Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5564/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cavabdeh ASC-nin X5 İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa olunması) 23.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, Cavabdeh ASC-nin X5 İdarəsinin vəkili Bağırzadə Nofəl İsa oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli, 2(103)4918/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilm iş kassasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı onunla 07.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh ASC-nin X5 İdarəsi Avtomatika və metrologiya şöbəsinin 8 saylı regional Sukanal İdarəsi üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun Şəmkir sukanal sahəsi üzrə X5 və avtomatika üzrə çilingər peşəsinə işə qəbul olunmuşdur. İşəgötürən tərəfindən aparılmış yoxlamalar nəticəsində İddiaçı iş əmrlərini icra edərkən nöqsanlara yol verdiyi müəyyən edilmişdir. Abonentlərdən daxil olmuş çoxsaylı şikayətlər araşdırılaraq abonentlərin iştirakı ilə müvafiq qaydada aktlar tərtib edilmişdir. İddiaçı işində yol verdiyi ciddi nöqsa nlara görə ona 17.08.2020-ci il tarixdə 142 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla “şiddətli töhmət” verilmişdir. Həmkarlar Komitəsinin 01.02.2021-ci il tarixli iclasında Cavabdeh ASC-nin, X5 İdarəsinin, 8 saylı Regional SKİ üzrə SCQT və İN qrupunun Şəmkir SKS üzrə NÖC və avtomatika üzrə çilingəri İddiaçı tərəfindən əmək və icra intizamının pozulması araşdırılmışdır. Yekun nəticə olaraq işçi tərəfindən əmək funksiyasını yerinə yetirərkən öz səlahiyyətlərini aşması, işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsinə görə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qərara alınmışdır. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh ASC-nin X5 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 03.02.2021ci il tarixli, 50-k nömrəli əmrin ləğv edilməsinə və onun işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə həmişə işinin öhdəsindən layiqincə gəlmişdir. Cavabdeh təşkilatın onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə razı deyildir. Onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin səbəbi kimi onun əmək vəzifələrini kobud şəkildə pozması (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) göstərilmişdir. 2020-ci ilin dekabr ayında rəhbərlik tərəfindən ona bildirilmişdir ki, onun barəsində 3 nəfər abonentdən şikayət ərizəsi daxil olmuşdur. Ərizələrdə onun barəsində deyilənlər şər və böhtandan ibarətdir, həqiqətə uyğun deyildir. Şikayət ərizəsini yazanlar onlardan xidmətə görə artıq pul aldığını göstərmişlər. O, şikayətçilərlə görüşüb nə üçün ona böhtan atdıqlarını soruşmuşdur. Onlar anlaşılmazlıq olduğunu bildirmişlər və məhkəmənin adına yazdıqları ərizələrdə hadisənin həqiqətdə necə olduğunu göstərmişlər. Şikayət ərizəsini yazan Elvin Məmmədovun çağırışı əsasında onun evinə su xətti çəkilmiş, sayğac qoyulan vaxt onunla birlikdə mağazalara gedib 150 manat lazım olan materiallara, 50 manat fəhləyə vermişlər. Onun maşını ilə mağazalara getdiklərinə görə maşına 20 manatlıq benzin tökdürmüşdür. Digər şikayətçi X1 isə ümumiyyətlə tanımır. Onun oğlu Kamran ondan su sayğacının qiymətini soruşanda 70 manat olduğunu demişdir. Onlara heç bir xidmət göstərməmiş, nə də onlardan pul götürməmişdir. Şikayətçi məhkəməyə yazdığı izahatda bunu təsdiq edir. O, idarədə yazdığı izahatda ona olan iradlara münasibətini bildirmişdir və hadisənin əslində necə olduğunu göstərmişdir. Lakin müdiriyyət onun dediklərini nəzərə almamış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ən ağır bəndi ilə işdən azad edilmişdir. Həmin maddə ilə işdən azad edildiyinə görə bundan sonra onu heç yerdə işə götürməzlər. Bundan başqa, onun işdən azad edilməyi ilə əlaqədar Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilən vaxtı o, xəstə olmuşdur. Bu barədə müdiriyyətə xəbər göndərsə də, iclas onun iştirakı olmadan keçirilmiş, onun özünü müdafiə etmək və izahat vermək hüququ pozulmuşdur.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinin rədd olunmasını xahiş edərək bildirmişdir ki, iddiaçı işlədiyi müddət ərzində öz işinə məsuliyyətsiz yanaşmış, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmamışdır. Belə ki, 06.07.202010.07.2020-ci il tarixlərdə Avtomatika və Metrologiya şöbəsinin mütəxəssisləri tərəfindən NÖC İdarəsi 8 nömrəli RSK İdarəsi üzrə işçi qrupun iş fəaliyyəti yoxlanılmış və yoxlama nəticəsində iddiaçının iş fəaliyyətində nöqsanlar aşkar edilmiş, bu səbəbdən onun barəsində 17.08.2020-ci il tarixdə 142 nömrəli əmrlə şiddətli töhmət elan edilmişdir. Bundan so nra 30.11.2020-05.12.2020-ci il tarixlərdə 8 nömrəli RSK İdarəsi üzrə işçi qrupun iş fəaliyyəti yenidən yoxlanılmış, bu yoxlama nəticəsində iddiaçının iş əmrlərinin icrası zamanı ciddi nöqsanlara yol verməsi aşkarlanmışdır. İddiaçının barəsində eyni zamanda abonentlərdən sayğacların quraşdırılması ilə və vəzifə səlahiyyətlərini aşaraq pul istənilməsi barədə də şikayət ərizələri daxil olmuş, həmin şikayətlər əsasında xidməti araşdırma aparılmış, yol verilmiş nöqsanlar öz təsdiqini tapmışdır. İddiaçının barəsində toplanmış xidməti məlumatlar əmək müqaviləsinə xitam verilməsi məsələsinin müzakirəsi üçün X2 Komitəsinə göndərilmiş və Komitə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq bildirmişdir.
5. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı bildirmişdir ki, iş əmrlərinin yerinə yetirilməsindəki nöqsanlarını və abonentlərin bəzilərindən kiçik məbləğlərdə pul aldığını qəbul edir, lakin həmin məbləğləri sayğacların və onların nasaz hissələrinin alınması üçün götürmüş, həmin məbləğlərdən ona da sayğacları təmir etdiyi üçün və ya abonent tərəfindən hörmət kimi qalırmış. Bundan başqa, onda koronovirus aşkar edilmiş, dekabr ayının 29-dan yanvar ayının 23-nə kimi xəstə olmuş, Həmkarlar İttifaqı Komitəsinin iclası barədə məlumat verilmiş, iclasın mahiyyəti barədə məlumat verilməsə də, dəvət edilmişdir.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(004)2203/2021 saylı qətnaməsi ilə (hakim G.Babazadə) iddia təmin edilməmişdir. 7.Məhkəmə tərəfinsən müəyyən olunmuşdur ki, işəgötürən tərəfin dən aparılmış yoxlamalar nəticəsində İddiaçı iş əmrlərini icra edərkən nöqsanlara yol verdiyi müəyyən edilmişdir. Abonentlərdən daxil olmuş çoxsaylı şikayətlər araşdırılaraq abonentlərin iştirakı ilə müvafiq qaydada aktlar tərtib edilmişdir. İddiaçı işində yol verdiyi ciddi nöqsanlara görə 17.08.2020-ci il tarixində 142 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla “şiddətli töhmət” verilmişdir. Həmkarlar Komitəsinin 01.02.2021-ci il tarixli iclasında İddiaçı tərəfindən əmək və icra intizamının pozulması araşdırılmış, yekun nəticə olaraq işçi tərəfindən əmək funksiyasını yerinə yetirərkən öz səlahiyyətlərini aşması, işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qərara alınmışdır.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı əmək və icra intizamını dəfələrlə pozmuş, iş əmrlərini icra edərkən nöqsanlara yol vermişdir. İşçi tərəfindən əmək funksiyasını yerinə yetirərkən öz səlahiyyətlərini aşması, işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsinə dair cavabdehin irəli sürdüyü arqumentlər əsaslı olmuşdur. Belə ki, İddiaçı özüdə tərtib edilmiş aktlara imza etməklə, akta əlavə olunmuş izahatında, eləcə də məhkəmə iclasında şikayətlərlə bağlı ona yönəldilmiş nöqsanları qəbul etmiş, bir daha belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. Bundan əlavə Cavabdeh ASC-nin X5 İda rəsinin 17.08.2020-ci il tarixli, 142 nömrəli əmri ilə onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla “şiddətli töhmət” elan edilmişdir. Lakin barəsində verilmiş həmin əmrdən sonra da, yenidən əmək funksiyasını düzgün yerinə yetirməməkdə davam etmiş, barəsində xidməti araşdırma aparılmış, yenidən nöqsanlar müəyyən edilmişdir.
9. Məhkəmə iddiaçının Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirakının təmin olunmaması barədə dəlillərini də araşdıraraq qeyd etmişdir ki, iddiaçının Həmkarlar İttifaqı Komitəsinin iclasının keçirildiyi vaxt xəstə olmasını əsaslandıran faktiki hallar mövcud olmamışdır. 26.01.2021-ci il tarixində keçiriləcək X5 İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət edilmişdir. B u barədə onun iştirakı ilə akt tərtib edilmiş və özü həmin aktı imzalamışdır. Məhkəmə iclasında da İddiaçı 23 yanvar 2021-ci il tarixinədək xəstə olduğunu, Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilərkən artıq sağaldığını və həmin iclaslar barədə məlumatı olduğunu bildirmişdir.
10. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmışdır, yəni, İddiaçı Cavabdeh ASC-nin X5 İdarəsinin Avtomatika və metrologiya şöbəsinin 8 saylı Regional Sukanal İdarəsi üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun Şəmkir sukanal sahəsi üzrə X5 və avtomatika üzrə çilingəri vəzifəsindən azad olunarkən işəgötürən tərəfindən onun əmək fəaliyyəti zamanı yol verdiy i kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə müşayiət olunan hərəkətləri ilə əlaqədar əmək qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı əmr verilmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 186-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli, 2(103)4918/2021 saylı qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən m addi və prosessual hüquq normaları pozulmuşdur. Xidmət etdiyi ərazidə abonentlərin onun barəsində etdiyi şikayətlərin araşdırılması zamanı müdiriyyət ona araşdırmanın bağlanması üçün peşman olması barədə ərizə yazmalı olduğunu bildirmiş və bu səbəbdən həmin izahatı yazmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdeh ASC-nin X5 İdarəsinin vəkili Bağırzadə Nofəl İsa oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi.
19. İddiaçı teleqramla müraciət edərək xəstə olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. İddiaçı qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğ una görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Maddə
73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hü quqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
21. A zərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
23. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
24. Qanun un tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İddia tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Həmin normada məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün aşağıdakı dispozisiya şərtləri müəyyən olunmuşdur: işəgötürən tərəfindən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarının pozulması; 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblər inə əməl edilmədən əmək müqaviləsinə xitam verilməsi; həmin Məcəllənin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi.
28. İşə baxmış məhkəmələr işin hallarını həmin şərtlər əsasında yoxlamış və işin mahiyyəti üzrə həlli üçün əhəmiyyəti olan halları kimi müəyyən etmişdir ki, iddiaçının barəsində əmək funksiyasını pozduğuna görə əvvəllər verilmiş intizam tənbeh tədbiri tətbiq olunmuşdur. Bundan sonra da işəgötürən tərəfindən aparılmış yoxlamalar nəticəsində İddiaçı iş əmrlərini icra edərkən nöqsanlara yol verdiyi müəyyən edilmişdir. Abonentlərdən daxil olmuş çoxsaylı şikayətlər araşdırılaraq abonentlərin iştirakı ilə müvafiq qaydada aktlar tərtib edilmişdir. İddiaçı özü də tərtib edilmiş aktlara imza etməklə, akta əlavə olunmuş iza hatında, eləcə də məhkəmə iclasında şikayətlərlə bağlı ona yönəldilmiş nöqsanları qəbul etmiş, bir daha belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir.
29. Məhkəmə bu hallara əsasən hesab etmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə müşayiət olunan hərəkətləri ilə əlaqədar iddiaçı işdən azad olunarkən işəgötürən tərəfindən əmək qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı əmr verilmişdir.
30. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşır. İddiaçının yol verdiyi intizam xətaları Əmək Məcəlləsinin 72-ci maddəsinin e) və ə) bəndlərinə əksini tapmış əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara aiddir və məhkəmə iddianın həllində maddi hüquq normalarından biri kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etməkdə haqlı olmuşdur.
31. Həmçinin işəgötürən tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarının pozulması, 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən əmək müqaviləsinə xitam verilməsi, habelə həmin Məcəllənin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilməmişdir.
32. Bu halların müəyyən olunmaması iddia tələbinin təmin edilməməsi üçün əsasdlr.
33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli, 2(103)4918/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.