Məhkəmə qərarları › İş №2(102)-5560/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5560/2019

04.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5560/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehlərin vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hаkim Elçin Mehdiyev) 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabde h2 qarşı pul barədə iddiаsı təmin edilərək Cavabdeh1 2350 manat və Cavabdeh2 isə 1200 manat alınaraq İddiaçı verilməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh1, 10 manatı isə Cavabdeh2 tutularaq İddiaçı qaytarılması qət оlunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər İ.Quliyev və M.Əsədli, İş № 2(107)1225/2019) iş üzrə Şəki Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münаsibətdə dəyişdirilmədən, оnların apellyasiya şikayəti isə təmin edilmədən sаxlаnması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3350 manat məbləğində pulun və dövlət rüsum u olaraq ödədiyi 30 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 2350 manat və Cavabdeh2 isə 1200 manatın alınaraq ona verilməsi, onun dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 20 manatının Cavabdeh1, 10 manatının isə Cavabdeh2 tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiya məhkəməsi həqiqətə nail olmaq üçün bütün daktiki halları hərtərəfli, tam, o byektiv araşdırmamış, mübahsiə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 16 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Şəki Apellyasiya Məhkəməsinin MKnın 16 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlə r. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şəki Apellyasiya Məhkəməsinin MK-nın 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sü but kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən yazılmış 01 aprel 2016-cı il tarixli qəbzdən görünür ki, o, həmin qəbzdə İddiaçı 700 manat ald ığını göstərmişdir. Cavabdeh1 tərəfindən yazılmış dekabr 2016-cı il tarixli qəbzdən görünür ki, o, həmin qəbzdə İddiaçı 1650 manat aldığını göstərmişdir. Cavabdeh2 tərəfindən yazılmış 01 aprel 2016-cı il tarixli qəbzdən görünür ki, o, həmin qəbzdə İddiaçı 1200 manat aldığını göstərmişdir. Cavabdeh1 tərəfindən yazılmış 01 aprel 2016-cı il tarixli və dekabr 2016-cı il tarixli qəbzlərin, Cavabdeh2 tərəfindən yazılmış 01 aprel 2016-cı il tarixli qəbzin onlar tərəfindən yazılmadığını mübahisələndirməmələrini nəzərə alaraq, həmin qəbzləri sübut növü kimi qəbul etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münаsibətdə düzgün həll etmişdir. Belə ki, Cavabd eh1 İddiaçı özünün 1650 manat, qızı X2 isə 700 manat borc aldığını bildirsə də, onların özlərinin yazdıqları və yazdıqlarını mübahisələndirmədikləri həmin qəbzlərlə İddiaçı Cavabdeh1 1650 manat və 700 manat olmaqla, cəmi 2350 manat, Cavabdeh2 isə 1200 manat pul verməsi öz təsdiqini tapmışdır. Eyni zamanda Cavabdeh1 iddiaya etiraz kimi İddiaçı borc alarkən ona həyat yoldaşı X1 və qızı Cavabdeh2 pensiya kartlarının verildiyini, 2016-cı ilin aprel ayından 2017-ci ilin dekabr ayınadək həyat yoldaşı X1 pensiya kartı ilə birlikdə Cavabdeh2 da əmək haqqı kartının İddiaçı olduğunu, bu müddət ərzində İddiaçı həmin kartları bankomatlara salaraq kartlarda olan pulları özünün aldığını, buna görə də də onların İddiaçı 500 manat borcunun qaldığını bildirmişdir. İddiaçı isə X3 və Cavabdeh2 məxsus kartl arın onda olmadığını və onun belə bir kartlardan istifadə etmədiyini bildirmişdir. Bu məsələnin dəqiqləşdirilməsi ilə bağlı 2016-cı ilin aprel ayından 2017-ci ilin fevral ayınadək olan müddətdə “xxxx” ASC-nin Mingəçevir filialına məxsus terminallardan və 2016-cı ilin aprel ayından 2017-ci ilin dekabr ayınadək “xxxx” ASC-nin Mingəçevir filialına məxsus terminallardan X2 məxsus kart hesabından pulları qəbul etmiş şəxslərin kimliyi barədə məlumatın və bununla bağlı qeydə alınmış çəkilişlərin məhkəməyə təqdim edilməsi ilə bağlı “xxxx” ASC-nin Mingəçevir filialına və “xxxx” ASC-nin Mingəçevir filialına müvafiq sorğular verilmişdir. Həmin sorğulara verilmiş cavablara, o cümlədən hər iki bankdan məhkəməyə təqdim edilmiş disklərə məhkəmə iclası zamanı baxılarkən qeyd edilən müddət ərzində X1 özünə məxsus kartdan özünün istifadə etdiyi müəyyən edilmişdir. Həmçinin, Cavabdeh1 etirazında göstərməsinə baxmayaraq, Cavabdeh2 məxsus əmək haqqı kartının hər hansı bir müddət ərzində İddiaçı olması və İddiaçı həmin kartdan istifadə etməsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi Cavabdeh1 iddiaçıdan aldığı borcdan 500 manat borcunun qaldığını (məhkəmə kollegiyasının iclasında iddiacıya hec bir borcu qalmadiğını göstərmişdir) və qalan borcunu ödədiyini bildirsə də, o, iddiaçıdan aldığı borcdan hər hansı bir məbləğdə ödəniş etməsini, yəni bununla bağlı etirazının əsaslı olduğunu təstiq edən hec bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq deyq etmişdir ki, iddia təmin edilməli, Cavabdeh1 2350 manat və Cavabdeh2 isə 1200 manat alınaraq İddiaçı verilməli dir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyаsiyа şikаyətinin dəlilləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən edilmədiyindən həmin qətnаmə оnlarа münаsibətdə dəyişdirilmədən, аpellyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərə k hesab edir ki, hər iki məhkəmə instansiyaları mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişlər, kassasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi f aktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, n ə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar