Məhkəmə qərarları › İş №2(102)-5565/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5565/2019

04.09.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5565/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Əhmədov Ayazbəy Qabiliyyət oğlunun, Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2019-cu il tarixli, 2(107)1218/2019 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qax Rаyоn Məhkəməsinin 24 dekabr 2 018-ci il tarixli, 2(024)-832/2018 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Cavabdeh2 14 sentyabr 2010-cu il tarixli 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ölümünə qədər mərhum Əlimov Fazil Məhərrəm oğlunun mülkiyyətində olmuş Qax rayon Əmircan kənd “Qələbə” kolxozunun 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışına əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq üzərində İddiaçı 1/2 hissə və Qax rayonu, İlisu kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan (Çıxarışın nömrəsi RX M 1060247) 0,577 hektar torpaq sahəsi üzərində 1/2 hissə qanun üzrə payının müəyyən olunması, Cavabdeh1 “İddiaçı ləyaqətsiz vərəsə hesab edilməsi”nə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2019-cu il tarixli, 2(107)1218/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkili X1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 14 sentyabr 2010-cu il tarixli 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ölümünə qədər mərhum Əlimov Fazil Məhərrəm oğlunun mülkiyyətində olmuş Qax rayon Əmircan kənd “Qələbə” kolxozunun 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışına əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq üzərində 1/2 miras payının müəyyən olunması haqqında və mərhum Əlimov Fazil Məhərrəm oğlunun mülkiyyətində olan Qax rayonu, İlisu kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan (Çıxarışın nömrəsi RX M 1060247) 0,577 hektar torpaq sahəsi üzərində 1/2 miras payının müəyyən olunması haqqında, Cavabdeh1 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ləyaqətsiz vərəsə hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 iddia sını belə əsaslandırmışdır ki, 13 may 1990-cı il tarixində Əlimov Fazil Məhərrəm oğlu ilə Qax rayon VVAQ şöbəsində nikahlarını rəsmi qeyd etdirməklə ailə qutrmuşlar. Fazil Əlimovla birgə nikahlarından övladı olmamış, hamilə olduğu zaman əri döydüyünə görə oğlan uşağı bətnində ölmüşdür. Lakin əri Fazilin birinci nikahından Sadiq adlı bir oğlu var. Həmin uşaq mərhumla nadir hallarda görüşmüş, öz doğma anasının yanında Qax rayonundan uzaq və ona məlum olmayan yerlərdə yaşamışdır. Mərhum əri ilə nikahda olduğu dövrdə o, Cavabdeh1 cəmi bir-iki dəfə görmüşdür. Fazil Əlimovla nikahda olduğu dövrdə daim bir yerdə yaşamış və birgə təsərrüfat aparmışlar. Bununla yanaşı mərhum əri Fazil Əlimov öz fəaliyyəti, işləri, maddi durumu, əmlak məsələləri barədə ona məlumat verməyi xoşlamamışdır. 11 aprel 201 0-cu il tarixində əri Fazil ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. Həmin vaxt mərhum ərinin mülkiyyətində hərhansı daşınar və ya daşınmaz əmlakın olmasını bilməmişdir. Bu səbəbdən də notariat kontoruna gedib hər hansı vərəsəlik işinin başlanmasını tələb etməmişdir. Mərhum əri Əlimov Fazil Məhərrəm oğlunun mülkiyyətində Qax rayonu ərazisində iki torpaq sahəsi olmuş, lakin bu barədə məlumatının olmaması səbəbindən həmin mirası vaxtında notariatda qəbul edə bilməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, mərhum ərinin birinci nikahdan olan oğlu Cavabdeh1 ünvan 1ndə yerləşən 0.10 ha torpaq sahəsini onun məlumatı olmadan öz adına özəlləşdirmişdir. Digər, Qax rayonu, İlisu kəndində yerləşən 0,577 ha torpaq sahəsi bu günə qədər mərhumun adında qeydiyyatda qalsa da Qax rayon Notariat Ko ntorunun qərarı əsasında qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Mərhum ərinin vəfatından uzun müddət keçdikdən sonra 2016-ci ilin yay aylarında qaynı İsmayıl Əlimov onu yolda görərək vacib sözünün olduğunu bildirmişdir. Məsələnin nə yerdə olduğunu soruşduqda o, mərhum əri Fazilin adında torpaq olduğunu və həmin torpağın yarı hissəsinin ona verilməsi şərti ilə digər yarısını onun adına rəsmiləşdirəcəyinə söz vermişdir. Bu təklifə razılıq verməmiş, lakin bu məsələni aydınlaşdırmağı qərara almışdır. Bundan sonra vəkilə müraciət etmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ərazi idarəsinə sorğu verilmiş, sorğuya cavabdan aydın olmuşdur ki, həqiqətən də mərhum əri Əlimov Fazil Məhərrəm oğlunun adında Qax rayonu, İlisu kəndində yerləşən, xüsusi mülkiyyətdə olan, kənd təsərrüfat təyinatlı, 0,577 hektar torpaq sahəsi vardır. DƏDRX-in 12 saylı ərazi idarəsinə məlum çıxarışı əldə etmək üçün getdikdə isə Qax rayon Əmircan kənd “Qələbə” kolxozunun 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışına əsasən Əlimov Fazil Məhərrəm oğluna 0.10 hektar torpaq sahəsi də verilmişdir. Bununla əlaqədar qeyd olunan qurumdan ona həmin torpaq sahəsinin mərhum ərinə məxsus olmasını təsdiq edən torpaq sahəsinin ölçüsü və planı da vermişlər. Mərhum əri vəfat edənə qədər mülkiyyətində Qax rayonu, İlisu kəndində yerləşən, xüsusi mülkiyyətdə olan, kənd təsərrüfat təyinatlı, 0,577 hektar sahəyə malik torpağın və Qax rayonu Əmircan kənd "Qələbə“ kolxozunun 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışına əsasən verilmiş 0.10 hektar torpaq sahəsinin olması 29.01.2017 tarixində rəsmi qaydada ona məlum olmuşdur. Bundan sonra o, ləngimədən Cavabdeh2na getmiş və vərəsəlik işinin başlanmasını xahiş etmişdir. Qax rayon Dövlət Notariusu 29.01.2017-ci il tarixli məktubla 11.04.2010 tarixində vəfat etmiş Əlimov Fazil Məhərrəm oğluna Qax rayon Notariat Kontorunda vərəsəlik işinin açılmadığını bildirmişdir. Bu səbəbdən də də onun ərizəsi əsasında DNK-da vərəsəlik işi başlanmışdır. Qax rayon Dövlət Notariusunun DƏDRX-in 12 saylı ərazi idarəsinin rəisinə yazdığı 12.09.2017-ci il tarixli məktubunda isə Əlimov Fazil Məhərrəm oğlunun 11.04.2010-cu il tarixində vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında vərəsəlik işi açıldığı və vərəsələrin dairəsinin müəyyən edildiyi göstərilmişdir. 2 7.09.2017-ci il tarixdə ona Qax rayon Əmircan kənd "Qələbə" kolxozunun 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışına əsasən verilmiş 0.10 hektar torpaq sahəsinin artıq vərəsə Cavabdeh1 tərəfindən qəbul olunduğu və adına rəsmiləşdirildiyi məlum olmuşdur. Buna görə də Qax rayon Əmircan kənd "Qələbə" kolxozunun 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışına əsasən Əlimov Fazil Məhərrəm oğluna verilmiş ünvan 1ndə yerləşən 0.10 hektar torpaq sahəsinin vərəsəlik qaydasında qəbul olunması mümkün olmamışdır. Qax rayonu, İlisu kəndində yerləşən, xüsusi mülkiyyətdə olan, kənd təsərrüfatı təyinatlı, 0,577 hektar sahəyə malik torpağın isə vərəslik qaydasında qəbul olunması mümkün olmamışdır. Belə ki, Qax rayon Dövlət Notariusu Z.K.Xasiyevanın 27.09.2017-ci tarixli qərarı na əsasən həmin torpaq üzərində mübahisə vardır, odur ki, notariat qaydasında vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir, beləliklə Qax rayon DNK-nın 14 sentyabr 2010-cu il tarixli, 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi Cavabdeh1 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1300, 1318, 1322-ci maddələrinin tələblərinin pozulması ilə verilmişdir. O, əvvəllər də həmişə Qax rayonunda yaşamış və dövlət notariusu Zima Xasıyeva onu çox yaxşı tanımış və mərhum Fazil Əlimovun arvadı olduğunu bilmişdir. Buna baxmayaraq Cavabdeh2 notariusu onun vərəsəliyə çağırılması üçün heç bir tədbir görməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh2 14 sentyabr 2010-cu il tarixli 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız h esab edilməsi, onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ölümünə qədər mərhum Əlimov Fazil Məhərrəm oğlunun mülkiyyətində olmuş Qax rayon Əmircan kənd “Qələbə” kolxozunun 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışına əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq sahəsi üzərində 1/2 miras payının müəyyən olunması haqqında və mərhum Əlimov Fazil Məhərrəm oğlunun mülkiyyətində olan Qax rayonu, İlisu kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan 0,577 hektar torpaq sahəsi üzərində 1/2 miras payının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh1 qarşılıqlı iddia ərizəsi verərək belə əsaslandırmışdır ki, İddiaçı ilə atası Fazil Əlimov 13 may 1990-cı ildə ailə q urmuşlar. Birgə nikahdan onların övladları olmamışdır. Bundan əvvəl isə atası Fazil Əlimov 1981-ci ildə onun anası X3 ilə ailə qurmuş, 1984-cü ildə o doğulmuşdur. Atası ilə anası 1988-ci ildə boşanmışlar. Atasının axırıncı iş yeri İlisu kolxozunun sədri olmuşdur. 1998-ci ildə atası vəzifədən çıxdıqdan sonra İddiaçı atasını tərk edərək getmişdir. Buna səbəb isə iddiaçının atası ilə daim münaqişədə olması, ona laqeyd münasibət bəsləməsi, atasına məxsus Bakı şəhərinə yerləşən evi onun adına rəsmişlədirməkdən imtina etməsi olmuşdur. Bundan 12 il sonra atası vəfat etmişdir. Atasınınn sağlığında o və anası ona maddi və mənəvi dəstək olmuşlar. X6 vəfat etdikdən sonra isə onun dəfn xərclərini o və qohumları çəkmişlər. İddiaçı isə heç atasının dəfnində də iştirak etməmişdir. Bundan sonra o qanunauy ğun olaraq atasından miras qalan əmlakları öz adına keçirməyə çalışmışdır. Həmin əmlaklardan biri ünvan 1ndə yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi olmuşdur. Digər torpağı isə müəyyən səbəblərdən adına rəsmiləşdirə bilməmiş və hazırda torpaq atasının adındadır. Adına rəsmiləşdirdiyi torpaq sahəsinin vergisini vaxtlı-vaxıtnda ödəmiş, sonradan ehtiyacı olduğu üçün satmışdır. Atasının adında olan Ağyazı kəndində yerləşən torpağı isə onun icazəsi ilə qohumları qulluq göstərir. İddiaçı atasının iradəsinə qəsdən maneə törətmiş, atasına hədə-qorxu gəlmiş və ona məxsus evi öz adına rəsmiləşdirməyə nazil olmadığı üçün onu tərk edib getmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən İddiaçı ləyaqətsiz vərəsə hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkili X1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Fazil Əlimov mərhum atasıdır, onun vərəsəsi odur. Məhkəmə onun vərəsə olduğunu qətnamədə göstərməmişdir. Bundan başqa, atasının ölümü ilə əlaqədar İddiaçı ilə atasının arasında olan nikaha 10 il bundan əvvəl xitam verildiyindən o, vərəsə sayılmamalıdır. Ailə Məcəlləsinin 14.1-ci maddəsinə əsasən ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Məhkəmə kollegiyası işin bu halını nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Əhmədov Ayazbəy Qabiliyyət oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat verdi. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsin ə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Qax Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, reyestr nömrəsi **********03, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30.05.2017-ci il tarixli, Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən 0.577 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Əlimov Fazil Məhərrəm oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qax rayon Aqrar İslahat Komissiyasının 30 dekabr2007-ci il tarixli 02 nömrəli qərarı ilə 932.89 kv.m həyətyanı torpaq sahəsi Əlimov Fazil Məhərrəm oğluna verilmişdir. Qax rayon Əmircan kənd "Qələbə" kolxozunu n 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışına əsasən Əlimov Fazil Məhərrəm oğluna 0.10 hektar torpaq sahəsi verilmişdir. İddıaçı İddiaçı ilə Əlimov Fazil Məhərrəm oğlu ilə 13.05.1990-cı ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Əlimov Fazil Məhərrəm oğlu 11.04.2010-cu ildə vəfat etmişdir. Qax rayon DNKnın 14 sentyabr 2010-cu il tarixli, 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Qax rayon Əmircan kənd "Qələbə" kolxozunun 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışına əsasən Əlimov Fazil Məhərrəm oğluna verilmiş 0.10 hektar torpaq sahəsi Cavabdeh1 adına keçmiş və bu barədə 13 oktyabr 2010-cu il tarixində sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı vərəsəlik açılan zaman vərəs əliyə çağırılmalı olduğu halda çağırılmadığını göstərərək sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ölümünə qədər mərhum Əlimov Fazil Məhərrəm oğlunun mülkiyyətində olmuş Qax rayon Əmircan kənd “Qələbə” kolxozunun 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışına əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq üzərində 1/2 miras payının müəyyən olunması haqqında və mərhum Əlimov Fazil Məhərrəm oğlunun mülkiyyətində olan Qax rayonu, İlisu kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan 0,577 hektar torpaq sahəsi üzərində 1/2 miras payının müəyyən olunmasını xahiş etmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassa siya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Qax rayon DNK-nın notariusu tərəfindən 14 sentyabr 2010-cu il tarixli, 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1318-ci maddəsinin tələbləri pozularaq verilmişdir. Belə ki, iş materiallarinda olan Qax rayon DNK-nin vərəsəlik işi ilə bağlı sənədlərlə müəyyən edilmişdir ki, notarius tərəfindən İddiaçı vərəsəlik işi üzrə vərəsəliyə çağırılmasına dair Mülki Məcəllənin 1318-ci maddəsinə uyğun olaraq hər hansı bir tədbir görülməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, miras mərhum Əlimov Fazil Məhərrəm oğlunun öldüyü gün, yəni 11 aprel 2010-cu il tarixində açılmışdır. 14 sentyabr 2010-cu il tarixində isə notarisu tərəfindən sözügedən 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilməli olduğu halda, 05 (beş) ay 03 (üç) gün sonra verilmişdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 1145-ci maddsəinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Ona görə də, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Qanunvericiliyin tələbləri pozulmaqla verildiyi üçün etibrasız hesab edilməlidir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə iddiaçının mirası qəabul etməsi faktıın işin mübahisəsiz halı kimi qiymətləndirib, düzgün olaraq aşağıdakı maddi hüquq normalarını rəhbər tutaraq miras əmlaka münasibətdə eyni dərəcəli vərəsələrin bərabər hüquqlarının olmasını müəyyən edib, hər birinə ½ pay üzrə vərəsəlik üzrə mülkiyyət hüququnu tanımışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), va lideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sırasına daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Qarşılıqlı iddia ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə də kollegiya razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbycan Respublikası Mülki Məcəlləsinin: 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və özünə yaxı n şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə olunan son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət etmiş (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nədə vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən haı ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normalarını iş materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək, düzgün olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı cav abdehin ləyaqətsiz vərəsə elan olunması üçün tələb olunan yuxarıdakı dispozitiv şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyindən iddia rədd edilməlidir. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyiş iklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2019-cu il tarixli, 2(107)-1218/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar