Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5561/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Aləm oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: barışıq sazişinin ləğvi və pulun geri qaytarılması) 15.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Aləm oğluna qarşı barışıq sazişinin ləğvi və pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4452/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsindən verilmiş cavabdehin kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Mə hkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2013-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi İddiaçı (bindan sonra-iddiaçı) miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X7 verilmiş **********27-05101-093005 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.8 kv.m., yaşayış sahəsi 47 kv.m., 3 otaqlı olan mənzildən ibarətdir.
2. İddiaçı ilə Cavabdeh (bundan sonra-cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-1734 reyestr nömrəli barışıq sazişinə əsasən iddia çı mübahisə predmeti olan X7 məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 nömrəli mənzilinin üzərinə qoyulmuş qeydiyyatla bağlı məhdudiyyətin götürülməsi razılıq verilməsi müqabilində cavabdehə 15.000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, iddiaçı isə torpağa mülkiyyət hüququna dair dövlət Aktı, JN 355, kod 30304018 olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə X7 və X2 məxsus 0.32 ha kənd təsərrüfatlı təyinatlı torpağın cavabdehin adına sənədləşdirilməsinə və özəlləşdirilməsinə razılıq verməyi öhdəsinə götürmüşdür; cavabdeh mübahisə predmeti olan X7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 nömrəli mənzilinin iddiaçının a dına özgəninkiləşdirilməsinə razılıq verilməsi müqabilində cavabdehdən 15000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə qəbul etmişdir; X1 məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 nömrəli mənzili və torpağa mülkiyyət hüququna dair dövlət Aktına əsasən JN 355, kod 30304018 olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə X7 və X2 məxsus 0.32 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin gələcəkdə heç bir mübahisə və məhkəmə predmeti olmayacağı barədə razılaşmışlar.
3. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-1164/2021 nömrəli qərardadından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-1164/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər Sum qayıt Regional «ASAN xidmət» Mərkəzində Notariat ofisinə və İddiaçı Ələm oğluna, maraqlı şəxslər X3 və X5 qarşı “miras əmlakın qəbul edilməsi tələbinə” dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2193/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1164/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6503/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2193/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh İddiaçı Ələm oğlunun ərizəsi əsasında Sumqayıt şəhər Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərard adının ləğv edilməsi, Bakı şəhər Nərimanov rayon Şəmsi Rəhimov küçəsində yerləşən 3 saylı evin 18 saylı mənzilinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 ərizənin təmin edilməməsini məhkəmdən xahiş etmişdir.
4. Cavabdeh tərəfindən Sumqayıt şəhər Məhkəməsinə ünvanlanmış 31 may 2021-ci il tarixli ərizənin surətindən görünür ki, müvafiq ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1164/2021 saylı xx.xx.2021-ci tarixli qərardadının ləğv ediməsi, işə mahiyyəti üzrə baxılıb həll edilənədək iş üzrə qəbul olunacaq qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Şəm Rəhimov küçəsində yerləşən 3 saylı evin 18 saylı mənzilinin cavabdeh tərəfindən özgəninkiləşdirilməs inə qoyulmuş qadağanın ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanlanmış 03 iyun 2021-ci il tarixli vəsatətin surətindən görünür ki, müvafiq vəsatət ilə işə apellyasiya qaydasında baxılması üçün təyin edilmiş xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, Şəm Rəhimov küçəsində yerləşən 3 saylı evin 18 saylı mənzilinin cavabdeh tərəfindən özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh Aləm oğlu arasında bağlanmış 31 may 2021 -ci il tarixli, 3M-1734 nömrə ilə qeyd edilmiş barışıq razılaşması barədə müqavilənin ləğv edilməsi və Cavabdeh Aləm oğlundan 15000 manat pul vəsaiti, 312,5 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, sazişə görə X7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 saylı mənzilinin iddiaçının adına özgəninkiləşdirilməsinə razılıq verilməsi müqabilində iddiaçı cavabdehə 15.000 manat pul ödəmişdir. O, müqavilənin təsdiq edilməsi üçün 92 manat dövlət rüsumu da ödəmişdir. Məqsəd Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 3 saylı evin 18 saylı mənzilinin üzərin ə qoyulmuş məhdudiyyətin götürülməsi və həmin mənzil üzrə məhkəmə mübahisəsinin yekunlaşması olmuşdur. xx.xx.2020-ci il tarixli, 2V-762 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xx.xx.2013-cü il tarixdə vəfat etmiş atası X6 yeganə vərəsəsi kimi iddiaçı pay almalıdır. Digər əmlaklardan başqa, bu şəhadətnaməyə əsasən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007 tarixdə X7 verilmiş **********27- 05***-******* reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m, yaşayış sahəsi 47 kv.m 3 otaqlı olan mənzildir. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli 2V-762 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2013-cü il tarixdə ölmüş X6 qanun üzrə vərəsəsi kimi tanınmaqla, ona çatan paya dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021- ci il tarixli qətnaməsi ilə Cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi, İddiaçı Ələm oğluna, maraqlı şəxslər X3 və X4 qarşı miras əmlakın qəbulu tələbinə dair iddianın rədd edilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Bu qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)2193/2021 nömrəli qətnaməsi ilə, apellyasiya şikayətinin təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin üzrə 12 mart 2021-ci il tarixli 2(060)-1164/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. 31 may 2021-ci ildə onlar barışıq sazişi bağlamışlar və cavabdeh miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m., yaşayış sahəsi 47 kv.m. 3 otaqlı olan mənzilə münasibətdə həmin mənzilin özgəninkiləşdirilməsinə icazə verilməsi öhdəliyini götürmüşdür. Lakin, barışıq sazişi ilə iddiaçı öz üzərinə götürdüyü öhdəliyi, yəni 15.000 manatı ödəməyinə baxmayaraq, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Belə ki, cavabdeh Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2193/2021 nömrəli qətnaməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş, Ali Məhkəmənin supremecourt.gov.az rəsmi internet səhifəsində bu barədə məlumat yerləşdirilmişdir. İş № 2(102)-6503/2021, İşin daxil olduğu tarix: xx.xx.2021, İşin baxılma tarixi:-qeyd edilməyib, Sədrlik edən hakim: Əhməd Əhmədov. Göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixli Barışıq sazişi üzrə özərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün ləğv edilməli və ödədiyi 15.000 manat pul iddiaçıya geri qaytarılmalıdır.
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsində baxılmış iş üzrə bir neçə əmlakla bağlı mübahisə olmuş, barışıq sazişi ancaq Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində yerləşə n 3 nömrəli evin 18 nömrəli mənzilinə dair bağlanmışdır. Cavabdeh tərəf bununla bağlı öhdəliklərini yerinə yetirmiş və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı vəsatət və ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsində həbsin götürülməsi ilə bağlı iddiaçının ərizəsinə baxılarkən, artıq onlara məlum olmuşdur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də o, izahatında ərizənin təmin edilməməsini xahiş etmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(004)-1579/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi (hakim K.B.Xudayev) ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlə arasında bağlanmış barışıq sazişinin şərtlərinin cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti veriməklə pozulmasını iddia edir. Barışıq sazişində tərəflərin kassasiya şikayəti vermək hüququndan imtina edilməsi barədə öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin, belə bir öhdəliyin götürülməsi barədə müqavilə şərti öz özlüyündə etibarsız olardı.
11. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, barışıq sazişini tərəflər onlar arasında mübahisəyə Sumqayıt Apellyasiya Məhkəməsində baxıldığı dövrdə bağlamışlar. Ona görə də, barışıq sazişi bağlanarkən tərəflər arasında həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilmədiyi üçün, sonradan cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi barışıq sazişinin sazişdə nəzə rdə tutulan mənzilin və torpaq sahəsinin gələcəkdə heç bir mübahisə və məhkəmə predmeti olmayacağı barədə şərtinin pozulması kimi qiymətləndirilə bilməz.
12. Araşdırması zamanı iddia tələbinin əsaslı olması iş materialları ilə öz təsdiqini tapmamış və sübut olunmamışdur.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –MM-nin) 6, 6.2, 385.1-ci, 390.1-ci, 421.2-ci, 881.1-ci, 881.2-ci, və MPMnin 4.1, 4.2, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehin saziş üzrə öhdəlik lərini icra etməməsi tam sübuta yetirilmişdir. Sazişin bağlanmasının məqsədi cavabdehlə arasında olan vərəsəlik mübahisəsi başa çatanadək miras əmlak olan ünvan 4 ünvanında yerləşən mənzilin satılması idi, Arazın saziş üzrə öhdəliyi onunla arasındakı vərəsəlik mübahisəsi bitənədək ərizəsinə əsasən qoyulduğu məhdudiyyətin götürülməsi idi, lakin məhdudiyyət mübahisə bütün instansiyalardan keçdikdən sonra prosessual qanunvericiliyə uyğun olaraq götürülmüşdür. Yəni məhdudiyyətin götürülməsində cavabdehin rolu olmamışdır
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiya məhkəməsi) 2(103)-4452/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi) X.A.Mərdanova, E.M.Həsənov) iddiaçının apellyasiy a şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 31 may 2021-ci il tarixli barışıq sazişi ləğv edilmiş, həmin saziş üzrə ödənilmiş 15.000 manat və 312,5 manat əldə çıxmış fayda, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 nömrəli mənzilinin üzərinə qoyulmuş qeydiyyatla bağlı məhdudiyyətin götürülməsi razılıq verilməsi müqabilində cavabdehə 15.000 manat ödə məyi, iddiaçı isə torpağa mülkiyyət hüququna dair dövlət Aktı, JN 355, kod 30304018 olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə X7 və X2 məxsus 0.32 ha kənd təsərrüfatlı təyinatlı torpağın cavabdehin adına sənədləşdirilməsinə və özəlləşdirilməsinə razılıq verməyi öhdələrinə götürmüşdlər. İddiaçı sazişin şərtlərinə uyğun olaraq 15.000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, cavabdeh tərəfindən isə barışıq sazişinin şərtlərinə əməl edilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsi-vəkili barışıq sazişi bağlandıqdan sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)1164/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin müdafiə edilməsinin, sonra isə kassasiya şikayəti verilməsini n səbəbi kimi bildirdiyi fikrə, yəni tərəflərin mərhum atasından bir çox miras əmlak qalmış, barışıq isə yalnız iki əmlak barəsində olmuşdur, ona görə də apelyasiya şikayətindən imtina bütün miras əmlakdan imtina ilə nəticələnməsinə münasibətdə qeyd etmişdir ki, əvvəla barışıq sazişi ilə razılaşma iki əmlak barəsində olmuşdur, digər tərəfdən isə cavabdeh razılıq əldə edilmiş iki əmlaka aid hissədə apelyasiya şikayətindən imtina etmək hüququna malik olmasına baxmayaraq, həmin hissələrdə də apellyasiya şikayətini müdafiə etmiş, daha sonra isə kassasiya şikayəti vermişdir. İş materiallarında cavabdeh tərəfindən özgəninkiləşdirilməyə qoyulmuş qadağanın ləğv edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinə, daha sonra isə Sumqayıt Apelyasiya Məhkəməsinə ərizələr verilməsi görünsə də, həmin ərizələrin formal xarakter daşıması aydındır.
19. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəliyi icra etməyərək, müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Bunun nəticəsində isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. İddiaçı məhkəmədən kənar qaydada müqavilənin ləğvi və ödənilmiş 15.000 manatın geri qaytarılması barədə cavabdehə pretenziya göndərmiş, lakin sonuncu pretenziyanı (məktubu) qəbul etməkdən imtina etmişdir.
20. Apellyasiya instansiya məhkəməsi göstərilən halları nəzərə alıb nəticəyə gəlib ki, iddiaçı barışıq sazişinin ləğv edilməklə, həmin saziş əsasında ödədiyi pulun geri qaytarılmasını və sazişin məhz cavabdehin təqsiri üzündən ləğv olunması əsası ilə dəyən zərərin öd ənilməsini tələb etməkdə haqlıdır.
21. Apellyasiya instansiya məhkəməsi zərərin məbləği ilə bağlı hesab edib ki, illik 5 % əsas götürülməklə, 15.000 manatın 5 ay üçün gecikdirilən ümumi məbləği 312,5 manat təşkil edildiyindən, məhkəmənin qətnaməsi ləğv edilməli və hazırki iddia tələbi təmin edilməlidir.
22. Məhkəmə öz mövqeyini MM-nin 385-ci, 421.1-ci, 423.2-cü, 424.2-ci, 424.5ci, 445.7-ci, 881.1-ci, 881.2-ci maddələrinə, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya MəhkəməsininMülki Kollegiyasının xx.xx.2022-ciil tarixli, 2(103)-4452/2022 saylı qətnaməsi tam ləğv edilməsini və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndəril məsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən barışıq sazişi tərəflər arasında bağlanmış, eyni zamanda müqavilənin məzmunu tərəflər arasında razılığa əsasən müəyyənləşdirilmişdir. Məcəlləyə əsasən müqavilə o vaxt dəyişdirilə bilər ki, müqavilənin şərti tərəflərin biri tərəfindən əhəmiyyətli dərəcədə pozulsun. İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayəti ilə müqavilənin şərtinin pozulduğunu iddia etmişdir. İddiaçı ilə cavabdeh arasında olan Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan mülki işdən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayəti bu iş üzrə cavabdehin hüququdur, aralarında olan barışıq sazişində belə bir razılaşma nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4452/2022 saylı qətnaməsi tam ləğv edilməli, bu iş üzrə cavabdeh bu iş üzrə iddiaçıya qarşı Sumqayıt Şəhər məhkəməsində iddia qaldıraraq mərhum valideynlərindən qalan miras əmlakı tələb etmişdir. Məhkəmənin hazırlıq iclasında sazişdə qeyd edilən mənzilin üzərinə həbs qoyulmuşdur. İddia tələbində sözügedən mənzildən başqa bir neçə əmlak da miras əmlakların siyahısında idi. Tərəflər arasında qismən razılıq əldə edildiyi üçün həmin mənzilin üzərinə qoyulmuş həbsin götrülməsinə razılıq verilmiş, amma yerdə qalan əmlaklar barəsində isə barışıq olmadığından digər instansiyalara şikayətlər verilmişdir. Sazişdə belə bir bənd mövcud olmamışdır ki, cavabdeh tərəfindən gələcəkdə hər hansı bir apellyasiya və ya kassasiya şikayəti veril məyəcəkdir. Kassasiya şikayətinə qarşı etirazın dəlillər
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəlləsinin
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
27. Maddə 421.1. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
28. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
29. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
30. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
31. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgə r kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
32. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
33. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası kassasiya şikayəti dəlillərini iş materiallarına əsasən araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir.
44. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında barışıq sazişi xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq (hansı ki, sazişin şərtinə görə 15.000 manat müqabilində cavabdeh mənzil üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına razılıq verməsi barədə öhdəlik götürməklə faktiki olaraq həmin mənzilə olan iddiasından vaz keçdiyini bəyan etmişdir), işə apellyasiya qaydasında xx.xx.2021-ci il tarixdə baxıldığı zaman o, apellyasiya şikayətini tam, yəni həm də mübahisəli mənzil barəsində müdafiə etm iş, sonra eyni əsaslarla, yəni mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tam etibarsız hesab edilməsi və həmin mənzilə onun vərəsəlik hüququnun tanınmalı olması barədə dəlillərlə əsaslandırılmış kassasiya şikayəti vermiş, daha sonra isə, qətnamə qanuni qüvvəsini aldıqdan sonra, həmin iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə ərizəyə baxılarkən həmin ərizənin təmin edilməməsini xahiş etmişdir, yəni mənzilin özgəninkiləşdirməsinə qoyulmuş qadağanın ləğv olunmasına etiraz etmişdir. Buradan da aydın olur ki, ərizələr formal olaraq verilmiş, həmin ərizələrin nəticəsi olmamış, hazırki iş üzrə cavabdeh özgəninkiləşdirilməyə qoyulmuş qadağanın ləğv edilməsi niyyətində olmamışdır
45. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəliyi icra etməyərək, müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Bunun nəticəsində isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. İddiaçı məhkəmədən kənar qaydada müqavilənin ləğvi və ödənilmiş 15.000 manatın geri qaytarılması barədə cavabdehə pretenziya göndərmiş, lakin sonuncu pretenziyanı (məktubu) qəbul etməkdən imtina etmişdir
46. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırm a aparılmır, onlara qiymət verilmir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4452/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.