Məhkəmə qərarları › İş №2(102)-5554/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5554/2019

04.09.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5554/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X12 ibarət tərkibdə, X25 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-765/19 nömrəli, 02 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh mərhum analarından miras qalmış Daşınmaz Əmlakın Dövlət Reyestrində paylarının müəyyən edilməsi və qeyd olunan paylarının naturada ona və qardaşı Maraqlı şəxs1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum nənəsindən miras qalmış 000 ünvanda yerləşən daşınmaz əmlaka dair anası X6 çatası miras əmlaka dair payının müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək mərhum anası X9 mülkiyyətində olmuş, bütün əmlakının 222 fərdi yaşayış evinin onun tərəfindən verilmiş 21 yanvar 2000-ci il tarixli vəsiyyətnaməyə əsasən müəyyən olunmuş miras payının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Yevlax Rayo n Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli, 2(039)-2042/2016 saylı qətnaməsi ilə (hakim Vəzirxan Məlikov) iddia tələbi təmin edilmiş, mərhum X7 mülkiyyətində olan Yevlax şəhər S.Bəhlulzadə küçəsi 25 saylı (hal-hazırda Yevlax şəhər Nizami prospekti 157 saylı) ünvanda yerləşən fərdi yaşayış evindən 21 yanvar 2000-ci il tarixli vəsiyyətnamə əsasında İddiaçı həmin fərdi yaşayış evinin 5/6 hissədə payının müəyyən edilməsi qət edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, İnşallah Quliyev) 05 iyul 2018-ci il tarixli, 2(107)-112/2018 saylı qətnaməsi ilə Cavabdeh oğlu və hüquqlarına toxunan şəxs Maraqlı şəxs1 tərəfindən v erilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli, 2(039)-2042/2016 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı mərhum analarından miras qalmış Daşınmaz Əmlakın Dövlət Reyestrində paylarının müəyyən edilməsi və qeyd olunan paylarının naturada ona və qardaşı Maraqlı şəxs1 verilməsi tələbinin təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 mərhum nənəsindən miras qalmış Yevlax şəhəri, Nizami prospekti 157 ünvanda yerləşən daşınmaz əmlaka dair anası X6 çatası miras əmlaka dair payının müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınmasına dair tələbinin təmin edilməsi, miras əmlak olan Yevlax şə həri, Nizami prospekti 157 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 30.07.2014-cü il tarixli, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində miras qoyan X8 adına qeydiyyata alınmış 5/6 hissənin 1/5 hissəsinə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, qeyd edilən miras qalmış daşınmaz əmlakın digər vərəsələrə münasibətdə 5/6 hissəsinin 4/5 hissəsinin açıq saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Aslan Kalbalıyev - sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Sənan Hacıyev) 30 noyabr 2018-ci il tarixli, 2(102)7891/18 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyul 2018- ci il tarixli, 2(107)-112/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, Rövşən Rəfiyev) 02 aprel 2019-cu il tarixli, 2(107)-765/2019 saylı qətnaməsi ilə Cavabdeh oğlu, hüquqlarına toxunan şəxs Maraqlı şəxs1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli, 2(039)-2042/2016 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddiasının qismən və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiasının tam təmin edilməsi, X1ndan miras qalmış 5/6 hissədə mülkiyyətində olan Yevlax şəhər S.Bəhlulzadə küçəsi 25 saylı ( hal-hazırda Yevlax şəhər Nizami prospekti 157 saylı) ünvanda yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə İddiaçı, ¼ hissəsinə Cavabdeh oğlunun, ¼ hissəsinə Maraqlı şəxs1 və ¼ hissəsinə isə Maraqlı şəxs1 paylarının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-765/19 saylı, 02 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X10 iddiaçının bacısıdır, mübahisələndirilən evdə bir gün belə yaşamamışdır. Onun 111-də daimi yaşayış yeri vardır. Mülkiyyətində daşınmaz əml ak mövcud olmuşdur. 30 ilə yaxın özünəməxsus evdə yaşamış və 2006-cı ildə vəfat etmişdir. Anaları isə 2014-cii ildə vəfat etmişdir. Yəni, bu şəxs vəfat etdikdən mübahisələndirilən əmlakın mülkiyyətçisi 8 il sonra vəfat etdiyindən mirasın açıldığı vaxt vərəsə sağ olmadığından ona aid miras açılmamışdır. X4 vərəsələri X5 və ya onun bacısı X13 mübahisələndirilən mirasa dair nə notariat orqanına müraciət etmiş, nə də miras qoyanın ölümündən sonra miras yerində yaşamamaqla mirası idarə etməmişdir. O, da digər vərəsə kimi 25 aydan sonra miras payını tələb edir ki, qanunla müəyyən olunmuş müddəti yəni, mirasa çatma müddətini ötürmüşdür. İddiaçı məhkəməyə vermiş olduğu etirazında şəxsin iddiasına iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, iddia müddətinin tətbiq edilməsi ilə bağlı fikirlərini rəsmi qaydada məhkəməyə vermişdir. Mübahisəyə Yevlax rayon Məhkəməsində baxılarkən bu hallara diqqət yetirilib. Şəxs heç bir halda nə yaşamaqla, nə notarial qaydada nə mirası qəbul edib, nə də ki, bu barədə qeydə aldırıb. Hətta tərəf ötürmüş olduğu prosessual müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyib. Həmçinin məhkəmə Cavabdeh oğlunun iddiasını təmin etməkdə tam əsassız nəticəyə gəlmişdir. Cavabdeh oğlu bir gün belə mübahisələndirdiyi 000 saylı evdə yaşamamışdır. Bu evdə bir daşı-daş üstünə qoymamışdır. Çünki onun 111-də daimi evi vardır. Bu evdə yaşamaqla həmin mənzilə dair çıxarışı mövcuddur ki, 40 ildən artıqdır ki, həmin evdə yaşayır. Ona görə də mübahisələndirdiyi mənzildə yaşamadığından və anamın ölümündən sonra mirasa qanunla müəyyən olunmuş müddətə çatmamışdır. O, müba hisələndirilən mənzildə yaşamadığından və qanunla müəyyən olunmuş müddətdə notarial qaydada mirasa sahib çıxmadığından onun tərəfindən qaldırılan hüquq ötürülmüşdür. Məhkəmə onun iddiasını qəbul edərkən hansı əsas və səbəbləri ortaya qoymuşdur bəlli deyil. Miras əmlakı iddiaçı ilə Maraqlı şəxs1 həm bu əmlakı idarə etməklə, həm də yaşamaqla qəbul etmişlər. Məhkəmə isə 2-ci dəfə yenidən ədalətsiz qərar qəbul edərək, miras əmlakı həm Cavabdeh münasibətdə, həm də YYYa münasibətdə ədalətsiz olaraq bölmüşdür. Analarının vəfatından 1 il sonra FFFiddiaçının xəbəri olmadan, evə daxil olaraq analarının əşyalarını götürüb aparmış? lakin nə notarial qaydada, nə də orada yaşamaqla mirası qəbul etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətin in dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının tələbinin sübu tunun əsası kimi çıxış edən 21 yanvar 2000-ci il tarixli 213-1-3 reyestr nömrəli vəsiyyətnamə məhkəmə qaydasında etibarsız hesab edilmiş və sözügedən vəsiyyətnamənin etibarsız sayilması barədə məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Belə olan halda, miras əmlaka iddiaçının vəsiyyətnamə üzrə hüququ yaranmamışdır, onun miras qoyanın digər vərəsələri ilə bərabər miras əmlakdan pay almaq hüququ vardır. Mərhum 000dan miras qalmış əmlakı İddiaçı, Cavabdeh, maraqlarına toxunan şəxs Maraqlı şəxs1 və üçüncü şəxs YYY qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq qəbul etmişlər. Bunu məhkəmə kollegiyasının iclasında dindirilmiş İddiaçı, Cavabdeh, maraqlarına toxunan şəxs Maraqlı şəxs1 və üçüncü şəxs YYYun nümayəndəsi V.V.V da təsdiq etmişlər. Göründüyü kimi, vərəsələr (tərəflər) mirasın qəb ul edilməsinin qeyri-formal üsulundan istifadə etməklə konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyərək, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamış və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişlər. Ona görə də iddia tələbləri qismən təmin edilməli, miras əmlak vərəsələr arasında bərabər qaydada bölünməlidir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə həmçinin müəyyən etmişdir ki, miras əmlaka payın müəyyən edilməsi dolayısı ilə həmin əmlaka mülkiyyət hüququnun tanınması deməkdir. Yəni, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra tərəflər özlərinə düşən paya dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıra bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, işin materiallarından görünür ki, Yevlax şəhəri, Nizami prospekti 157 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 30.07.2014-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə X8 adına 5/6 hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 öldüyü günədək, yəni 29.07.2014-cü ilədək Yevlax şəhəri, Nizami prospekti 157 saylı evdə yaşamış və orada vəfat etmişdir. Ölümündən sonra aşağıda adları qeyd olunan vərəsələri qalmışdır: oğlu-Cavabdeh oğlu, oğlu-Maraqlı şəxs1, qızı-İddiaçı, oğlu-X11 (vəfat edib), qızı-X15 (vəfat edib), nəvəsi-X5 və nəvəsi-X13. Mərhumun başqa varisi yoxdur. Həmçinin işin materiallarından görünür ki, 21 yanvar 2000-ci il tarixli vəsiyyətnaməyə əsasən Yevlax şəhəri, S.Bəhlulzadə küçəsi 25 nömrəli evdə yaşayan X14 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən 222 fərdi yaşayış evini qızı İddiaçı vəsiyyət etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-208/2017 saylı iş üzrə 22 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs1 iddiasının təmin edilməsi, Yevlax şəhəri, Nizami prospekti, 157 №li fərdi yaşayış evinə dair X1 tərəfindən cavabdeh İddiaçı vəsiyyət edilmiş 21 yanvar 2000-ci il tarixli, 213-1-3 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1836/ 2017 saylı iş üzrə 09 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli 2(039)208/2017 saylı qətnaməsinin baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 2(102)-1380/2018 saylı qərarı ilə isə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1836/2017 saylı iş üzrə 09 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tələbində mərhum anası X9 mülkiyyətində olmuş, bütün əmlakının 222 fərdi yaşayış evinin onun tərəfindən verilmiş 21 yanvar 2000-ci il tarixli vəsiyyətnaməyə əsasən müəyyən olunmuş miras payının müəyyən edilməsini, müstəqil tələb irəl i sürən üçüncü şəxs X5 isə nənəsindən miras qalmış sözügedən daşınmaz əmlaka dair mirasdan anası X6 çatası miras əmlaka dair payının müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınmasını iddia etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hazırkı iş üzrə 30 noyabr 2018-ci il tarixli, 2(102)-7891/18 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs1 və F. Cəbrayılovun 29.07.2014-cü ildə vəfat etmiş 000nın vərəsələri olmaları nəticəsinə gəlsə də, həmin şəxslərin mirasın qəbulu ilə bağlı məhz hansı hərəkətlər etdiklərini, eləcə də bu hərəkətlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş müddət daxilində edilib-edilməməsini araşdırmamış və qiymət verməmişdir. Belə ki, qanunvericiliyə əsas ən isə mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Həmin qərarda həmçinin göstərmişdir ki, əgər vərəsə qanunda göstəril ən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətin in açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olubolmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Beləliklə də, istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul u haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. - 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. - 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir - 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şə ksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyasının qərarına əsasən yeni apellyasiya baxışı zamanı mərhum 000dan miras qalmış əmlakı İddiaçı, Cavabdeh, maraqlarına toxunan şəxs Maraqlı şəxs1 və üçüncü şəxs YYY qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq qəbul etmələrini məhkəmə kollegiyasının iclasında dindiril miş İddiaçı, Cavabdeh, maraqlarına toxunan şəxs Maraqlı şəxs1 və üçüncü şəxs YYYun nümayəndəsi V.V.V da təsdiq etməsinə istinad etsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə işin materiallarında İddiaçı iddia ərizəsində, etirazında, apellyasiya və kassasiya şikayətlərində mirası o və Vidadidən başqa heç bir şəxsin qəbul etmədiyini, anasının ölümündən sonra orada yalnız ikisinin yaşadığını göstərməsinə diqqət yetirməmiş, işin bu halına hüquqi qiymət verməmişdir ki, X14 öldüyü 29.07.2014-cü ildən sonra üçüncü şəxsin, miras əmlakdakı anasının qanun üzrə vərəsə kimi miras əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etməsinə və eləcə də, Cavabdeh oğlunun da miras əmlakdan pay almaq hüququna malik olmasına dair iş materiallarında sübutlar yoxdur. Belə olan halda, apellyasiya inst ansiyası məhkəməsinin mərhum 000dan miras qalmış əmlakın Cavabdeh və üçüncü şəxs YYYun qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq qəbul etməsini yalnız izahatlara istinad etməklə müəyyən etməsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalları n mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbində kənara çıxma hallarına da yol verilməklə yanaşı, qətnamənin nəticə hissəsində qeyri-müəyyənlik yaranmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh oğlunun və Maraqlı şəxs1 vərəsəlik payının müəyyən edilməsinə dair onların müvafiq tələbinin olmamasına diqqət yetirməmiş və Kişbər Cəmil qızından miras qalmış 5/6 hissədə mülkiyyətində olan Yevlax şəhər S.Bəhlulzadə küçəsi 25 saylı (hal-hazırda Yevlax şəhər Nizami prospekti 157 saylı) ünvanda yerləşən fərdi yaşayış evində Maraqlı şəxs1 ¼ hissə payının olduğunu iki dəfə müəyyən etmiş, həmçinin apellyasiya instansiyası məhkəməsi qətnaməsi ndə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiasının tam təmin edilməsini göstərsə də, nəticə hissəsində ona münasibətdə mübahisəli evlə bağlı hansı nəticəyə gəlinməsi göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə, MPMin 14, 77, 88, 217, 218 və 420-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun t ələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbayca n Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş ye ni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azər baycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-765/19 nömrəli, 02 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar