Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5562/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Əsədi Vasif Vidadi oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5562/21 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)1935/2020 saylı qərardadından Cavabdeh kassasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, sonuncudan 11.760 manat, 2.620 ABŞ dollarının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.C.Xəlilova) iddia təmin edilərək, cavabdehdən 11.760 manat və ödəniş vaxtı milli manata məzənnədə 2.620 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsin də icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən və məruzəçi, T.S.Səmədov və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. 05 iyun 2021-ci il tarixdə cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Eyni zamanda cavabdeh yazılı ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qə rar qəbul edilməsini xahiş edib və ərizəsini belə əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surətini ölkədə o zaman hökm sürən “Covid 19 xəstəliyi ilə əlaqədar vaxtında ala bilməyib və “Covid 19” xəstəliyinə yoluxaraq uzun müddət xəstə yatdığı üçün şikayət etmə müddətini buraxıb. Bu səbəbdən də buraxılmış prosessual müddətin bərpa edilib şikayətin baxılması üçün aidiyyəti üzrə göndərməsini xahiş edir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli qərardadı ilə cavabdehin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməyib və onun həmin Məhkəmənin 07 fevral 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh qətn amədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzürsüz səbəblərdən ötürüb. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 133.1, 133.3, 405.0.1-ci maddələrinin və digər prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxi l olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, Cavabdeh və vəkili Vəkil2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilmə lidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və sair). Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassas iya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ndə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib, işdə, apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərs ə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb müəyyən etmişdir ki, cavabdeh qətnamənin s urətini 17 fevral 2020-ci il tarixdə rəsmi qaydada alıb. 17 aprel 2020-ci il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən 1 il 1 ay 19 gün sonra, yəni 05 iyun 2021-ci il tarixdə kassasiya şikayəti ilə məhkəməyə müraciət edib. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan ərizəsinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ərizədə göstərilən dəlillər prosessual müddətin üzrlü səbəbdən ötürülməsi və bərpası üçün əsas ola bilməz. Çünki, pandemiya şəraiti qətnamədən razı qalmaması üçün əsas yaratsa da, bu hal qətnamədən vaxtında kassasiya şikayəti verməyə maneə olmurdu. Həmçinin cavabdehin qətnamədən razı olmaması müddətin bərpası üçün üzrlü hal hesab edilə blməz. Kassasiya instansiy ası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin prosessual müddətin bərpası barədə ərizəsini rədd edib, kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təm in edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)-1935/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5562/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5562/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver