli və Cavabdeh1 İddiaçı və X, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir.
14. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab etmişdir ki, hazırki qarşılıqlı iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Belə ki, iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 158.3, 178.1, 337, 339, 340.2, 354, 372.1, 375.2, 376, 377.2, 567, 568.1, 568.2, 569.1, 569.2, Mülki Prossesual Məcəllənin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamədəncavabdehlər apellyasiya şikayəti vermişlər.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5906/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(005)- 695/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ca vabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
19. Qarşılıqlı iddia ərizəsinin və qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərini qiymətləndirərək məhkəmə kollegiyası mübahisəli mənzilin qarşılıqlı iddiaçı tərəfindən onun tərəfindən eyni tarixdə və eyni notariat ofisində bağlanmış borc müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq bağlandığı barədə dəlilini kifayət qədər mötəbər hesab etməmişdir. Belə ki, mənzilin alqı-satqı müqaviləsi üzrə satıcı qismində ilk İddiaçı çıxış etsə də, borc müqaviləsi qarşılıqlı iddiaçı Cavabdeh1 ilə 3-cü şəxs qismində işə cəlb edilmiş X10 arasında bağlanmışdır. İş materiallarında İddiaçı və X6 hər hansı şəkildə əlaqədə olması, bir-birlərini tanımasını, X tərəfindən Cavabdeh1 verilmiş 80.000 ABŞ dolları borca görə, İddiaçı sonuncuya məxsus mübahisəli mənzili 153.000 manata əldə etməsini, notariat ofisində bağlanmış bu iki əqd arasında hər hansı bağlılığın mövcud olmasını təsdiq edən sübut mövcud deyildir.
20. Bununla yanaşı, iş materiallarından o da müəyyən edilir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 müqavilənin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirərkən mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik kəsici müddəti ötürmüşdür. Qarşılıqlı iddiaçı müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
28. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1)
29. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətl ər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (maddə 152.5)
30. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.. (maddə 157.1)
31. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)
32. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. B u cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (maddə 157.4)
33. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. (maddə 178.1)
34. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (maddə 324.5)
35. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)
36. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildiril məsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2)
37. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (maddə 337.3)
38. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (maddə 337.4)
39. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2)
40. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (maddə 354.1)
41. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (maddə 404.1)
42. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (maddə 404.2)
43. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (maddə 567)
44. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıy a verməyə borcludur. (maddə 568.1) Mülki Prossesual Məcəllə
45. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
46. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
47. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
48. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5906/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.