Məhkəmə qərarları › İş №2(102)-5564/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5564/2019

04.09.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5564/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili ***nun, cavabdeh X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli, 2(107)1065/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(046)-1377/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, İ ddiaçı cavabdeh X2 adına qeydə alınmış 04.02.2017-ci il tarixli **********69 nömrəli, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi və cavabdeh X2 və ona yaxın şəxslərin qanunsuz olaraq tutduqları 0.05 ha torpaq sahəsindən çıxarılması və həmin əraziyə daxil olmalarına qadağa qoyulması barədə tələbi əsassız hesab edilərək təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli, 2(107)1065/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək cavabdeh X2 adına qeydə alınmış 04.02.2017-ci il tarixli **********69 nömrəli, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi və cavabdeh X2 və ona yaxın şəxslərin qanunsuz olaraq tutduqları 0.05 ha torpaq sahəsindən çıxarılması və həmin əraziyə daxil olmalarına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı tələbi belə əsaslandırılmışdır ki, *** X4 Müəssəsində 10 mart 2005-ci il tarixli 9 saylı iclas protokolundan çıxarışa əsasən ailə vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə *** X4 Müəssisənin tabeliyində olan şitilxana ərazisinin istifadə olunmayan hissəsindən 0.05 ha torpaq sahəsi istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün 2015-ci il tarixdə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 29.01.2016-cı il tarixli 2(046)-204/2016 saylı qətnaməsinə əsasən iddiası təmin edilmiş, *** X7 Müəssisəsinin tabeçiliyində olan şitilxana ərazisinin istifadədə olmayan hissəsində yerləşən 0.05 hektar torpaq sahəsindən 2015- ci ildən istifadə etməyi faktı müəyyən edilmişdir. Həmin torpaq sahəsinin onun istifadəsində olmağın baxmayaraq DƏDRX-nın 16 saylı Ərazi idarəsi tərəfindən verilmiş **********69 nömrə ilə, 04 fevral 2017-ci il tarixdə ******* nömrəli çıxarışa əsasən cavabdeh X2 adına qeydə alınmışdır. 16 saylı ərazi idarəsinin məlumatlarına baxarkən məlum olmuşdur ki, ünvan 1 ünvandakı 0.064511 hektar torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli 50 saylı qərarı əsasında işlənmiş, A seriyalı 290424 saylı torpaq sahəsinin planı və ölçüsü X1 xüsusi mülkiyyətinə ver ilmişdir. 2005-ci ildən ona ayrılmış 0.05 hektar torpaq sahəsi ilə X2 adına verilmiş çıxarışda göstərilən ünvan 1 ünvan arasında məsafə 200 metrə yaxındır. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmiş, istifadəsində olan torpaq sahəsi ilə digər torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək üçün mütəxəssis rəyinin verilməsini xahiş etmiş, aparılmış kadastır yoxlanılmaları zamanı müəyyən edilmişdir ki, mübahisə edilən ərazi hazırda cavabdeh X2 mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşir. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddia çı və onun vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamədə ifadə olunan mövqeyi münasibətlərin gerçək mahiyyətindən uzaq olan, hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmadan cavabdehin yalan mülahizələrinə və izahatına əsaslanmış, bununlada birtərəfli və qərəzli olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş e tmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat verdi. Cavabdeh X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 10.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyərək, iş üzrə Göyçay Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, DƏDRX-nın 16 saylı Ərazi idarəsi tərəfindən verilmiş **********69 nömrə ilə, 04 fevral 2017-ci il tarixli ******* nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanda yerləşən 0.064511 hektar torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidm ətinin 28.11.2018-ci il tarixli A/11- 0033 saylı mütəxəssis rəyindən görünür ki, cavabdeh X2 adına 04 fevral 2017-ci il tarixdə DƏDRXnın 16 saylı Ərazi idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış ünvan 3 ünvanda yerləşən 0.064511 hektar torpaq sahəsi İddiaçı iddia etdiyi *** X4 Müəssisənin tabeliyində olan şitilxana ərazisində yerləşən 0.05 hektar torpaq sahəsi üst-üstə düşür. Hazırda həmin torpaq sahəsi X2 istifadəsindədir. Göyçay Rayon Məhkəməsinin 29.01.2016-cı il tarixli 2(046)- 204/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı *** X7 Müəssisənin tabeliyində olan şitilxana ərazisinin istifadə olunmayan hissəsində yerləşən 0.05 hektar torpaq sahəsindən 2005-ci ildən istifadə etməsi faktı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1551/2018 saylı 26.07.2018-ci il tarixli qanuni qüvvəsini almış qərardadından görünür ki,,Mustafayevanın apellyasiya şikayəti təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 06.04.2018-ci il tarixli qanuni qüvvəsini qərardadından görünür ki, İddiaçı şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli iş üzrə icraata xitam verilməsinə dair qərardadı dəyişdirilmədən saxlanmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı *** X7 Müəssəsinin 10 mart 2005-ci il tarixli 9 saylı iclas protokolundan çıxarışa əsasən ailə vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə *** X7 Müəssisənin tabeliyində olan şitilxana ərazisinin istifadə olunmayan hissəsindən 0.05 ha torpaq sahəsinin onun istifadəsinə verildiyini əsas götürərək həmin yerin cavabdeh X2 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış torpaq sahəsindən kənarda yerləşdiyini və eləcə də həmin torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsinə dair çıxarışın etribarsız hesab edilməsini və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını xahiş edir. Halbuki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1551/2018 saylı 26.07.2018-ci il tarixli qərardadından görünür ki, Göyçay rayon Məhkəməsinin 29.01.2016-cı il tarixli 2(046)-204/2016 saylı İddiaçı 0.05 hektar torpaq sahəsindən 2005-ci ildən istifadə etməsi faktı müəyyən edilməsini təsdiq edən qətnaməsi ləğv edilmiş və i ş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh X3 qarşı X2 adına 04 fevral 2017-ci il tarixdə DƏDRX-nın 16 saylı Ərazi idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış ünvan 3 ünvanda yerləşən 0.064511 hektar torpaq sahəsinə dair çıxarışın etibarsız hesab edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələbi tam əsassızdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vin dikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin mənasından göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıda qeyd edilən müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Göründüyü kimi, hazırki iddianın irəli sürülm əsi üçün iddiaçının ilk növbədə subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakı n dövlət reyestrində aparılır; 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67-ci maddənin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi, bələdiyyə mülkiyyətində olanlar daxil olmaqla bütün torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılmalıdır və dövlət tərəfindən də torpaq sahələri üzərində yalnız qeydiyyatdan keçmiş hüquqların müda fiəsinə və toxunulmazlığına təminat verilir. Qeyd edilənlər onu ehtiva edir ki, qanunvericilik hazırki iddianın qaldırılması üçün ilk növbədə iddiaçının ona ayrılmış torpaq sahəsinin qanunla müəyyən edlmiş qaydada koordinatlarını müəyyən etməklə hüquqlarının dövlət reyestrində qeydə alınmasını tələb edir. Kassasiya kollegiyası yuxarıda istinad edilən maddi hüquq normalarını tədqiq edərək, subyektiv hüququn müəyyənləşdirilməsi baxımından aşağıdakıların da nəzərə alınmasını mühüm hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun y oxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göründüyü kimi, iddiaçının istinad etdiy i Göycay Mənzil Kommunal X5 İstehsalat Müəssisəsinin 10.03.2005-ci il tarixli 9 saylı iclas protokolunun olması subyektiv hüququn Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında əks olunmuş birinci iki elementinin mövcudluğunu ehtiva etsə də, həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndi baxımından subyektiv hüququn üçüncü elementi olan müdafiə hüququnun mövcudluğunu aradan qaldırır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli, 2(107)-1065/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar