Məhkəmə qərarları › İş №2(102)-5560/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5560/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5560/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5560/2021 (Açar sözlər: payın naturada ayrılması, ekspertiza keçirilməməsi ) Bakı şəhəri, 06 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1 və onun vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili xxxiştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “payların naturada bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1570/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 150 saylı bağ evi və 0.1783 ha torpaq sahəsi 11.06.2018-ci il tarixdə İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin adına 1/6 hissədə qeydiyyata alınmışdır. Həmin bağ evi və torpağın X4 düşən 3/6 hissəsi açıq qalmışdır.

2. Mübahisə həmin əmlakın naturada bölünməsi ilə bağlıdır. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərərk, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 150 saylı bağ evinin və torpaq sahəsinin paylara uyğun naturada bölünməsi, bölünmüş paydan istifadə qaydasının müəyyən edilməsi və hüquqlarının dövlət qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, ünvan 1 mərhum X2 mülkiyyətində olmuşdur. Hazırda həmin bağ evi qanun üzrə vərəsəlik əsasında iddiaçıların və vəsiyyətnamə üzrə vərəsəlik əsasında Cavabdeh paylı mülkiyyətindədir.

6. Bağ evi iddiaçıların hər birinə 1/6 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhad ətnamə əsasında məxsusdur, iddiaçılara bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr xidmətindən 11.06.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bağ sahəsi hazırda hər biri 891,5 kv.m. ölçüdən ibarət iki torpaq sahəsindən və bağ evindən ibarətdir.

7. Beləliklə də, həmin daşınmaz əmlaka və əmlakın yerləşdiyi torpaq sahəsinə iddiaçıların xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bağ evinin cavabdehə aid 3/6 hissəsində olan pay açıq qalmışdır.

8. Miras əmlakın açıq qalmış 3/6 hissəsinin vəsiyyətnamə üzrə vərəsəsi kimi Cavabdeh, vərəsəlik hüququ haqqında şəhadətnaməni rəsmiləşdirmək üçün notariat kontoruna getməmişdir.

9. Bu hal bağ evinə dair sərbəst sərəncam vermək imkanlarını məhdudlaşdır dığı, gündəlik həyatda çaşqınlıq yaratdığı üçün iddiaçılar müvafiq xahişlə Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər və İdarənin əməkdaşları tərəfindən daşınmaz əmlakın bölünməsinə dair bölgü sxemi tərtib edilmişdir. Tərtib edilmiş bölgü sxeminin kserosurəti İddiaçı1 tərəfindən cavabdehə poçt rabitəsi vasitəsi ilə göndərilmişdir. Bölgü sxeminin əsli Cavabdeh və iddiaçılar tərəfindən notarial qaydada təsdiq edilməlidir. Cavabdehə bölgü sxemini nəzərdən keçirməyi, bu barədə razılığının olub-olmamasını 10 gün müddətində bildirilməsini xahiş etmişlər. İddiaçılar tərəfindən həmçinin Cavabdeh bağ evinin və torpaq sahəsinin natura qaydasında bölgüsü üzrə 2 variant da təklif olunmuşdur. Lakin həmin poçt göndərişləri geri qaytarılmışdır.

10. Bölgü sxeminin təsdiqi üçün iddia çılar özlərindən asılı olan bütün zəruri hərəkətlər edilmişlər. Göstərilən səbəbdən bağ evinə və torpaq sahəsinə dair tərtib edilmiş bölgü sxeminə əsasən paylarının natural formada müəyyənləşdirilməsi üçün iddiaçılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ərizə ilə müraciət etmişlər. Reyestr Xidmətinin 10 yanvar 2019-cu il tarixli **********41 saylı məktubu ilə xahişləri təmin olunmamışdır.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1-152.4, 215.1, 215.2, 220.2 və 220.3-cü maddələrinə istinad etmişlər.

12. Birinci instansiya məhkəməsinin 23 may 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertiza qarşısında mübahisədə adı keçən bağ evi və torpaq sahəsinin tə rəflərin paylarına uyğun şəkildə bölünməsinin texniki cəhətdən mümkünlüyü barədə suallar qoyulmuşdur.

13. Məhkəmə Ekspertizası Mərkəzinin 07.01.2020-ci il tarixli, 25725 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 150 saylı bağ sahəsinin üç tərəfdən qonşu və bir tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin iddiaçının və cavabdehin payına uyğun iki hissəyə bölünməsi mümkündür. Bölgü sxemi mütəxəssis rəyinə əlavə edilmişdir.

14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-361/2020 nömrəli, 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mübahisə predmeti olan ünvan 1 ünvandakı 0.1783 ha torpaq sahəsi naturada bölünməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünv an Reyestri Xidməti "xxxx" MMC Bakı Layihə-Tədqiqat İdarəsinin bölgü planındakı 1 nömrə ilə qeyd edilmiş torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, ekspertiza xərci cavabdehdən tutulmuşdur. (hakim Anar Rzayev)

15. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən edib ki, 06 may 2015-ci il il tarixli vəsiyyətnaməyə əsasən X6 ölən günədək ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlaklarını X1 vəsiyyət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Seriya RX ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 150 saylı bağ evi və 0.1783 ha torpaq sahəsi 11.06.2018-ci il tarixdə İddiaçı1 1/6 hissədə, İ ddiaçı3 1/6 hissədə və İddiaçı2 adına 1/6 hissədə qeydiyyata alınmış, X3 adına olan 3/6 hissə isə açıq qalmışdır. Miras qalmış əmlakın 3/6 hissəsinin vərəsəsi Cavabdeh vərəsəlik şəhadətnaməsini qəbul etmir və payların ayrılmasına maneə törədir

16. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən yalnız torpaq sahəsinin bölgüsünün mümkün olmasına istinad edib, iddianı yuxaırda göstərilən qaydada qismən təmin etmişdir.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 220.1-220.6-cı və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə qətnamə qəbul etərkən maddi və prosessual hüquq n ormalarının tələblərini pozmuşdur; - məhkəmə ünvan 1 ünvandakı 0.1783 ha torpaq sahəsini naturada bölərkən Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı Layihə-Tədqiqat İdarəsinin bölgü seximinə əsaslanmışdır ki, həmin sxemə əsasən iddiaçılara çatacaq torpaq sahəsində bağ evi də yerləşir ki, bu, vərəsəlik şəhadətnaməsi əsasında müəyyən edilmiş paylara uyğun deyil.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1570/2021 nömrəli,05 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-361/2020 saylı, 17 fevral 2020-ci il tarixli tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində – ünvan 1 ünvandakı 0.1783 ha torpaq sahəsi naturada bölünməklə, Azərbayca n Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı Layihə-Tədqiqat İdarəsinin bölgü planındakı 1 nömrə ilə qeyd edilmiş torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilməsi – hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilməmiş, tərəflərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, Anar Tanrıverdiyev)

21. Apellyasiya instansiyası məhkəməsi qey d edib ki, cavabdehin apellyasiya şikayətinin dəlilini Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 150 saylı bağ sahəsinin pay bölgüsü nəticəsində iddiaçılara düşən hissəsində bağ evinin olması, bununla da bölgüdə mütənasiblik prinsipinin pozulması təşkil edir. İddiaçı tərəf bu halı təsdiq edərək cavabdehə kompensasiya ödəməyə hazır olduqlarını, lakin tərəflər arasında hər hansı razılığa gələ bilmədiklərini bildirmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, hazırkı halda Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 150 saylı bağ sahəsinin tərəflər arasında real şəkildə paylara mütənasib bölünməsi mümkün olmadığından, iddiaçı tərəfin cavabdehə kompensasiya ödəməyə hazır olmağına baxmayaraq, onlar arasında bununla bağlı hər hansı razılıq əldə edilə bilmədiyindən, nəticə də payçılar arasında paylara mütənasib bölgü həyata keçirilə bilmədiyindən, cavabdehin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbləri həmin hissədə təmin edilməməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi də gəldiyin nəticəni Mülki Məcəllənin 220.1-220.6-cı maddələri və əlavə olaraq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı ilə əsaslandırmıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı1 (Vəkil Hümbət oğlu) kassasiya şikayə ti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsində cavabdehin şikayətinə etiraz olaraq bildirib ki, cavabdeh mülkiyyət hüquqları olduğu əmlakdan istifadəni məhdudlaşdırır; - cavabdehə bütün mümkün bölgü variantlarını təkilif etsə də, cavabdeh bunla razılaşmır;. qətnamədə tərəflərə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməsi də işin hallarına uyğun gəlmir. Çünki qanunverciciliyn tələbinə görə yalnız rəsmi surətdə qeydə alınmış əmlakın açıq hərracdan satılması mümkündür. Cavabdeh isə miras əmlakın özünə düçən 3/6 hiss əsinə hüquqlarını məqsədli şəkildə qeydə aldırmayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı və etirazın dəlilləri 26.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1 və xxx kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

28. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Süleymanov Mərdəli Binəli oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər.

29. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınma z Əmlakın Dövlət Reyestr Xidməti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan p ayın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadı nın ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir

31. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən və tələb bölünməz olduğundan məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.

33. İşdən görünür ki, iddia tələbi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi barədədir. Analoji iddialar üzrə mübahisənin qanuni və əsaslı həlli üçün əmlakın paylara uyğun naturada bölünməsinin müəyyən edilməsindən ibarətdir. Bu halın müəyyən edilməsi də xüsusi bilik sahəsinə aid olan məsələdir.

34. Apellyasiya məhkəməsi iddianı rədd edərkən göstərib ki, (hazırkı qərarın 22-ci bəndi) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran q əsəbəsi, 150 saylı bağ sahəsinin tərəflər arasında real şəkildə paylara mütənasib bölünməsi mümkün deyil. Apellyasiya məhkəməsi əmlakın real şəkildə paylara mütənasib bölünməsi mümkün olmaması nəticəsinə gəlsə də, həmin halın araşdırılması baxımından ekspertiza təyin etməmiş, işin bu halını nə ilə müəyyən etməsinə qətnamədə aydınlıq gətirməmişdir. Buna görə də həmin hissədə qətnamənin əsaslılığına qiymət vermək mümkün deyil. Halbuki qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar şərh olunmalıdır. (MPM, 220.4-cü maddə)

35. Qeyd edildiyi kimi, əmlakın paylara uyğun naturada bölünməsinin mümkünlüyü xüsusi bilik tələb edən məsələdir. Əmlakın paylara uyğun naturada bölünməsinin mümkünlüyünün müəyyən ed ilməsi və ya edilməməsinin ekspertiza rəyi olmadan həll edilməsi əsaslı sayıla bilməz.

36. Bu baxımdan, tətbiq edilən maddi hüquq normalarını da işin halına uyğun saymaq olmaz. Belə ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən tərəflərə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişdir. Lakin Mülki Məcəllənin 220.6-cı maddəsinin tətbiqi o halda mümkündür ki, ilkin olaraq həmin Məcllənin 220.3220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əməl olunsun. Başqa sözlə, ilkin şərt kimi ümumi əmlakın bölünməsinin və ya ondan pay ayrılmasının açıq-aşkar məqsədəuyğun olmaması müəyyən edilmədən əmlakın açıq h ərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi istisna edilir. Apellyasiya məhkəməsinin istinad etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında da hüquqi mövqe bundan ibarət olub.

37. Hazırki işdə isə qeyd edilən hal ekspertiza rəyi ilə müəyyən edilməyib, nə ilə müəyyən edilməsi isə qətnamədən görünmür.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenid ən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin qanuni və əsaslı həlli üçün ekspertiza təyin edilməsi məsələsi ilə bağlı prosessual imkanlardan istifadə etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1570/2021 nömrəli, 05 may 2021 il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar